DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


QARABAĞ PROBLEMİ MƏMURLAR ÜÇÜN GƏLİR MƏNBƏYİDİR

AVROASİYA İTTİFAQININ TƏRƏFDARLARI MİTİNQ KEÇİRMƏLİDİRLƏR

metanetMə­ta­nət Əliyeva

Oktyabrın 12də Milli Şura Bakıda mitinq keçirdi. Mitinqdə əsasən qərbpərəstlərin siyasi məhbus hesab etdikləri qərbin casuslarının azad edilməsi tələb edilsə də, məqsəd başqa idi. Bakıda mitinq keçirilən zaman eyni zamanda Yerevanda və Tacikistanın paytaxtı Düşənbədə də mitinq keçirildi. Ermənilərin mitinqinə qərbin adamı olan TerPetrosyan rəhbərlik edirdi. Taciklər prezident İmomali Rəhmanovun istefasını tələb edirdilər. Hər üç ölkədə keçirilən mitinqin sifarişçisi qərb idi, çünki həmin vaxt Rusiyanın təklif etdiyi Avroasiya İttifaqına girmək məsələsi həll olunurdu. Rusiya, Belorus və Qazaxstan bu ittifaqın üzvüdür, Ermənistan İttifaqa qoşuldu, Tacikstan da qoşulmağa hazırlaşır. Aydın məsələdir ki, qərb keçmiş sovet respublikalarını özünə müttəfiq etmək istəyir, daha doğrusu, Rusiya və İranın sərvətlərini ələ keçirmək üçün bu dövlətlərin ərazisindən istifadə etmək istəyir. Baxmayaraq ki, qərbin casusları oktyabrın 12də keçirdikləri mitinqdə Avropa İttifaqının bayraqlarını götürmüşdülər, qərb heç vaxt Azərbaycanı Avropa Birliyinə qəbul edən deyil, qərb hətta NATOda müttəfiqi olan Türkiyəni də Avropa Birliyinə qəbul etmir. Qərblə ittifaqa girmək ən yaxşı halda Azərbaycanı Ukraynanın gününə sala bilər və bir dəfə 1992ci ildə Elçibəy qərbin sifarişi ilə Rusiya qoşunlarının Azərbycandan çıxarılmasını tələb edəndə belə vəziyyətə düşmüşük.

QƏRBİN İŞĞALINA İNFORMASİYA DƏSTƏYİ VERƏN 5Cİ KALON

Rusiya qərbin işğalından qorunmaq üçün keçmiş sovet respublikalarını iqtisadi birliyə dəvət edir. Avroasiya İttifaqı deyilən bu birlik eyni zamanda Gömrük İttifaqı da adlanır. Azərbaycanın hakimiyyət dairələri bu birliyin ölkəmizə nə qədər xeyir verə biləcəyi barədə əhaliyə heç bir informasiya vermirlər. Qərbpərəstlərin televiziyalarımızda, qəzetlərimizdə təbliğatına baxmayaraq sadə xalq Rusiya ilə ittifaqa girməyin tərəfdarıdır, çünki bunun əhəmiyyətini dərk edir. Azərbaycan hökuməti bu birliyə daxil olmaq istəsə, mətbuat vasitələri ilə bu barədə geniş açıqlama verər, bunun faydasını xalqa başa salar və bu birliyin tərəfdarı olan insanları mitinqə dəvət edər. Qərb də görər ki, Azərbaycan xalqı öz xeyrini dərk edir, Rusiya ilə müttəfiq olmaq istəyir. Xalqın iradəsini ifadə edən prezident heç nədən çəkinmədən Avroasiya İttifaqına girər. Rusiya ilə müttəfiq olsaq, Qarabağ problemi həll olunar, hər gün cəbhədə ölən oğlanlar bu addımı atmağı bizdən tələb edirlər. Yeri gəlmişkən, bir daha hacıqabullu şəhid Allahverdi Baxışlının məsələsinə qayıtmaq istəyirəm. Komandir biləbilə ki, Allahverdinin atası Qarabağda şəhid olub, onu erməni ilə sərhəddə göndəriblər. Allahverdi anasınınbacısının yeganə dayağı idi, onu arxa cəbhəyə də göndərə bilərdilər. Qarabağ problemindən suiistifadə edən Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri varlılardan rüşvət alıb onların övladlarını arxa cəbhəyə göndərməklə külli miqdarda pul qazanırlar. Allahverdi kimi yetim, kasıb gəncləri ön cəbhəyə göndərirlər. Məcburi köçkünlərin hesabına milyonlar qazanan məmurlar var. Belə məmurlar şübhə etmirəm ki, altdanaltdan qərbin ölkəmizdəki casuslarına yardım edirlər, çünki problemin qalması onlara sərf edir, Qarabağ məsələsi həll olunarsa, onlar yem yerini itirəcəklər. Azərbaycanda açıqaydın qərbin maraqlarına xidmət edən qəzetlər var və onların arxasında yüksək vəzifəli məmurlar dayanırlar, amma Rusiya ilə müttəfiqliyimizin xeyrindən yazan mətbuat orqanları, o cümlədən televiziya kanalları yoxdur, çünki Rusiya ilə əməkdaşlıq məhz sadə xalqın xeyrinədir. Məmurlarımızı isə ancaq öz cibləri maraqlandırır, xalqımızın maraqlarını qərbə satırlar, çünki oğurladıqları pulları qərb ölkələrinin banklarında saxlayırlar. Rusiya bazarları üzümüzə açılarsa, əksəriyyəti kənd təsərrüfatında işləməklə dolanan əhalimizin firavan yaşamasına şərait yaranar. Rusiya ilə müttəfiq olmağımız həm də ağzımızı dada gətirər. Belə ki, bizim səlahiyyətli orqanlarımız Azərbaycana ancaq qərbin müttəfiqi olan ölkələrdən ərzaq idxal etməyə imkan yaradırlar. İranın ətirli düyüləri əvəzinə ölkəmizə bataqlıq iyi verən Pakistan düyüləri idxal olunur. Rusiyanın dadlı konfetləri əvəzinə ölkəmizə zəhər dadan Ukrayna konfetləri idxal olunur. Xalqa qarşı belə xəyanətlərin sonu yaxınlaşır. Üçüncü dünya müharibəsi ölkəmizə yaxınlaşdıqca konkret seçim etməyə məcburuq. Qərb və ABŞ Suriyanı bombalamaq üçün İŞİDi oraya göndərib. Əfqanıstanı ƏlQaidə, İraqı kimyəvi silah bəhanəsi ilə işğal edən qərb İŞİDlə mübarizə bəhanəsi ilə Suriyanın işğalını sona çatdırmaq istəyir. İranın ali dini rəhbəri Xamneyi deyib ki, İŞİDi İngiltərə yaradıb. Azərbaycanın əksər məmurlarının vardövləti İngiltərədədir, orada evləri var, uşaqları orada təhsil alır. Bu məmurlar işğalçılarla müttəfiq olmaq məcburiyyətindədirlər. Azərbaycanın dövlət maraqları isə, o cümlədən hər gün əsgərlərimizin qətlə yetirildiyi Qarabağ işğalçı qərbə qarşı bloka girməyimizi tələb edir. Bir sözlə, məmurlarımızla xalqımızın maraqları üstüstə düşmür, bu, xalqımızın faciəsidir.

ƏQİDƏSİNİ SATANLAR

Mən həmişə ləzginin, talışın özünü türk adlandırmasına, pantürkist partiyalara üzv olmasına məəttəl qalmışam və bunun səbəbini dərk edə bilməmişəm. Nəhayət ki, ötən həftə mən bunun səbəbini başa düşdüm. Sən demə, bu yolu tutanlar, millətini dananlar hesab edirlərmiş ki, türkçülərə qoşulmaqla pul qazanmaq asandır. Düzdür, bu yolla pul qazananlar oldu, amma bu yolu tutanların əksəriyyəti hələ də yoxsulluq içərisində yaşayırlar. Əqidəsiz adam acından ölsə yaxşıdır, çünki insan əqidəsini satmaqla yox, zəhmətini satmaqla ləyaqətlə yaşaya bilər, bunun üçün hökumətdən tələb etmək lazımdır ki, düzgün xarici siyasət aparsın və hər bir insan zəhməti ilə yaşaya bilsin. Əqidəsini qərbə, pantürkistlərə satanların faciələri hələ qabaqdadır. Onların ən böyük cəzası o olacaq ki, qərbdəki ağaları onları atandan sonra insanlar onlara ikrah hissi ilə baxacaqlar. Artıq bu proses baş verir, işğalçı kimi ifşa edilmiş qərb "demokratik qüvvələr, "insan haqları" adı altında casuslarını müdafiə etməkdə acizdir. Qərbin dəstəyi ilə qudurğanlıq edənlərin səsi batıb. Dövlətimizin, xalqımızın maraqlarını pula satanlar lənətlənmiş bəndələrdir.

ƏLƏT PAYTAXT OLARSA...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər ki, Ələt qəsəbəsi Bakının tabeliyindən çıxarılacaq və ayrıca şəhər kimi idarə olunacaq. Məlumatda həmçinin bildirilib ki, yaxın vaxtlarda Bakı şəhərinin baş planı təsdiq ediləcək. Qeyrirəsmi məlumatlara əsasən, paytaxt Ələt şəhərinə köçürüləcək. Paytaxt üçün Ələt əlverişli yerdir, burada təzə dəniz limanı tikilir, ölkənin ən böyük magistral yolu olan İpək yolu və dəmir yolu bu qəsəbədən keçir. Ələtdə beynəlxalq hava limanı tikmək üçün də geniş ərazi var. Paytaxtın harada yerləşməsinin, prezidetin harada oturmasının ölkənin idarə olunmasında elə də böyük fərqi yoxdur. Vaxtilə Fransa kralı 14cü Lüdovik Fransanın paytaxtını Parisin yaxınlığında olan kiçik Versal kəndinə köçürüb. Orada saray tikdirib və bütün saray əyyanlarını da oraya köçürüb. İndi Versal sarayı muzey kimi fəaliyyət göstərir. Kənddə yaşayan 14cü Lüdovik fransızların ən çox sevdikləri kral olub, fransızlar ona Günəş kral deyirlər. Fransızlar danışırlar ki, maliyyə naziri kral Lüdoviki təzə tikdirdiyi evinə dəvət edir. Kral nazirin cahcəlalını görüb məclisi dərhal tərk edir və bu cəhcəlal yiyəcinin dövlətin xəzinəsindən nə qədər pul oğurladığını başa düşür və onu edam etdirir. Azərbaycanın paytaxtı Ələtə köçsə, Bakıda sıxlıq azalar. Oxucuların nəzərinə çatdırım ki, Ələt qəsəbəsi qurtaranda Hacıqabul rayonu başlayır. Rayonumuzda 60 min adam yaşasa da, iş yeri yoxdur. İndiyə qədər bilinmir ki, bu rayon kənd təsərrüfatı, sənaye, yoxsa turizm rayonu olacaq. Rayonun təbiəti turizmə yaramır, iri sənaye obyektlərinin tikiləcəyi barədə söhbət yoxdur. Kənd təsərrüfatı məhsulları becərmək və heyvandarlıq üçün rayonun böyük torpaq sahələri var, lakin Kür çayının yaxınlıqdan keçməsinə baxmayaraq rayonda suvarma kanalı yoxdur. Gələcəyə ümidi olmayan Hacıqabul əhalisinin bir qismi Bakıda tikintidə fəhləlik edir, bir qismi Rusiyada pul qazanır, bir qismi də cüzi maaşla, təqaüdlə kasıb yaşayır. Ələt paytaxt olsa, bəlkə yaxın rayonlar da dirçələr, o cümlədən Hacıqabullular Ələtdə tikiləcək binalarda fəhləlik edə bilərlər. Heç olmasa, bu xəbər rayon əhalisində gələcəyə bir ümid yaradır.

KREDİTİ AĞILSIZ ADAMLARA VERMƏK OLMAZ

Milli Bankın göstərişi ilə əhaliyə verilən istehlak kreditlərinin həcmi azalacaq. Çünki qaytarılmayan kreditlərin həcmi bir milyard manata çatıb. Hazırda hökumət kənd təsərrüfatı sahəsində biznes qurmaq istəyənlərə ildə 6 faizlə kredit verir. Bunun üçün krediti istəyən adamın heyvandarlıq, əkinçiliklə məşğul olmaq üçün şəraiti, girov qoymaq üçün əmlakı olmalıdır və bunu banka təqdim etməlidir. Belə kreditləri alqışlamaq olar. İnsan pul qoyub pul qazanır, istehsal artır, iş yerləri açılır. İstehlak kreditini alanlar birbirinin bəhsinə evlərini lazımlılazımsız əşyalarla doldururlar. Ölkəmizdə dayaz ağıllı insanların sayı çoxdur. 34 bankdan kredit götürüb 700 manata telefon alan, 10 yaşında qızı üçün cehiz alan adamı mən ağılsız sayıram. Bizim ölkəmiz varlıdır, bunu ölkəmizdəki bahalıq, əhalinin gəzdirdiyi əl telefonları, tıxac yaradan böyük maşınlar, insanların geyimi, taxdıqları qızılbrilyantlar da sübut edir. Hansı ölkədə ucuzluqdursa, o ölkə kasıbdır, məsələn, Gürcüstan. Bizim dövlətimiz varlıdır, amma çox adam ağılsız olduğundan borcun içərsində itibbatır. Hökumət nə qədər korrupsioner olsa da, monopoliya olsa da işləyən adamın hər yerdə çörəyi var. İşləmək istəməyən, əyri yollarla firavan yaşamaq istəyən adamlar daha çox Bakıda yaşamağa can atırlar. Tanıdığım bir ailə var. Ailənin xanımı 300 manatlıq əl telefonu gəzdirir. Evin hamamında borular köhnəlib pas atdığı üçün ailə üzvləri çimməyə onunbunun qapısını gəzirlər. Bu da qohumqonşularda narazılıq yaradır. Çünki digər adamlar çiməndə əlavə su, işıq, qaz pulu ödəməlisən, hamamı təmizləməlisən və sair. Halbuki həmin ailə telefona verdiyi 300 manata öz hamamının borusunu dəyişə bilərdi və başqalarının zəhləsini tökməzdi. Belə ağılsız, başqalarına problem yaradan adamlardan hamı qaçır, heç kim onlara hörmət etmir. Bu adamlar isə fikirləşirlər ki, kasıb olduqları üçün heç kim onları saymır, pulları çox olsa, 500 manatlıq telefon götürsələr, hamı onlara hörmət edəcək. Belə adamlara istehlak krediti vermək nəinki bankları, dövlətin özünü də uçuruma aparır.

SULUTƏPƏDƏ AVTOBUS QITLIĞI VAR

Sulutəpə sakinləri nəqliyyat sarıdan böyük problemlər yaşayırlar. Qəsəbənin Yuxarı və Yeni məhəllə adlanan ərazisinə yalnız bir marşrut avtobusu işləyir. 158 saylı avtobus yarım saatdan bir gəlir və həmişə basabas olur. Əhali xahiş edir ki, avtobusların sayı artsın. Məncə, bu problemi həll etmək elə də çətin deyil. Hansı sahibkara həmin marşruta avtobus buraxmaq təklif olunsa, sevindiyindən nəzir verər. Bizdə belə işlər şəffaf deyil, marşrutlar rüşvətlə satılır, məmurlar gəlirli sahələri monopoliyada saxlayırlar, əziyyəti isə vətəndaşlar çəkirlər.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина