DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ABŞ-da yağan qar 12 nəfəri öldürdü

Amerika Birləşmiş Ştatlarının şərq hissəsində qarlı və şaxtalı hava şəraiti hökm sürür. Ötən gün Nyu-York ştatında donvurma və infarktdan azı 12 nəfər ölüb.

Ölüm halları, əsasən, Bufalo şəhərində olub. Üç gündür ki, şəhərə yağan qar fasiləsiz olaraq davam edir. Şəhərdə qarın səviyyəsi iki metrə çatıb. Nyu-York ştatının meri Endryu Kuomo qarlı havaların hələ bir neçə gün davam edəcəyinə dair xəbərdarlıq edib.

Xilasedicilər gün ərzində qarın əsarətində qalan insanları xilas etmək üçün fasiləsiz fəaliyyət göstəriblər. Rəsmilər azı 300-ə yaxın avtomobilin yollarda qaldığını məruzə ediblər. Amerikanın Milli Hava Xidməti havaların həftəsonu isinəcəyini, temparturun 15 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırıblar. 

Meteoroloqların məlumatına görə, Bufalo şəhərinə son üç gündə yağan qar bir illik norma həcmində olub.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина