DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Azərbaycan yollarında ölüm kabusu var, yoxsa əzrayıl dolanır?

Azərbaycanın avtomobil yollarında demək olar ki, hər saat ağır yol-nəqliyyat hadisələri baş verir.

Bu qəzalar nəticəsində onlarla insan dünyasını dəyişir, ağır xəsarətlər alır və ömürlük şikəst olurlar. Neçə-neçə ailələr gözü yaşlı qalır. Yol-nəqliyyat hadisələrin baş verməsinə səbəblər müxtəlifdir. Birinci növbədə sürücülər yol- hərəkət qaydalarını kobudcasına pozurlar. Maşınları yüksək sürətlə idarə edir, yola çıxanda maşınların nasazlığını yoxlamır, ötmə, dönmə hərəkətlərini düzgün yerinə yetirmirlər. Qəzaların baş verməsinə digər başlıca səbəblərdən biri də, avtomobillərin sərxoş vəziyyətdə idarə etməsidir. Bəzi avtomobil sahibləri isə , maşın rolun arxasında təcrübəsiz və səriştəsiz adamları otutdururlar. Nəticə isə göz qabağındaır. Son vaxtlar baş verən yol hadisələri nəzərdən keçirdikdə adamın tükü ürpəşir. Gəlin, axır günlər baş verən bir neçə yol-qəzasını nəzərdən keçirək. Təkcə iki gün ərzində 8 yol qəzası baş verib. Nəticədə 9 nəfər dünyasını dəyişib və 5 nəfər isə xəsarət alıb. Məsələn, yüksək sürətin sonu.
Bu hadisə Sumqayıtda qeydə alınıb. İki avtomobil toquşub.1 nəfər ölüb. Fövqəlada Hallar Nazirliyi (FHN) xəbər verir ki, Sumqayıt şəhəri ərazisində “Nissan” və “Vaz” markalı minik avtomobilləri toqquşub. Nəticədə deformasiyaya uğramış “Vaz” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış, 1982-ci il təvəllüdlü Ceyhunə Mustafa qızı Əliyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Daha bir rəsmi məlumata görə bu hadisədə “Vaz” markalı avtomobildə olan azyaşlı uşaq , sürücü və “Nissan” markalı avtomobilin sürücüsüdə ağır xəsarətlər alıb. Zərərcəkənlər xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırmalar aparılır. İlkin versiyaya görə , bu qəzayə yüksək-sürət səbəb olub.
Digər ağır yol nəqliyyat hadisəsi isə Bakı şəhəri Suraxanı rayonu ərazisində aeropört yolunda qeydə alınıb. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, 1993-cü il təvəllüdlü Elnur Rəhimov idarə etdiyi “Mersedes” markalı avtomobillə 1962-ci il təvəllüdlü Tovuz Adil qızı Hacıyevanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Qeyd edək ki, qəza piyadalar üçün nəzərdə tutulmuş yerüstü üstü keçidin bir neçə metirliyində baş verib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb və araşdırmalar aparılır.
Baş Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, Şabran rayonunda da ölümlə nəticələnən yol –nəqliyyat hadisəsi baş verib. Belə ki, Şabran rayonuna ova gəlmiş Bakı şəhər sakini Məmmədəli Fətəli oğlu Yarıyev idarə etdiyi “Niva “ markalı maşın Şabran- Zöhrabkənd yolunda dumanlı havada yoldan çıxaraq dərəyə aşıb. Nəticədə ağır xəsarətlər aşan sürücü hadısə yerindəcə keçinib. Qeyd edək ki, Məmmədəli Yarıyevin meyiti hadisədən 8 saat sonra tapılıb. Bu hadisə ilə bağlı Şabran Rayon Polis şöbəsində cinayət işi başlanılıb.
Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Turqay İmanov idarə etdiyi “Chandan” və Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Tahir Tapdıqovun idarə etdiyi “Vaz-2104” markalı avtomobillər toquşub. Hadisə yerində T. Tapdıqovun sərnişini, Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Asif Mahmudov aldığı xəsarətlərdən dünyasını dəyişib. Bakı Şəhəri Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən verilən məlumata görə, “04”ün sürücüsü və sərnişinlər 1961-ci il təvəllüdlü İzzətəli Baxışov, Ağsu rayon sakini 1994-cü il təvəllüdlü Röyal Ümidov, habelə digər avtomobilin sürücüsü T. İmanov və sərnişinləri, Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Vəfa Hüseynova və 1989-cu il təvəllüdlü Almurad Əhmədov və onun qardaşı Səməd Əhmədov xəstəxanaya yerləşdiriliblər. T.Tapdıqov və T. İmanovun vəziyyəti opta ağır, digərlərin vəziyyəti isə qənaətbəxşdir. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi qaldırılıb və araşdırmalar aparılır. Respublikamızın rayonlarında da tez-tez ağır yol hadisələri baş verir.
Qaxda rayonunda 2 nəfərin ölümü və 3 nəfərin yaralanması ilə nəticələn dəhşətli qəzası olub. Bu hadisə rayon ərazisində Qaşqaçay- Biləcik yolunda qeydə alınıb. Belə ki, Qaşqaçay kənd sakini, 50 yaşlı Ramiz Cəlal öğlu Məmmədovun idarə etdiyi “Vaz-2106 “ markalı avtomobil , Şəki rayonu Biləcik kənd sakini 22 yaşlı Təbriz Əlirahman oğlu Qurbanvun idarə etdiyi eyni markalı minik maşını ilə toquşub. Nəticədə hər iki sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. R.Məmmədovun avtomobilində olan 3 sərnişin : Abdulla Rafiq Molxazov , Elsevər Ramiz oğlu Əhmədov və sürücünün qızı 23 yaşlı Aydan Məmmədova çox saylı ağır xəsarətlərlə Qax Rayon Mərkəzii xəstəxanasına çatdırılıblar.
Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hal-hazırda cərahiyyə əməliyyatlarından sonra xəstəxanın reanimasiya şöbəsində yerləşdirilən yaralıların vəziyyəti ağırdır. Qeyd edək ki, yüksək sürət nəticəsində toqquşan hər iki avtomobil deformasiyaya uğrayıb.Məlumata görə qəza zamanı dünyasını dəyişən Ramiz Məmmədov kəndin mollası olub. Faktla bağlı cinayət işi başlanıb.
Daha bir ağır yol qəzası Bakı- Qazax – Gürcüstan magistral yolunda da ağır yol-nəqliyyat hadisəsi baş verib. Rəsmi məlumata görə, hadisə günorta saat 12 radələrində həmin yolun 352-ci kilometrliyində, Göygöl rayonu Hacıməlik kəndi ərazisində qeydə alınıb. “Vaz-21011” markalı avtomobil sərnişin daşıyan avtobusla toqquşub. Qəza zamanı bir azyaşlı ölüb və bir neçə nəfər isə aağır bədən xəsarətləri ilə, Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxasına yerləşdiriliblər. Baş Dövlət Yol Polisi İdarəsinin hadisə yerində apardığı araşdırmalar nəticəsində həmin yol-qəzasında ölən və yaralanların kimliyi müəyyənləşdirilib. Belə ki, hadisə zamanı Goranboy rayonu Todan kənd sakini, 1974-cü il təvəllüdlü Sarif Həsənəliyevin idarə etdiyi “011” markalı “Jiquli”, Daşkəsən-Bakı marşurutu üzrə işləyən “Hunday” markalı sərnişin daşıyan avtobusla toqquşub. Həticədə, Sarif Həsənəliyevin 2007-ci il təvəllüdlü oğlu Azad Həsənəliyev hadisə yerində dünyasını dəyişib. Sürücü özü, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Elnarə Əliyeva və Aysu Həsənəliyeva isə ağır bədən xəsarətləri Gəncə şəhər TTYX-na yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır. Faktla bağlı Göygöl RPŞ-də cinayət işi başlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Zaqatala rayonunda da , ölümlə nəticələnən yol qəzası baş verib. Bu hadisə isə səhər saat 10.30 –da Yevlax-Zaqatala – Balakən magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Vaz-21014” və “Vaz-2106” markalı minik maşınlarının toqquşması toqquşması nəticəsində şəxsiyyəti məlum olmayan bir kişi dünyasını dəyişib. Daha bir nəfər – 1969-cu il təvəllüdlü İsmayıl Kərimov isə aldığı ağıp bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti opta ağırdır. Zaqatala Rayon Polis Şöbəsində qəzanın baş vermə səbəbləri araşdırılır.
Sabirabada ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, saat 11 radələrində Saatlı rayon sakini Əlibarat Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yol keçən Qaratəpə kənd sakini Elmar Əliyevi vurub. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən piyadının həyatını xilas etmək mümkün olmayıb. Piyadanı vuran sürücü saxlanılıb. Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanıb.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина