DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


HƏBSXANA XATİRƏLƏRİ - 2

“JURNALİSTİN ÇARPAYISINDAN KİTAB, QƏZET ÇIXAR DA, “MAL” VƏ YAXUD “BRAQO” ÇIXMAZ KI”

img1230382ELMAN MALIYEV

Mən Binədəki 17 saylı yarıqapalı rejimlı cəzaçəkmə müəssisəsinə köçürüləndə türmənin rəisi Eyvaz müəllim idi. Cəza çəkdiyim 4 ildə həbsxanada 6 rəis dəyişildi. Çox ağır zon idi. İlk günlər çoxlu çətinliklərlə üzləşirdim. Çünkü dustaqların əksəriyyəti savadsız idi və qanmaz idilər. Onları başa salmaq çətin idi. Ancaq aralarında savadlı və mərifətli dustaqlar da olmamış deyildi. Aralarında çöldən jurnalist kımi məni taniyanlar da var ıdi. Qeyd etdiyim kimi, türmənin öz qayda və qanunları vardı. Orada hansısa problemlə üzləşməmək üçün ayıq-sayıq, gözü açıq olmalısan və çörək kəsdiyin dustağı tanımalısan. Yəni “xlebniki” tanımalısan. Türmə həyatının yaxşı kəlamları çoxdur: ”Yatdın batdın” deyirlər. Korpusda tez-tez davalar düşürdü. Bir-birinin sözünü uda bilməyənlər dalaşırdılar. Əgər bu davadan əməkdaşlar xəbər tutsalar dalaşanları korpusdan çıxardıb “nakazat” edirdilər, ya “praqulkaya”, ya da “karsa” salırdılar. Əksər vaxtlar döyülənlər, korpusdan idarəyə söz çatdırlanlar, sız də məni bağışlayın, onlara belə deyirlər, yəni “qəhbələr” olurdular. Döyüləcəklərini hiss edənlər isə korpusdan qaçırdılar. Korpusdan qaçmaq türmə həyatında alçaqlıq hesab olunur. Bildirdim ki, mən zona girəndə həbsxanada vəziyyətə dustaqlar nəzarət edirdi. Bir müddətdən sonra dustaqların qurması ilə vəziyyəti dağıtdılar. Qobustan həbsxanasından gələn Etibar, Rasim və Poladı bölgüdən bizim korpusa saldılar. Onlar korpusa daxıl olan kimi dustaqlar arasında narazılıq başlandı. Dustaqların əksəriyyəti vəziyyətin nə yerdə olduğunu yaxşı başa düşürdülər və ağızlarından söz qaçırmırdılar, çünkü qorxurdular. Vəziyyəti ələ almaq istəyən Etibar korpusda “mutilya” yaradaraq “smatraşi” olan Novruzu razinli Rasimə və naxçıvanlı Ayaza döydürdü. Ağır xəsarətlər almasına baxmayaraq Novruz şıkayət etmədi. Lakin ertəsi gün Rasım, Ayaz. “karsa” (“cərimə kamerası” adlandırılır) saldılar. “Karsa” daxili rejim qaydalarını kobudluqla pozan dustaqları salırlar. Həmin vaxt Novruz öz ayağı ilə ”karsa” getmişdi. Novruzun döyülməyinin səbəbi bilinmədi. Korpusda vəziyyət gərgınləşmişdi. İki gündən sonra dustaqlar boks üzrə keçmiş SSRİ və Azərbaycan çempionu olmuş naxçıvanlı Poladı döydülər. Razinli Etibar canını yaxşı qurtardı. Əməkdaşlar elə korpusda onun qollaranı qandallayib “karsa” apardılar. Poladı isə korpusdan çıxardıb 15-ci “zona” apardılar. Bu hadisədən sonra bütün korpuslarda vəziyyət gərginləşdı. Zonda “bezpredellik” baş alımışdı.
Rəis Eyvaz müəllim, rəis müavini Samir müəllim, digər əməkdaşlar da bunun qarşısını ala bilmirdılər. Bir müddət keçəndən sonra həbsxanaya “voyska” daxil oldu. “Maskalılar” dubinkalarla və iri itlərlə korpuslara daxil oldular. Hər korpusdan onlarla dustağı dubunkalayaraq çölə çıxardır, vəhşıcəsinə döydükdən sonra karsa atırdılar. Zonda hər tərəfdə qan izləri var idi. Dustaqlar arasında qorxu xofu yaranmışdı. “Karsa” salınan dustaqları sonradan Qobustan həbsxanasına və digər zonlara bölüşdürdülər. Beləliklə, həbsxanada “vəziyyət” dağıdıldı. Bir müddətdən sonra rəisi 2-ci kolona göndərdilər.Onu rəis müavini əvəz etdi. Əlbbəttə ki, çətin vaxtlarda mənə yaxşı məsləhətlər verən talış Ruslan, naxçıvanlı Ceyhun, bakılı İsrafil kimı dustaqlar da vardı. Dustaqlar korpusda “şımon” (yəni yoxlama) olanda çox həyəcanlanırdılar. Yadıma gəlir, rejim rəisi Tofiq müəllim korpusumuzda növbəti dəfə “şımon” edəndə mənim yatdığım “şıkonkada” (çarpayıda) “pastelin” altından oxuduğum qəzet və kitablar çıxmışdı. Onda baş əməliyyatçı Ədalət müəllim məni digər rejim qaydalarını pozan dustaqlarla birlikdə “upravleniyaya” çıxartmışdı. Rəis mənim korpusdan nəyə görə çıxarılmağımla maraqlanandan sonra baş əməliyyatçıya belə demişdi: “Siz bu ağsaqqalı çox havayı narahat etmisiniz, jurnalistdir, bəs onun yataq yerindən nə çıxmalıdır? “Mal” və “braqo “ tapmayacaqsınız, əlbəttə ki, oxuyan adamdı, kitab və qəzet tapacaqsınız.” Mən bəziləri kimi yatdığım yeri dəyişmirdim. Azadlığa çıxana qədər bir kupedə qaldım və eyni şıkonkada yatdım. Çünki tez-tez yatdığı yeri, kupeni və korpusu dəyişən dustağa pis baxırlar. Beləsinin hörməti olmur və tez-tez belə dustağı qapazlayırdılar. Türmə həyatının ağrılı-acılı günləri az olmurdu. Həbsxanada hər yerin təmizliyinə “sanitarlar”, yəni “üzdəniraqlar” baxırdılar. Onlar ayrıca yaşayırdılar. Digər məhkumlarla əllə görüşmür, yeməyi, yatmağı ayrıca idi, hətta hamama da ayrıca gedirdilər. 1 manata və yaxud 1 siqaretə görə onlar “mujıklər”in paltaların yuyur və döşəklərın təmizləyib təzədən sırıyırdılar. Dustaqlar arasında 1 gilə siqaretə görə mənlıyini itirib kişiliyindən imtina edən, üzdəniraqlara qoşulanlarla da rastlaşırdıq. Belə irgənciliklərə necə göz yumasan və nifrət etməysən. Qəfildən dünyasını dəyişən və yaxud müxtəlif səbəblərə görə özünü “moyka” ilə, yəni lezviya ilə doğrayan dustaqlar görəndə ürəyim hecə ağrımasın?. Həbsxanada iradəli, dözümlü və səbrli olmalısan. Sənə kimdənsə gələ biləcək təhlükənı hiss etməlisən. Səbəbsiz mübahisələrə qoşulmamalı və özünə yersiz problemlər yaratmamalısan. Öz təmizliyinə və sağlamalığına daim diqqət yetirməlisən. Vərəm, SPİD və digər ağır yolxucu xəstəlikləri olanlardan uzaq gəzməlısən. Hər addım atanda yüz ölçüb bir biçməlisən ki, sonra büdrəməyəsən. Mən həmişə belə müsbət amillərə daha çox diqqət yetirməklə yanaşı əməl edirdim. Cəza çəkdiyim müddət ərzində bir dəfə də olsa hansısa marağa görə domino, nərd və yaxud dıgər stolüstü oyunlar oynamamışam. Cəza çəkdiyim müddətdə mən rejim qaydalarnı pözduğuna görə cəzalandırılmağıma və hansısa əməkdaşın mənə qarşı kobudluq etməsinə, irad tutmasına şərait yaratmamışam. Qanunları və daxili rejim qaydalarını yaxşı bildiyimə görə qaydaları pozmağa meyilli olan, yəni həbsxana dili ilə desək “stirimit” edən gənc dustaqlara məsləhətlər vermişəm və onları bu yoldan çəkindirməyə çalışmışam, Eyni zamanda əməkdaş tərəfindən səbəb olmadan, hansısa marağa görə günahsız dustağın cəzalandırılmasının qarşısını dəfələrlə almışam. Haqlı olduğumu sübut etmişəm. Həmişə öz təşəbbüsümlə, yəni həbsxana rəhbərliyinin tapşırığı ilə yox, öz təşəbbüsümlə dustaqları maraqlandıran suallara cavab, aydınlıq verməyə və onları hüquqi baxımından maarifləndirməyə çalışmışam. İlk vaxtlar həbsxana rəhbərliyi tərəfindən mənə qarşı təzyiqlər olunsa da çəkinməmişəm və məhkumlardan köməyimi əsirgəməmişəm. Mən həbsxanada keçırılən tədbirlərdə fəal iştirak etməklə yanaşı dustaqlara səhiyyə xidmətinin yaxşılaşdırılması, hüquqi yardıma ehtiyaclarının yerinə yetirilməsı, qida rasionunun yaxşılaşdırılması, dustaqlara psixoloji yardımın təşkıl olunması, məhkumların asudə vaxtının səmərəli keçirilməsi üçün idman və mədəni kütləvi tədbirlərin keçırılməsi üçün dəfələrə təklıflər vermişəm. Həbsxananın rəhbərliyi dəyişıləndən sonra mənim təkliflərimi nəzərə alaraq xeyli dəyişikliklər oldu. Dustaqlara qayğı və diqqət artırıldı.
Ardı gələn sayımızda

Yenilənmişdir Bazar, 02 Noyabr 2014 17:39
каталог фаберлик на сайте faberllena.ru
народная медицина