DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Sarkisyanın kitabı bağlandı

Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması yanvar ayında təsdiqlənəcək.

Bu barədə Rusiya Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir.

Məlumatda qeyd olunur ki, Ermənistanın AİB-ə üzv olması ilə bağlı anlaşma Rusiya prezidenti Vladimir Putinə təqdim edilib.

Sənəddə bildirilir ki, Ermənistanın Birliyə üzv olması ilə bağlı anlaşma 2015-ci il yanvar ayının 2-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Ermənistanın Birliyə üzv olması prezident Sarkisyanın uğursuz siyasət yürütməsi ilə əlaqələndirilirdi. Erməni mətbuatında bununla bağlı məqalələr dərc edilmişdi. Hətta bildirilirdi ki, Sarkisyan nəhayət ki, evləndi.

Ölkənin Birliyə qoşulması xalqı da ayağa qaldırmışdı, kütləvi etiraz aksiyaları keçirilmişdi.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина