DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


FORMULA-1 VƏ BİZİM KÜÇƏ

metanetMƏTANƏT ƏLİYEVA

20 ildən çoxdur Bakının mərkəzində təmir-tikinti işləri gedir. Təmir-tikinti işləri deyəndə binaların divarlarını qaşıyıb toz dumanı yaradırlar, bir də ildə bir neçə dəfə yolu söküb təzədən tikirlər. Bu işlərə milyonlarla büdcə vəsaiti xərclənir, nəticədə Bakı daha da eybəcərləşir. Kanalizasiya pis gündə, sahibkarların öz obyektlərinin qarşısına döşədiyi rəngbərəng örtüklər, səkilərin üstündə eybəcər tikililər və sair. Son 20 ildə Bakı Şəhər İcra Hakimiyyəti divarları qaşımaqdan yəqin ki, milyardlarla manat pul oğurlayıb. Sakinlərə qalan isə eybəcər küçələr, ciyərlərimizin üstündəki tozlar və ev əşyalarımızın canına hopmuş tozlardır. Məmurlar vətəndaşları insan yerinə qoymurlar, nə istəyirlər onu da edirlər, pul qazanmaq üçün bütün çirkin yolları özlərinə rəva bilirlər. 20 ildə o qədər haqsızlıqlar görmüşük ki, əsəblərimiz tamam pozulub, hər birimizə psixoloq yardımı lazımdır, heç o da kömək edə bilməz. Ölənə qədər bu haqsızlıqlar bizi ağrıdacaq.

Bizim küçədə (Xaqani) yenə də təmir işləri gedir. Bu dəfə sözün həqiqi mənasında iş gedir. Çünki iyun ayında keçiriləcək Formula-1 yarışları bizim küçədən keçəcək. Təmirçilərin işlərinə baxanda mat qalıram. Bunlar istəyəndə necə gözəl işləməyi bacarırlar. Küçəmizi tanımaq olmur, hər dəfə küşəyə çıxanda gözəlliyə az qala saatlarla dayanıb tamaşa edirəm. Blokumuza gözəl qapı qoyulub, balkonlar sökülüb yenidən tikilib, səkilərdəki artıq tikililər sökülüb, binaların divarlarını qaşımayıblar, suvayıb üstündən emulsiya çəkiblər. Hətta bizim binanın arxasındakı binanın damında tüstü bacalarını eyni qaydada tikib rəngləyiblər. Deyirlər ki, vertolyotla oraları da videoya çəkəcəklər. Deməli, bizimkilər istəyəndə gözəl işləməyi bacarırlar. Bunun üçün gərək prezident və birinci Ledi işə şəxsən nəzarət edə. Bu da ölkə idarəçiliyinin bərbadlığından xəbər verir. Biz İsveçrədə olanda dedilər ki, İsveçrədə prezidenti iki illiyə seçirlər, onu heç kim tanımr. Prezident yalnız onun üçündür ki, beynəlxalq tədbirlərdə ölkəni təmsil etsin. 2 il başa çatandan sonra prezident öz kəndinə yaşamağa qayıdır. İsveçrədə kəndlər şəhərlərdən də abaddır. Bizdə son 20 ildə divarların qaşınmasına və futbolumuzun inkişafına sərf edilən pulları kəndlərin inkişafına xərcləsəydilər, kəndlərimiz İsveçrə kəndlərindən də abad olardı.

Bəziləri belə rəy yaratmağa çalışırlar ki, guya rüşvət bizim qanımıza işləyib, kimi vəzifəyə qoysalar rüşvət alacaq. Nümunə üçün deyirlər ki, polisin, hakimlərin maaşını da qaldırdılar, amma onlar yenə də rüşvət alırlar. Polisi, prokuroru işə rüşvətlə götürürlərsə, əlbəttə, o, rüşvət alacaq. Amma ASAN XİDMƏT-də işləyənlər rüşvət almırlar, çünki onları işə rüşvətsiz götürürlər, yalnız savadlarına və bacarıqlarına görə seçim edirlər. Deməli, rüşvəti yığışdırmaq mümkündür. Qərbdən və mafioz qurumlardan maliyyələşən müxalifətçilər rüşvətxorluğun səbəbini Rusiyada görürlər və təbliğat aparırlar ki, Azərbaycan qərbin maraqlarına xidmət etsə, qərb ölkəmizdə islahatlar keçirilməsini tələb edər və rüşvətxorluq olmaz. Əfqanıstan uzun illərdir qərbin işğalı altındadır, amma orada korrupsiya bizdəkindən də dəhşətlidir.

İndi guya təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində nələrsə etmək istəyir. O vaxt onun iş görməsi inandırıcı olar ki, təhsil sahəsində işləyən bütün vəzifəli şəxlər bir nəfər kimi vəzifədən çıxarılsın, onların yerinə cavan kadrlar rüşvətsiz təyin olunsular. Məktəb direktorlarından tutmuş nazirlik işçilərinə qədər hazırki məmurların heç birini təhsil maraqlandırmır, onların beynində bir fikir var, haradan və necə pul qoparmaq. Belə insanlar heç vaxt dəyişmirlər. Ona görə də Mikayıl Cabbarov nə qədər bu kadrlarla işləyir, təhsil sistemində heç nə düzəlməyəcək. Səhiyyədəki kadrlar da eyni vəziyyətdədir. Məlumatlara əsasən , gələn ildən səhiyyəmiz icbari sığorta sisteminə keçməyə hazırlaşır. Bunun səmərə verməsi üçün ilk növbədə səhiyyə nazirliyinin, səhiyyə şöbələrinin bütün işçiləri təzələnməlidir.

Mən rəhmətlik Heydər Əliyevin həyatına nəzər salanda fikirləşirəm ki, niyə o hər zaman qabağa gedib. Özlüyümdə belə qənaətə gəlirəm ki, Heydər Əliyev heç vaxt ona edilən yaxşılığı unutmayıb. Kim ona yaxşılıq edibsə onun üçün hər cür şərait yaradıb. Kim onun yaxşılığını itiribsə, onun nəslini kəsib. Vaxtilə Heydər Əliyevə yaxşılıq edənlər, onun hakimiyyətə gəlməsinə kömək edənlərdir. 25 ildli onlar istədiklərini ediblər, milyonlara sahib olular. Hətta Hacı İbrahim Nehrəmli dənizi hasara alanda da ona heç nə demədilər. Bəlkə artıq bəsdir?

Yenilənmişdir Şənbə, 23 Aprel 2016 16:58
каталог фаберлик на сайте faberllena.ru
народная медицина