DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ZORAKILIQ - ZAMƏNƏMİZİN AĞIR BƏLASI

VƏ YAXUD İŞGƏNCƏLƏRƏ MƏRUZ QALAN İNSANLARDA

PSİXOLOJİ SARSINTILAR

Azərbaycanda demək olar ki, hər gün zorakılıq halları baş verir. İnsanlar bir-birinə işgəncələr verir və qisas alırlar. Belə halların çoxalmasına əsas səbəb, sadə kütlənin sosial və iqtisadi vəziyyətin ağır olmasıdır. Belə ki, bir çox ailələrdə yaranan ehtiyaclardan əlavə problemlər yaranır və söz-söhbətlər, münaqişələr baş verir. Nəticə də isə ailərdə psixoloji durum ağırlaşır və xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxardır. Məhz, buna görə də maliyyə durumun ağırlamaşı da zorakılıq və işgəncə hallarının artmasına gətirib çıxardır. Cəmiyyətimizdə baş verən belə neqativliklər isə insan psixologiyasına mənfi təsir göstərir və ağır problemlər yaradır.
Zorakılıq halları bir neçə növə bölünür.Birinci növbədə fiziki : döymək, əllərin burulması, boğmaq təpik vurmaq, saçları dartmaq, müxtəlif növ silahlardan, digər əşyalardan istifadə və fiziki ağrı yetirən digər vasitələrdən istifadə etmək. İkinci:emosinal zorakılıq: hədələmək, təhkir etmək, alçaltmaq, əmlaka ziyan vurmaq, təqib etmək, təqib etmək, izləmək və telefonla təngə gətirmək. Ücüncü : iqtisadi zoraklıq: pula və digər maddi vasitələrə əlçatmanın məhdudlaşdırması, oğurluq, qurbanın ( kişi və ya qadın ) razılığı olmadanonun əmlakını gizlətmək və ya istifadə etmək. Dördüncü sosial zorakılıq : ailədən, dostlarından təcrid etmək, işləməyə qadağa qoymaq. Beşinci: etinasızlıq: əsas ehtiyaclara məhəl qoymamaq (qida paltar, tibbi yardım ) lazımdır. Təcrübələr göstərir ki, ailədə zorakılıq hallarının üzə çıxarılmasında ən səciyəvi şikayətlər yuxusuzluq, depressiya, ölüm barədə fikirlər, həyacan və təlaşlı hücumlar, əl cəkməyən xatirələr və qida davranışında pozuntulardan ibarətdir. Psixoloq Əhməd Musayevin qənaətinə görə, zorakılıq təkcə insana fiziki , psixoloji və ya seksual ziyan vuran davranışından və ya kimsə kiməsə tərəfindən işgəncə vermək, döymək, təhgir etmək, ləyaqəti alçaltmaq, sataşmaq, zorlamaq, seksual xarakterli hərkətlər etməkdən ibarət deyil. Psixoluqun fikrincə fiziki əlamətlər: travmalar, cırmaqlar, qançırlar, qarında və çanaq nahiyəsində ağrılar, titrəmə, quruyub qalma, tormozlama, xroniki baş ağrıları, və ya beldə ağrılar, menstural tskidə pozuntular da zorakılıq əlamətlərindəndir. Eyni zamanda yardıma müraciətdə gecikmə və bədəndəki zədənin ziddiyətli izahı , tez-tez həkimlərə müraciət etmək, müalicə rejiminə əməl etməmək, həkimə gəlişləri buraxmaq, həddən artıq diqqət nümayiş etdirən tərəfdaşın müşaiyət etməsi, sosial təcrid, yaxın zamanalara qədər həyat yoldaşından ayrı yaşamaq və ya boşanma, yaşın 40 qədər olması, ailədə uşağa münasibətdə zorakılıq faktları da zorakılığın bir hissəsidir. Əhməd Musayevin sözlərinə görə, zorakılıq faktları barədə sorğu-sual olunarkən şəraitin bu mövzunu müzakirə etmək üçün, əmin olmaqla yanaşı qərəsiz olmalı, həmsöbətinizin dərdinə şərik olmağınızı göstərməli, özünüzü inamlı aparmalı, əgər qadın pasiyeht danışmaq istəmirsə ona təzyiq göstərməməlidir. Bu barədə ətraflı şərh verən psixoloq daha sonra deyir: “ Zorakılıqdan şübhələnən zaman veriləsi məsləhət görülən sualları nəzərinizə çatdırmaq istəyirəm, nəvatsa əriniz və ya tərəfdaşınız sizi hədələyibmi, əlaqələrinizlə gərginlik mövcuddurmu, aılədə yaranan mübahisələri necə həll edirsiniz, bəzi ailərdə mübahisələri fiziki qüvvə tətbiq etməklə həll edirlər, siz bununla üzləşmisinizmi, hənçinin ailələrdə zorakılıq tez-tez baş verdiyindən, sağlamlığada təsir etdiyindən mən pasiyentlərimi bu barədə çox sorğu-suala edirəm. Soruşuram ki, sağlamlığınızda yaranan problemlərin ailədəki mühütə bağlılığı varmı ? Əlbəttə ki, zorakılıq faktlarının etiraf edilməsinə mane olan səbəblər də var : 1) zorakılıqda qadının özünün “həll etməli” olduğu şəxsi problem kimi baxılır, 2) zorakılıq utanmaq hissi və ya ətrafdakılar tərəfindən başa düşülmək, yaxud ittiham edilməkdən çəkinməklə müşayət olunur, 3) zorakılığın qurbanları hesab etmirlər ki, həkim bu problemin həllində onlara kömək edə bilər, 4 ) qurbanın zoraklıq haqqında kiməsə danışmasından sonra yarana biləcək nəticələrdən qorxması. İlkin olaraq həkimlər aşağıdakıları nəzərə almaqla pasiyentin təhlükəsizliyini qiymətləndirməlidir. Yəni yaşanmış zoraklıqla bağlı emosinal vəziyyət, zorakı əməllərin tezliyi və ağırlığı, müəyyən dövr ərzində zorakalığın şiddətlənməsi, silahdan istifadə edilmə təhlükəsi, zorakılığın uşaqlara təsiri, xarici dəstək mənbələrinin mövcudluğundan ibarətdir. Bəs, zorakılığa məruz qalmış insanlara neçə yardım göstərilməlidir. Praktikada nəzərdə tutulduğu kimi birinci növbədə zorakılığa məruz qalmış insanın məxfiliyinin qorunacağı barədə əmin etmək. Uşaqlara qarşı zorakılıq halları istisna olmaqla hüquq-mühafizə orqanlarına hər hansı müraciət yalnız pasiyentin razılığı əsasında edilə bilər; 2) zorakılığa məruz qalmış şəxsi zorakılığın fiziki və psixoloji sağlamlığa vurduğu ziyan, o cümlədən onun qarşısını almaq üçün hüquq və imkanlar barədə məlumatlandırmaq ; 3) qadının təlabatlarını müəyyən edin, onun gözlədiklərinin nə dərəcədə real olduğuna qiymət verin, alternativ həlli variantlarını müzakirə edin ; 4) qadına tövsiyə edin ki, o həyat yoldaşına psixi sağlamlıq sahəsində mütəxəssisə müraciət etməyi məsləhət görsün ; birgə” xilas etmə planı” işləyib hazırlayın , pulları və vacib sənədlərin surətlərini gizlətməyi məsləhət görün, zorakılıq faktlarının təkrar ediləcəyi təqdirdə kiminlə əlaqə saxlayacağını müəyyən edin ; 6 ) zorakılığın uşaqlara necə təsir etməsi barədə müzakirə aparmağı məsləhət görün. Bir çox hallarda bu müzakirə ailədə müsbət dəyişiklərə təkan verə bilər ; 7) ixtisaslaşmış böhran xidmətinə müraciət daxil olmaqla sosial dəstək və zorakılıqdan müdafiə mənbələrini araşdırın; 8 ) ailədəki vəziyyətin müntəzəm monitoringini və tibbi sənədləşmənin düzgün aparılmasını təmin edin.
Psixoloq zamanəmizin bəlasına çevrilən zorakılıqlıqla bağlı müşahidə araşdırmalardan və psixoloji təsirindən danışaraq dedi : Beynəlxalq araşdırmalara görə yalnız üç aılədən biri zorakılıqla üzləşir. Azərbaycanda isə , qadımların 15-20 faizi ailərində zorakalıq faktının mövcudluğunu etiraf edirlər. Zorakılıq əlamətlərini həyata keçirən şəxslərin 80-faizi kişilərdir. Belə ki, əgər qadın əri tərəfindən zorakalığa məruz qalırsa, həmin ailədəki uşağa da, ev zorakılığının qurbanı kimi yanaşılır. Belə götürəndə zorakılıq yalnız kasıb, boşanma və az savadlı ailərdə daha çox yayılıb. Lakin nüfuzlu universitetlərin tələbəlri arasında arasında aparılan tədqiqat lar onların ailələrində 12- 15 faiz zorakılıq faktları üzə çıxarılıb. Məlum olub ki, daha yüksək sosial- iqtisadi qruplarda, yəni ailələrdə zorakılıq faktlarının gizlədilməsi tendensiyası müşahidə edilir. Araşdırmalar zamanı o da məlum olub ki, qadınlar zorakılığa daha çox özləri, təhrik edirlər. Eyni zamanda onların əksəriyyəti zorakılıqdan çəkinməyi çalıçır və daha çox itaət nümayiş etdirirlər. Əgər travma gözlə nəzərə çarpmırsa, onda zorakılıq faktını ciddi hesab etməmək olar və fiziki, seksual zorakılıq çox vaxt heç bir iz qoymur. Lakin buna baxmayaraq onlardan doğan emosional nəticələr adi məişət travmasından daha ağır olur və onların aradan qaldırılmasından ötrü daha çox vaxt tələb olunur. Məlum olduğu kimi, qadın istəsə həmişə tərəfdaşını tərk edə bilər. Qadınların çoxu yarana biləcək nəticələrin qorxusndan gedə bilmirlər (həyat yoldaşları tərəfindən öldürülmüş qadınların 50-faizi onlar həyat yoldaşlarını atıb getməyə cəhd edərkən öldürüblər), onların çoxunun getməyə yeri və ua tək yaşamaq üçün maliyyə imkanları olmur. Bundan əlavə, zorakılığa məruz qalan qadınlarda özünü qiymətləndirmə aşağı düşür və onlar müstədqil yaşayacaklarına inanmırlar. Əslində isə, qadınlara qarşı zorakalığı həyata keçirən şəxslər psixi cəhətdən xəstə olurlar. Zorakılığı həyata keçirən kişilərin böyük əksəriyyəti heç bir psixi pozuntunun ölçülərinə uyğun gəlmirlər, 60-faizi isə heç zaman evdən kənarda təcəvüzkar hərəkətə yol vermirlər. Psixoaktiv maddələrdən istifadə edilməsi zorakılıq riskini artırsa da, zorakılıq hadisələrinin 55-faizini psixoaktiv maddələrdən istifadə etməyən insanlar tərəfindən törədilir.
Getdikcə artmaqda olan zoraklıq , işgəncə , ailə faciləri, qətllər hamımzı narahat etməli və bunların qarşısını almaqdan ötrü əvvəlcə insanlar arasında güclü təbliğat iləri aparılmalıdır. İnsan psixologiyası elə korlanıb ki, belə hadisələrin və facilərin törədilməsi adi hala çevrilib. Hal-hazırda ailələrdə yaranan xırda söz-söhbətlərin də snu faciə ilə nəticələnir. Ata uşaqların gözü önündə anasına işgəncə verir, zorakılıq göstərir , hətta amansızlıqlada qətlə yetirir. Əlbəttə ki, bütün bunlar ilk nöbədə uşaqlara pis təsir edir və onlarda da zorakılığa meyillilik förmalaşır. Doğrudan da psixologiyasında problemlər insanlar ildən-ilə azğınlaşır və zorakılıqlara meylləri daha da artır. Son dövrlərdə bu tipdə baş verən hadisələr bir daha bütün bunları sübut edir.

Ögey qızını şunurla boğub

Haqqında danışacağım dəhşətli cinayət hadisəsi 2001-ci ildə baş verib. Ögey ana qızcığazı xüsusi amansızlıqla öldürüb. Belə kı, Bakı şəhər sakini Mehriban Rəcəbova 2001-ci il avqustun 16 –da yaşadığı Masazır qəsəbəsində 1991-ci il təvəllüdlü ögey qızı Xanım etibar qızı Manafovanı öldürmək məqsədilə evdən götürdüyü şunuru onun boğazına dolayıb və sıxmağa başlayıb. Nəticədə 10 yaşlı qız boğularaq dünyasını dəyişib. Törətdiyi cinayət əməlinə görə Mehriban Rəcəbovaya Azərbaycan Cinayət Məcəlləsinin 120.2.9-cu (təksirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə , habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib. Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını xüsusi amansızlıqla öldürən M. Rəcəbovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Keçmiş arvadını qaynar su ilə yandırdı

Bir neçə çün əvvəl Sumqayıt şəhərində baş verən dəhşətli işgəncə faktı buna əyani sübutdur. Sumqayıt Şəhər Baş Polis İdarəsində aldığımız məlumata görə, Salyan rayonunda anadan olmuş , hazırda Sumqayıt şəhərində yaşayan 1982-ci il təvəllüdlü İsrafil Şamil oğlu Ələkbərov keçmiş həyat yoldaşı Aynur Qadir qızı Həsənovanı döyüb. Sonra isə qadının əl- ayağını və ağzını yapışqanlı lentlə (“skoçla”) bağlayıb. Daha sonra İsrafil elektpik çaynikdə (“tefalda” ) su qaynadaraq Aynurə Həsənovanın bədənin müxtəlif nahiyələrinə töküb. Ağır-yanıq xəsarətləri alan qadın qonşuların köməyi ilə Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. Bütün bu hadisələr isə azyaşlı uşaqların gözləri qarşısında baş verib. Rəsmi məlumata görə, əməliyyat qrupunun dərhal keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində İsrafil Ələkbərov tutulub. Qeyd edək ki, əvvəllər məhkum olunan İ.Ələkbərov , A. Həsənovdan bir müddət əvvəl rəsmi boşanıb. Polisin məlumatına görə, ilkin araşdırmalar nəticəsində məlum olub ki, Aynur əvvəllər də ərdə olub və birinci ərindən boşanandan sonra İsrafillə rəsmi nikahla ailə qurub. Birgə nikahlarından 2 azyaşlı övladları var. Bu da, məlum olub ki, İsrafil , Aynurdan boşanan kimi başqa qadınla ailə qurub. Bu dəhşətli hadisəni törədən İ. Ələkbərov polisdə verdiyi ilkin ifadəsində keçmiş həyat yoldaşına işgəncə verməsinə, qadının onun uşaqları görüşməyə maneçilik etməsi səbəb olub. Qeyd edək ki, İ. Ələkbərov boşanandan sonra özünə məxsus keçmiş ailəsinə verib, özü isə başqa yerə köçüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Həyat yoldaşnı döydü və bıçaqladı...

Qadına qarşı edilmiş zorakılıqla bağlı daha bir misal. Bu hadisə isə Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsində 50 saylı bianın 35-ci mənzilində baş verıb. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Allahyar Ramiz oğlu Məcidov həyat yoldaşı 1976-cı il təvəllüdlü Kamılə Sevxan oğlu Məcidovaya bıçaqla çox saylı xəsarətlər yetirib. Qadının yaxınlarının bildirdiklərinə görə, əri əvvəllər də qadını dəfələrlə döyüb və uşaqların gözü önündə işgəncələr verib. Zaərərçəkən hal-hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir və vəziyyəti orta ağır olaraq qalır. Həyat yoldaşını bıçaqlayan Allahyar Məcidov Yasamal polisi tərəfindən həbs edilib. Bu faktla bağlı isə Yasamal Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq 126.2. 3-cü maddəsi ilə cinayət işi başlanıb və işgəncənin səbəbləri araşdırlır.

4 – Aylıq hamilə gəlini yaraladı

Bir çox hallarda yeni qurulmuş ailələrdə işgəncə faktları olur. Belə bir hadisə bu yaxınlarda Gəncə şəhərində baş verib. Həyata yoldaşı 4 aylq hamilə olan gənc qadını baçaqla yaralayıb. Gəncə Şəhər Baş Polis İdarəsindən aldığımız məlumata görə, şəhər sakini 20 yaşlı Mənzər Məmmədova sol bud nahiyəsindən kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya gətirilib. Həkimlər ona ilkin tibbi yardım göstərsələrdə, çoxlu qan itirdiyindən vəziyyəti kritik qalır. Lakin həkimlər hamilə qadının tezliklə sağalmasına çalışırlar. Məlum olub ki, qadın ailə münaqişəsi zəmnində həyat yoldaşı 24 yaşlı Nicat ismayılov tərəfindən bıçaqlanıb. Məlumata görə, onlar 8 ay əvvəl ailə qurmalarına baxmayaraq ər tərəfindən gənc qadının tez-tez incidildiyi də məlum olub. Gəncə polisi tərəfindən Nicat İsmayılov saxlanılıb.
Faktla bağlı Gəncə ŞBPİ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Elə ailələr də var ki, qayınanalar gəlinə gün vermir. Onula yersiz yerə mübahisə, təhgir edir, gəlinə qarşı zorakılıq göstərir, işgəncə verir hətta döyür də. Belə misalları çox çəkmək olar.

Gəlinə işgəncə verən qayınana cəzalandırıldı

Bu yaxınlarda Abşeron rayon Məhkəməsində gəlini döyməkdə təqsirli bilinən 1946-cı il təvəllüdlü Zenfira Şeydayevanın cinayət işi üzrə məhkəmə başa çatıb. Hadisə 31 yanvar 2014 tarixdə gecə saat 01.00 radələrində baş verib. Zemfira Abşeron rayonu Saray qəsəbəsində yerləşən birlikdə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı keçmiş gəlini Rübabə Səfərovanı döyüb. Rübabə hadisə zamanı xəsarət alıb və xəstəxanada yerləşdirilib. Bu səbəbdən Z. Şeydayeva barəsində Cinayət Məcəlləsinin 128-ci ( sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Hakim Şövkət Nəcəfovanın sədriliyi ilə keçirilən prosesdə təqsirdilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə gəlinə işgəncə verən qayınana 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Ərini bıçaqla ölümcül yaraladı

Bəzən də, əksinə arvad ərinə qarşı zorakılıq edir və işgəncə verir. Balakən rayonu Kortala kənd sakini 1985- ci il təvəllüdlü Tural Akif oğlu Butdayev 4 ay əvvəl ailə qurub. Lakin ailə qurandan onun günü göy əskiyə bükülüb. Tural həyat yoldaşı tərəfindən təzyiq, təhgir və işgəncələr məruz. O, təzə qurduğu ailəni dağıtmamaq üçün bütün bu zorakılıqlara dözüb. Bu yaxıınlarda isə Tural Butdayev evin həyatyanı sahəsində işlədiyi yerdə həyat yoldaşı tərəfindən bıçaqlanıb. O, qarın boşluğunun kəsilmiş deşilmiş və daxilə nüfuz edilmiş bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. T.Butdayevin üzərində cərrahiyə əməliyyatı apardıqdan sonra, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Balakən Rayon Polis Şöbəsindən aldığımız məlumata görə, onun vəziyyəti ağırdır və həkimlərin nəzarətindədir. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar aparılır. Tural Butdayevin həyat yoldaşı polisə çağrılıb və ondan ilkin ifadə alınıb.

Məişət zorakılığının qarşısının alınması haqqında qanun niyə icra olunmur ?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2010-cu il tarixli “Məişət zorakılığının qarşısının alınması haqqında “ Azərbaycan Respublikasının qanununu yaxın qohumluq münasibətlərindən , birgə və ya əvvəllər birgəyaşayışdan sui-istifadə etməklə törədilən zoraklığın, onun döğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısını alınması, məişət zoraklığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzmləyir. Bu qanunda məişət zorakılığı ilə yanaşı fiziki, psixi, iqtisadi xarakterli, cinsi və digər xarakterli hüquqi müstəvidə təmzinlər. Qanun 1-ci maddəsinə görə, məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi , sosial və qabaqlayıcı tədbirlər nəzərdə tutulur. Məişət zəmnində fizıki zorakılığa məruz qalan şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi yəni zor tətbiq etməklə təhlükəsizliyin pozması, döyməsi ,sağlamlığına zərər vurması . işgəncə verməsi , azadlıq hüququnu məhdudlaşdırmasından ibarətdir. Hüquqşünas Rəşad Cabrayılov söhbət zamanı bildirdi ki, məişət zəmnində olan fiziki zorakılıqla yanaşı digər zorakılıqlara məruz qalan şəxslər məlum Qanuna görə, zərərçəkm hesab olunurlar. R.Cabrayılov deyir ki, məişət zəmnində psixi zoraklıq –bu Qanun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəldilmiş hərəkətlər nəzərdə tutulur. Məişət zəmnində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi bu Qanun şamil edildiyi şəxslərin birinin digərini onun mülküyyətində, sərəncamda və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asıllığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətlər nəzərdə tutulur. Eyni zamanda bu Qanuna görə, birinin digərinə onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi cinsi zorakılıq kimi qiymətləndirilir. Qanunu şərh edən hüquqşünas bildirir ki, 20 maddədən ibarət olan bu Qanun çox dəyərli sənəddir və məişət zorakılığın qarşısının alınmasında böyük rol oynaya bilər. Çox-çox təəssüflər olsun əksər vətəndaşların bu qanundan bixəbərdilər. İnsanlarımza hüquqlarnı başa salan, onları müvafiq ali qanunıi sənədləri və hüquqlarını başa salan təşkilatlar yox dərəcəsindədir. Demokratik və hüquqi quruluşun inkişaf etdiyi bir dövrdə vətəndaşlarımızın çoxu adi-hüquqi anlayışdan məlumatları yoxdur. Buna görədə insanlar son məqamda öz hüquqlarını müdafiə edə bilmirlər. Buna görə ,də Azərbaycanda məişət zəmnində baş verən müxtəlif növ zorakılıq və işgəncə ilə bağlı cinayətlərin sayı ayba-ay artır. Rəşad Cəbrayılov Qanunu təhlil edərək dedi: “ Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu 4 fəsil , 20 maddə və müxtəlif bəndlərdən ibarətdir. Birinci maddədə əsas anlayışlardan ibarətdir. İkinci maddədə qeyd olunub ki, məişət zorakılığının qarşısısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ aktlardan ibarətdir. Üçüncü maddə: Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər, 4-cü maddə. Bu Qanun şamil edildiyi şəxslər, 5-ci maddə. Məişət zorakılığı barədə şikayətlərə baxan dövlət orqanlar. Bu məddənin 1-ci bəndinə görə, məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosesual qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır. Həmin maddənin ikinci bəndinə görə isə, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır.
Bu Qanun 7-maddəsi belədir: “Məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxıldıqda, cinayət təqibi ilə yanaşı görülməli tədbirlər. Həmin maddənin 1-ci bəndində- zərurət olduqda zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardıma, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi , habelə onun barəsində psixoloji reablitasiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərməkdən ibarətdir.
Yeddinci maddənin 3-cü bəndi : məişət zorakılığının qarşısının alınmasını, onun təkrarlanmamasını araşdırmanın aparıldığı müddət ərzində zərər çəkmiş şəxsin təhlükəsizliyini təmin etməkdir. Bu maddənin 7-ci bəndində qeyd olunub ki, “zərər çəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək. Bu maddənin 9-cu bəndinə görə isə, zəruri hallarda məişət zorakılığı barədə şikayətlər üzrə araşdırmanı aparan digər dövlət orqanlarına kömək göstərmək dən ibarətdir.
Gəlin indi də bu qanun 9- cu maddəsinin 1-ci bəndinə nəzər salaq. Bənddə qeyd olunub ki, məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə qanunvericilikdə müəyyən olunmuş məsulliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanması barədə xəbərdarlıq edilməsi və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilməlidir. Digər tərəfdən bu maddənin 3, 4 və 5-ci bəndlərində qeyd olunub ki, əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsulliyətə cəlb edilməsi barədə səlahiyyətləri dövlət orqanlarına, zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə ordenin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli və zərər çəkmiş şəxsin yardım mərkəzində sığınacaqla da təmin edilməlidir. Eyni zamanda 10-cu maddənin 3-3-cü bəndində zərər çəkmiş şəxsə tibbi və hüquqi yardım göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri nəzərdə tutulub. Qanun 20-ci maddəsində qeyd olunur ki, bu qanun və məişət zorakılığı ilə bağlı digər qanunvericilik aktlarının tələbləri pozan şəxslər Azərbaycan qanunvericiliyi nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Mənim qənaətimcə şərh etdiyim Qanun məişət zorakılığına məruz qalan insanlarının hüquqların təmin edilməsi və onların müdafiəsində böyük rol oynayır. Ancaq ,Qanunu həyata keçirilməsi üçün hər Azərbaycan vətəndaşı həmin qanundan xəbərdar olmalıdır. Müvafiq orqanlar bu qanun lazımi səviyyədə icra etmirlər. Buna görə də, zorakılıq halların qarşısı alması mümkün deyil və zorakılığa məruz qalan qurbanların da sayı ilbə-il artırlar.

 

каталог фаберлик на сайте faberllena.ru
народная медицина