DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Piyadalar niyə yol keçidlərindən istifadə etmirlər?

Demək olar ki, hər gün Bakıda piyadanının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verrir.Bu hadisələr əksər vaxtlar yol qəzaları piyadaların təqsiri ucbatindan belə baş versədə, sürücüləri günahlandırılırlar.Çünkü piyadaların əksəriyyəti yol-hərəkəti qaydalarını bılərəkdən pozur və yaxınlıqda olan piyada kecıdlərindən istifadə etmirlər.Elə piyadalar da var ki, qanun pozuntularına görə dəfələrlə cərimə olunmaqlarına baxmayaraq yolu kor-təbi keçir, qəza şəraiti yaradırlar. Bir çox vaxtlar isə piyadaların belə səhlankarlıqları facıə ilə nəticələnir. Belə ki, bir neçə gün əvvəl Nərimanov rayonu Ziya Bünyadov prospektində 82 saylı xətt üzrə işləyən sərnişin avtobusu təxminən 47-50 yaşlarında kişini vurub. Çox gedişli yoldan keçən həmin şəxs avtobusun altına düşüb və orada ilişib qalmışdı. Hadisə yerinə gətirilən texnikanın köməyi yerindəcə dünyasın dəyişən kişinin meyiti çıxarılmışdır. Hadisə şahidlərinin bildirdiklərinə görə, ölümlə nəticələn bu qəzanın baş verməsində piyada günahkar olub. Çünkü bu piyadada 3-4 addımlıqdakı keçıddən istifadə etməyibmiş. Ələdə etdiyimiz diər məlumata görə, buna oxşar daha bir hadisə Binəqədi rayonu Azadlıq prospektində baş verib. Bınəqədi RPİ-nin 4 saylı polis bölməsinin yaxınlağında baş verib.Təxminən 45-47 yaşında olan kişi keçidin yaxınlığında yoldan keçmək istəyərkən“ Juquli-21015” markalı avtomobili vurub.Yaralı piyada xəstəxanaya çatdırılarkən yolda keçınib.Həmin piyada da piyada keçıdindən istifadə etmədiyi məlum olub. Belə yol nəqliyyat hadisəsi Binə aeroport yolunda baş vermişdi. Belə ki, yaxınlıqdakı piyada keçidindən istifadə etməyərək maşınların gur hərəkət etdiyi magistral yoldan keçən təxminən 60-65 yaşları olan ər və arvad “Mersedes “ markalı avtomobilinin təkərlərinə tuş gəlib.Piyadaları vuran sürücü özünü itirib və avtomobili yolun ortasında qoruyucu dəmirlərə çırpıb və aldığı xəsarətlərdən hadisə yerindəcə keçınib.Müxtəlif dərəcəli xəsarətlər alan piyada qadın yerindəcə keçınib, digər yaralı isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına aparılıəb və bir gün sonra dünyasını dəyişib. Bəs, bu faciədə kimdir günahkar ? Əlbəttə ki, piyadalar. Əgər onlar piyada keçıdindən istifadə etsəydilər bu ağır yol hadisəsi baş verməzdi və üç ailə başsız qalmazdı. Bəzən yollarda elə hadisələrə rastlaşırsan ki, dözə bilmirsən.Məsələn elə valıdeynlər var ki, metro stansiyaların qarşısında keçıdlərin olmasına baxmayaraq məktəbdən və yaxud bağçadan gətirdiyi uşağı kecıddən aparmaq təbirimizcə desək özünü nümayiş etmək üçün avtomobil yolunun ortasından keçərək qəza və təhlükə şəraiti yaradırlar.Belə olan halda sürücü neyləməlidi? Hətta paytaxtın mərkəzi küçələrində müşahidələr aparmışıq. Elə vətəndaşlar da var ki, işıqforda qədağan olunmuş işıq yandığı halda piyada yol hərəkəti qaydaları pozaraq yolu keçmək istəyir. Açıq-aydın qəza şəraiti yaradır.İnsaflı sürücü belə məqamda problem yaranmasın deyə əylənci basır və piyadaya “yaşıl” işıq yandırır. Amma nəzərə almalıyıq ki, hər bir səhlənkarlıq, qayda-qanun pozuntusu faciə deməkdir.
Son vaxtlar baş vermiş piyadaların iştirakı ilə baş verən hadisələrin statiskasına nəzər yetirəndə hər bir insanın ürəyi ağrıyır. Rəsmi məlumata ilin ötən dövrü ərzində piyadalarlarla bağlı baş vermiş olduğu 274 yol qəzası nəticəsində 707 nəfər dünyasını dəyişib və 974 nəfər piyada isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu facilər,ürək göynədən hadisələr bizə lazımdırmı ?Əlbəttə ki yox. Ancaq bununda çıxış yolları var .Bizim hər birimiz hər bir vacib şeyə biganə olduğumuz kimi belə vacib olan məsələlərə görə aciz qalmalı deyilik. Qanununuz və qaydamız var. Bunlara riayət etməyən özünə hörmət qoymur. Bəs çıxış yolu nədir? Bu sualla mən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyevə və Nəqliyyat Nazirliyinin nətbuat xidmətinin rəhbəri Namiq Həsənov müraciət etdim. K.Əliyev bildirdi ki, birinci növbədə hər bir vətəndaş qanun aliliyinə hörmət etməlidir. Hər birimizin bir vətəndaş kimi borcumuz ondan ibarətdir ki yol hərəkəti qaydalarına əməl edək ki, bu hadisələır baş verməsin.Əməkdaşlarımz qanunu pozan vətəndaşı başa salanda, o belə başa düşür ki, ona təzyiq göstərir və onun hüquqlarını pozurlarlar. Halbu ki, bu belə deyil. Hər birimizin Azərbaycan Respublıkasının qanunlarını bilməsi vətəndaşlıq borcumzdur və bu qanunlara əməl etməliyik. Qanunin aliliyinə hörmət etməliyik.
Əgər, biz qanuna hörmət ediriksə,demək özümüzədə hörmət edirik, etmiriksə belə nəticəyə gəlmək olar ki, öz-özümüzə qəsd edirik. Nəqliyyat Nazirliyinin sözcüsü Namiq Həsənov isə bizimlə söhbət zamasnı qey etdi ki, paytaxtda çoxlu sayda piyada keçidləri quraşdırılıb. Piyadaların bu keçidlərdən istifadə etməsi önəmli məsəlidir və vacibdir. Lori dildə desək , şüurlu bir insan özünü heç vaxt təhlükə altına atmaz və piyada keçidindən istifadə edər.Digər tərəfdən sovet dövründə uşaq bağçalaranıda uşaqlara və məktəblərin aşağı siniflərində şagirdlərə yol hərəkəti qaydalarını öyrədirdilər. Hamı yol hərəkəti qaydalarını mükkəməl bilirdilər. Hətta elə elə kənd məktəbləri var idi ki, orada sürücülük peşəsini öyrədir və imtahan verib sürücülük vəsiqəsi alırdılar. Bəs, adi yol-hərəkəti qaydasına əməl edən məktəbli niyə yoxdur? Bu sualı isə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və məktəb direktorlarına ünvanlamaq lazımdır.
Gəlin, piyada keçıdlərindən istifadə edək ki, nə özümüzün, nə də ki, hər hansı avtomobili idarə edən sürücünün həyatına təhlükə yaratmayaq. Qanunlarımızın alılıyinə hörmət edək.

Elman Maliyev

Yenilənmişdir Bazar, 02 Noyabr 2014 19:19
каталог фаберлик на сайте faberllena.ru
народная медицина