DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


NƏCMƏDDİN SADIQOV 1993-CÜ İLDƏ VƏ İNDİ

 

 

QİYABİ DEPUTAT RƏFAEL HÜSEYNOV

 

metanetMətanət Əliyeva

Fevralın 2-dən “İmpuls” internet televiziya kanalı işə başlayır. İlk veriliş 6 ay erməni əsirliyində olmuş Möhlət Mahmudova həsr olunub. Möhlət Salyan rayonunun Xalac kəndindəndir. 1993-cü ildə Ağdamda döyüş vaxtı ermənilərə əsir düşüb. 6 aydan sonra qaçıb və özü ilə əsirlikdə olan 25 azərbaycanlı əsirin siyahısını Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə verib. Həmin əsirlər azad edilib. Möhlət bu günə qədər dövlətdən bir manat da yardım almayıb. Hətta döyüşdə əsir düşməsi barədə sənədləri toplayıb lazımi orqanlara təqdim etsə də, hələ də veteran pulu almır. Möhlət deyir ki, “Mən əsir düşəndə də baş qərargah rəisi Nəcməddin Sadıqov idi, bu gün də  baş qərargah rəisi Nəcməddin Sadıqovdur.”  Möhlət kimi minlərlə veteranın müavinət almamasının bir səbəbi var. Bu ölkədə hər şey rüşvətlədir. Minlərlə Qarabağın üzünü görməyən adam rüşvət verib veteran pulu alır, rüşvət verməyən minlərlə həqiqi veteran müavinət ala bilmir. Şikəstlər və xəstələrlər də eyni faciəni yaşayırlar. Minlərlə sağlam adam rüşvət verib xəstəliyə görə müavinət aldığı halda rüşvət verə bilməyən minlərlə şikəst və xəstə müavinət ala bilmir. Elə buna görə də məmurlar təqaüd yaşını qaldırdılar ki, vətəndaşlardan  rüşvət alıb onlara xəstə kimi təqaüd versinlər və bu yolla milyonlar qazansınlar. Uşaq pulunu da ona görə vermirlər ki, büdcə pullarını sosial yardım adı ilə vətəndaşlara rüşvətlə verib milyonlar qazansınlar. Yanvarın 26-da Hacıqabul Rayon Mərkəzi xəstəxanasında doğuş zamanı 23 yaşlı Aytac Həsənova qanaxmadan vəfat etdi. Aytac mənim qohumumdur. Bu məsələ ilə bağlı geniş material hazırlayıb “İmpuls”  televiziya kanalında yayımlayacağam. Baxmayaraq ki, dövlət xəstəxanasında doğuş və abort üçün vətəndaşlardan külli miqdarda rüşvət alınır, Aytaca qədər bu xəstəxanada çox analar qətlə yetirilib. Hacıqabul Aran zonasıdır. Aran rayonları əsasən heyvandarlıq üzrə ixtisaslaşıblar. Bu gün Aran əhalisi nə heyvandarlıq, nə də əkinçiliklə məşğul ola bilmir. Bunun səbəbləri haqda da geniş veriliş yayımlanacaq. Fevralın 9-da keçiriləcək parlament seçkiləri barədə danışmağa dəyməz. Rəfael Hüseynov 15 ildir Hacaqabul rayonunun deputatı qismində maaş alır, indiyə qədər hacıqabullular onu nə parlamentdə, nə də rayonda görməyiblər. Deyəsən, parlamentdə qiyabi deputat ştatı da var. Rəfael kim bir çox deputatlar, ildə bir dəfə də olsun, parlamentin iclaslarında iştirak etmirlər. Bu seçkidə də Hacıqabulun deputatı Rəfael Hüseynov olacaq. Rəfael Hüseynovun necə deputat seçilməsi ilə bağlı da “İmpuls” televiziya kanalında reportaj gedəcək. Hacıqabul elə bir rayondur ki, orada hər bir fakt haqqında məlumat almaq imkanlarım var. Rayonumuzun əhalisi ictimai-siyası cəhətdən çox fəaldır, döyüşkəndir, informasiya verməkdə bacarıqlıdır. Bu rayonun problemlərini faktlarla ortaya qoymaqla, mənə elə gəlir ki, bütün ölkənin problemlərini qabartmaq mümkündür. Xatırladıram ki, Hacıqabula əslən Sabirabad rayonundan olan Rüstəm adlı təzə icra başçısı təyin olunub. Prezidentin kadr islahatları çərçivəsində təyin etdiyi bu kadrın fəaliyyətinə baxan rayon əhalisi bu təyinata qiymət verib rayonun gələcəyini müəyyən edə biləcəklər. Televiziya kanalımızın izləyicilərini maraqlı verilişlər gözləyir. Bu verilişləri nə dövlətin maliyyələşdirdiyi Az.Tv-də, nə İctimai televiziyada, nə də özəl televiziya kanallarında görmək mümkün deyil.  Oxuculardan xahiş edirıəm “İmpuls” televiziya kanalını izləsinlər, abunə olsunlar  və paylaşsınlar. 

Yazımın sonunda bir məsələni də qeyd edim ki, Avropa Şurası Parlament Assambleyası son toplantısında Azərbaycanda siyasi məhbusların olduğunu qeyd etdi. Bəzi siyasətçilər bunu böyük bir uğur kimi təqdim edirlər. Biz xalq olaraq özümüzə güvənməliyik. Heç bi dövlət, heç bir siyasi qurum bizi gündən-günə yuvarlandığımız uçrumdan xilas edə bilməyəcək. Hər bir dövlət, hər bir xalq, hər bir beynəlxalq siyasi qurum öz xeyri üçün çalışır. Biz də öz xeyrimizi dərk edib bu məqsəd uğrunda mübarizə aparmalıyıq.  Əhalidə indi belə bir fikir formalaşıb ki, kim hakimiyyətə gəlsə, öz ailəsi, öz tayfası üçün çalışacaq. Kimin üçün çalışmasından asılı olmayaraq hakimiyyətdəkilər 5 ildən bir seçki yolu ilə dəyişməlidir. Bir ailə 25 il hakimiyyətdə qala bilməz. Kim seçkini saxtalaşdırmaq yolu ilə hakimiyyətdə qalmaq istəsə, seçki cinayətkarlığı etdiyi üşün həbsxanaya salınmalıdır. Qonşu Gürcüstanda 2 ildən bir hakimiyyət dəyişir, yeni hakimiyyətə gələnlər oğurlamağa macal tapmırlar. Bizdə də parlament respublikası olmalıdır ki, demokratik imkanlar genişlənsin, prezident 7 ilə öz mafiyasını yarada bilməsin.  Mən görürüm ki, artıq mübarizə aparmaqdan başqa çıxış yolumuz qalmayıb. Başqa yolumuz varsa buyurun göstərin. Kanalıma abunə olub paylaşmağı unutmayın.

Yenilənmişdir Cümə, 31 Yanvar 2020 11:11
каталог фаберлик на сайте faberllena.ru
народная медицина