DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Suriya müharibəsini alovlandıran QAZ SAZİŞİ

Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı Suriya və İŞİD-lə bağlı yeni və kifayət qədər ağılsız sövdələşməsi üzə çıxıb.

Bu sazişə əsasən, ABŞ Səudiyyə Ərəbistanından ucuz neft selini axıtmaqla, İranın və Rusiyanın zəifləməsini istəyir. Sövdələşmənin təfərrüatları ABŞ dövlət katibi Con Kerri və Səudiyyə kralı arasında sentyabrdakı görüşdə razılaşdırılıb. ABŞ-ın bu addımı isə Rusiyanı Çin və Avrasiya ilə daha tez yaxınlaşmağa vadar edəcək.
Qəribə olan budur ki, NATO-nun İŞİD-ə qarşı hücümu və ümumiyyətlə dünyanın neftlə ən zəngin bölgəsində irimiqyaslı müharibə fonunda neft bahalaşmaqdansa, ucuzlaşır. İyundan başlayaraq İŞİD Mosulu ələ keçirəndən sonra neft 112 dollardan 70 dollardan da bir qədər aşağı düşüb. Lakin dünyanın gündəlik tələbatı 20% belə düşməyib.
Hazırda Səudiyyə Ərəbistanı öz neftini Çinə 100 dollara deyil, cəmi 50-60 dollara satmaq istəyir. Bu oyun ABŞ Maliyyə Nazirliyi tərəfindən layihələşdirilib və əsas məqsəd dünya bazarında neftinin su qiymətinə satılmasıdır. Çin də öz növbəsində böyük məmnuniyyətlə ucuz nefti almağa hazırdır. Lakin onun yaxın müttəfiqləri, Rusiya və İran ağır zərbə altına düşür.
Ər-Riyadda yerləşən Səudiyyə Ərəbistanının Enerji Siyasətinin Strateji Proqnozlaşdırma Mərkəzinin prezidenti Rəşid Abanmi bildirib ki, OPEK-in ən iri neft istehsalçısı bu addımı İrana və Rusiyaya Bəşşar Əsədi dəstəklədiyinə görə, təziq göstərmək üçün atır.
Qeyd edək ki, Rusiyanın gəlirinin 50%-i neft və qaz ixracından təmin olunur.
ABŞ və Səudiyyə Ərəbistanının neft qiymətlərinin manipulyasiyası Amerikanın qloballaşma siyasətinin bir sıra əleyhdarlarının sabitliyini pozmaq məqsədi güdür. Onların əsas məqsədi Rusiyanı mümkün qədər zəiflətməkdir. Buna oxşar hadisəni ABŞ və Səudiyyə Ərəbistanı 1986-cı ildə də etmişdi. O zaman neft qiymətlərini 10 dollardan aşağı salmaqla Sovetin müttəfiqi olan Səddam rejiminin iqtisadiyyatı çökdürülmüşdü. Qeyd edək ki, bu manipulyasiya SSRİ-nin də iqtisadiyyatına ağır zərbə vurduğuna görə, Sovetin süqutuna şərait yaratmışdı.
İndi isə ABŞ neftin qiymətini öldürməklə Rusiyanın neft gəlirlərinin cidd şəkildə azalmasını istəyir. ABŞ düşünür ki, bununla ölkə daxilində Putinin əleyhdarları kəskin artacaq. Nəticə isə onun devirilməsi ilə tamamlanacaq. Lakin bu strategiya uğursuzluğa məhkumdur. Çünki Putin Çin və digər ölkələr ilə birlikdə Qərbdən öz asılığını zəiflətmək istiqamətində ciddi strateji addımlar atmağa başlayıb. Bununla belə, Rusiya dollardan asılığını heçə endirməyə çalışır. Bu isə ABŞ Maliyə Nazirliyini çox çətin vəziyyətə salacaq. Buna görə də Kerri-Abdullah müzakirəsini mənasız addım kimi dəyərləndirmək olar.

Kerri və Abdullahın gizli sövdələşməsi

Sentyabrın 11-də Səudiyyə Ərəbistanının kralı Abdullah özünün Qırmızı dənizdəki sarayında ABŞ döblət katibi Con Kerri ilə görüş keçirmişdi. Abdullah görüşə Səudiyyə kəşfiyyatının keçmiş rəhbəri şahzadə Bandarı da dəvət edibmiş. Görüş zamanı Səudiyyənin Suriyada ABŞ tərəfindən İŞİD-ə qarşı hava zərbələrinin dəstəkləməsinə dair saziş imzallanıb. Bunun müqabilində Səudiyyə Ərəbistanı ABŞ-dan ona Bəşşar Əsədin devirməsində kömək etməyini istəyib.
“Wall Street Journal” yazır ki, ABŞ və Səudiyyə Ərəbistanı kulis arxasında apardığı danışıqlar zamanı İranın əleyhinə əməkdaşlığın zəruri olması barədə də saziş imzalayıb. İlk növbədə, Səudiyyə üçün Əsədin getməsi ön planda durub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının İslamı vəhhabilik üzərində qurulub. Bu təriqətin banisi XVIII əsrdə yaşayan Muhəmməd ibn Əbdül Vəhhab olub. BƏƏ, Qətər və Kuveyt vəhhabilik ideologiyasının daşıyıcısıdır. İran isə öz növbəsində şiə ölkəsidir.
Həmçinin İraqda 61%-ə yaxın şiə mövcuddür. Suriya prezidenti Bəşşar Əsəd də şiəliyin bir qolu sayılan ələviliyin təmsilçisidir. Türkiyənin də əhalisinin 25%-ni ələvilər təşkil edir. Səudiyyənin digər sərhədində isə Bəhreyn dovləti mövcüddur. Onun da əhlisinin 75%-ni şiələr təşkil edir. Lakin hakim ailə Səudiyyə Ərəbistanına olduqca möhkəm bağlıdır. Bundan əlavə, Səudiyyənin neftlə ən zəngin regionunda yaşayan müsəlmanlar da şiələrdir. Onlar Ras-Tanura neft obyektlərində fəaliyyət göstərir.

Qaz və neft kəmərlərinin müharibəsi

Amerika MKİ-nin ən sevimli layihəsi sayılan “müsəlman qardaşları”ndan çox gözəl istifadə edib. Və ABŞ hakimiyyətinin dostu sayılan “Vaşinqton Post” da Amerikanin “müsəlman qardaşları”na etdiyi köməkləri dəstəkləyirdi. “Müsəlman qardaşlar”a verilən dəstək isə təbii ki, Fars Körfəzinin neft və təbii qaz ehtiyatlarına olan maraqdır. Ümumiyyətlə XXI əsrdə təbii qaz “təmiz enerji” mənbəyindən ən populyar oldu. Onun üçün də ABŞ Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ kimi sadiq dostlarından istifə edərək, İŞİD-ə və Əsədin müxalifələrinə milyardlarla dollar xərcləyir. ABŞ Yaxın Şərqə tam nəzarət etməklə (oranın isə qaz ehtiyatları kifayətdən də çoxdur) Avropa İttifaqının “Qazpromdan” asılılığını sıfıra endirmək istəyir. Həmçinin ABŞ Rusiyanı zəiflədərək, Avropaya da tam nəzarət etmək arzusundadır.
Dünyada məlum iri təbii qaz ehtiyatları Fars Körfəzinin ən geniş hissəsinin ortalarında - Qətər ərazi sularında və qismən də İranda yerləşir. İran hissəsi "Şimali Pars" adlanır. 2006-cı ildə Çinin “CNOOC” dövlət şirkəti İranla Şimali Parsın strukturunun inşası və işlənməsi, eləcə də qazın sıxılması və onun Çinə çatdırılmasına dair saziş imzallayıb.
Fars Körfəzinin “Şimal” yatağı adlanan Qətər hissəsi təbii qaz ehtiyatlarının həcminə görə dünyada Rusiya və İrandan sonra üçüncü yerdədir.
Suriya, İran və İraq 2011-ci ilin iyulunda qaz kəmərinin tikilməsi ilə bağlı tarixi enerji sazişi imzalayıb. Lakin NATO, Səudiyyə Ərəbistanı və Qətərin Bəşşar Əsədi devirmək məqsədilə müharibəni başlayanda, bu böyük layihə kənarda qalıb. “Times” yazır ki, əgər bu layihə nə vaxtsa həyata keçirilsə, onda şiələrin yeni iqtisadi gücü ərsəyə gələcək.
Qətər hazırırda əsasən Asiya ölkələrinə təbii maye qazın ən iri ixracatçısı sayılır. Asiyadan əlavə, Qətər Avropa bazarını da ələ keçirmək istəyir. 2009-cu ildə Qətər Suriyada yeni qaz kəmərinin tikilməsilə bağlı Bəşşar Əsədə müraciət edib. Qətərin məqsədi öz qazını Suriya ərazisindən Türkiyə və Avropaya satması idi. Lakin Əsəd öz növbəsində Rusiya ilə qədimi dostluq münasibətlərini əsas gətirərək, bu təklifi rədd edib. Bəşşar Əsədin bu addımı və 2011-ci ildə İran-İraq-Suriya qaz kəməri sazişinin imzalanması Qətər və Səudiyyə Ərəbistanın Suriyaya irimiqyaslı hücümuna gətirib çıxarıb. Həmçinin bu iki ərəb ölkəsi, şiələri ayda 100 dollara öldürməyə hazır olan İŞİD, ən-Nüsra və s. kimi teror təşkilatlarını maliyyələşdirməyə başlayıb. Obama və Netanyahu isə terrorçuları Suriyanı alovun içinə qərq etdiyinə görə alqışlayaraq, bu ölkənin necə məhv olduğunu sevinclə seyr edir.
Bu gün Ukraynada da müharibə eyni məqsəd daşıyır: zəiflədərək iqtisadiyyatı dağıtmaq. ABŞ və İsrail Suriyanın həyati vacıb taxıl anbarları və neft emal zavodlarını bombardman etmək üçün bəhanə olsun deyə, İŞİD-ə hərtərəfli dəstək verir. Çünki Suriyaya nəzarət etmək Yaxın Şərqə, Asiya qapısına və İpək yoluna nəzarət etməkdir. Həmçinin Suriyaya nəzarət Rusiyaya təziq rıçaqının olması deməkdir.
Tarixən dini müharibələr ən qəddar müharibələrdən sayılıb. Bu müharibə də istisna deyil, xüsusilə ortada neft-qazdan gələn trilyonlarla dollar olduğu halda. Lakin ABŞ və İsrail bu müharibəni alovlandırmaqla öz məhv toxumlarının əkdiyini bilmir.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина