DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


REFERENDUM VƏ QARABAĞ

metanetMƏTANƏT ƏLİYEVA 

Nəhayət, referendum günü gəlib çatdı. Bazar ertəsi (sentyabrın 26-da) xalq Konstitusiyaya dəyişikliklərə öz münasibətini bildirəcək.  Dəyişikliklər çox olmalıdır, amma əhali daha çox prezidentin 5 illiyə yox, 7 illiyə seçilməsindən,  vitse-prezidentlərin təyin olunmasından, parlamentə və prezidentliyə seçkilərdə yaş həddinin götürülməsindən danışır. Bu dəyişiklikləri eybəcər formada yozanlar da var və onlar hesab edirlər ki, dəyişikliklər xalqın ziyanına olacaq. Amma mən əksini düşünürəm və bu referendumu dünyada, regionumuzda gedən proseslərlə əlaqələndirirəm. Hesab edirəm ki, Qarabağ problemini yaradan Rusiyanın mövqeləri artıq dünyada güclənib, bunun nəticəsində keçmiş sovet ölkələri, hətta Türkiyə də Rusiya ilə müttəfiqliyə başlayıb.  Artıq Azərbaycanı və Ermənistanı nəzarətdə saxlamaq üçün Rusiyanın Qarabağ  münaqişəsini dondurub saxlamağa ehtiyacı yoxdur. Azərbaycan isə Rusiya ilə ittifaqlara, o cümlədən Avroasiya İttifaqına, Gömrük İttifaqına üzv olmalıdır və bunlar heç də müstəqilliyin itirilməsi demək deyil. Qərbdən maliyyə dəstəyi alan Azərbaycandakı bəzi dairələr belə təbliğat aparırlar ki, Azərbaycanın qərb dövlətləri ilə ittifaqlara girməsi dövlətin xeyrinədir, Rusiya ilə ittifaqlara girməsi müstəqilliyimizə təhlükədir. Mən isə tamam əksini düşünürəm və mənə belə gəlir ki, xarici siyasəti dəyişmək üçün həm Azərbaycanda, həm də Ermənistanda prezidentlər dəyişməlidir. Bizə qərblə ittifaqa girmək neftimizi sərbəst surətdə satmaq üçün lazım idi. Onu da satıb pulunu necə lazımdır xərclədik. Dövlətin vəziyyəti gündən günə çətinləşir. Xalqın güzaranını yaxşılaşdırmaq üçün Rusiya ilə sərhədləri açmaqdan başqa çıxış yolu yoxdur. Ola bilsin ki, bu yazımı heç yerdə dərc etmədilər. Hər halda öz saytımda  (impulsqazeti.az)  bu yazı dərc olunacaq. Oxucular dəhşətə gələ bilərlər ki, necə cəsarət edib yazmaq olar ki, İlham Əliyev prezidentlikdən getsin. İlham Əliyev üç dəfə prezident seçilib, dövlət üçün bacardığını edib. İndi də başqalarına imkan vermək lazımdır ki, ölkə idarəçiliyinə yeniliklər gəlsin.  Mən referenduma belə yanaşdığım halda hər şeyi başqa cür yozanlar da var. Belə rəy yaradanlar var ki, Mehriban Əliyeva, Leyla Əliyeva vitse-prezident təyin olunacaq, yaş həddini də götürüblər ki, balaca Heydər Əliyev deputat seçilsin. Əgər bu variant doğrudursa,  dövlət idarəçiliyində heç bir yenilik gözlənilmir və bu da çox darıxdırıcı olacaq. Bəzən dövlətlərdə elə kritik şərait yaranır ki, orada dövlət başçısının müddətsiz hakimiyyətdə qalmasına zərurət yaranır. Məsələn, qərb ölkələri deyirlər ki,  Bəşər Əsəd hakimiyyətdən getməsə, Suriyadakı vəziyyəti düzəltmək mümkün düyil. Amma mən hesab edirəm ki, Bəşər Əsəd getsə, Suriya İraqın, Liviyanın vəziyyətinə düşəcək. Eləcə də hesab edirəm ki, Rusiyanı hazırki vəziyyədə Putin kimi yaxşı idarə edə biləcək ikinci bir lider yoxdur. Ola bilsin ki, Azərbaycanda da hazırda İlham Əliyev əvəzsiz liderdir. Yaşayarıq, referendumdan sonra kimin haqlı olduğunu görərik. Referendum isə çox uğurlu keçəcək. Bizim seçkilər keçirmək sahəsində geniş təcrübəmiz var.  Sonda bildirmək istəyirəm ki, referendumla bağlı mənim gözləntilərim düzgün çıxsa, Qarabağ problemi yaxın vaxtlarda həll olunacaq. Əsəs məsələ odur ki, problem müharibəsiz, qansız-qadasız həll olunsun. Hər bir insan həyatı dünyada hər şeydən qiymətlidir.  Dünyada elə ağıllı diplomatlar olub ki, Qarabağdan da çətin problemi danışıq yolu ilə həll ediblər. İnanıram ki, ermənilər də övladlarının müharibədə ölməsini istəmirlər. Bu müharibə həm onların, həm bizim siyasi elitamızın tamahkarlığının, xalqa xəyanətinin nəticəsi idi. Ermənistanda da, bizdə də ağıllı adamlar çoxdur. Əminəm ki, iki xalq dil tapıb barışa bilər. İki xalqı düşmən edən Rusiya da artıq bunu istəyir.

Yenilənmişdir Cümə, 23 Sentyabr 2016 18:06
каталог фаберлик на сайте faberllena.ru
народная медицина