DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


DEPUTAT MƏLAHƏT İBRAHİMQIZININ QARA NAĞILI VƏ 5-Cİ KOLONUN FACİƏSİ

metanetMƏTANƏ T ƏLİYEVA                       

Dövlət başçısı İlham Əliyev 9 il bundan əvvəl məcburi tibbi sığortaya keçid haqqında sərəncam imzalasa da, prezidentin sərəncamı icra olunmur, səbəb isə bilinmir. Nəhayət, deputat Məlahət İbrahimqızı bidirib ki, icbari tibbi sığortaya keçid baş versə, rayonlardan Bakıya axın olacaq, rayonlarda müalicə və müayinə olunmaq istəyən olmayacaq, hamı Bakıya gələcək. Ona görə də əvvəlcə rayonlarda müasir tipli xəstəxanalar tikmək və Avropa təhsilli həkimlər hazırlamaq lazımdır. Deputatın xəbəri yoxdur ki, elə indi də rayonlardan xəstələr müayinə və müalicə üçün Bakıya gəlirlər. Sadəcə olaraq, səhiyyə mafiyası hər il milyardlarla çirkli pul əldə edir, ona görə də icbari tibbi sığorta məsələsində dövlət başçısına mane olur. Xalq mafiyalardan can qurtarmağın yolunu tapa bilmir. Əslində mafiyaları cəzalandırmaq üçün xalqa arxalanmaq lazımdır. Sonsuz yalanları ilə xalqın inamını itirmiş bəzi siyasətçilər, hüquq müdafiəçiləri, jurnalistlər isə hesab edirlər ki, qərbin, ABŞ-ın köməyi olmadan korrupsiyanın kökünü kəsmək, demokratik seçki keçirmək mümkün deyil. Qərb bu yolu tutan adamlara külli miqdarda pul ayırır, beynəlxalq mükafatlar verir.  Bu adamlar da qərbin sifarişlərini yerinə yetirməyə başlayırlar. Sifarişləri yerinə yetirəndə də İraqda, Misirdə, Ukraynada, Gürcüstanda olduğu kimi qanuni hakimiyyətlər çevriliş yolu ilə dəyişir, əhalinin vəziyyəti daha da ağırlaşır, hər gün yüzlərlə insan terrorun qurbanı olur. Mən inanmıram ki,  Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Xədicə İsmayılova, radikal islamçılar bunu dərk etmədən qərbdən maliyyə dəstəyi alıblar və bu gün Azərbaycan xalqının xoşbəxtliyi üçün mübarizə apardıqlarına görə həbsdədirlər. Məlahət İbrahimqızı xalqı aldatdığı kimi onlar da xalqı aldadırlar. 

Qərbin dəstəyinə arxalanan qüvvələr özlərinə Məmməd Əmin Rəsulzadəni örnək seçirlər, amma onlar heç vaxt Rəsulzadənin sağ qalan qohumları ilə görüşüb bir çox həqiqətləri xalqa açıqlamaq istəməyiblər. Məmməd Əminin bir neçə il əvvəl  vəfat etmiş nəvəsi Firuzə xanım uşaq evində böyümüşdü. Onun anası və bacısı Qazaxstanda sürgündə acından və soyuqdan donub ölmüşdü, meyitlərini basdıran da olmamışdı.  Meyitlərin yanında tək qalan balaca Firuzə soyuqdan donmamaq üçün qazaxların mal tövləsində inəklərin arasında yatırmış. Məmməd Əminin digər qohumu, yazıçı Qumral Sadıqzadənin evindən Məmməd Əminin məktubu tapıldığı üçün qardaşını güllələyiblər (yazıçı Seyid Hüseyn), anası isə sürgündə vəfat edib. Mikayıl Müşfiq də Məmməd Əminin güdazına gedib. Məsələ onda idi ki, Məmməd Əmin Azərbaycanda Hitler üçün 5-ci kolon yaradırdı ki, SSRİ-yə hücum zamanı onlar daxildən faşist işğalçılarına kömək etsinlər. Stalin də bunu bildiyi üçün Məmməd Əminlə əlaqə saxlayanları məhv edirdi. Bəzi fırıldaqçılar xalqı aldadırlar ki, guya Hitler SSRİ-ni işğal edəndən sonra Azərbaycana müstəqillik verəcəkdi, halbuki Hitler Avropanın yarısını işğal etmişdi və heç birinə müstəqillik verməmişdi. Hitler uzaq başı Rəsulzadəni Azərbaycana rəhbər qoya bilərdi. Bədbəxtlikdən Məmməd Əmin uzaqgörən olmadı, Hitlerin qələbəsinə inandı, bütün ailəsini və minlərlə azərbaycanlını bədbəxt etdi. Tarix həmişə təkrar olunur və vətəninə xəyanət edərək işğalçılar üçün 5-ci kolon yaradanların sonu faciəli olur. O ki qaldı korrupsiyadan can qurtarmağın yoluna, bunu ancaq özümüz istəyəndə özümüz də edəcəyik. Hələ ki bunu istəmirik, buna görə heç bir dövlətin bizim ölkəni İraqa, Misirə, Ukraynaya, Gürcüstana döndərməyə haqqı yoxdur. Üçüncü kolon olmasa bunu heç bir dövlət edə bilməz. Təəssüf ki, bizdə üçüncü kolon var və onlar hələ çox adamları güdaza verəcəklər. 

 

 

Yenilənmişdir Bazar ertəsi, 24 Avqust 2015 09:27
каталог фаберлик на сайте faberllena.ru
народная медицина