DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


İngilislər Rusiya və Çinin informasiya müharibəsindən qorxuya düşüb

FaktXeber.com-un “The Guradian” qəzetinə istinadən verdiyi məlumata görə, yaxın zamanlara kimi beynəlxalq aləmdə birtərəfli qaydada informasiya yayımı ilə istədikləri fikiri formalaşdıran Qərb mediası, yeni xəbər qaynaqlarının ortaya çıxmasından ciddi təşvişə düşüb.

Mövzu ilə bağlı Guardian qəzetinə müsahibə verən BBC-nin keçmiş direktoru Piter Horroks (Peter Horrocks) informasiya sahəsində Rusiya və Çinin geniş kapital yatırmasını getdikcə İngiltərənin tanınmış media holdinqinin tənəzzülə uğramasına gətirib çıxaracağını vurğulayıb. O, qeyd edib ki, əgər İngiltərə hökuməti BBC World-ə əlavə sərmayə yatırmazsa Rusiya Avropada informasiya sahəsində qələbə çalacaq.
İş o yerə çatıb ki, İngiltərənin baş naziri Devid Kamerun bu ölkənin parlamentində çıxışı zamanı Rusiya mediasının Ukrayna ilə bağlı məlumatları yaymaqda qınayıb.
Yeni məlumatlar onu göstərir ki, Rusiyanın yeni yaradılmış “Russia Today” telekanalının izləyicilərinin sayı 700 milyon civarındadır (məlumatda həftə və ya gün ərzində olması qeyd edilməyib). Bu telekanal hazırda ingilis, ispan, ərəb və rus dillərində yayımlanır. Yaxın zamanlarda alman və fransız dillərində də xəbər bölməsi fəaliyyətə başlayacaq. “Russia Today”-ın büdcəsinin miqdarı barədə açıqlama verilməsə də, ancaq Rusiya prezidenti Vladimir Putin telekanalın büdcəsində 40 faiz artım olacağını söyləyib.
BBC telekanalı və radiosunun həftəlik izləyicisinin sayı isə 256 milyon vurğulanır ki, onun 191 milyonu BBC-nin radio bölməsinin payına düşür. Sözügedən şirkətin 2014-cü ilə kimi olan büdcəsinin miqdarı 4 milyard dollar fund olmuşdur ki, bu da 6 milyard 200 milyon dollardan çox edir.
Bütün bu xərclərə baxmayaraq BBC telekanalı dəfələrlə qərəzli və təhrifolunmuş informasiya yaymaqda ittiham olunub. Elə bir neçə gün bundan yenə də BBC-nin binası qarşısında aksiya keçirildi. Etrirazçılar telekanalı qərəzli və yalan məlumatlar yayımına son qoymağa çağırıb.

Səhifəni hazırladı: Aqil

каталог фаберлик на сайте faberllena.ru
народная медицина