DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


2014-də hansı məşhurlarımızla VİDALAŞDIQ

2014-cü il həm qazandıqlarımız, həm də itirdiklərimizlə yadda qaldı. İtirdiklərimiz arasında bu il vəfat etmiş bir sıra tanınmış şəxslər də var.

"İmpuls" qəzeti axar.az-a istinadən müxtəlif peşə sahələrinə məxsus dünyasını dəyişən şəxslərin siyahısını təqdim edir

1. İstedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu 27 yaşlı Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Uzun müddət müalicə alan qrossmeyster Almaniyanın Heydelberq klinikasında vəfat edib.





2. Azərbaycanın məşhur aktyoru Ələddin Abbasov iyulun 13-də vəfat edib. 92 yaşında dünyasını dəyişən aktyor son vaxtlar ayaq ağrılarından əziyyət çəkir və yeriyə bilmirdi. Bildirək ki, sevilən aktyor sənət uğurlarına görə, Azərbaycan Respublikasının Əməkdar artisti (20 may 1958) və Xalq artisti (1971) fəxri adları ilə təltif olunub. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sair bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.



3. Bu ilin ən məşhur ölüm olayı isə yol qəzasına düşən reper Hüseyn Dəryailə bağlı oldu. Martın 14-də Bakının Xəzər rayonunda Hüseyn Dəryanın idarə etdiyi avtomobil "KamAZ" markalı maşınla toqquşdu. Qəzada ağır xəsarət alan Hüseyn Dərya Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildi. O, martın 15-də 3 saylı klinik xəstəxanada dünyasını dəyişdi.



4. Ağır xəstəlikdən əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artistXanım Qafarova iyulun 11-i günorta saatlarında vəfat edib. Süd vəzi xərçəngindən əziyyət çəkən 1967-ci il təvəllüdlü X.Qafarova Bakıdakı Kürdəxanı qəbiristanlığında dəfn olunub. Mərhum aktrisanın bir qız övladı qalıb.



5. Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov yanvarın 27-də epilepsiya nəticəsində dünyasını dəyişib. Sənətçi Xırdalan qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində müğənnini izdiham son məkana yola salıb. Qeyd edək ki, sənətçi şəkər xəstəliyindən əziyyət çəkirdi.



6. Azərbaycanın məşhur futbolçularından biri olan Ələkbər Məmmədov 84 yaşında dünyasını dəyişib. Onun meyiti üç gün sonra mənzilində aşkar edilib. Qeyd edək ki, o, 1960-cı ildə "SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə "SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülüb.

Yenilənmişdir Şənbə, 13 Dekabr 2014 18:39
каталог фаберлик на сайте faberllena.ru
народная медицина