DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ZİYA ƏSƏDOV SƏHİYYƏDƏN DANIŞSA DAHA YAXŞI OLAR

metanetMƏTANƏT ƏLİYEVA

Novruz bayramında böyük əfv gözlənilir. Həbsxanalarımızda məhbusların sayı həddindən artıq çoxdur. Bəzi məhbuslar elə xırda cinayətlərə görə həbsxanada yatırlar ki, o məhbusları böyük cərimə ödətdirməklə həbsxanaya salmadan islah etmək olardı. Bu haqda dönə-dönə təkliflər səslənsə də, məmurlar qulaqardına vururdular, çünki hər məhbus məmur üçün külli miqdarda pul deməkdir. Hər məhbusu saxlamaq dövlət büdcəsinə ayda, səhv etmirəmsə, 50-100 manata başa gəlir. Məmurlar bu pulu mənimsəməkdən əlavə məhbuslardan və onların qohumlarından hər ay külli miqdarda rüşvət alırlar. Eşitdiyimə görə, əvvəllər məhbusların qohumlarından qanuni görüş üçün 5 manat rüşvət alırlarmış, indi 50 manat alırlar. Təsadüfi deyil ki, həbsxanalara işə düzəlmək üçün külli miqdarda rüşvət vermək lazımdır. Bu rüşvəti verən adam bilir ki, onu artıqlaması ilə çıxaracaq. İstənilən ölkədə mənəviyyatsızlığın səviyyəsi o ölkənin həbsxanasından bəlli olur. İndi həbsxanalarda məhbusların sayını azaltmaqla boş qalmış dövlət büdcəsinin yükünü azaltmaq istəyirlər. Amma bu o demək deyil ki, həbsxanalarda korrupsiya azalacaq, mənə elə gəlir ki, əksinə, artacaq.

Ölkəmizdə səlahiyyət sahibləri öz işləri barədə danışmaq əvəzinə  millətçilikdən, türkçülükdən danışırlar. Azərbaycan çoxmillətli dövlətdir, bu dövlətdə yaşayan bütün xalqlar sayından asılı olmayaraq eyni hüquqlara malikdir. Kim bu dövləti millətlərə bölürsə, o, xalqın düşmənidir. 5 saylı xəstəxananın baş həkimi Ziya Əsədov (şair Bəxtiyar Vahabzadənin kürəkəni) xəstəxanadakı vəziyyətdən danışmaq əvəzinə xəstəxanadan türkçülüyü təbliğ edən şüarlar asır və buna etiraz edənləri təhqir edir. Hazırda 5 saylı dövlət xəstəxanasında qiymətlər özəl xəstəxanalardan bahadır, halbuki dövlət xəstəxanalarında xidmət qanunla pulsuzdur. Ziya Əsədov necə türkdür ki, öz türklərinin başına belə oyun açır? Ümumulikdə səhiyyəmizdəki vəziyyət dünyanın ən geri qalmış ölkələrindən də pis vəziyyətdədir. Səhiyyəmizdə elə cinayətlər baş verir ki, ermənilərin  Xocalıda törətdiyi soyqırım bunun yanında heç nədir. Ziya Əsədov bu haqda danışmaq üçün özündə cəsarət tapsaydı yaxşı olardı. Ziya Əsədov kimi adamların məsuliyyətsiz çıxışları ölkəmizdəki millətləri bir-birnə düşmən edə bilər. Belə məsuliyyətsiz adamların günahından Avropa və ABŞ kimi güclərə meydan oxuyan Rusiya kimi nəhəng dövlətin qəzəbinə gəlib torpaqlarımızı itirmişik. Bunlar neft-qazı qərbə satıb ciblərini doldurmağı müstəqil siyasət hesab edirlər. Xocalı haqqında kitab yazıb paylamaqla torpağı azad edəcəkləri barədə nağıllar danışmaqla milləti aldatmaq istəyirlər. Baş nazirin müavini Əli Əhmədov bir az da qabağa gedib. Erməni dilində Qarabağ barədə kitab yazmaqla erməniləri ağıllandırmaq istəyir. Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyovun hazırda “Əsli və Kərəm” operası uğurla nümayiş olunur. Ermənilər və azərbaycanlılar arasında olan tarixi münasibətlər bu operada gözəl əks olunub. Son 70 ildə savadlı, vəzifəli oğlanlarımız daha çox erməni qızlarını sevirdilər, çünki karyerada qabağa getmək üçün erməni qızları ilə evlənmək sərfəli idi. Keşiş babalar bu nigahlara xeyir-dua verirdilər. İndi karyerada qabağa getmək, büdcə pullarını mənasız kitablar, konfranslar, sərgilər adı altında mənimsəmək üçün erməniləri söymək ən asan yoldur. Məmurlarımız  Opera və Balet Teatrına gedib bu tamaşaya baxsaydılar pis olmazdı.    

Mətbuatda yazılanlara görə, prezident İlham Əliyev məmur-oliqarxları vəzifədən çıxaracaq. Məmur-oliqarxlar o adamlardır ki, həm dövlət vəzifələri, həm parlament, həm də biznes sahələri onların əlindədir. Bu adamların başı büdcə pullarını oğurlamağa qarışdığından onların saysız-hesabsız biznes obyektləri başsız qalıb dağılır. Prezident onları vəzifədən çıxartsa, büdcəni talamaq əvəzinə gedib bizneslərini idarə edərlər, gəlir əldə edib büdcəyə vergi verərlər. Təəssüf ki, məmurların uğurlu iş adamı olacağı da inandırıcı deyil. Çünki iş adamının öz fikri, işgüzarlıq qabiliyyəti olmalıdır. Bizim məmurlar isə oğurluq və rüşvət almaqdan başqa heç nə bacarmırlar. Məmurlar vəzifələrini itirən kimi monopoliya hesabına saxladıqları biznesləri də çökəcək və o zaman əsil sahibkarlar üçün meydan açılacaq.

Vaxtilə İqtisadi inkişaf naziri Fərhad Əliyevin də böyük biznes imperiyası vardı. Şıx çimərliyinin yaxınlığındakı yüksəklikdə eyni stildə tikilmiş ikimərtəbəli binalar dənizə baxır. Sayı yüzdən çox olan bu binalar 15 ilə yaxındır ki, istifadəsiz qalaraq köhnəlir, dağılıb gedir. Deyirlər ki, bu binalar Fərhad Əliyevə məxsus olub. İndi onların kimə məxsus olduğunu heç kim bilmir. Əgər bu binaları dövlət müsadirə edibsə, onu ucuz qiymətə yaşayış evi kimi satışa çıxarmaq olar. Həm büdcəyə pul gələr, həm də çoxlu sayda vətəndaş mənzillə təmin olunar. Daha kasıbları mənzillə təmin etmək üçün büdcə hesabına sosial evlər tikməyə ehtiyac qalmaz.

SPACE kanalında dahi italyan rejissoru Federiko Fellininin “Yol” filminə baxdım. Doğrudan da, film dünya kinosunun incisidir. Filmi bu səviyyəyə qaldıran baş rolun ifaçısı, Fellininin həyat yoldaşı Cülyetta Mazinadır. Başqa heç bir aktrisa bu rolu bu səviyyədə yarada bilməzdi. Fellininin iki ən gözəl filminin ikisində də (“Kabiriyanın gecələri”) baş rolu Cülyetta oynayıb. Dahi aktrisamız Nəsibə Zeynalovanın rollarına baxanda demirik ki, ona rol verən rejissor dahidir. Amma Fellininin filmlərində aktrisanın dahiliyi ikinci plana keçir. Həyatda da Cülyetta filmlərindəki kimi saf olub. Varlı ailədən olan şəhərli qızı Cülyetta kasıb kəndçi Fellini ilə görüşəndə o hələ tanınmış rejissor deyildi. İlk tanışlıq vaxtlarında Fellini Cülyettanı restorana dəvət edir. Cüllyetta başa düşür ki, Fellininin hesabı verməyə pulu çatmayacaq, ona görə ən ucuz yeməkləri sifariş verir. “Yol” filminin qəhrəmanları müəyyən mənada Fellini ilə Cülyettanın həyatından epizodları yaradıblar. Fellini Cülyettaya daim xəyanət etsə də, onun şöhrətini öz adına çıxsa da, əslində Cülyettanı sevib. Bizim oğru məmurlarımız, deyəsən, bu filmə baxmayıblar. Bu filmə baxan və onu dərk edən insan heç vaxt acgöz və qəddar ola bilməz. Məsələn, heç vaxt öz vətəndaşlarını qazla boğmaz. Müstəqil olandan sonra qazdan boğulan vətəndaşlarımızın sayı günü-gündən artır. Mənim yadımdadır ki, sovet vaxtı hamamlara qoyulan “samovar” qızdırıcılar (onlara titan da deyirdilər) gecə-gündüz pıqqapıq qaynayırdı, amma heç kim hamamda boğulmurdu. O vaxtlar qaz su qiymətinə idi. Yaddan çıxarmayın ki, qarşıdan Xocalı faciəsi gəlir. Bizim bəzi məmurlarımız xalqın başına elə faciələr gətirilər ki, Xocalı qırğını onun yanında heç nədir.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина