DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Uşaqlardakı dəhşətli aqressiya və valideyin davranışı

Aqressiya davranışın instiktiv forması olduğu üçün hər bir insana aid olan haldır. Onun əsas məqsədi dünyada özünü müdafiə etmək və sağ qalmaqdır. Amam heyvanlardan fərqli olaraq insan yaş keçdikcə aqressiyanı ictimaiyyətdə nəzarətdə saxlamağı öyrənir.
Aqressiyaya nəzarət etməyi öyrənməyənlər isə insanlarla ünsiyyət zamanı ciddi çətinliklər çəkir. Nəticədə bəzən elə hallar da baş verə bilər ki, həmin kəslərin aqressiyası qanun çərçivəsindən çıxaraq, cinayətə çevrilsin. Belə bir şəxlər cəmiyyətdən təcrid olunmalıdır.
Uşağa gəldikdə isə o, doğularaq münasibət göstərməyin iki üsula malikdir: həzz və narazılıq. Uşaq tox olanda və heç yeri ağramayanda öz müsbət emossiyalarını təbəssüm, sakitçilik və rahat yuxu ilə ifadə edir. Lakin uşaq hər hansı səbəbdən diskomfort hiss edəndə, öz narazılığını ağlamaq, qışqırıq və təpik atma ilə göstərir. Yaş artdıqca uşaq öz aqresiv hərəkətlərini artıq onu incidənlərə və ya həmin kəslərin qiymətli əşyalarına yönəlidir

Uşaqda aqressiyanın növləri

1. Hiperaktiv-aqressiv uşaq. Hiperaktiv uşaqlarda aqressiyaya daha çox rast gəlinir.
2. Aqressiv-dəymədüşər uşaqlar. Dəymədüşərlik uşaqlarda tərbiyənin düzgün olmaması və sinir sisteminin xəstəlikləri ilə əlaqədar yarana bilər.
3. Qarşılıqlı olaraq aqressivlik yaradan uşaqlar.
Əgər uşaq daim yalnız valideynlərinə, yaxınlarına kobudluq edirsə, demək onun valideynləri ilə münasibətində problemlər var.
4. Aqressiv-qorxaq uşaqlar.
5. Aqressiv-hissiyyatsız uşaqlar. Buna səbəb ailə tərbiyəsi, intelektual inkişafın pozulması və genetika ola bilər. Belə uşaqlar laqeyd, kobud, davakar olur.

Uşaqlarda aqressiyanın səbəbləri

Birinci növbədə uşaqda dünyaya münasibəti analarının bətnində olarkən formalaşmağa başlayır. Ananın hamiləlik dövründəki və ya doğuşdan sonrakı ruhi vəziyəti bir başa bununla əlaqəlidir. Sadə bir misal çəkək: təsəvvür edin ki, uşaq anasının şəxsi dramını yaşayır. Öz və övladının gələcəyindən bərk narahatdır və onu qəm-qüssə bürüyür.
Uşaq da bu vəziyyəti gördükdə eyni hissləri yaşamağa başlayır. Onun birinci təcrübəsi o olur ki, bura elə də təhlükəsiz yer deyil, burada böyük dərdlər və müxtəlif ziyan gətirə biləcək gözlənilməzliklər var.
Gələcəkdə bu hamıya və hər kəsə etibarsızlığa çevrilə bilər. Digərləri ilə ünsiyyətdən yaranan qorxu uşağı hər kəsi potensial təhlükə kimi görməyə sürükləyir. Belə uşaqıarda aqressiya gözlənilməz və anlaşılmayan olur.
Həmçinin uşağın dünyaya münasibətinin necəliyi ona göstərilən məhəbbətdən asılıdır. Yəni o, valideynləri tərəfindən sevilmədiyini düşünsə, fikirləşəcək ki, artıq bundan daha pis ola bilməz. Bu səbəbdən o, hər şeyə əl ata bilər; köbudluqdan tutmuş, intiqama qədər. Buna əsasən qatillər barədə çoxlu sayda trillerlər hazırlanıb. Onların keçmişinə baxdıqda uşağlıqda ona nifrət olunduğunu, alcaldıldığı və döyüldüyünü müşahidə edə bilərik.
Valediynlərin öz aralarındakı davaları uşaqların ruhi dünyasına mənfi təsir göstərir. Söz-söhbət “bağlı qapı” arxasında getsə belə, uşaq gərgin atmosferi hiss edir. Bu heç də təəccübləndirici hal deyil, çünki valideynlər onun dünyasıdır. Və bu dünyada hər hansı bir konflikti özü üçün təhlükə kimi qəbul edir.
Valideynlər öz övladına ona hər zaman hər növ dayaq olduqlarını göstərməklə bərabər onun bir növ müstəqil olduğunu da bildirməlidir. Onun üçün çox yaxşı olar ki uşağa ayrıca bir balaca otaq ayırılsın.

Uşaqda aqressiya yaranarsa nə etməli?

Yuxarıda qeyd olunanlar uşaqda aqressiyanın yaranmasının qarşısını almaq üçün idi. İndi isə söhbət aqressiv uşaqlarla necə davrnaması barədə danışacağıq.
1. Ən önəmlisi odur ki, valideynlər heç bir halda uşaqlarda aqressiyanı boğmamalıdır, çünki bu hiss insanda təbiidir. Əks halda, aqressiyanın boğulması onda autoaqressiya (özü-özünə hər növ fiziki və mənəvi ziyan vurmaq) və ya psixomatik nasazlığa (stresdən, günah hissi və s. səbəbindən müxtəlif xəstəliklərə düçar olmaq) gətirib çıxara bilər.
Valideynlər övladlarının aqressiyasını boğmağa deyil, nəzarət etməyə öyrətməlidir; öz hüquqlarını qorumaq və həmçinin özünü ictimai cəhətdən münasib üsulla müdafiə etmək.
2. Öz mənfi emosiyalarına nəzarət
Valideynlər və ya mütəxəssislər aqressiv uşaqla ünsiyyətdə olarkən öz neqativ emosiyalarına nəzarət etməlidirlər. Uşaqların aqressiv davranışı böyüklərdə güclü mənfi emosiyalar - qıcıqlanma, hirs, inciklik, qorxu, çarəsizlik yaradır. Böyüklər bu neqativ halı normal və təbii qəbul etməlidirlər.
Böyüklər öz mənfi emosiyalarını idarə etməklə, uşağın yaratdığı aqressiv vəziyyətin ağırlaşmasının qarşısını alır, onunla xoş münasibət saxlayır və aqressiv insanla qarşılıqlı əlaqənin necə olduğunu nümayiş etdirirlər.
3. Diqqətin şəxsiyyətə yox, davranışa yönəldilməsi
Uşağın şəxsiyyətini yox, onun hərəkətlərini tənqid edin.
Uşaq sakitləşdikdən sonra onunla davranışını müzakirə etmək məqsədəuyğundur. Aqressiya zamanı özünü necə apardığını, dediyi sözləri, hərəkətləri təsvir etmək lazımdır.
Uşağın yalnız “indi və burda” yaranan davranışlarını təhlil edin, keçmiş hərəkətlərini yada salmayın. Yoxsa, uşaqda acı hislər yaranacaq və o öz davranışına tənqidi yanaşa bilməyəcək.
Uşağa davranışının mənfi nəticəsini və aqressiyanın ən çox onun özünə zərər verdiyini bildirin.
4. Uşağın davranışını müzakirə etmək
Aqressiya zamanı uşağın davranışını analiz etməyin . Bunu o, sakitləşdikdən sonra etmək lazımdır. Müzakirəni təklikdə və sakit vəziyyətdə aparmaq lazımdır. Uşağa başa salmaq lazımdır ki, onun bu cür aqressiyası ətrafdakılardan çox onun özünə ziyandır.
5. Vəziyyətin gərginliyinin qarşısının alınması
Uşaqların aqressiyası zamanı böyüklərin əsas işi - vəziyyətin gərginliyini azaltmaqdır. Böyüklər tərəfindən göstərilən hərəkətləri edərək, gərginliyi və aqressiyanı daha da artırır:
- səsi yüksəldilmək və uşağı hədələmək;
- güc nümayiş etdirmək;
- qışqırmaq, təhqir etmək;
- aqressiv jestlər etmək;
- lağ etmək və qıcıqlandırmaq;
- uşağın özünün, yaxınlarının, dostlarının neqativ şəkildə qiymətləndirmək;
- fiziki gücdən istifadə etmək;
- münaqişəyə yad insanların cəlb etmək;
- cəzalandırmaq;
- uşağı kimləsə müqayisə etmək;
- təzyiq etmək, tələb etmək;
Bu reaksiyaların bəziləri vəziyyəti müəyyən vaxta qədər sakitləşdirir. Lakin bütün bu reaksiyalar uşağa daha çox mənfi təsir göstərir. Və yuxarıda qeyd etdiyimiz kimi onda çox rahat autoaqressiya yarana bilər.
6. Qeyri-aqressiv davranışın nümayiş etdirilməsi
Aqressiya zamanı uşağı düzgün tərbiyələndirməyin əsas şərti qeyri-aqressiv davranışın nümayiş etdirilməsidir. Uşağın yaşı kiçik olduqca valdeyn göstərilən aqressiyaya qarşı daha sakit olmalıdır. Valideyn diqqətlə, analiz etmədən uşağı dinləməlidir. İmkan yaratmalıdır ki, o, fikrini tam izah etsin, əks halda, yeni konflikt yaranır. Ən əsas valideyn səmimi olmalıdır.
Sonda qeyd etmək istərdik ki, valideynlər bunu da hökmən bilməlidir: aqressiya təkcə ətrafdakılara ziyan vuran və neqativ nəticəyə gətirən distruktiv davranış deyil, əgər onu düzgün idarə edə bilsək, həmçinin konstruktiv hədəflər üçün enerjiyə mənbəyi ola biləcək böyük bir gücdür. Valideynlərin boynuna düşən vəzifə uşağa aqressiyanı düzgün istifadə etməyi öyrətməkdir.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина