DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Yeni bulvar və göydələnlər

metanetMətanət Əliyeva

Dünən ilk dəfə təzə bulvarda (Ağ şəhər bulvarı) oldum. Tərifini çox eşitmişdim. Amma bulvar eşitdiyimdən də gözəldir. Genişlik, sakitlik, gözəllik adamı valeh edir. Bulvarda böyüklər üçün hər cür ən müasir trenajorlar qoyulub. Hamisi da pulsuz. Mən idiyə qədər belə trenajorların olduğunu bilmirdim. Bütün trenajorlar məşğul idi. Qadınlar, kişilər trenajorlarda irman edirdi. Uşaq meydançasındakı atraksionlar da pulsuzdur. Yellənçəklər, sürüşkənlər uşaqlarla dolu idi. Futbol meydançası, velosiped sürmək üçün rahat yollar – hər şey adamın ürəyini açır. Köhnə bulvarla təzə bulvarı müqayisə etmək qeyri-mümkündür. Köhnə bulvarda sıxlıq, havasızlıq adamı sıxır. Təzə bulvardakı aura insanların əhvalına da təsir edir. Insanların üzündən xoşbəxtlik tökülür. Təzə bulvarı bir dəfə görənlər hər gün oraya getmək istəyər. 

Bakının gözəlliyi üçün nə qədər səy göstərilsə də ümumilikdə Bakı qaynayır. Səs-küy. Boğucu hava. Sıxlıq insanların əsəblərini gərginləşdirir. Bakını bu günə salan ilk növbədə saysız-hesabsız göydələnlər oldu. Harada gəldi tikilən bu yöndəmsiz binalar Bakının bütün memarlıq qaydalarını pozdu. Yeni tikililərin un, səsi-küyü insanların rahatlığını pozdu. Tikintidə işləməyə gələn minlərlə rayon sakini ( ailəsi ilə gələnlər də çoxdur) Bakıda sıxlığı artırdı. İndi məlum olur ki, son iyirmi ildə Sahibkalığa Yardım Milli Fonduna ayrılmış milyardlar sənayeni inkişaf etdirmək əvəzinə göydələnlərin tikintisinə sərf olunub. Məmurlara yaxın adamlar onlarla formal şirkət yaradaraq fonddan kredit götürüblər və bu binaların tikintsinə sərf ediblər. Dövlətin on milyard manatdan artıq pulu aidiyyəti üzrə xərclənməyib, məmurların və onların ətrafının eyş-işrətinə, Bakını məhv edən lazımsız tikililərə sərf edilib. Halbuki bu pullarla nəinki yüngül sənayeni hətta ağır sənayeni də inkişaf etdirmək olardı. Bunun nəticəsidir ki, corabı da xaricdən alırıq. Neftin pullarına Çindən alınan sintetik paltarları Binə ticarət mərkəzindən alırıq. Vaxtilə milyon tonlarla pambıq istehsal edən Azərbaycan xalqı pambıq paltarları da özü istehsal edə bilərdi. Göydələnlərə sərf edilən pula qoyunçuluğu, baramaçılığı inkişaf etdirə bilərdik və bu gün təbii yundan,təbii ipəkdən paltarlar geyə bilərdik, rayon əhalisi də varlı yaşayardı, tikintidə işləmək üçün Bakıya axışmazdı. Sahibkalığa Yardım Milli Fondundan on milyard manata yüngül sənayeni inkişaf etdirmək üçün ən müasir texnoloji avadanlıqları ala bilərdik. İndi nə göydələnləri sökmək nə də havaya sovrulmuş pulları qaytarmaq mümkündü.
Bakıdakı sıxlığın qarşısını almaq üçün gülünc üsullara əl atırlar. Rayon maşınlarını Bakıya buraxmamaqla guya sıxlığın qarşısını almaq istəyirlər. Bakını boşaltmağın yeganə yolu rayonlarda pul qazanmaq üçün əhaliyə şərait yaratmaqdır. Konkret fakt olsun deyə şəxsən özümüzlə bağlı bir problemdən yazmaq istəyirəm. Iyirmi ildir Hacıqabul rayonunda 50 hektar boş torpaqda fermer təsərrüfatı yaratmışıq. Su problemi olduğundan heyvan yemini pulla alırıq və bu səbəbdən təsərrüfat ziyanla işləyir. Sahibkalığa Yardım Milli Fondundan iki yüz min manat kredit istədik ki, Kürdən təsərrüfata kanal suyu çəkək, yonca, arpa əkək təsərrüfat gəlirlə işləsin, amma bu pulu vermədilər, halbuki fonddan milyard manata yaxın kredit götürən Hacı İbrahim 250 min dollara saat alıb və bu saatın itməsi barədə mətbuatda məlumat gedib. 200 min manat krediti alsa idik, ailəmiz Hacıqabula köçərdi, təsərrüfatı həyat yoldaşım idarə edərdi. Bizimlə bərabər Bakıda yanımıza işləməyə gəlmiş qohumlarımız da rayona ailələrinin yanına qayıdardı. Onların bəziləri üçün kirayə ev tutmuşuq bəziləri ofisdə yaşayır,ailələri başsız qalıb. Bakını boşaltmaq üçün xalqı sevmək, onun problemlərini başa düşmək lazımdır. Torpağa bağlı olan rayon adamı üçün şəhərdə yaşamaq işgəncədir. İnsanların qəzəbli, əsəbi olmasının bir səbəbi də budur. Şəxsən mən özüm Bakıda elə bilirəm qəbirdəyəm. Genişliyə həyət-bacaya öyrəşmiş adam balaca otağa öyrəşə bilməz. Bakını sıxlığdan qurtarmaq üçün torpağa bağlı adamları torpağa qaytarmaq lazımdır.

Yenilənmişdir Çərşənbə axşamı, 22 Sentyabr 2015 04:50
каталог фаберлик на сайте faberllena.ru
народная медицина