DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


TƏPƏGÖZ, GOREŞƏN VƏ PREZİDENTİN SƏRƏNCAMI

metanetMƏTANƏT ƏLİYEVA  

Son günlər həbs olunan MTN generallarının bəzilərinin ləqəblərini qəzetlərdən oxuyanda xeyli güldüm. Təpəgöz, Goreşən ləqəbli bu generallar varlıların başına torba salıb pullarını əllərindən alıblar. Bu varlılar da elə-belə adam olmayıblar, arxalı adamlar olublar. Məsələn, “Vosmoyun bazarı”nı işlədən 8 qardaşların başına torba keçirib 5 milyon dollar tələb ediblər.  Təpəgözlərin sadə adamlarla işi olmayıb. Ona görə də Təpəgözləri “bizim adam” hesab etmək olar. Kasıb əhalimiz varlılara nifrət edirlər, çünki onlar bizim ölkədə böyük pulları halal yolla qazana  bilməzlər. Ölkədə sərbəst toplaşma azadlığı olsaydı, Təpəgözlərin müdafiəsi üçün mitinq keçirmək olardı. Belə fikrə düşən olsa,  DİN-də və Baş Prokurorluqda olan Təpəgözlər dərhal təşkilatçıların başına torba keçirib aparacaqlar. MTN Təpəgözləri vaxtında bütün varlıların başına torba keçirə bilməyiblər.  Məsələn, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev “Şəki-İpək”ASC adı ilə Beynəlxalq Bankdan 70 milyon manat kredit götürüb və pulları xaricə ötürüb. Hazırda “Şəki-İpək” fəaliyyətini dayandırıb, metallom kimi satılan əmlakının dəyəri hardasa 6 milyon manat edir. Bu Cahangir Hacıyev nə başına torba keçirilməli adamdır!!! Sahibkarlığa Milli Yardım Fondu kreditləri bu formada paylayır deyə sahibkarlıq inkişaf edə bilmir. Bizim ailə 20 ildir sahibkarlıqla məşğul olsa da, indiyə qədər Sahibkarlığa Yardım Fondundan 1 manat kredit ala biməyib. Yeri gəlmişkən, fondun direktorunu niyə həbs etmirlər? Kredit almaq məqsədilə dəfələrlə müraciətimizə fonddan yox cavabı almışıq. Bu dəfə biznes layihəmiz barədə qəzet vasitəsilə qısa məlumat verib birbaşa prezident İlham Əliyevə müraciət etmək istəyirəm. 20 ildir Hacıqabul rayonunda səhrada fermer təsərrüfatı adlı cənnət yaratmışıq. Təsərrüfatda mal-qara saxlamaq, balıqçılıq, əkinçilik ücün hər cür şərait var. Yeganə problemimiz sudur. Kürdən təsərrüfatımıza suvarma kanalı çəkə bilsək, rayonun yarısını işlə təmin edə bilərik. Təsərrüfatımızdan baxanda Kür görünür. Kanal çəkməyə elə də böyük pul lazım deyil. Bakıdan gələn meleratorlar layihə də hazırlayıblar. Layihənin təsdiqi üçün 46 min manat lazımdır. Qalan digər işlərə görə 200 min manat bəs edər. Bu kredit bizə verilsə, rayon dirilər, cənnətə dönər, əhali firavan yaşayar. Cənab İlham Əlivev həyat yoldaşım Xanhüseyn Əliyevin İşgüzarlıq qabiliyyətinə bələddir. Xanhüseyn “Qaya” firmasını 20 il Təpəgözlərdən qoruya bilib. Mən bilirəm ki, cənab İlham Əliyev hər şeyi çox gözəl bilir. Milli Mətbuatın 130 illik yubileyində prezident “Qaya”nın qəzet köşklərinin sayını da demişdi. Prezidentin dəstəyinə ümid edərək gözəl arzularla yaşayırıq. Mən Avropa ölkələrini gəzərkən torpağın hər qarışının əkilməsinə həsəd aparmışam. Biz də bunu edə bilərik. Sadəcə olaraq, bunun üçün dövlət Cahangir Hacıyev kimi “iş adamları” ilə əsil iş adamlarına fərq qoymalıdır.     

 

İki ildir Azəbaycanda yay quraqlıq keçir. Bu, məhsulun dəmyə yetişdiyi dağ rayonlarına baha başa gəlir. İldən-ilə onlar yoxsullaşırlar. Yaşlı adamlar deyirlər ki,  quraqlıq başladısa 7 il davam edəcək.  Buna görə də quraqlıqla mübarizə üçün kənd adamlarına dövlətin köməyi lazımdır. Ekoloq Telman Zeynalov “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə deyib ki: “Qişda və yazda yağıntının miqdarı artıbsa, həmin suları anbarlaşdırmaq lazımdır. Bunun üçün yetərli infrastruktur var. Məsələn, Quba-Qusar ərazisində 7şəlalə anbarlaşdırmaq olar ki, həmin su ilə yayda əkinlər suvarılsın. Bunu “Melorasiya və Su Təsərrüfatı” ASC etməlidir. Düşünürəm ki, bu haqda prezidentin sərəncamı da olmalıdır.”

 

Son günlər intensiv yağışların yağması nəticəsində rayonları,  xüsusən cənub rayonlarını su basıb. İnsanların evləri,  əşyaları su altında qalıb. Bu sel suları ən yaxşı halda axıb Xəzərə tökülür, duzlu suya çevrilib yararsızlaşır. Halbuki şirin su dünyada ən qiymətli nemətdir. İsveçrədə sel suları hesabına 400 süni göl yaradılıb və onların üzərində elekrik stansiyaları quraşdırılıb. Bunun hesabına ölkədə elektrik enerjisi ucuzdur. İsveçrənin kəndlərində də il boyu mənzillərdə isti su olur. Müqayisə üçün deyim ki, bizim Bakının çox yerlərində hələ də soyuq su saatla verilir. Azərbaycanda 400 süni göl yaratmaq üçün yalnız  Cahangir Hacıyevin oğurladığı pullar bəs edər. İnanıram ki, prezident İlham Əliyev Azərbaycanın rayon və kəndlərində yaşayan 6 milyon əhalinin yaşayış səviyyəsini köklü surətdə yaxşılaşdırmaq  üçün ciddi tədbirlər görəcək.  Çox arzu edərdim ki, prezident heç olmasa bir dəfə dövlət  büdcəsinə ildə 100 min manatdan artıq vergi ödəyən, amma fonddan bir qəpik kredit almayan sahibkarlarla görüşsün.  Onları barmaqla saymaq mümkündür. Kədərli bir faktdır ki, indiyə qədər prezident yalnız məmur-sahibkarlarla görüşüb, onların obyeklərinin açılışında iştirak edib.

Yenilənmişdir Çərşənbə axşamı, 17 Noyabr 2015 15:13
каталог фаберлик на сайте faberllena.ru
народная медицина