DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


“Qanuni oğru” lar “razborka”larını davam etdirirlər

“Matrosskaya  tişına”da sakitlik pozulub

Rusiya hüquq –mühafizə orqanlarına yaxın mənbələrinin yaydıqları məlumatlara görə, iki il əvvəl qətlə yetrilən “Ded Hasan”-nın yaxın silahdaşı olan “Qanuni oğru” güllələnib. Bə hadisənin Moskva yaxınlığındakı iri qəsəbələrdən birində baş verdiyi söylənilir. Mənbəə, qətlə yetrilən şəxsin adını açıqlamır. Eyni zamanda Azərbaycanlı “qanuni oğru”lar arasındada əsil qanlı “razborka”ların getdiyi barədə məlumatlar var. Bu hadisələr Moskvadakı məşhur “Matrosskaya tişina “ istintaq təcridxanasında davam edir. Ötən yazılardan birində xəbər verdiyim kimi, Moskva şəhərinin yaxınlıqda dəstəsi ilə tutulan “Zayka” ləqəbli avtoritetə, son vaxtlar “bez predellik” etdiyi üçün, digər azərbaycanlı “qanun oğru” lar ciddi xəbərdarlıq etmişdilər. Belə ki, bu yaxınlarda başda, cinayyət aləmində killer kimi tanınan “Nazim Xromov “ (Nazim Hümbətov) və kriminal aytoritet Erdak Lənkəraniski olmaqla 30-a dək adam Zaur Əliyevin saxlandığı “Matrosovkaya tişina” dakı kamerasına soxulub. Onlar əlləri qandalda olan “Zayka”nı amansızcasına döyüblər.Bütün bu proseslər bir neçə mobil telefonla çəkilib. Bu olanlar skure vasitəsilə “Lotu Quli”nin (Nadir Səlifov) uzunmüddətli cəza çəkdiyi Azərbaycan türməsinə - Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsinə translasiya olunub. Çünki bu amansız qisasın təşkilatçısı məhz “Lotu Qulu” olub. Bu günlərdə isə həmin insdentə cavab gəlib. Belə ki, “Matrosskaya tişina” təcridxanasının “smotryaşı”sı olan “qanuni oğru” Nukri Qalski (Nukri Doçiya) digər məhbuslsrı başına yığaraq “Zayka”ya hücum edənlərdən 7-ni vəhşicəsinə döyüb.
Döyülənlər arasında ən ağır xəsarət alanlar Nazim Xromov və Erdak Lənkəranskidir. Döyülən digər şəxslər kimi onlarda təcridxananın tibb hissəsində müalicə olunurlar. Onların bu vəziyyətə salınmasının da Nadir Səlifovun cavabdehlik daşıdığını bildirirlər.
Hal-hazırda “Lotu Quli” və Rövşən “Lənkərancki” (Rövşən Canıyev ) barışmaz düşmən olublar. Lakin buna baxmayaraq onların ikisi də Zaur Əliyevə həddindən artıq çox nifrət edirdilər. Hər iki “qanuni oğru” “Zayka”nı aradan çıxartmaq, “başa salmaq” üçün güclərini də birləşdirmişdilər. “Zayka”nın bir neçə saat döyüb və işgəncələr veriblər. Onun sifətində salamat yer qalmayıb. “Zayka”nı döyənlər ondan köhnənin təhqiramiz sözlərinə görə, “Lotu Quli”dən skure vasitəsilə üzr istəməyi tələb ediblər. Zaur Əliyevə yaxın mənbələr isə bildirirlər ki, “Zayka” yalnız bir məsələdən hücum edən şəxslərin onun hamilə həyat yoldaşını elə kameradaca telefonla hədələyəndən sonra “sınıb”.
“Matrosskaya tişina” dakı hadisə dərhal ən nüfuzlu Qanuni oğru” ların əsas müzakirə mövzusuna çevrilib. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə hesab edirki, kriminal aləmdə faktiki olaraq yeni müharibə başlayıb və bu savaşın hələ çox qurbanları ola bilər. Böyük qardaşlarının və valideylərinin əzizləmə mənasınd”Zayka” çağırdığı Zaur Əliyev Moskvaya təxminən 15 il əvvəl gedib və azərbaycanlı kriminaların liderinə çevrilib. O, buna iki yaxın dostunun –nüfuzlu “qanuni oğru”lar Kamo Qorkovski (Kamo Səfəryan) və Rəşad Gənciniskinin (Rəşad İsmayılov) dəstəyi sayəsində nail olub. Zaur Əliyevin dəstəsi Rusiyadakı azərbaycanlıların iki ən qüdrətli qruplaşmasına – “Lotu Quli” ilə “Rövşən Lənkarənski”nin qruplarına faktiki rəqib olub. Əldə etdiyimiz məlumatlara görə, “Zayka” bu iki avtoritetlə daimə münaqişədə olub. Səkkiz il əvvəl isə “Lotu Quli”nin adamları Zaur Əliyevlə bağlı biznesmenlərdən küllü miqdarda pul tələb ediblər. Bu qruplar arasında məhz pul məsələsinə görə çox sayli “razborka” lar baş verib. Axırda qruplaşma liderləri özləri birbaşa danışmağa qərar veriblər. Tərəflər arasında müharibə bundan sonra daha da qızışıb. 2013-2014-cü illərdə daha da amansız şəkil alıb. “Zayka” ilə “Lotu Quli”nin adamları Pövşən Canıyevin adamlarını bir sıra bazarlardan çıxartmağa başlamışdılar. Lakin boşalan yerləri daha çox “Zayka”nın adamları ələ keçirirdi. Bu qarşıdurmalarda hətta atışmalarda baş veriedi. Nəticələr isə göz qabağındadaır. Son bir il ərzində belə “razborka”larda 10-dan çöx adam , o cümlədən “Rövşən Lənkərənski”nin yaxın adamı və sağ əli olan Rövşən Somayada öldürüldü. Xəbər verdiyimiz kimi bu ilin noyabr ayında Moskva polisi “Zayka”nı və onun qrupunun 4 üzvünü silahla tutdu. Onlar məhkəmənin qərarı ilə həbs edildildilər. Zaur Əliyevi rəqiblərin xeyli adamın cəza cəkdiyi məşhur türməyə göndərdilər. Məhz, Nadir Səlifovun ən yaxın adamı və hazırda Moskvada 4 nəfəri güllələməkdə ittiham edilən killer-“sifarişli qatil” olan Nazim Hümbətov da orada saxlanır. “Zayka” ilə haqq-hesabda orada çəkilib. Onların “razborka”ları bundan sonra dahada qızışıb “Qanuni” oğrular arasında böyük nüfuza malik olan Kamo Səfəryan təcridxanadakı bu “bespredel”ə
Ilk etiraz edənlərdən olub. “Lotu Quli”nin adamları cavabında bildirdilər ki, “Zayka” “qanuni oğru” olmadığı halda “qanuni oğru”nu təhgir etdiyi üçün bunun hesabını verməli və cəzasını almalı idi. “Zayka”nın qruplaşması isə öz fikirlərini söyləyiblər. Onlar da deyiblər ki, “Zayka” “Lotu Quli”ni təhkir edəndə sonuncunun “oğru” titulu əlindən alınmışdı və üstəlik Nadir Səlifovun tərəfdarları Zaur Əliyevi o, azadlıqda olanda cəzalandıra bilərdilər. Lakin nədənsə bunu etməyiblər. Bütün bunlardan sonra “oğrular” belə qərara gəliblər ki, “Zayka” həmin təcridxananın “smotrayaşısı” Nukri Doçiya bu haqda əvvəlcədən xəbərdarlıq edilmədən döyüldüyü və üstəlik də bu davadan sonra “Moskkovskaya tişina”da dstaqlara qarşı təzyiqlərin artırılması, rejimin sərtləşdirdiyi üçün “Zayka”nı döyənlər cəzalandırılmalıdırlar. Nəticə həmin adamlar, yəni “Lotu Quli” nin adamları da döyülüb.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə görə, baş verənlər artıq “Şakro Molodoy” ləqəbli nüfuzlu kriminal avtoritet Zaxari Kalaşovu da narahat edib. O, azərbaycanlı “qanuni oğru”ların çöx özbaşnalıq etdiyini və bu sahədə qayda-qanun yaratmaq lazım olduğunu deyib. Bildirib ki, azərbaycanlı “qanuni oğru”ların bütöv bir dəstəsinin “öğru” titulunun nəzərdən keçirməyin vaxtı artıq çatıb. Deyəsən cinayət aləmində baş verən bu xoşagəlməz hadisələr və “razborka” lar digər azərbaycanlı “qanuni oğru”ara da problemlər yaradacaq.
Bəs, cinayət aləmindəki- “oğru” dünyasındakı mehribançılıq, qardaşlıq və bərabərlik harda qaldı?

каталог фаберлик на сайте faberllena.ru
народная медицина