DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ƏFLATUN AMAŞOV VƏ MİLÇƏKLƏR

metanetMƏTANƏT ƏLİYEVA

Ötən yazımda demişdim ki, mənim yazmağımla heç nəy düzəlməyəcək və əlavə etmişdim ki, susanda da deyirlər bu millətə nə edirlər yerində edirlər. Bir oxucum məni başa saldı ki, tanınmış, səlahiyyətli adamlar problemləri tənqid etsələr ölkə düzələr. Mənim kimi sadə adamların isə danışmağının əhəmiyyəti yoxdur. Məsələn, Mətbuat Şurasının sədri, deputat, “Şöhrət” ordenli Əflatun Amaşov yazsa ki, çimərliklərə zibilqabı qoyun bu problem düzələr. Yaxud bir problem var ki, şəxsən məni çox narahat edir. Qarşıdan yay gəlir. Yayda adam çalışır ki, ağacın kölgəsində oturub istirahət etsin, ildən-ilə artan milçəklər adamın ağzına doluşub dincəlməyə imkan vermirlər.  Mən yayın ən isti aylarında Fransada, İsveçrədə, İtaliyada milçək görmədim. Bu necə olur? Deməli, bu ölkələrdə parazitlərlə mübarizə aparırlar. Bizdə isə parazitlərə ayrılan pulları da məmurlar yeyir. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov yaxın günlərdə mətbuata açıqlama verərək deyib ki, “Hazırda Azərbaycanda 7 milyon insan malyariya təhlükəsi altında yaşayır. Bu xəstəliyi yayan ağcaqanadların yayılması üçün ölkəmizdə münbit şərait var.”  Bu məsələni Məmmədov ona görə qabardıb ki, beynəlxalq oyunlar zamanı gələn qonaqları ağcaqanadlar dişləyə bilər.  Əslində bu məsələ ilə bağlı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev məşğul olmalıdır, parazitlərlə mübarizə idarəsi bu nazirliyə verilsə məqsədəuyğun olar. Biz heç. Onsuz da bizi adam yerinə qoyan yoxdur, təki xaricilərə yaxşı olsun.  Xaricilər üçün bir günün içərisində hər şeyi ən yüksək səviyyədə edirlər. İşə bax ki milçəklər yaddan çıxıb. Görən biz özümüzü niyə belə ucuzlaşdırmışıq? Məşhur bir filmdə deyilir ki, insan hansı həddə qədər imkan verirsə, onu o həddə qədər alçaldırlar. Biz artıq həddi keçmişik. Bəziləri deyirlər ki, bu hökumətin siyasətindən baş açmaq olmur. Bir günün içərisində bütün valyuta dəyişmə məntəqələrini bağladılar, indi də təzədən açırlar. Niyə bağladılar, niyə də açırlar? Cavabı sadədir. Məmurların şəxsi maraqları tələb edəndə Konstitusiyanı da ildə 5 dəfə dəyişə bilərlər. Bu ölkənin qanunları 5-3 adama xidmət etmək üçündür. Yerdə qalan vətəndaşlar əhalinin sayını çox etmək üçün lazımdır.  

Biz xaricilər üçün hər şeyi edirik, onlar da bizim ölkəmizdə əxlaqsızlığı yaymaq üçün yaxşı pul buraxıb həyasızları qabağa veririlər. İndi də mətbuatımız təbliğat aparır ki, insanlar harda gəldi sekslə məşğul olsunlar, belə əməllərə haqq qazandıran gənc bir qadın Elgizin verilişində dedi ki, qoy gənclərimiz doya-doya yaşasınlar. Qadınlarımız harda gəldi, kim gəldi qucağına yıxılsınlar. Bəs ləyaqət hissi harda qaldı? Axı bu insandır, heyvan deyil. Bizim qocalarımızın üzündə ona görə nur olub ki, abırla yaşayıblar. Harda gəldi, kiminlə gəldi sekslə məşğul olan kişilər də, qadınlar da  fahişələr kimi iyrənc sifət alırlar. Çox yemək insanı eybəcərləşdirdiyi kimi sekslə çox məşğul olmaq da adamı eybəcərləşdirir. Ölkəmizdə əxlaqsızlıq yayanların xaricdə güclü dayaqları var. Həmin bu adamlar Fransada prezidentlik uğrunda mübarizə aparan Emmanuel Makronun təbliğatı ilə məşğuldurlar. Həyat yoldaşı özündən 24 yaş böyük olan Makronun homoseksualist olduğu deyilir.  38 yaşlı Makronun həyat yoldaşının 62 yaşı var. Sevgi yaşı keçmiş bir adamın (onun kişi və ya qadın olmasının fərqi yoxdur) övladı yaşında biri ilə ailə qurması əxlaqsızlıqdır. Dünyada mədəniyyətin beşiyi sayılan Fransanı  Makron kimi adamlar məhv edə bilər. Mən orta məktəbdə fransız dili keçmişəm və hesab edirəm ki, fransız dili dünyada ən gözəl dildir. Ümumiyyətlə, Fransada hər şey gözəldir. Bizə orta məktəbdə fransız dilindən dərs deyən Seyfulla müəllim kimi ziyalı insanlar indi məktəblərdə çox azdır. Rəhmətlik Seyfulla müəllimin mənə dediyi sözlər yaddaşıma həkk olunub. O mənə dedi ki, “Sən çox vətənpərvərsən. Çox böyük işlər görə bilərsən. Heyif ki qızsan.” Mən hesab edirəm ki, Marin Le Penin prezident seçilməsi Fransanın xilası ola bilər. Marin Le Penin atası yəhudilərin əleyhinə danışdığı üçün onu siyasətdən uzaqlaşdırdılar. Yəhudilərin homoseksualist Makronu dəstəkləməsi belə fikir yarada bilər ki, dünyada homoseksuallığı təbliğ edən, homoseksuallara himayədarlıq edənlər yəhudilərdir. Yenə də Qurana istinad etmək istəyirəm. Ötən yazımda Saleh peyğəmbərin dəvəsi əvəzinə Musa peyğəmbərin dəvəsi yazmışdım. Oxucular məni bağışlayar. Quranda Lut peyğəmbərlə bağlı surədə göstərilir ki, Lut peyğəmbərin tayfası homoseksuallıqla məşğul olduğu üçün göydən bu tayfanın başına daş yağır və bu tayfa yer üzündən silinir. Bu baxımdan homoseksualist kimi tanınan Tarkana “Formula-2” yarışmasında 500 min dollar qonarar verilməsini Qurana və müsəlman xalqlarına təhqir hesab edirəm. Ac toyuq yuxusunda darı görən kimi mən də hər havaya sovrulan pula görə heyifsilənəndə fikirləşirəm ki, o pula Hacıqabula Kürdən su çəksəydilər, nə qədər ailə torpağını əkib firavan dolanardı.  

Yenilənmişdir Cümə, 28 Aprel 2017 18:53
каталог фаберлик на сайте faberllena.ru
народная медицина