DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Azərbaycan Sosial Demokrat Partiyası maliyyə hesabatını təqdim etdi

Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda bütün siyasi partiyalar illik fəaliyyətlərinə dair hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Bu hesabatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır.

Milli Məclisdə təmsil olunan Azərbaycan Sosial Demokrat Partiyası da maliyyə hesabatını təqdim edib.

Hesabata baxmaq üçün aşağıdakı fotoya vurun.

asdp

 

Cacs Audit MMC

Auditor rəyi

Biz, Azərbaycan   Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 06 aprel 2015-ci il tarixli AT/087 saylı lisenziyaya əsasən fəaliyyət göstərən CACS AUDİT MMC-nin direktoru Valid Hüseynov və müqavilə əsasında işləyən auditor Sadıxov Azad Adil oğlu (Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 27 yanvar 2014-cü il tarixli SA 254 saylı lisenziya ) “AZƏRBAYCAN SOSİAL DEMOKRAT PARTİYASI”-nın maliyyə hesabatlarının auditini apardıq.

   Audit yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi özü məsuliyyət daşıyır.

   Mənim vəzifəm həmin sənədlərə əsasən 01 yanvar 2016-cı il tarixindən 31 dekabr 2016-ci il tarixinədək olan dövr üzrə maliyyə hesabatlarının mövcud qanunvericiliyə uyğunluğuna qiymət verməkdir və Mən yalnız bu rəydə əks olunmuş mülahizələrimə görə məsuliyyət daşıyıram.

  Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyğun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

 Audit zamanı təqdim olunmuş sənədlərdə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış,habelə sifarişçi təsərrüfat subyektinin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

  Hesab edirəm ki,yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

 Qulluq borcumla əlaqədar apardığım yoxlama ilə müəyyən edilmişdir ki, “AZƏRBAYCAN SOSİAL DEMOKRAT PARTİYASI”-nın 31.12.2016-cı il tarixinə tərtib edilmiş maliyyə hesabatları mövcud audit standartlarına uyğundur.

Yoxlama 6 fevral 2017-ci il tarixində başlamış və 18 fevral 2017-ci il tarixində başa çatmışdır.

Rəy 18 fevral 2017-ci il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir.

Auditor: Sadıxov A.A.

Direktor: Hüseynov .V.

Yenilənmişdir Cümə axşamı, 27 Aprel 2017 09:24
каталог фаберлик на сайте faberllena.ru
народная медицина