DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Gəncədə məcburi köçkünlər icra başçısını döydü

Evləri sökülən sakinlər magistral yolu bağladı; icra başçısı xəstəxanaya yerləşdirildi

"İmkansızlıqdan, əlacsızlıqdan özümüzə min bir əziyyətlə tikdiyimiz evlərin sökülməsinə etiraz edirik"

Gəncənin Avtozavod qəsəbəsi yaxınlığında icra hakimiyyətinin rəsmi icazəsi olmadan inşa olunmuş tikililərin söküntüsünə başlanıb. Həmin tikililərdə uzun illər idi ki, Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşmışdılar. Təxminən 5-60 nəfər sakin Gəncə şəhəri Nizami rayon icra hakimiyyətinin işçiləri tərəfindən onların yaşadıqları evlərin sökülməsinə etiraz olaraq, Gəncə-Göygül yolunu bağlamağa cəhd ediblər.
Polislər sakinlərin qarşısını almaq istərkən aralarında toqquşma yaranıb. Nəticədə hər iki tərəfdən xəsarət alanlar olub. Beş nəfər polis xəsarət şikayətilə xəstəxanaya müraciət edib.
Bundan başqa, sakinlər yolu bağlayarkən Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini də hadisə yerində olub. Toqquşma zamanı onlar da xəsarət alıb. Bu səbəbdən Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət ediblər.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev bildirib ki, xəsarət alanlara yardım göstərildikdən sonra evə buraxılıblar. Yalnız icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.
Daxili İşlər Nazirliyi olayla bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, hadisə zamanı Gəncə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.
Hadisədən sonra qəsəbənin girişində polis postları qurulub, küçələrdə polislər keşik çəkib.
Sakinlər bildirib ki, imkansızlıqdan, əlacsızlıqdan orada özlərinə min bir əziyyətlə tikdikləri evlərin sökülməsinə etiraz ediblər.
Baş verənlərə Gəncə və Kəlbəcər İcra Hakimiyyətləri də münasibət bildirib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP-ın Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev iddia edib ki, heç bir sakin incidilməyib: "Orada sakinlərə dəllalar tərəfindən qanunsuz olaraq torpaqlar satılıb. Sakinlər də indi onlardan pulunu tələb edirlər. Yəni, hadisə həmin dəllallar tərəfindən törədilib. Həmin hadisəni törədən şəxslər də həbs edilib".
İcra başçısının müavini vurğulayıb ki, orada yalnız qanunsuz hasarlar sökülüb: "Məcburi köçkünlər üçün qəsəbələr salınıb. Dünən insident yaşanan ərazidə olan tikililərdə yaşayış olmayıb".
Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Əbülfəz Mehdiyev "lent.az"a açıqlamasında bildirib ki, həmin tikililərin sənədi olmasa da, qışın soyuğunda insanların yaşadığı evləri sökmək doğru deyil: "Onlar orada 1993-cü ildən məskunlaşıblar".

каталог фаберлик на сайте faberllena.ru
народная медицина