DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ŞİRVANŞAH İBRAHİM VƏ İŞĞALÇILARA XİDMƏT EDƏNLƏR

MƏTANƏT ƏLİYEVA  

Ağıllı dövlət başçısı odur ki, Şirvanşah İbrahim kimi xalqını, dövlətini müharibədən, qanlı qırğından qorusun. Teymurun ordusu Şirvan dövlətini işğal etmək istəyəndə Şirvanşah İbrahim Teymurun sevdiyi bütün nemətlərdən 9 sayda götürüb onu qarşılamağa gedir. 9 rəqəmini sevən Teymur görür ki,  9 qabda qızıl gəlib, 9 gözəl at gəlib, bütün hədiyyələr doqquzdur, yalnız qulların sayı səkkizdir. Bunun səbəbini soruşanda Şirvanşah İbrahim deyir ki, 9-cu qul İbrahim şah özüdür. Şah bu yolla xalqını qırğından qoruyur. Düşmənin güclü olduğunu, məğlub olacağını bildikdə xalqını qırğından qorumaq məqsədilə düşmən qarşısında əyilmək də igidlikdir. Təəssüf ki, müstəqilliyə qovuşanda bizim dövlət rəhbərlərində İbrahim şahın ağıllı olmadı, Napoleona, Hitlerə meydan oxuyan  Rusiya ilə müharibə şəraiti yaradıb xalqı qırğına, torpaqları işğalçılara verdilər. Onların tərəfdarları indi də bu yolu davam etdirirlər. Təəssüf ki, maddi maraq çox vaxt özünü yazıçı-publisist adlandıranlara həqiqəti deməyə imkan vermir. Seymur Baycan  “Reytinq” qəzetində (30 avqust, 2015 ) “Sovet dövründə çəkilmişlər haqqında -2” məqaləsində  müharibə dəhşətlərindən yazsa da, bu dəhşətlərə görə işğalçı Hitleri yox, dövlətləri işğaldan azad edən Stalini  və onun timsalında Rusiyanı ittham edir. Elə bil ki, müharibəni Hitler yox, Stalin başlayıb. Füzuli qaçqını olan Seymur doğma rayonunun nə üçün işğalda olduğunun səbəbini hələ də bilmirsə və bu işğalın səbəbkarlarının arxasıca sürünürsə, vay bizim halımıza. Elə indi də müsəlman ölkələrində işğalçı müharibələri Rusiya aparmır, ABŞ və onun Avropadakı müttəfiqləri aparırlar. Rusiya isə işğaldan qorunmaq üçün qabaqlayıcı addımlar atır. Qərbdən maliyyələşən qüvvələr işğalçı qismində qərbi yox, Rusiyanı təqdim edirlər. Çünki Qərb təşkilatları sülh, demokratiya şüarı altında müxtəlif beynəlxalq tədbirlər keçirir, müxtəlif ölkələrdən olan gəncləri ora toplayır, onları yedirir, gəzdirir, cib xərcliyi verir, insanların beynini öyrənir, 5-ci kolon hazırlayır.  Seymur da həmin tədbirlərdə iştirak etdiyi üçün işğalçı qismində qərbi yox, Rusiyanı təqdim edir. Aydın məsələdir ki, işğalçılara xidmət edənlərin sonu həmişə faciəli olub, çünki heç bir xalq sona qədər işğalla barışmır. Bu gün Rusiya ilə qərb arasında gedən müharibədə işğalçı qərbə yardım edənlər xalqımızı daha böyük fəlakətlərə sürükləyə bilərlər. Onlar bir qədər uzaqgörən olsalar, dərk edərlər ki, qərb bu müharibəni uduzmağa məhkumdur.

Suriyanı neçə illərdir işğal edə bilməyən qərb indi təzə üsula əl atıb, yalnız Suriyadan olan qaçqınları qəbul edir. Qərb bu yolla Avropada yaşamaq arzusunda olan suriyalıları Bəşər Əsədə qarşı çıxmağa şirnikləşdirir.  Qərb məkrli siyasətini bu gün də Azərbaycanda davam etdirir. Bir neçə gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşündə deyib ki, ABŞ 2011-ci ildən bəri  qadın məsələləri ilə bağlı Azərbaycana 5 milyon dollar pul ayırıb. Onların apardığı “maarifləndirmə” işinin nəticəsi belə olub ki, Azərbaycanda hər gün 1000 ailə dağılır.  Bu məlumatı mətbuata verən “Təmiz dünya” qadınlara yardım ictmai birliyinin sədri Mehriban Zeynalova deyib ki: “Bu ilin 6 ayı ərzində 6,4 min boşanma qeydə alınıb. Boşananların əksəriyyəti bir uşaqlı gənclərdir.” Qərbin maliyyələşdirdiyi M. Zeynalova ailəsindən qaçan qadınlar üçün sığınacaq açıb. Ailəsini, övladını atan qadınların əksəriyyəti beynəlxalq qadın alverçiləri üçün ucuz xammaldır. ABŞ-ın bu siyasətinə əsaslanıb demək olar ki, beynəlxalq qadın alverinin başında bu dövlət dayanır. Bizim təhsil mafiyasının başında duranlar qadın alverçilərindən də yırtıcıdırlar. Bir neçə gündən sonra yeni dərs ili başlayır. Təhsil sistemində bu il də yenilik olmayacaq. Təkcə bir faktı demək kifayətdir ki, müəllimləri hələ də işə rüşvətlə götürürlər və müəllimlərin aldığı qəpik-quruş maaşı da hər ay müxtəlif bəhanələrlə onların əlindən alırlar. Müəllimlərdə elmə, təhsilə, dövlətə elə nifrət, qəzəb var ki, onlar şagirdlərə elm öyrətmək iqtidarında deyillər. Bilmirəm nə fırıldaqdırsa, bu il müəllimləri guya imtahanla işə götürdülər, çox müəllimlər imtahandan keçmədilər. Əgər bu müəllimlərə Təhsil Hazirliyinin rəhbərliyi altında müəllimlik diplomu verilibsə, onda bu imtahan nəyə lazımdır? Əgər müəllimlər imtahandan keçmirsə, niyə onlara diplom verənlər 25 ildir bu vəzifələrdə oturublar?!  Sualın cavabı aydındır. Təhsildə keçirilən islahatlar bir məqsədə xidmət edir – təhsil mafiyası daha çox pul qazansın.

Yenilənmişdir Çərşənbə, 09 Sentyabr 2015 05:45
каталог фаберлик на сайте faberllena.ru
народная медицина