DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


"BİZ VARIQ VƏ BİZİM PARTİYANIN SABAHI VAR!!!"

AZƏRBAYCAN SOSİAL-DEMOKRAT PARTİYASI 25 İLLİK YUBİLEYİNİ QEYD ETDİ

Dekabrın 10-da Azərbaycan Sosial Demokrat Partiyasının fəaliyyətə başlamasının 25 ili tamam oldu. Dekabrın 18-də bu münasibətlə Hilton otelində partiyanın konfransı keçirildi. Konfransda Sosialist İnternasionalının baş katibi Luis Ayala və bir çox ölkələrin sosial-demokrat partiyalarının liderləri iştirak edirdilər. ASDP ölkəmizdə fəaliyyətə başlayan ilk siyasi partiyadır.

Konfrans haqqında yazmazdan əvvəl bildirim ki, mən 1991-ci ildən bu partiyanın sıralarına qoşulmuşam və deyə bilərəm ki, ASDP 25 il ərzində çox işlər görüb. Azərbaycana siyasi mübarizə mədəniyyətini ASDP gətirib, ASDP xalqımıza qarşı törədilən təxribatların heç birində iştirak etməyib, əksinə, qabaqlayıcı çıxışlar edib, xalqı təxribatlardan qorunmağa çağırıb. ASDP zorakı yollarla hakimiyyət çevrilişlərinin əleyhinə olub, ASDP Azərbaycanda ən yaxşı hüquq müdafiəçilərini yetişdirib, Azərbaycanda müstəqil mətbuatın satışını sosial-demokratlar monopoliyadan çıxarıblar. Sağlam təməl üzərində qurulan bu partiyaya zaman-zaman cəmiyyətin ən savadlı, ən səviyyəli, ən vətənpərvər üzvləri toplaşıblar. Bu adamları Araz Əlizadə öz ətrafına toplaya bilib. 25 il keçəndən sonra etiraf etmək lazımdır ki, Araz Əlizadə istedadlı, vətənpərvər, uzaqgörən, cəsarətli siyasətçi olub, təəssüf ki, o, çox vaxt partiya üzvlərini də inandıra bilməyib ki, düzgün siyasət aparır. Müxalifət partiyasının rəhbəri kimi o, müəyyən dövrlərdə hakimiyyətə dəstək verəndə onun bu hərəkəti çox aqresiv qarşılanıb. Şəxsən mən partiya üzvü kimi çox hadisələrdə Araz Əlizadəyə qarşı olmuşam. İndi başa düşürəm ki, Araz Əlizadəni dahi fransız diplomatı Taleyrana bənzətmək olar. Taleyranı tez-tez mövqeyini dəyişməkdə ittiham edənlərə o belə cavab vermişdi: "Mən görəndə ki, gəmi batır, onu limana çıxarmışam, fərqi yoxdur bu hansı limandır."

ARAZ ƏLİZADƏ: "DE QOL, VİLLİ BRANT KİMİ BÖYÜK SİYASƏTÇİLƏR BUNU ETMƏZDİLƏR"

Konfransı giriş sözü ilə ASDP sədri Araz Əlizadə açaraq partiyanın yaranması haqqında danışdı: "15 nəfər yığışaraq Montində hələ tikilib qurtarmamış Tehran mağazasında ilk konfransımızı keçirdik, bir qrup adam siyasi partiya yaratmağımız barədə dünyaya bəyanat verdik. İnanırdıq ki, xalq üçün nə isə edəcəyik. İlk büro üzvləri Niyazi Mursaqulov, Eldar Zeynalov, Əbdülvahab Manafov indi burada iştirak edirlər. 25 ildə nə edib etmədiyimizi bilmirəm, amma biz varıq və bizim partiyanın sabahı var. Bu, partiya üzvlərinin xidmətidir, partiyanın gələcəyi olan gənclərin xidmətidir. Dönük çıxanlar da oldu. Mən onların hamısına minnətdarlığımı bildirirəm." Sonra Araz Əlizadə xalqımıza qarşı edilən təxritablardan, Sumqayıt hadisələrindən, Çənlibel, Varlıq təşkilatının, Nemət Pənahovun, AXC rəhbərliyinin təxribatlarından faktlarla danışdı. Bütün bu təxribatlar zamanı ASDP xalqa həqiqətləri başa salmışdır. Təxribatçılara qarşı kəskin mövqedə olduğu üçün indiyə qədər AXC-dən çıxan siyasi qurumlarla, Azərbaycan xalqına xəyanət edənlərlə ASDP arasında düşmən münasibətlər davam edir.
Sonra Araz Əlizadə çıxışında hazırda dünyada baş verən siyasi proseslərdən danışdı: "Hazırda dünyada üçüncü dünya müharibəsi gedir. ABŞ və onun müttəfiqləri bu müharibəni başlayıb. 2 il qabaq Avropa ölkələri Sosinterni dağıtmaq qərarına gəldilər. Külli miqdarda pul buraxdılar ki, Sosinterndə çevriliş etsinlər, öz istəklərinə nail olsunlar. Dünyaya diqtə edə bilmirdilər. Almanlar, fransızlar Luisi kənarlaşdırmaq istəyirdilər. Luis qalib gəldi. Sosinterni iqtisadi blokadada saxlamaq istəyirlər, üzvlük haqqını gecikdirirlər. Haqqa qalib gəlmək çətindir. Dünya siyasətçiləri cılızlaşıblar. ABŞ açıq deyir ki, Avropa dövlətlərini çıxılmaz vəziyyətə qoyduq, bizim dediklərimizlə razılaşdılar, öz ölkələrinin maraqlarına zidd getdilər. Böyük siyasətçilər dünyada yoxdur, kiçik siyasətçilər hegemonluq etmək istəyirlər, öz xalqlarının iradəsinin əksinə gedirlər. De Qol, Villi Brant kimi böyük siyasətçilər bunu etməzdilər."

LUİS AYALA: "MİLLİ MƏCLİSİN DEBATLARINDA SOSİAL-DEMOKRATLAR TƏMSİL OLUNMALIDIR"

Sosialist İnternasionalının baş katibi LUİS AYALA təbrik çıxışı edərək bildirdi ki: "1989-cu il xüsusi bir il oldu, siyasi fəaliyyət üçün yaxşı dövr idi. Sosintern ailəsinə yeni üzvlər qoşuldu. Partiya böyük də, kiçsik də ola bilər. Partiyanın öz siması, prinsipləri, dəyərləri olmalıdır. Dünyada hələ ki, çoxlu münaqişələr var. SOSİNTERN dünyada sülhün bərqərar olunmasını istəyir. Villi Brant bizə belə demişdi: "Sülh hər şey deyil, amma sülhsüz heç nə mümkün deyil." Hazırda 150 partiya Sosintrenin üzvüdür. Bu partiyaların 51-i hakimiyyətdədir. Mənim ölkəmdə də belədir. (Luis Ayala Çilidə Pinoçetə qarşı mübarizədə iştirak edib, həbsdə yatıb, Çilinin baş naziri olub). Bakının siması dəyişib, Azərbaycanda iqtisadiyyat inkişaf edib, işsizlik azalıb, ölkə çox şeyə nail ola bilib. Siz bu yolu davam etdirməlisiniz. Parlamentdə yer əldə etməlisiniz. Bu məqsəddir, Milli Məclisdə debatlarda sosial-demokratlar iştirak etməlidirlər. Avropada maliyyə böhranı yaranıb. Bu böhrana görə, Böyük Britaniya, Avropa məsuliyyət daşıyır. Böhran ona görə yaranıb ki, insanlara az investisiya qoyulur. Ağıllı ideyalar irəli sürülməlidir."
Rusiya sosial-demokratlarının nümayəndəsi SERGEY BURBULİS çıxışında SSRİ-ni dağıtmaq üçün həyata keçirilən təxribatlardan, o cümlədən Qarabağ münaqişəsinin yaranmasından danışdı və bildirdi ki: "Xalq Cəbhələrini Moskva yaratdı. Özü yaranan partiyalar yuxarılarda təşviş yaradırdı, çünki onlar xalqın maraqlarına xidmət edirdi. ASDP belə partiyadır."
QAZAXSTAN sosial-demokratlarının nümaynədəsi AYDAR ALİBAYEV, UKRAYNA sosial-demokratları Yuri Bozduqan və Olena Komoroçenko ASDP-ni yubiley münasibətilə təbrik etdilər, öz ölkələridə və dünyada gedən proseslərə münasibət bildirdilər.
ASDP qadın təşkilatının sədri, partiyanın sədr müavini Nüşabə Əlizadə çıxışında Qarabağ problemindən danışdı. Sonra Araz Əlizadəyə təşəkkür edərək bildirdi ki: "Araz Əlizadə sağ olsun ki, insanları gözəl ideyalar ətrafına toplayıb və insanlar sosial-demokrat ideyalarına sadiq qalıblar. Biz sona qədər mübarizəmizi davam etdirəcəyik."
Rifah Partiyasının sədri XANHÜSEYN KAZIMLI, Vəhdət Partiyasının sədri TAHİR KƏRİMLİ, Ədalət və İnkişaf Partiyasının sədri ƏLİ ƏLİYEV çıxış edərək ASDP-nin ünvanına xoş sözlər dedilər, partiyanın fərqli mövqe nümayiş etdirməsini, öz simasının olduğunu bildirdilər.
Partiyanın veteranları Eldar Zeynalov, Niyaz Mursaqulov çıxış edərək partiyanın keçdiyi yoldan və ölkədə hazırkı vəziyyətdən danışdılar.

     000 новый размер

     00003 новый размер

     454 новый размер

     001 новый размер

     01 новый размер

     03 новый размер

     1 новый размер

     4 новый размер

     65 новый размер

     94 новый размер

     751 новый размер

Mətanət Əliyeva

Yenilənmişdir Cümə axşamı, 18 Dekabr 2014 17:42
каталог фаберлик на сайте faberllena.ru
народная медицина