DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


HƏBSXANA XATİRƏLƏRİ - 1

img1230382Elman Malıyev / 

"Çox çətin adamlar vardı, yola verirdik"

Mən həbsxanaya düşənə qədər peşəkar bir jurnalist kimi təxminən 18 il fəaliy-yət göstərmişəm. Əsasən kriminal mövzularda və məhkəmə reportajları yazmışam. Bu mövzuda yazan jurnalistlər bir hüquqşünas kimi də formalaşırlar, hüquq el-minə aid olan bütün terminləri, hüquqi prosedurları bilirlər. Bu mövzuda yaz-maqla bərabər mən mütəmadi olaraq cəzaçəkmə müəssisələrində olmuşam, həbsxana həyatından yazılar hazırlamışam, cinayət aləmi, onun qayda-qanunları ilə ma-raqlanmışam. Bütün bunları bilə-bilə günlərin birində özüm də məhbus həyatı yaşamalı oldum. Şəmkir rayon məhkəməsi dələduzluq ittihamı ilə məni 5 il müd-dətinə azadlıqdan məhrum etdi. Əslində məni sifarişlə həbs etdilər, istintaq mənə qarşı başqa ittiham irəli sürə bilməzdi, çünki mən təbiətcə sakit adam olmuşam. Mən inanmırdım ki, uzun müddət həbsxanada cəza çəkəcəm. Qanunları bilsəm də məhkəmədə özümü müdafiə edə bilmədim. Vəkildən imtina etmişdim. İs-tintaq müddətində dəfələrlə ürək tutmalarım olub, dəfələrlə təcili yardım gə-lib. Həsb cəzası veriləndə ən çox ailəmə görə narahat idim. 4 uşağım başsız qalırdı. 4 ildə ailəm, uşaqlarım həm maddi, həm də mənəvi əziyyət çəkdilər. Ən ağır sarsıntını Gəncə həbsxanasında keçirdim. Kamerada 30 nəfər idik. Da-rısqallığa dözməli, müxtəlif xasiyyətli adamları, narkomanı, qulduru, qatili, residevisti yola verməlisən. Belə adamların içərisində baş çıxarmaq üçün həs-sas olmalısan. Yaxşı ki məni başa saldılar. Əvvəllər "srokda" olanlar məni başa saldılar ki, mübahisəyə girişmə, yola ver. Məni başa salırdılar ki, səni təhqir edəcəklər, sən ona cavab vermə, sonra həmin adam özü peşiman olacaq. Çox çətin adamlar vardı, yola verirdik. Ora düşən adam həmişə ayıq, hövsələli olmalıdır. Həyatda ən dəhşətli şey həbsxanadır. Mən ən çox kitab oxumaqla vaxtımı keçirirdim. Həbsxana insanları müəyyən mənada mehribanlaşdırır. Həbs-xanada xoşbəxt gün yoxdur, sevincli gün yaxınlarınla görüşəndə, ərzaq payı, ev yeməyi gələndə olurdu. Jurnalist olduğum üçün mənə nisbətən hörmət edirdi-lər. 51 il bu həyatda yaşamışam. Həbsxanada yatdığım o 4 il mənə qara ləkə kimi gəlir. O illəri xatırlamaq çətindir. 4 ildə mən dostlarımı-düşmənlərimi seçmişəm, kimin kim olduğunu bilmişəm. Ən çox uşaqlıq dostlarım mənə dayaq oldular. "Türmə" həyatımda mənə qardaşdan da artıq kömək edən Hacı adlı uşaq-lıq dostum oldu. Qızlarımı həbsxanaya gəlməyə qoymurdum. Mənə görə ən çox əzab çəkən əsgərlikdən təzə gələn yeganə oğlum idi. Mən bir yerdə dayanan adam olmamışam, həmişə ora-bura qaçıb qəzet üçün material hazırlamışam. Təc-ridxanadan həbsxanaya köçürüləndən sonra 14 gün karantində qalırsan. Məni Gəncə təcridxanasından Binə həbsxanasına köçürdülər. Karantində nəzarətçilər rejim qaydalarını öyrədirlər. Mən iki il məhkumlar üçün ərizələr yazmışam, amma bir qəpik pul almamışam. Həbsxanadan çıxanda zabit heyəti deyir ki, ge-dirsən bir daha qayıtma. İkinci dəfə türməyə qayıdana zabit heyəti hörmət et-mir, yəni ki, sən düzələn deyilsən. Karantindən dəstəyə bölünəndə yerlilərin səni qarşılayır. Məhhbus həbsxanaya gələndə artıq bilirlər ki, o kimdir və hansı maddə ilə tutulub. Məni 8-9 nəfər yerlim qarşıladı, mən bunu gözləmir-dim. Mən həbsxanaya daxil olanda orada "Vəziyyət" dustaqların əlində idi. Orada vəziyyət (daxili idarəçilik) nazarətçilərin yox, məhbusların əlində idi. Vəziyyətə baxanlar mədəni, savadlı, "ponyatkalı" məhbuslar olurlar. Bi-zim 170 nəfərlik dəstənin (korpusun) vəziyyətinə baxan Qobu qəsəbəsindən Nov-ruz idi. Təxminən 35 yaşı olardı. Novruz narkotiklə tutulmuşdu. Ümumi həbsxa-nanın (zonun) vəziyyətinə Gəncəli Ülvi baxırdı. Təxminən 40 yaşı olardı. Qul-durluq maddəsi ilə tutulmuşdu. 17 saylı Binə həbsxanası yarı qapalı rejimi olan müəssisədir. Ümumi rejimli məhbuslarla ciddi rejimli məhbusları ayrı saxlayırdılar. Ən çox davalar ümumi rejimli korpuslarda olur. Vəziyyətə ba-xanlar da orada çətinlik çəkirdilər. Tanınmış adamlardan Nemət Pənahlı, Aygün Kazımovanın keçmiş əri İlqar, Speys kanalının kommersiya direktoru, juranlist Aydın Canıyev, jurnalist Rövşən İsgəndərov, Bəylər Əyyubovun bacısı oğlu mə-nimlə bir korpusda cəza çəkirdilər. Eyni zamanda siyasi məhbuslar Arif Alı-şanlı, "Talışi sədo" qəzetinin redaktoru Hilal Məmmədov, Quba hadisələrinə görə həbs olunan Quba bələdiyyəsinin sədri Elxan Əliyev və digər bir neçə si-yasi mənimlə bir korpusda cəza çəkirdilər. 2011-ci ilin yay aylarında (mənim cəza çəkdiyimin ikinci ili) həbsxanada vəziyyəti dəyişdilər. Məhbuslar üçün bu çox ağır proses idi. Prosesə başlamaq üçün həbsxanaya Qobustan həbsxana-sından iki məhbus gətirdilər. Onlar həbsxanada "mutilşiklik" (araqarışdıran-lıq-təxribatçılıq) etdilər.
(ardı növbəti sayımızda)

Yenilənmişdir Bazar, 02 Noyabr 2014 17:39
каталог фаберлик на сайте faberllena.ru
народная медицина