DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Çingiz Abdullayev: "Millət qazanılmayan pul əldə edəndə o, inkişaf etmir"

Müsahibim xalq yazıçısı Çingiz Abdullayevdir

Müsahibənin birinci hissəsi : "O VAXTDAN BAŞLADIQ ALLAHSIZ VƏ VİCDANSIZ YAŞAMAĞA"

- Bir çox adamlar SSRİ-nin hesabına tanındılar, məşhurlaşdılar. Rusiya zəifləyən kimi qərbin tərəfinə keçdilər.
- İnsan öz mövqeyini, vətənini, anasını dəyişməz. İnternetdə yazırlar ki, Azərbaycandan dünyada 4 tanınmış adam var: Tahir Salahov, Rüstəm İbrahimbəyov, Lütfizadə. Birinci və ikinci Rusiya vətəndaşıdır, Lütfizadə ABŞ-da yaşayır. Dördüncü Çingiz Abdullayevdir və sual verir ki, o nə vaxt gedəcək Azərbaycandan? Nə qədər insan deyir o çoxdan Azərbaycandan gedib, yaşamır Azərbaycanda. Mən Ginnesin rekordlar kitabına düşmüşəm. Ömrümdə getməyəcəyəm Azərbaycandan.

- Əgər hazırda Azərbaycanda sizin mühitiniz yoxdursa, sizin səviyyənizdə, sizin dünyagörüşünüzdə adam yoxdursa, burada yaşamaq sizin üçün çətin deyil?
- Mən sevirəm, bu mənim şəhərimdir, mən burada böyümüşəm. Azərbaycan dilində 10 satılan kitabdan 9-u mənimdir. Bu rəsmidir.

- Sizin kitabınızı oxuyurlarsa, deməli, sizin səviyyənizdədirlər?
- Bəli. Bizim prezidentimiz dəfələrlə deyib ki, mənim oxucumdur. Mən dəqiq bilirəm hansı kitablarımı oxuyub. Bizim mədəniyyət nazirimiz, baş nazirimiz bütün kitablarımı oxuyur. Elman Rüstəmov mənim bir kitamda səhv tapıb. Bizim idman nazirimiz deyib ki, ölkə qalmayıb ki, sənin kitablarını oraya aparmayım. Fərhad Bədəlbəyli, Rasim Ocaqov mənim bir sətirim olmayıb ki, onu oxumasın. Tanınmış bəstəkar Emin Sabitoğlu bir sətir olmayıb ki, oxumasın, onun evində bütün kitablarım vardı.

- Sizin kitablarınızı oxuyurlarsa, rüşvət almamalıdırlar, rüşvətxora nifrət etməlidirlər.
- Mən inanmıram ki, Fərhad Bədəlbəyli, Rasim Ocaqov rüşvət alır. 100 faiz əminəm ki, bizim prezidentimiz SOKAR-da işləyəndə rüşvət almırdı.

- Siz dediniz ki, kitab da biznesdir. Siz tanınmış adam olduğunuz üçün bir biznesmen kimi sizə toxunmurlar. Amma digər iş adamlarını həddən artıq sıxışdırırlar.
- Məni gəlib həbs etməlidirlər? Bilirsiniz Azərbaycanda sağ qalan nə qədər xalq yazıçısı var? Rüstəmi çıxsaq cəmi 5 adam qalıb. Ən cavanı Elçin Əfəndiyevdir, 72 yaşı var. Maqsud İbrahimbəyovun gözəl sözü var, deyir ki, "o nə xalqdır ki, xalq yazıçısını zindana salsın? Adam da öldürsə xalq yazıçısını tutmazlar. Amma biz səninlə ona görə adam öldürmürük ki, bizi tutmazlar, bilirik ki, azad edəcəklər. Öldürmürük ona görə ki, öldürməli adam çoxdur, bizim xoşumuza gələr, birini öldürəndən sonra ikincini, üçüncünü öldürərik, bu da yaxşı deyil". Üç gündən sonra mən gedib İnterpolun fəxri sədri adını alacağam. Mənim Şengenə də, İngiltərəyə də, ABŞ-a da açıq vizam var. İngiltərədə də, Moskvada da evim var. Mən gedib orada yaşaya bilərəm. Mən ona görə getmirəm ki, nədənsə qorxuram? Qorxsaydım 28 milyon oxucum hiss edərdi. Mənə deyirlər ki, sən özün pul qazanırsan, müstəqil adamsan, ona görə özünü belə aparırsan. Xeyr. Mən belə olmuşam, ona görə müstəqil yazıçı olmuşam. Əgər şüurum belə olmasaydı, əgər mən yaltaqlansaydım, mən fikirləşsəydim ki, kiminsə xoşuna gəlim, ömründə heç kəs məni oxumazdı və ən vacibi inanmazdı.

- Əli Əkbər sizin haqqınızda tənqidi məqalə yazmışdı.
- Mənim 5 kitabımı tərcümə edib. Mən bir söz demədim. Çox adam soruşur ki, sən niyə görə cavab vermirsən? Mən də açıq demişəm, abidə milçəyə cavab verməz. Bəlkə də bir az pis demişəm. Əgər Çingiz Abdullayev yazıçı deyilsə, niyə iki səhifə onun haqqında yazmısan. O, Yazıçılar İttifaqından küsüb.

- Sizin Rusiya kəşfiyyatının qüdrətindən bəhs edən çoxlu əsərləriniz var. Doğrudanmı rus kəşfiyyatı çox güclüdür?
- Dünyada ən güclü kəşfiyyatlardan biri Rusiya kəşfiyyatıdır. Ən güclü İsrail kəşfiyyatıdır. Sonra ingilis, sonra rus, sonra Amerika, sonra Çin.

- İsrail kəşfiyyatı güclü olub nəyə nail olub? Sonradan mübahisəli bir dövlət yaradıblar, yəhudilər bəyənib o dövlətdə yaşamırlar.
- Hər şeyə nail olublar. Bu gün biz burada nə danışırıqsa, onu da bilirlər. Mənim yanıma Almaniya yəhudilərinin sədri Moisey Boroda gəlmişdi. Deyir siz təzə janr yaratmısınız. Amma ən vacibi odur ki, siz yəhudilərdən, yəhudi kəşfiyyatından necə yazırsınız. Biz bütün dünyada yaşayan yəhudilər sizə öz minnətdarlığımızı bildirirk.

- Yəhudiləri Hitlerin qırğınından Stalin xilas etdi. Amma indi yəhudilər Rusiyaya qiymət qoymurlar.
- Stalinin ətrafı hamısı yəhudilər olub. Onun müavini Kaqanoviç olub, Molotovun, Voroşilovun arvadı yəhudi olub. Rusiyaya ən böyük qiyməti indi İsrail qoyur. Orada Rusiya qoşunlarına təzə abidə açıblar, mən olmuşam.

- Mossad kömək etsəydi, Rusiya bu qədər geri getməzdi.
- Bu, dövlət siyasətidir.

- Müsəlman ölkələrində nə baş verir?
- Biz inkişaf etmirik. Pakistanın bombası var, amma biz, ümumiyyətlə, inkişaf etmirik. Vaxtilə ərəb sözü müqəddəs söz olub. Rus dilində "arabskiy skakun", "arabskaya nauka", "arabskaya medisina" ən yaxşı sayılıb. İndi ərəb deyəndə gülürlər. Ona görə ki, pulu lap çox olan ərəb oturub divanda. Anarın yaxşı bir sözü var ki, neft xalqın lənətidir. Ona görə ki, millət qazanılmayan pul əldə edəndə o, inkişaf etmir. Bir nəfər ərəb yazıçını, bəstəkarı, rəssamı biz tanımırıq. İşləmək istəmirlər. Nə qədər ölkələrdə sultanlar deyiblər ki, biz sizin pulunuzu veririk, gedin oxuyun. Heç kəs oxumaq istəmir. Oturublar səhərdən axşama kimi. İsraildə bir gündə nefti əvəz edən məhsul tapsalar (oğlum deyir bu artıq var, tapıblar) ərəb ölkələri məhv olacaq. Axırıncı 20 ildə bir ərəbi muzeydə görməmişəm. Amma bütün kazinolarda, bahalı restoranlarda oturublar, üzlərində də yazılıb ki, axmaq adamlardır. Bu neft olub onların lənəti, işləmək istəmirlər. Görün heç nəyi olmayan Türkiyə necə inkişaf edib. Mənim islamçı partiyalardan xoşum gəlmir, amma Ərdoğan Türkiyəni necə qaldırıb. Avropa da Türkiyə kimi inkişaf etməyib. Türkiyə yazıçısı Nobel mükafatçısı Orxan Pamuka gülürdülər, Orxan Pamuka yox, öz ədəbiyyatlarına gülürdülər, deyirlər axı Türkiyədə sultanlar türk dilində daşımırdılar. Çünki orada rəsmi dil ərəb dili idi, Quran dili idi. Türk dilində qullar, əsgərlər, kütlə danışırdı. Çox maraqlıdır ki, şeiri farsca yazırdılar, şeir dili fars dilidir. Türk dilində axtarsan heç nə yoxdur. Düzdür, bizdə Nəsimi, Füzuli olub, amma onlarda türk dilində heç nə olmayıb. Şekspir öz əsərlərini ingilis dilində kütlə üçün yazırdı, ona görə ki, kralların, kraliçaların çoxu ingilis dilini bilmirdi, fransız dilində danışırdılar. Dekabristləri tutanda zabitlərin bəziləri xahiş edirdilər ki, istintaq fransız dilində aparılsın, onlar rus dilində çətinlik çəkirdilər. Çar özü fransız dilində danışırdı, rusca aksentlə danışırdı. Rus dili kütlə üçün idi. Mənə demişdilər ki, müsəlman aləmində detektiv müəllifi ola bilməz. Siz haradan gəlmisiniz bilmirəm. 1 milyard müsəlman var, amma bir nəfər detektivi yoxdur, Çingizdən başqa. Heç kim inanmır ki, azərbaycanlıdır, biri deyir ləzgidir, biri deyir tatardır. Həyat yoldaşıma dəfələrlə deyiblər tatardır, ya da udindir.

- Həyat yoldaşınız azərbaycanlıdır?
- Əlbəttə, onun atasının xalası Nəcibə Məlikova olub. Bakılıdır. Onların atası Həşim bəy Məlikovun Buzovnada abidəsi olub. Ruhulla Axundov onun nənəsinin dayısı oğludur. Ziyad Səmədzadə mənim qayınatamın qohumudur. Onlar buzovnalı və şüvəlanlıdırlar.

- Kişinin qabağa getməsində onun həyat yoldaşının rolu var?
- Var. 100 faiz var.

- Sizin məşhur yazıçı olmanızda həyat yoldaşınızın rolu var?
- Mən onunla tanış olanda yazıçı idim. Biz təzə ev almışdıq. Mərkəzi komitənin evi idi, onda onun 7 yaşı vardı. Mənim 14-15, mən 10-cu sinifdə oxuyurdum, o birinci sinifdə. 18 yaşı olanda adaxlanmışam. Bir gün idi tanış olmuşduq.

- Haralısınız?
- Atam qarabağlıdır, anam bakılı. Azərbaycan dilində danışanda çox adam mənə deyir ki, siz Bakı ləhcəsi ilə danışırsınız. Deyirəm bu təbiidir. Atam qarabağlı, anam bakılıdır, Bakıda böyümüşəm.

- Prezident İlham Əliyev balanslaşdırılmış siyasət aparmasa, Belorusiya kimi birmənalı olaraq Rusiyanın tərəfinə keçsək Rusiya Qarabağı qaytararmı?
- O, ağıllı siyasət aparır. Lap yüz dəfə də keçsək, qaytarmaz. Bizim xarici işlər nazirini mən 40 ildən çoxdur tanıyıram. İki nəfər adam bunu edə bilər, prezidentlə bizim xarici işlər naziri. Mən onların təcrübəsinə, ağlına, intellektinə inanıram. Bu qışqırmaqla deyil, çox çətin bir işdir.

- Qarabağ probleminin həlli Rusiyanın əlində deyil?
- O düzdür, onu mən ruslara demişəm. Ruslar da vermirlər, ermənilərə görə vermirlər.

- Rusiya ilə qərb arasında soyuq müharibə qurtarandan sonra verə bilərlər?
- Mən inanmıram tez qurtarsın. Mən istəmirəm bunu deyəm, yazıçı müharibəyə çağırmız. Amma ola bilsin elə bir vəziyyət yarandı ki, biz, doğrudan da, güc yolu ilə torpaqları qaytardıq.

- Peşəkar ordumuz var?
- İndi var. Təzə müdafiə naziri əsil zabitdir. O birilər bir qədər ciblərini fikirləşirdilər. Mən onların fəxri zabitiyəm. Dəfələrlə gedib əsgərlərlə çörək yemişəm. Orduda əsgərlər acından ölürdülər. Ona görə axırıncı neçə ildə mən neçə yazıçının uşağını, Anarın nəvəsini, sürücümün oğlunu Daxili Qoşunlara göndərirdim. Orada nizam-intizam vardı, əsgərləri yaxşı yedizdirirdilər. Niyə görə bizim ordumuzda hər ay iki nəfər ölür, ya öldrürlər. Mən utanıram deməyə. Türkiyədə bir oğlan var, sürücüdür, hər dəfə gəlir məni qarşılamağa. 45 yaşındadır. Deyir ki, Çingiz bəy, dünən bizim evimizdə böyük bayram idi. Deyirəm nə bayram idi? Deyir oğlumu orduya çağırıblar. Oğlunu əsgər çağırıblar sevinir. İndi bizdə vəziyyət dəyişib. Bizdə elə nazir yoxdur ki, oğlu əsgər getməsin. İndi orduda qulluq etməyənə çox yerdə vəzifə vermirlər. Mən zabitəm, bunu fəxrlə deyirəm. Təbii ki, bu belə də olmalıdır. Biz cibimizi fikirləşirik. Türk zabiti eşitsə ki, türk ordusunda rüşvət alırlar, ürəyi partlayar ölər.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина