DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


BAKI MİLYONÇULARI VƏ ƏLİ ƏSƏDOV

metanetMƏTANƏT  ƏLİYEVA

Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun var-dövləti barədə məlumatı qəzetlərdə oxuyanda yadıma Bakı milyonçusu Musa Nağıyev düşdü. Musa Nağıyev Bakıda 98 bina tikdirmişdi. Onun arzusu 100 bina tikdirmək idi, ölüm daha iki bina tikdirməyə imkan vermədi. El arasında belə bir qarğış var: “Yığdığına yiyə duran olmasın”. Musa Nağıyevin də yığdığına yiyə duran olmadı. Musanın bir oğlu, bir qızı vardı. Oğlu İsmaıl subay ikən vərəmdən vəfat etdi. Miyonçu  Şəmsi Əsədullayevin gəlini olan qızı Ümbülbani dördüncü qız övladını dünyaya gətirərkən vəfat etdi. Musa Nağıyevin varisləri olan 4 qız nəvəsi də onun yığdıqlarına yiyə dura bilmədi. İnqilabdan sonra Fransaya mühacirət edən nəvələr orada yoxsulluq içərisində yaşadılar. Banin təxəllüsü ilə yazıçılıq edən Ümbülbaninin və bacısı Züleyxanın övladı olmadı.  Digər bir bacı yoxsulluq səbəbindən oğlunu dayəyə bağışladı. Banin  “Paris günləri” əsərində yazır ki,  həmin bu bacısı ərinin şalvarına çoxsaylı yamaqlar vurmasına baxmayaraq şalvarın cırıqlarından onun bədəninin hissələri görünürdü.  Necə oldu ki,  iki miyonçunun varisləri ata-babalarının yığdıqlarına yiyə dura bilmədilər?  Kitablardan oxuduğumuz faktlar göstərir ki, Bakı milyonçuları fəhlələrə normal maaş  verməyiblər.  Bütün günü mazutun içərisində  əllə neft çıxaran fəhlələr ərzağı da nisyə alırmış.  Ərzaq mağazalarında nisyə dəftərləri o vaxtlar da dəbdə olub.  Banin yazır ki, hər həftə onların bağ evlərindəki hamama çimməyə gələn bitli qohumlarına nifrət edirdi.  Bakı milyonçuları  heç olmasa fəhlələr üçün hamamlar tikə bilərdilər. Musa Nağıyev də, Şəmsi Əsədullayev də yoxsul ailədən çıxmışdılar, bəlkə ona görə də gözləri doymurdu. Xalq arasında belələrinə görməmiş deyirlər, yəni nəsli-kökü ac olub, var-dövlət görməyib, ona görə gözü acdır.  Bəzən yoxsul bir adamın nəfsi tox olur, özünü ağayana aparır. Araşdıranda məlum olur ki, onun əcdadları imkanlı olub.

Qəzetlərin yazdığına inansaq, prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun Bakıda min hektarlarla torpaq sahələri, yüzlərlə villası var.  Belə varlı adam normalda qəpik-quruşa məhəl qoymamalıdır, işçilərinə normal maaş verməlidir. Amma bizim indiki varlılar haqqında deyirlər ki, onlar qəpik söhbəti edirlər. Deyilənlərə görə, Bakıdakı bütün təzə qəzet köşkləri Əli Əsədovundur. Belə düşünməyə əsas var, çünki indiyə qədər həmin köşklərin kimə məxsus olması rəsmi şəkildə açıqlanmayıb. Köşk satıcılarının məlumatına əsasən, onlar işə düzəlmək üçün külli miqdarda rüşvət veriblər və hər ay böyük həcmdə “haqq” verirlər – yerindən asılı olaraq hər köşkə görə 500-1500 manat. Satıcılar gündə 15 saat işləyirlər ki, heç olmasa, çörəyi nisyə almasınlar. Əli Əsədov  yəqin ki,  işçiyə görə təqaüd fonduna pul ödəmir və büdcəyə gəlir vergisi ödəmir. Qəzetlərin yazdıqlarına inansaq, Əli Əsədovun milyardlarla dəyəri olan mülkləri var və Azərbaycanda əmlak vergisi simvolik xarakter daşıdığı üçün məmurlar pullarını daşınmaz əmlak formasında saxlayırlar və buna görə yalnız Bakıda binaların 50 faizində insan yaşamır, məmurlar bu binaları nəvə-nəticələri üçün saxlayırlar.  Bakıda mənzillərin həddən artıq baha olmasının da səbəbi budur.

Mən yazımın əvvəlində Musa Nağıyevi əbəs yerə misal çəkmədim. Düzdür, bizim məmurların villalarının sayı Musanın binalarından çoxdur, amma onlar yüz faiz əminliklə deyə bilməzlər ki, övladları, özləri gələcəkdə küçələrdə bomj həyatı sürməyəcəklər. Məmurlarımızın hamısının ali məktəb diplomu var, çoxu müstəqillikdən sonra ikinci diplomu da alıb, elmlər doktoru, akademik olublar, amma sifətlərinə baxan kimi bilirsən ki, əllərinə kitab almayıblar, əksəriyyəti küt və səviyyəsizdirlər. Kitab oxuyan, savadlı adamın dünyagörüşü geniş, mədəniyyəti yüksək, tərbiyəsi mükəmməl olur, ən azından oğurluq etməyi ləyaqətinə sığışdırmır. Bizim məmurlar heç olmasa əvvəlki Bakı milyonçularının həyatını oxusalar, bu qədər villa tikməzlər. Mən bilirəm ki, bizim məmurların kitaba pul verməyə əlləri gəlmir, onlar Baninin

20 manata satılan kitabını alıb oxumayacaqlar. Həm də bunların islah olunması artıq mümkün deyil. Bunlar insanlıqlarını itirdikləri kimi gələcəklərini də itiriblər.  

               O ki qaldı dünyada gedən proseslərə, hər şeyi kimin güclü olacağı həll edəcək. Hazırda Rusiya ilə ABŞ və onun müttəfiqləri olan Avropa dövlətləri arasında üçüncü dünya müharibəsi gedir. ABŞ-ın məqsədi neft və qazla zəngin olan müsəlman dövlətlərini və bunun arxasınca Rusiyanı işğal etmək, onların sərvətlərini talan etməkdir.  Türkiyə və Səudiyyə Ərəbistanı kimi xəyanətkar dövlətlər də işğalçı qərbə kömək edir. Dövlətlər yenə də İkinci dünya müharibəsindəki mövqelərində qalırlar. İşğalçı Hitleri dəstəkləyənlər indi də işğalçı ABŞ-ı dəstəkləyirlər. Azərbaycanı işğalçılara tərəf çəkmək istəyən daxili qüvvələr var. Çox şükür ki, bu, mümkün deyil. İşğalçılarla müttəfiq olan Türkiyəni çox güman ki, Osmanlı imperiyasının taleyi gözləyir. Jirinovski əbəs yerə demir ki, Türkiyə ərazisində kürd dövləti və Böyük Ermənistan dövləti yaratmaq lazımdır. Hazırkı vəziyyətdə Ərdoğan şəxsi maraqlarını, ailə biznesinin maraqlarını Türkiyənin maraqlarından üstün tutur. Rusiya İŞİD-in nəzarətində olan İraq və Suriya ərazisindən çıxarılan neftin Türkiyəyə daşındığını və bu işə Ərdoğanın energetika naziri olan oğlunun bağlı olduğunu açıqlayıb. Qonşu Suriyanın dağılmasına kömək edən Ərdoğanın niyyəti, belə getsə, Türkiyədə reallaşacaq.  

    

Yenilənmişdir Bazar, 06 Dekabr 2015 12:16
каталог фаберлик на сайте faberllena.ru
народная медицина