DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


BİZƏ PUL LAZIMDIR

metanetMƏTANƏT ƏLİYEVA

Yeni dərs ilinin başlanması münasibətilə oxucularımı təbrik edirəm. Təhsilimizdə problemlər çoxdur¸ən əsas problem odur ki, məmurlar təhsilə ilk növbədə pul qazanmaq vasitəsi kimi baxırlar. Uşaqlara savad vermək ən sonuncu məqsəddir. Bunu konkret faktlarla göstərmək lazımdır. Mən yalnız bir faktı göstərmək istəyirəm. Bu il birinci siniflər üçün dərslikdən əlavə 8 iş dəftəri, 9 kitab nəşr edilib. Kitabların 5-i pulsuz verilib, 4-ü pulla. Bir iş dəftərinin qiyməti 4-7 manat dəyərindədir. Nəzərə alsaq ki, bu il məktəbə 165  mindən çox uşaq gedir, təhsil mafiyası bir iş dəftərindən 1 milyon 120 min manat pul qazanır. Bizim vaxtımızda iş dəftərləri yox idi. Mikayıl Cabbarov  deyə bilməz ki, o vaxtın şagirdlərinin bilik səviyyəsi indikindən aşağı idi. Müstəqil olandan sonra təhsil ocaqlarında bilik səviyyəsi ildən-ilə aşağı düşür, əvəzində uşaqlar ağır çantaları daşımaqdan skolyoz (onurğa sütunları əyilir) olurlar. Məmur uşaqlarına bunun dəxli yoxdur. Onlar hamısı Avropada təhsil alırlar. Bir hadisə mənim heç yadımdan çıxmır. Ölkəmizdə işıq fasilələrlə verildiyi bir vaxtda respublikanın bütün məktəblərinə komputerlər verildi. Təbii ki, işıq olmadığından kompyuterlər istifadəsiz qalırdı. Sonradan öyrəndim ki, Misir Mərdanov “Kür” firması açaraq xaricdən kompyuterlər alıb və məktəblərə paylayıb. Təbbi ki, hazırda təhsildəki vəziyyət o vaxtdakından da pisdir. Oğruların iştahası illlər keçdikcə daha da artıb.

Uşaqlara “qayğı” ilə bağlı  bir məsələyə də toxunmaq istəyirəm. Təzə qanunla qohumlar uşağı respublikanın bir rayonundan başqa rayonuna aparmaq üçün notarius vasitəsilə valideynlərdən etibarnamə almalıdırlar. İndi də yəqin büdcəni doldurmaq üçün bu vasitəyə əl atıblar. Bir neçə gün əvvəl Səbail rayonunda yerləşən 1 saylı notariat kontorunda idim. Balaca otaqlarda tünlükdən nəfəs almaq mümkün deyildi. Saaatlarla növbəyə durmaq lazım gəlirdi. Gənc kadrların işsizlikdən əziyyət çəkdikləri bir vaxtda hər şeyi bir əldə cəmləməyə nə ehtiyac var? Hər tin başı özəl notarial kontorlar olsa, həm növbələrə ehtiyac olmaz, həm də iş yerlərinin sayı artar. Yeri gəlmişkən, notariusda işləyənlərin maaşı 300 manatdan da aşağıdır. Bu maaşla valideyn biri 7 manatdan 8 iş dəftərini necə alsın? Milləti rüşvət almağa¸oğurluq etməyə məcbur edirlər.

1 saylı notariat kontorunun yanında Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzi yerləşir. Səhiyyə Nazirliyinin tabeliyində olan bu mərkəzin böyük ofisi, saysız-hesabsız işçiləri var. Bu mərkəzdən əlavə dezinfeksiya idarəsi, Mənzil İstismar Sahəsi (MİS), Səbail Rayon icra hakimiyyətinin səlahiyyətli əməkdaşları da rayon ərazisində həşaratlarla mübarizə üçün büdcədən pul alırlar. Bununla belə ildən-ilə ölkədə həşaratların (milçək, ağcaqanad, siçan, siçovul, birə) sayı artır. Bu il birinci sinfə gedən nəvəmin ayağını birələr dişlək-dişlək ediblər. Qızım bir həftə ağlayıb, əlaqədar təşkilatlara müraciət edib və nəhayət, 250 manat pul verəndən sonra dezinfeksiya idarəsindən gəlib həyəti dezinfeksiya ediblər. Həyətdəki bankın, qadın salonunun işçiləri qaşına-qaşına gəzsələr də dezinfeksiya edən qadına bir manat da verməyiblər. Yolüstü Səbail Rayon Gigiyena və Epidemologiya Mərkəzinə girib soruşdum ki, bu boyda binanı zəbt edib kondisionerlərin altında oturmusunuz, hər ay dövlətdən maaş alırsınız, bunun müqabilində nə işlə məşğulsunuz ki, birələr uşaqları yeyir? Dedilər ki, “biz sənədləşmə ilə məşğuluq”. Heç bir iş görməyən bir idarə sənədlərdə nə yazır görəsən?  Havalar sərinləşsin, bu məsələni ətraflı araşdırıb geniş yazı hazırlayacam.  

Qərb mətbuatı bir neçə il ərzində  məmurlarımızın ölkədən oğurlayıb qərbə ötürdükləri 3 milyard manat haqqında açıqlama veriblər. Qərbpərəst müxalifət bu oğurluq faktı ilə əlaqədar mitinq keçirmək istəyir. Aydın məsələdir ki, həmişə olduğu kimi, sadə xalq bu mitinqə dəstək verməyəcək. Qərbin dəstəklədiyi adamların sosial şəbəkələrdə sözün düzünü deyən adamlar barədə yazdıqları söyüşləri oxumaq kifayətdir ki, onların necə təhlükəli adamlar olduğunu dərk edəsən.  O söyüşləri oxuyanlar dərk edirlər ki, İlham Əlievin komandası tərbiyəli ziyalılardan ibarətdir, onlar belə söyüşlər söyməzlər.  Qərbin casuslarının mitinqlərinə yalnız qərdən pul alan adamlar çıxırlar. Görünür, qərb onların əlilə İlham Əliyevə təzyiq edib hansısa tələbini həyata keçirmək istəyir. Putin, Ərdoğan belə hallarda qərbin planlarını açıqlasa da, İlham Əliyevin komandası həqiqəti deməyə cürət etmir, qərbin 5-ci kolonuna qərbdən gələn milyonların qarşısını ala bilmir. Qeyri-Hökumət Təşkilatlarının bank hesabları bağlanadan sonra qərb fondları öz casuslarına pulları Gürcüstan vasitəsilə ötürməyə başlayıb. Sözsüz ki, bu məsələdə qərbin adamı olan Ukrayna prezidenti Poroşenko və başqaları da yardımını əsirgəmir. Qərbdən maliyyə alan şəbəkənin övladları təhsil adı altında Ukraynada, Polşada təlimatlandırılır. Qərbin maliyyəsi ilə hərəkət edən millətçilərimiz pantürkizmi təbliğ edir, gələcəkdə ölkəmizdə separatçılığın baş qaldırması üçün zəmin yaradırlar. Pantürkist siyasət aparmaq sifarişi qərbdən gəlir. Qərb bu yolla bizi Rusiyadan uzaqlaşdırmağa çalışır. Azərbaycan mətbuatı 100 faiz pantürkistlərin inhisarındadır. Ola bilsin, mənim bu yazımı “Reytinq” qəzeti dərc etmədi. Çünki pantürkistləri maliyyələşdirən KİV-ə dəstək fondu onların maliyyəsini kəsər. Azərbaycanda fərqli mövqedən çıxış edən qəzet “İmpuls” qəzeti idi, fond ona bir qəpik də vermədi. Baxıb gördüm ki, mənim qəzetimdə işləyən jurnalistlər də pantürkizmə xidmət edir. Qərbpərəstlər mənim qəzetimin əməkdaşlarını da satın almışdılar. Qərbdən gələn maliyyə axınının qarşısında mənim verdiyim qəpik-quruşla jurnalist saxlamaq mümkün deyildi. Rusiya da qərb kimi pul versəydi vəziyyət tam əksinə olardı. Rusiya pul vermək əvəzinə torpaqlarımızın işğalı hesabına Azərbaycanın siyasi dairələrini öz tərəfinə çəkməyə çalışır, dərk etmir ki, bizim siyasi dairələr üçün pul torpaqdan daha qiymətlidir, lazım gəlsə, qalan torpaqları da hakimiyyət yolunda qurban verə bilərlər.

Qərbin casusları “adımı sənə qoyaram, səni yana-yana qoyaram” prinsipi ilə hərəkət edərək  Azərbaycanın maraqlarından danışan adamları Rusiyanın 5-ci kolonu (casusları) kimi qələmə verirlər. Halbuki Rusiya Azərbaycandakı QHT-lərə, siyasi partiyalara, mətbuata 1 manat da pul verməyib və vermir. Qərbin Azərbaycan xalqına gətirdiyi faciələr barədə danışanları Rusiyanın pulları danışdırmır, onları danışdıran vicdanları və xalqa olan sevgiləridir. İndiki hökumətimiz balanslı siyasət adı altında həm qərbi, həm də Rusiyanı qane edə biləcək xarici siyasət yürüdür. İqtidar və müxalifət düşərgəsindən qərbin maliyyə dəstəyini alan siyasətçilər hökuməti birmənalı olaraq qərbyönümlü siyasət aparmağa təhrik edirlər. Onların əsas məqsədi nefti qərb ölkələrinə satıb pulları xarici banklardakı hesablarına yerləşdirməkdir. Qərblə Rusiya arasında gərgin geosiyasi mübarizə getdiyi bir vaxtda əvvəl-axır hökumətimiz birtərəfli xarici siyasət aparmağa məcbur olacaq.  Necə deyərlər, eyni vaxtda iki stulda oturmaq mümkün deyil. Qərbyönümlü siyasət aparan ərəb ölkələrinin taleyi göz önündədir. Səddam və Qəddafi qərbə üzlərini çevirməklə xalqlarını bədbəxt etdilər. Rusiya və İranla müttəfiq olan Suriya ölkəsini işğaldan qoruya bildi. Bizim daxili siyasətimiz şəxsi maraqlara söykəndiyi kimi, xarici siyasətimiz də şəxsi maraqlara söykənir. Qərbyönümlü siyasətçilərin xəyanəti nəticəsində torpaqlarımızın 25 faizini faktiki olaraq itirdik. Torpaqlarımızı da itirmək qorxusu var.  

Yenilənmişdir Çərşənbə, 20 Sentyabr 2017 05:11
каталог фаберлик на сайте faberllena.ru
народная медицина