DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Helikopter bəyanatı dəyişdi

ATƏT-in Minsk qrupu Azərbaycanın işğal edilmiş ərazisində vurulmuş Ermənistanın hərbi helikopteri ilə bağlı insident üzrə bəyanatını dəyişib.

Minsk qrupu bəyanatında helikopterin qalıqlarının olduğu ərazinin adını "neytral" deyil "yaşayış olmayan" ifadəsi ilə dəyişib.

Bundan əvvəl Minsk qrupunun bəyanatında qeyd olunmuşdu ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin "neytral ərazi"sinin minalanmış zonasında yerləşir.

Bununla əlaqədar olaraq Azərbaycan rəsmiləri etiraz etmişdi.

Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина