DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


REKLAMLAR

Neftin pulları gələndə 5-10 il kef elədik. Qazın da pulları gəlsəydi, 3-4 il kef edərdik. Mənim bu sözlərimi eşidənlər gülüb dedilər ki, qazın pulu gəlməyəcək. Dedim necə gəlməyəcək, axı biz Avropaya bir neçə milyard dollar dəyərində olan iki qaz kəməri çəkirik. Dedilər bu, reklamdır, bizim o kəmərlərlə satılacaq qədər qazımız yoxdur. Mənim yazımın mövzusu da reklamlardır. Sovet quruluşu dağılanda vətəndaşlara sahibkarlıqla məşğul olmaq hüququ verildi. Bu hüquqdan istifadə edən vətəndaşlar hərəsi bir firma açıb möhür düzəltdirdi və özünü sahibkar hesab etdi. Onların 99 faizinin fəaliyyəti bundan uzağa getmədi. Qəzetçilik sahəsində də bu proses kütləvi şəkil aldı. Qeydiyyatdan keçən qəzet və jurnalların sayı 5 mini keçdi. Qəzeti nəşr etmək üçün ilk növbədə maliyyə lazımdır. Hələ o vaxt bizə dedilər ki, dünya təcrübəsinə əsasən qəzetlərin satışından gələn pul onların xərcini ödəmir, qəzetlər reklamdan gələn gəlir hesabına çıxırlar. Reklamlar var, amma onlardan qəzetlərə bir qəpik də çatmır, reklam pulları televiziyalara axır. Dünya təcrübəsinə əsasən sahibkarlar gəlirlərinin böyük hissəsini reklama sərf edirlər. İndi görürük ki, doğrudan da, reklamsız bazara girmək, gəlir əldə etmək mümkün deyil. Televiziyalarda efir vaxtı əsasən həkim və yemək verilişlərinə ayrılır, çünki hər gün ölkədə təzə bir klinika, təzə bir restoran-kafe açılır. Bir saatlıq verilişdə yarım saat mənzillərin, şadlıq evlərinin, mağazaların, qadın salonlarının, ərzaqların, müğənnilərin reklamı gedir. Serialları da sponsorların pulu ilə çəkib onları reklam edirlər. Hansı veriliş çox reklam əldə etsə, onun reytinqi ən yüksək sayılır. Televiziyada veriliş açmaq üçün ilk növbədə sponsor tapmaq lazımdır. Savadlı, istedadlı jurnalistlər adətən qapıları döyüb pul xahiş edə bilmirlər. Aparıcıların çoxunun “mavi”lər olması da, görünür, sponsor tapmaq məsələsi ilə bağlıdır. Reklamsız həqiqətən təzə açılan obyekt pul qazana bilməz. Reklam isə çox bahadır. Mən də 25 ildən artıq jurnalistlik fəaliyyətimdən istifadə edərək ilk dəfə reklam yazısı yazmaq istəyirəm. Qızım psixologiya mərkəzi açıb. Təvəzökarlıqdan uzaq olsa da, qızımı tərifləyəcəyəm. Hazırda psixologiya mərkəzlərinin sayı-hesabı yoxdur. Yaxşı da reklamları gedir, klient sarıdan problem yoxdur, qiymətlər də baha. Səhiyyə nazirliyində işləyən bir tanış dedi ki, ən çox reklam olunan bir psixoloq var, hər gün ondan şikayətə gəlirlər. İlk dəfə mən ad açıqlayacam, bu “Narınc” psixologiya mərkəzinin psixoloqu Elnur Rüstəmovdur. Qızım deyir ki, “əksər psixoloqlar elmi psixologiya ilə deyil, populyar psixologiya ilə məşğuldurlar, bu da reket jurnalistika kimi bir şeydir. Belə psixoloqlar bu peşəni hörmətdən salır, insanlarda inamı öldürürlər”. Psixoloq ruhun həkimidir. Elmin bu sahəsi hələ az öyrənilib. Bu sahədə elmi axtarışlar davam edir, tədqiqatlar aparılır. Psixoloq olmasam da, mənim ruh haqqında şəxsi fikirlərim var, bunlar əsasən müdrik qocalardan eşitdiklərimə və şəxsi müşahidələrimə əsaslanır. Xalq təbabətində “filankəsi ruh tutub” deyimi var. Yaxın bir qohumum dedi ki, müxtəlif vaxtlarda iki əl onun boğazından tutub boğurmuş. Amma o bu haqda heç kimə demirmiş ki,onu dəli hesab edirlər. Bir dəfə qohum evində bu hal təkrar olunanda halına baxıb deyiblər ki, səni ruh tutub. Mən uşaqlıqda görmüşdüm ki, ruh tutan adamı müalicə etmək üçün onun vəfat etmiş qohumlarının adını çəkib divara un atırlar. Hansı ölünün adını çəkəndə un divara yapışsa, demək, həmin ölünün ruhu bu adamı tutub. Həmin ölünün adına ehsan süfrəsi açılır, yaxud halva çalınıb paylanır və xəstə sağalır. Bu qadını da bu yolla müalicə edib sağaldırlar. Məlum olub ki, qadını anasının ruhu tutub. Qadına dedim ki, yəqin nəsə əclaflıq etmisən ki, ananın ruhu səni boğurmuş. Qadın dedi ki, həmin vaxt qardaşı ilə konfliktdə olub. Qadının qardaşı 10 yaşında olanda anası vəfat edib, görünür, ana övladını vaxtsız tərk etsə də, ruhu daim onu qoruyur. Əbəs yerə demirlər ki, ananın ruhu daim övladını qoruyur. Başqa bir qohumum danışdı ki, gecə qardaşının həyat yoldaşı ilə yatıbmış, birdən eşidib ki, gəlin dəhşətli xırıltılı səslər çıxarır, sanki onu boğurlar. Gəlini oyadıb, gəlin deyib ki, yuxuda onu boğurdular. Gəlinin boğazına baxanda görüblər ki, orada barmaq izləri var. Bunlar lap serial mövzularıdır. Rəhmətlik nənəm həmişə deyərdi ki, qatili, oğrunu, ilanı, canavarı Allah göndərir, onlar buyruqla gedirlər. Dostoyevski belə psixoloji anları öz əsərlərində gözəl təsvir edib. “Cinayət və cəza” əsərində Raskolnikov sələmçi qarını öldürmək istəmir, amma bir səs ona rahatlıq vermir, onu təhrik edir ki, get qarını öldür. Psixiatorlar buna halusinasiya deyirlər. Bunlar insanın ruhu ilə bağlı məsələlərdir. Bu səpkidə eşitdiyim çox şeyləri yaza bilərəm, oxucu üçün maraqlı olar. Əlbəttə, mənim dediklərim elmə əsaslanmır. Elm bu sahədə çalışır, çox sirrləri açmağa cəhd edir. Hərçənd islam dini ruh haqqında ilahi sirrin açılmayacağını deyir, amma alimlər ilahinin izin verdiyi həddə qədər bu elmi inkişaf etdirirlər. Qızımın Nigar adlı rəfiqəsi var, ali məktəbi bir yerdə oxuyublar, bir yerdə işləyirlər. Nigar qəbul vaxtı topladığı yüksək balla Tibb Universitetinin istənilən fakultəsini seçə bilərdi, amma o, psixologiya fakultəsini seçdi. Səbəbini soruşanda dedi ki, tibb elminin sərhədləri məhduddur. Xəstənin hansısa orqanı ağrıyırsa, dərman yazmaqla işin bitir, psixologiya elminin sərhəddi yoxdur, çox dərinliklərə baş vurmaq mümkündür. Hazırda elə bir dövrdə yaşayırıq ki, varlı-kasıb olmasından asılı olmayaraq hamının ruhu narahatdır. Bu narahatlıq özünü depresiyalarla, aqresiyalarla hər addımda göstərir. Bunun bir elmi izahı var, amma heç bir psixoloq mətbuatda bunu ətraflı izah edə bilmir. Mənim elmi olmasa da, öz mülahizələrim var. Zaman-zaman Allah insanları imtahana çəkir, haqsızlıq hər sahədə önə keçir. Kim bu dövrdə insanlığını qoruyub saxlayırsa, növbəti mərhələdə Allah onu mükafatlandırır.

Siz ruhunuzdakı narahatlıqların elmi izahını bilmək istəyirsinizsə, “Kür” psixologiya mərkəzinə müraciət edin. Mərkəz Gənclik metrosunun çıxışında yerləşir. Ünvan: Həsən Əliyev küçəsi, 82Q. Telefon (012)564-54-62. Müraciət din ki, psixoloqların elmi bilikləri əsasında ruhunuz rahatlıq tapsın. Bir ay xidmətlər pulsuzdur.

Yenilənmişdir Cümə axşamı, 26 Oktyabr 2017 08:37
каталог фаберлик на сайте faberllena.ru
народная медицина