DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


QOHUMBAZLIQ BİZİM EVİMİZİ YIXACAQ

 

metanetMƏTANƏT ƏLİYEVA 

Yay istirahət fəsli olmaqla yanaşı həm də müalicə üçün əlverişli fəsildir. Yayda rayon adamları daha çox ölkəmizdə fəaliyyət göstərən isti sulara müalicəyə gedirlər.  Mənim yadımdadır ki, 30-40 il əvvəl Hacıqabul əhalisi Salyan isti suyu deyilən palçıq gölünə və Quba isti suyuna gedirdilər. Salyanda vulkanın əmələ gətirdiyi göldə palçıq  vannasını qəbul edən adamlar tam sağlam şəkildə evə qayıdırdılar. Bu palçıq oynaq, sümük, əzələ, damar, bel ağrılarının dərmanı idi.  Həmin isti sulara indi də gedirlər. Amma 50 il əvvəl olduğu kimi indi də oralarda heç bir şərait yoxdur. Halbuki oralarda otellər, yeməkxanalar tikilsəydi, həm insanlar rahat müalicə alardılar,  həm insanlar iş yeri əldə edərdi, həm də rayon büdcəsinə əlavə gəlir gələrdi ki, bununla ən azından rayondakı bərbad yollar abadlaşardı. Rayonlarda yerli büdcəyə pul gətirmək üçün çox imkanlar var, təəssüf ki, icra başçılarında təşəbbüskarlıq yoxdur. 

 Son 20 ildə hamı, o cümlədən sahibkarlar gözünü tikmişdi nefdən gələn pullara. Neft pulları azalan kimi sahibkarlıq da tənəzzül dövrünü yaşamağa, iş yerləri bir-birinin ardınca bağlanmağa başladı. Neftin pulları gələn dövrdə hər bir azərbaycanlı israfçılıqla məşğul oldu. Ən azından şadlıq evlərindəki dəbdəbəli toylar, 90 faizi çölə tökülən yeməklər, atəşfəşanlıq, video-çəkilişlər, cehiz, qır-qızıl və sair israfçılığın bariz nümunəsi idi. Ən kasıb azərbaycanlının toy etməsi aşağısı 10 min manata başa gəlir. Ailə büdcəsinə ayda 200 manat gəlir gələn ailə bu gün qızına üç dəst mebel (yataq, qonaq, mətbəx) verir. Buna görə də vətəndaşlar kredit borcundan çıxa bilmirlər. Kredit borcuna batan ailələrin hər bir üzvünün bahalı telefonu var.

Mən bu gün şəxsi biznesimizin nümunəsində son 20 ildə sahibkarların keçdiyi prosesləri, yaşadığı problemləri oxucuların nəzərinə çatdırmaq istəyirəm.  23 il əvvəl yaratdığımız, xarici və yerli qəzet-jurnalların satışı ilə məşğul olan  “Qaya” firması indiki günə qədər gəlirlə işləyib, dövlətə böyük vergi ödəyib, minlərlə insana vaxtlı-vaxtında maaş verib, xeyriyyəçiliklə məşğul olub. Ailəmiz israfçı olmayıb. Nə qulluqçumuz olub, nə sürücümüz. Həyat yoldaşım nə brend paltarlar geyinib, nə restoranlar gəzib, nə də əxlaqsız qadınlara pul xərcləyib. Dövlət bizim firmaya çox işdə kömək etsə də, firmanın həddən artıq inkişafına imkan verməyib. Belə ki, qəzet köşklərimizi yığışdırıblar, rayonlarda firmanın filiallarını yaratmağa imkan verməyiblər. Qazandığımız pulların əksər hissəsinə yeni iş yerləri açmışıq.  Qazancımızın əsas hissəsini qohumlarımıza xərcləmişik. Elə ən böyük səhvimiz də bu olub. Qohumlarımızı ələbaxım öyrətmişik. Heç biri işləməyib, bir-birini güdüblər ki, görək kim bizdən daha çox pul çəkəcək. Bizim pulumuzun üstündə bir-birlərini qırıblar və həmişə də bizi borclu çıxarıblar. Qazandığımız pullar həyatımızı zəhərə döndərib. Belə adamlar, belə qohumluq münasibətləri əslində bütün ölkəni cəhənnəmə döndərib.  Əminəm ki, qohumlarım mənim bu yazımı oxumayacaqlar, çünki onlara bizim pulumuz lazımdır, nə düşündüyümüz onları maraqlandırmır və bilirəm ki, ölkəmizdə bütün iş adamları, bütün məmurlar bizim günümüzdədir. Bir çox iş adamları və məmurlarla səmimi söhbət zamanı bunun şahidi olmuşam.  Bunları səmimi etiraf etməkdə məqsədim odur ki, ölkədə qohumbazlığa son qoylsun, hərə öz zəhməti ilə dolansın. Qohumlarım məni etdiyim yaxşılığı (əslində bu yaxşılıq deyil, haqsızlıqdır)  başa qaxmaqda ittiham edirlər. Amma mən özümü haqlı sayıram. Alicənab adam xırda bir yaxşılığı da itirmir, nankor adama nə qədər etsən də, yenə səni borclu çıxarır.  Bu baxımdan onlara yerini göstərmək lazımdır. Mən bir şeyi bilirəm ki, yaxşılığın əvəzini adama Allah verir, bəndənin 99 faizi nankor çıxır. Bu baxımdan rəhmətlik Heydər Əliyev mənə bir nümunə olub. Heydər Əliyev yaxşılıq etdiyi adamların nankorluğunu bağışlamırdı və Allah həmişə onun tərəfində olub. Kimin haqlı, kimin haqsız olduğunu Allah hamıdan yaxşı bilir və kim haqlıdırsa, Allah həmişə onun tərəfində olur. İndi bizim biznesimizin çətin günləridir, firma gəlirlə işləsə də, bütün gəlirlər kredit borcuna gedir. Bizim çətinə düşməyimizə də ən çox sevinənlər qazancımızı bizimlə bərabər yeyən adamlar, qohumlardır. İsrafçı olmamışıq deyə vəziyyətimiz çıxılmaz deyil, obyektlərimizin birini satsaq, borcdan çıxa bilərik. Hazırkı vəziyyətdə ölkədə alıcı qıtlığı var deyə heç nə satmaq mümkün deyil. Bir problem də var ki, dövlət onu həll etməklə həm bizim, həm də digər sahibkarların vəziyyətini yaxşılaşdıra bilər. Son bir neçə ayda dövlət xaricdən ixrac olunan mallara Əlavə Dəyər Vergisi tətbiq edir. Bununla guya büdcəyə əlavə gəlir gətirmək istəyirlər. Bundan gələn cüzi gəlirlə büdcənin vəziyyətini düzəltmək mümkün deyil, amma bu ƏDV sahibkarları bir-birinin ardınca müflis edir və iş yerləri bağlanır. Məsələn, bizim firma son bir neçə ayda 60 min manat ƏDV ödəyib. Halbuki xaricdən aldığımız qəzet-jurnala əvvəlki qaydada ƏDV ödəməsəydik, firmamızın vəziyyəti daha yaxşı olardı. Sahibkarlar deyirlər ki, bütün dünyada bu var, amma ilin sonunda ödənmiş ƏDV qəpiyinə qədər sahibkara qaytarırılır. Bizdə isə bu yoxdur. Yaxşı olardı ki, məsul şəxslər tərəzini bir gözünə ƏDV-ni, o biri gözünə sahibkarların düşdüyü vəziyyət  nəticəsində iş yerlərinin bağlanmasını qoyardı və dövlət üçün faydalı olan variantı seçərdi.

Qarşıdan referendum gəlir. Referendumdan sonra isə yeni prezident seçkisi keçirilə bilər. Yeni prezident kim olursa olsun, o, ilk növbədə qohumbazlığa, yerlibazlığa, dostbazlığa son qoymalıdır. Hamı qanun qarşısında bərabər olmalıdır, hamı öz zəhmətinə, bacarığına görə yaşamalıdır. Bunu etməyən prezident xalqını, ilk növbədə isə ailəsini və özünü bədbəxt edir. Hər bir insan kimi mən də xalqımızın xoşbəxt gələcəyi ümidi ilə yaşayıram. Amma bəzi şeyləri görəndə ümidimi tamam itirirəm. Kiçik qızım  bir il uşaq reabilitasiya mərkəzlərinin birində psixoloq işlədi. Bu dövlət müəssisəsində bir ildə gördüyü oğurluq, Allahsızlıq, qeyri-insani münasibət qızımı o həddə gətirdi ki, axırda dedi: “Az qalmışdı ki, mən öz insanlığımı itirim. Mən təəccüb edirəm ki, atamla siz bu yaşda insanlığınızı necə saxlaya bilmisiniz?”

Mən fikirləşirəm ki, şikəst uşaqların malını yeyən bir xalq xoşbəxt ola bilərmi? Bəlkə bizim faciəli günlərimiz hələ qabaqdadır!!!

   

Yenilənmişdir Cümə, 23 Sentyabr 2016 18:08
каталог фаберлик на сайте faberllena.ru
народная медицина