Səhifəni çap et

Məkkənin qara daşı

Məkkənin qara daşı
metanetMətanət Əliyeva
 
Bu il Həcc ziyarəti dövründə Məkkədə 5 minə yaxın müsəlman vəfat etdi. Səudiyyə Ərəbistanı bu faktı gizlədərək 700 nəfərin öldüyünü deyirdi, lakin minə yaxın vətəndaşı vəfat edən İran bu faktın üstünü açdı. Bu fakt ortaya çıxandan sonra həcc ziyarəti ilə bağlı müxtəlif təkliflər səsləndi. Təklif olundu ki, ziyarət vaxtı təhlükəsizlik məsələləri ilə bağlı digər müsəlman dövlətləri məşğul olsunlar. Digər təklifdə dedilər ki, Həcc ziyarəti yalnız Qurban bayramında deyil, ilin bütün günlərində keçirilsin ki, basabas olmasın. Ziyarətə gedənlər əsasən basabas zamanı vəfat edirlər. Məsələ ondadır ki,Mina dağında qurban kəsməyən müsəlman hacı sayılmır. Ona görə də ziyarət məhz Qurban bayramı günlərində edilir. Hər il Məkkədə 2 milyondan yuxarı qurban kəsilir. Bu ətin hara getdiyi məlum deyil. Qurban əti dinimizə görə kasıblara paylanmalıdır. Amma indiyə qədər bir kasıb müsəlman deyə bilməz ki, Məkkədən gələn Qurban əti yeyib. Bəzi məlumatlara görə Həcc ziyarətindən əldə edilən 1 milyard dollardan artıq pul Səudiyyə Ərəbistanın kral ailəsinə çatır,halbuki bu pula onların ehtiyacı yoxdur . Əgər Məkkə bütün müsəlmanların ziyarətgahıdırsa orada ziyarətdən əldə edilən gəlir müsəlmanların inkişafına xərclənməlidir. Məsələn,belə fikirlər səsləndi ki, Afrikada su problemi olduğu üçün orada müsəlmanlar aclıq çəkirlər. 5 milyard dollar sərmayə qoymaqla Afrikaya su çəkib oranı cənnətə döndərmək, əhalini doydurmaq olar.Su olmayan yerdə həm də natəmizlik olur. Təmizlik islamın əsas şərtlərindəndir. Məhz buna görə müqəddəs peyğəmbərimiz gündə 4 dəfə dəstəmaz almağı (namazdan əvvəl) tövsiyyə etmişdir. Milyardlarla sərvətə sahib olan Səudiyyə kralı müsəlmanların tərəqqisinə xidmət etmir,əksinə bu gün müsəlman ölkələrini bombalayan qərb dövlətlərinə yardım edir. Səudiyyə kralının xeyir duası ilə müsəlman xalqları bü gün qaçqına çevriliblər,hər gün uşaqlar qətlə yetirilir. Bunun səbəbini isə bilmək üçün tarixə nəzər salmaq lazımdır. Məhəmməd peyğəmbər Məkkədə anadan olsa da Məkkəlilər onun peyğəmbərliyini qəbul etmirdilər.Peyğəmbərimiz böyük ərəb xilafəti yaratdı, dinsizləri dinə gətirdi. Məkkəni də döyüşlə müsəlman edə nə, lakin öz tayfasının üzərinə qılıncla getmədi. Məkkəlilər də bir şərtlə islam dinini və peyğəmbəri qəbul etdilər ki, Məkkə müsəlmanların müqəddəs ziyarətgahı olsun. Bu gün Məhəmməd peyğəmbərin qəbri də Məkkədə deyil Mədinədədir və ilk olaraq onun peyğəmbərliyini Mədinəlilər qəbul etmişdilər. Məkkədə islam dininin banilərinədn heç kimin məzarı yoxdur. Orada ziyarət olunan yalnız Kəbədir ( qara daş). Bu daş da alimlərin dediyinə görə adi asteroid parçasıdır. Bu qara daş 14 əsrdə düşüb müsəlmanların başına. Peyğəmbər vəfat edəndən sonra Məkkəlilər onun nəslini kəsdilər. Ərəb xilafətinin yaradılmasında Zülfüqari qılıncı ilə böyük igidliklər göstərən Əlini qətlə yetirdilər və bununla müsəlmanları sünnilərə və şiələrə böldülər. Sonra Peyğəmbərin nəvəsi İmam Həsənə zəhər verdilər, peyğəmbərin digər nəvəsi İmam Hüseyni 72 nəfər qan qohumu ilə qətlə yetirdilər. Peyğəmbər nəslinədən olam İmam Rza İranda vəfat etdi.(Məşhəddə onun qəbrini ziyarət edənlər Məşədi olurlar) İmam Rzanın bacıları Hökümə xanım,Rəhimə xanım və Məsumə xanım Azərbaycanda dəfn olunub. Onlar Məkkəlilərdən qorxduqları üçün ölənə qədər gizli yaşayıblar. Müsəlmanlar peyğəmbərimizin övladlarına sonsuz məhəbbət bəsləyirlər. Hər il imam Hüseynə 60 gün yas saxlayır və Kərbəlada onun qəbrini ziyarət etməyə 50 milyondan çox müsəlman gedir. Müsəlman dövlətləri biri biri ilə düşmənçilik edir və inkişaf edə bilmirlər. Bunun səbəbi daxili düşmən olan Səudiyyə Ərəbistanıdır. Düşmənlərlə əlbir olan Məkkə müsəlmanlara daxildən zərbə vurur. Peyğəmbərimiz sadə yaşamağı tövsiyyə etdiyi halda Səudiyyə krallığı ərəb xilafətini dağıdan xəlifə Yezid kimi dəbdəbəli həyat sürür. Əsl islam əvəzinə müsəlman dünyasına pozğun həyat tərzi nümayiş etdirir. İslamı bütün dünyada gözdən salır. Belə bir məsəl var: Hər ziyanda bir xeyir var. Bu müqəddəs Quranda Xıdır peyğəmbərlə bağlı əhvalatda da əks olunub. Son on ildə işğala məruz qalan, evindən, eşiyindən didərgin düşən müsəlmanlar nəhayət ki, keçmişini vərəqləyib müsəlmanların dostunun və düşməninin kim olduğunu tanıyandan sonra inkişaf edəcək.
Yenilənmişdir Bazar ertəsi, 05 Oktyabr 2015 11:17
каталог фаберлик на сайте faberllena.ru
народная медицина
FaLang translation system by Faboba