DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ŞAMAXIYA ÖGEY MÜNASİBƏT

metanetMƏTANƏT ƏLİYEVA 

Ölkədə turizmin inkişafına diqqət artıb. Amma nədənsə Azərbaycan ərazisində 7 əsr Şirvanşahlar dövlətinin paytaxtı olmuş, səfalı təbiəti olan Şamaxı şəhəri bu diqqətdən kənarda qalıb. Mən indiyə qədər bilmirdim ki, Şamaxıda tarixi abidələrimiz qalıb. Elə bilirdim ki, zəlzələ zamanı onlar hamısı uçub dağılıblar. Bu il mən Gülüstan qalasını görəndə çox şeylər haqqında düşünməyə başladım.  Şamaxının ən hündür nöqtəsində, Xınıslı kəndindəki hündür təpənin üstündə Qız qalasının əkizi olan  üç qala yerləşir. Qalalar yarıya qədər uçublar. Üç qaladan biri digərlərindən fərqli olaraq az uçub. Qala divarlarının da müəyyən hissələri qalıb. Düşmənlər hücum edən zaman qaladakı əsgərlər tonqal qalayıb ətrafa xəbər verirmiş. O vaxtlar telefon və digər rabitə vasitələri olmadığından təcili xəbərləri bu formada çatdırıblar. Gülüstan qalasının hazırki vəziyyəti məni çox məyus etdi. Yiyəsiz qalmış qalaların üzərində heç bir yazı filan yoxdur.  Qalaya yol da çəkilməyb. Ensiz cığırdan bilinir ki, insanlar qalaya baxmaq üçün yüksəkliyə qalxırlar.  Tarixini sevən, onu qoruyan bir xalq olsaydıq, qalaya avtomobil yolu, elektrik qatarı çəkərdik. Yaşlı insanlar da əziyyət çəkmədən qalaya çıxa bilərdilər. Özlüyümdə fikirləşməyə başladım ki, niyə biz öz  tariximizə belə düşmən münasibət göstəririk? Şamaxı 7 əsr Şirvanşahlar adlı bir dövlətin paytaxtı olub, Nəsimi, Xaqani, Sabir kimi dahilər yetişdirib. Digər rayonlarda turizmin inkişafı üçün işlər getdiyi halda Şamaxı turizm zonasına aid edilmir. Keçən il elan olundu ki, Şamaxı da turizm zonasına daxil edilir və Bakı-Quba yolu Şamaxının dağ kəndlərindən keçəcək. Bu il isə xəbər yayıldı ki, yolun istiqaməti dəyişib, yol Şamaxının dağ kəndlərindən keçməyəcək. Bu xəbər şamaxılıları məyus etdi, ona görə ki, rayon inkişafdan kənarda qalacaq. Mən hesab edirəm ki, bu münasibətin arxasında tariximizə düşmən münasibət var.  Bəzi vəzifə sahibləri qəsdən bunu edirlər, onlar Azərbaycanda uzunömürlü bir dövlətin, dövlətçilik  ənənələrinin olmasını danırlar.  Onlar tariximizi saxtalaşdırmaq, tarixi şəxsiyyətlərimizi danmaqla şəxsi maraqlarını təmin etmək istəyirlər.

Bu səlahiyyət sahibləri yalnız bizim tariximizi unutdurmurlar. Bizim xalqın gözəl ənənələri, alicənab davranışı, nəcib xüsusiyyətləri olub.  Mən Şamaxının yaylaqlarında bulaq suyu içən qohumlarımdan görmüşəm ki, onlar övladı olmayan sonsuz insanların yanında övladlarına nəvaziş göstərməyiblər ki, onların qəlbi ağrıyar, əri olmayan qadının yanında ərləri barədə danışmayıblar, kimsəsizin, yetimin xeyir işində ata-ananı əvəz ediblər, tənha insanları məclisin yuxarı başına keçiriblər,  prezidentlə hansı nəzakətlə danışmaq lazımdırsa, dilənçi ilə də eyni nəzakətlə danışıblar. Bu da əsil-nəcabətdən gələn kübarlığın  əlamətləridir. Təəssüf ki, bu gün belə keyfiyyətlərdən məhrum olan bir çox görməmiş adamlar  pul, vəzifə əldə ediblər və onlar sosial şəbəkələr, telekanallar vasitəsilə var-dövlətlərini, maşınlarını, villalarını, istirahət etdikləri məkanları nümayiş etdirir, başqalarının yanında öyünür, öz aləmlərində onların ürəyini partladırlar. Əslində onların özləri partlayırlar.  Xoşbəxt insanlar heç vaxt öz xoşbəxtliklərini nümayiş etdirmirlər. Bədbəxtlər, başqalarının xoş gününə paxıllıq edənlər özlərini xoşbəxt kimi qələmə verməyə çalışırlar. Əsil-nəcabəti, ailə tərbiyəsi olmayan bəzi adamlar kiçik bir vəzifə, 5-10 manat pul əldə edən kimi qudurur, kasıb-kusubu bəyənmir, haram, cinayət yolu ilə əldə etdiyi var-dövlətini hamının gözünə soxmağa çalışır,  sərf etməyən, fayda görə bilməyəcəyi adamların telefon zənginə də cavab vermirlər. Bəzi əxlaqsız qadınlar  hətta uşaq doğmalarını da sosial şəbəkələr vasitəsilə nümayiş etdirirlər. Quranda deyilir ki, Allahın sənə övlad bəxş etməsi o demək deyil ki, o övlad sənə xoşbəxtlik bəxş edəcək. Bəlkə o övladı Allah sənə günahlarının əvəzində bir bəla göndərib. Nə vəzifə, nə pul çirkaba batmış, ləyaqətini itirmiş bu adamların miskinliyini, cılızlığını gizlədə bilmir. İndi belələrinin dövranıdır. Müdriklər demişkən, hər aşiqin dövranı var

Yenilənmişdir Bazar, 02 Oktyabr 2016 17:02
каталог фаберлик на сайте faberllena.ru
народная медицина