DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Azərbaycandan xaricə "beyin axını"nın səbəbləri...

"Gedib xarici ölkədə təhsil aldım ki, gəlib öz ölkəmə xeyir verim. Ancaq 6 aydır ki, hara gedirəmsə, qapılar üzümə bağlanır. Hara gedirəmsə, mənə bir bəhanə deyirlər. Harda az maaşlı, perspektivsiz iş varsa onu təklif edirlər. Artıq məcburam ki, çıxım gedim xarici ölkədə çalışım".


Bunu bir müddət öncə xarici ölkədə təhsil başa vurub ölkəyə qayıdan dostum Namiqlə söhbətimiz zamanı söylədi. Açığı onun bu sözləri məndə xeyli təəccüb yaratdı. Əslində, onun yüksək təhsil almasının iş tapmasını asanlaşdıracağını düşünürdüm. Ancaq, Namiqin dediklərindən vəziyyətin başqa cür olduğunu gördüm. Namiq deyir ki, sanki müdirlər mənə iş verməkdən qorxurlar:
"Vakant yer olmasına baxmayaraq mənə aşağı maaşlı iş təklif edirlər. Yəqin müdir mənim perspektivimdən çəkinir və öz yerini itirməkdən qorxur. Bunu başqa cür başa düşmək mümkün deyil", - deyə dostum söylədi.
Hərçənd ki, ölkədə Namiqin vəziyyətində olan və əlində diplom iş axtaran gənclərin sayı az deyil. Dövlət xətti ilə xarici ölkələrə göndərilən gənclərin sonradan ölkəyə qayıdarkən iş tapa bilməməsi ilə bağlı ekspertlər bir sıra təkliflərlə çıxış edirlər.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü öz açıqlamasında xarici ölkədə təhsil alanların işlə təminatı məsələsində yaranmış mövcud problemlərin kökünə toxunub. Mütəxəssisin fikrincə, dövlət xətti ilə xarici ölkəyə təhsil almağa göndərilən gənclər ölkəyə qayından sonra ən azı 3 il dövlət sektorunda çalışmalıdırlar. Mütəxəssis hesab edir ki, gənc tələbələr ixtisasa yiyələndikdən sonra dövlət müəssələrində işlə təmin olunmalıdır:
"Yaxşı olar ki, müəllimlərə tətbiq olunan təyinat sistemi ixtisaslı kadrlara da tətbiq olunsun. Bunu etmək lazımdır, çünki dövlət külli miqdarda vəsait xərcləyir. Amma gənc tələbə təhsilini başa vurandan sonra ölkəyə qayıdıb dövlətə olan borcunu qaytara bilmir. Bunun üçün şərait yaradılmalıdır. Təyinatla gənc mütəxəssislərimiz ixtisası üzrə işlə təmin olmalı, çalışmalıdırlar".
Təhsil üzrə ekspert qeyd edir ki, gənclərə özəl şirkətlərdə karyera baxımından yüksəlmək üçün maniələr yaradılır. Gələcəkdə bu gənclərin yüksək vəzifələr tutması mudirlərin narahatlığına səbəb olur. Ancaq buna baxmayaraq şirkətlər ixtisaslı kadrları cəlb etməkdə maraqlıdırlar: "Mənim fikrimcə, gənc mütəxəssislər karyeralını nəzərə alaraq dövlət sektorunda çalışmağa üstünlük verməlidirlər. Amma bəzən görürürsüz ki, hansısa özəl şirkət yenicə təhsilini başa vurmuş gənc tələbəyə 2 min manatlıq iş təklif edir. Təbii ki, gənc tələbə karyeradan daha çox pula önəm verir".
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”icra olunur. Xaricdə oxuyan tələbələrin təhsilinə nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən nəzarət edilir.
Nazirlikdən bildirilir ki, bu Proqram çərçivəsində 2014-2015-ci tədris ili üçün seçim prosesi yüksək rəqabət mühitində keçib və ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib. Ümumilikdə, indiyədək proqram çərçivəsində 3184 nəfər tələbə xaricə oxumağa göndərilib.
Proqram çərçivəsində 755 nəfər məzun olub. Onların 35%-i dövlət qurumlarında, 65%-i isə özəl sektorda çalışır. Xaricdə təhsil almış tələbələr Təhsil Nazirliyində qeydiyyatdan keçir və hesabat verirlər. Həmin məzunlardan bəziləri əmək fəaliyyətinə başlayır, yaxud təhsillərini davam etdirir, bəziləri isə hərbi xidməti borclarını yerinə yetirirlər.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина