DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ƏN BÖYÜK OĞRULARIN SIĞINACAĞI – İNGİLTƏRƏ

metanetMƏTANƏT ƏLİYEVA 

Noyabrın 8-də ABŞ-da prezident seçkilərində, qabaqcadan bəlli olduğu kimi, Hillari Klinton seçilərsə, bölgəmizdə vəziyyət gərginləşəcək. Çünki ABŞ-ın son məqsədi İranın və Rusiyanın neftini ələ keçirməkdir. Azərbaycan isə bu iki dövlətin arasında yerləşir. Mən əminəm ki, bu savaşda Klintonu Napoleonun və Hitlerin taleyi gözləyir. Amma məni düşündürən başqa şeydir. Bu gün müsəlman ölkələrinə təcavüzdə ABŞ-ın adı hallansa da, mənim fikrimcə, əslində dünyadakı bu gərginliyi idarə edən İngiltərədir. Belə deməyə çox arqument gətirə bilərəm. İordaniyanın mərhum kralı Hüseynin həyatı ilə bağlı bir yazı oxudum. Yazıdan məlum olur ki, Kral Hüseynin həyat yoldaşı ingilis mənşəli kraliça Nur əslində İngiltərə kraliçası Yelizavetanın casusu olub və ərəb ölkələrində baş verən hadisələri Yelizaveta idarə edib. İlanı Seyid Əhməd əli ilə tutan İngiltərə sakit, firavan ömrünü yaşayır. Öz xalqının sərvətlərini oğurlayan məmurlar bütün dünyadan bu ölkəyə axışır, əsasən paytaxt Londonda məskunlaşırlar. Azərbaycanın yüksək vəzifəli məmurlarının əksəriyyətinin ailəsi bu gün Londonda yaşayır. Məmurlarımız isə Bakıda oğurluğu davam etdirib, sərvətlərimizi İngiltərədəki ailələrinə göndərməkdə davam edirlər. Müstəqil olandan sonra xalqı talayan, sonradan vəzifəsini itirən keçmiş məmurlarımızın da qohumlarının əksəriyyəti bu gün Londonda yaşayırlar. Bu baxımdan mən əminliklə deyə bilərəm ki, yaxın ildə ən böyük fəlakət müsəlmanları vətənindən didərgin salan, oğruların sığınacağına çevrilən İngiltərəni gözləyir. Bu dünyada bir haqq-ədalət olmalıdır axı. Məmurlarımız bizdən oğurladıqları sərvətlər hesabına Londonda kef çəkirlər, xalqımız isə bu gün aşırı səfalət içərisində yaşayır. Bu yerdə yadıma bir lətifə düşür. Bir nəfərə agah olur ki, o, suda boğularaq vəfat edəcək. Həmin adam illərlə suya yaxın düşmür. Nəhayət, bir dəfə gəmi ilə səyahətə çıxmaq qərarına gəlir. Gəmi dəryanın ortasında batmaq təhlükəsi ilə üzləşəndə həmin adam ölümü barədə xəbərdarlığı xatırlayır. Bu vaxt Allaha yalvararaq deyir: “İlahi, bəs gəmidəki bu qədər adamın günahı nədir ki, onlar da mənə görə batacaqlar?” İlahidən gələn səs deyir ki: “ Həmin adamlar da suda batmağa məhkumdurlar. Mən onları bir yerə toplamaq üçün uzun illər çalışmışam.” Bizim oğru, ləyaqətsiz adamları Londona toplamaq üçün müqəddəs Tanrımız 25 ildir ki çalışır. Artıq onları cəzalandırmağın vaxtıdır. Yəqin onları dəryada qərq olmaq aqibəti gözləyir.

 Vaxtilə “İmpuls” qəzetinin əməkdaşı olmuş İdrak Abbasov hazırda Norveçdə mühacir həyatı yaşayır. İdrak bu ölkədə baş verən bir hadisəni çəkib yotube-a qoyub. Norveçli kəndli məhsulunu kisələrə yığaraq maşına qoyub. Yolun kənarına qoyduğu maşında nəğd pul üçün daxıl və ödəmə kartı üçün aparat qoyub, özü isə işinin dalınca gedib. Mənsulu alanlar kisəni götürür, pulu qoyub gedirlər. Bizdə belə bir eksperiment keçirmək maraqlı olardı. Skandinaviya ölkələrində adi kəndçi oğurluq etmir, millət buna deyərlər!!! Bizdə isə ən böyük vəzifəli məmurlar oğurluq edirlər və heç utanıb qızarmırlar da.  

Bu günlərdə Erix Mariya Remarkın “Bir gecə Lissabonda” romanını oxudum. Roman 2-ci dünya müharibəsi ərəfəsində yəhudi mühacirlərin həyatından bəhs edir. Ən qüdrətli yazıçı belə mühacir həyatının faciələrini qələmə almaq qüdrətində deyil. Həm də “günah öldürəndə yox, öləndə olur” məsəlini nəzərə alsaq, mühacirlərə yazığım gəlmir. İnsanın başına nə faciə gəlirsə, onun tamahından gəlir. Müsəlman ölkələrində kim hakimiyyətə gəlirsə, vəhşi tamahı ilə oğurlamaq barədə düşünür. Yəhudilərin tamahı isə müsəlmanları da keçib. Onlar bütün dünyaya sahib olmaq istəyirlər.   

Yenilənmişdir Şənbə, 29 Oktyabr 2016 13:11
каталог фаберлик на сайте faberllena.ru
народная медицина