DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


MƏSCİDLƏRDƏ RÜŞVƏTXORLARA LƏNƏT OXUNMALIDIR

metanetMətanət Əliyeva

Ötən yazımda yazdığım kimi, Məşhəd ziyarətindən qayıtmağım münasibətilə rayonda ehsan süfrəsi açdım. Qohum-qonşular məni ziyarət etmək üçün gəlmişdilər. Gələnlər toyuq, mürəbbə, qənd, çay, düyü, konfet və sair hədiyyələr gətirmişdilər. Yoxsul adamları əlavə xərcə saldığım üçün xəcalət çəkdim. Süfrə arxasında dini söhbətlər, o cümlədən namazın vacibliyi haqqında söhbət oldu.  Mən bir fikirlə razı deyiləm ki, namaz islam dininin sütunudur.  İslam dini təzə yarananda  ərəblər pinti, təmbəl idilər. Ona görə də namaz məcburiyyəti qoyuldu ki, müsəlmanlar səhər obaşdan durub yuyunsunlar, dua etsinlər. Hətta  belə bir deyim var ki, ruzi səhər tezdən və axşam çağı paylanır. Deyilən vaxtlarda insanlar heyvan-qara, toyuq –cücəni yerbəyer edir, bağ-bostanda işləyir. Ruzi paylanan vaxt evdə oturmaq olmaz. Ruzi paylanan vaxt evdə oturub seriala baxan adamın var-dövləti olmaz. İsti müsəlman ölkələrində şəhər və kəndlər su ilə təmin olunmalıdır ki, tərin-tozun içərisində olan adamlar vaxtlı-vaxtında yuyuna bilsinlər. Avropa ölkələrində insanlar səhər evdən çıxanda da, axşam evə dönəndə də duş qəbul edirlər. Kasıb müsəlmanlar belə şəraitdən məhrumdurlar.

Müsəlman ölkələrində zibil baş alıb gedir. Əksər müsəlmanlar hələ də zibili oturduqları, yaşadıqları yerə tökürlər və bu da dünya xalqlarında müsəlmanların pinti olması barədə təsəvvür yaradır, halbuki islam dini 1300 ildir təmizliyi, zəhmətkeşliyi təbliğ edir. Din xadimləri əsasən bunları təbliğ etmək əvəzinə təbliğ edirlər ki, dində əsas şərt namaz qılmaqdır. Namaz qılan zaman ərəbcə dediyimiz sözlər dualardır. Bu duaları əslində islam dinini həqiqətən qəbul edən hər bir müsəlman edir, bunun üçün konkret vaxt və səcdəyə getməyə ehtiyac yoxdur. Namaz vaxtı edilən duaların qısa mənası belədir ki, Allah, sənin böyüklüyünü tanıyıram,  bəndələrinə rəhm elə, haqq yolunu azmağa qoyma və sair. Namazda deyilən dualar Azərbaycan dilinə tərcümə edilməlidir ki, adamlar dediklərinin  mənasını bilsinlər. Eləcə də kəlmeyi-şəhadət, dini məclislərdə oxunan “Həmd” surəsi Azərbaycan dilində olmalıdır. Namaz vacib olduğu kimi, Qurban bayramında heyvan kəsib kasıblara paylamaq , ildə bir ay oruc tutmaq, fitrə və zəkat vermək də dində vacib buyrulub. Qurban  mərasiminin , fitrə və zəkatın mənası ruzini başqaları ilə bölmək, orucun mənası nəfsini qorumaqdır.  İslamın yaranmasından keçən 1300 il ərzində müsəlmanlar çox dəyişiblər, inkişaf ediblər, amma bununla belə hələ də digər dinlərə mənsub olan xalqlardan bir çox sahələrdə, o cümlədən elm sahəsində geri qalıblar. Bu da onunla bağlıdır ki, islam dini digər dinlərdən cavandır. Mənə belə gəlir ki, artıq islam dinində olan qadağaları və məcbuiyyətləri ləğv etmək lazımdır. İlk növbədə qadınları çarşabdan çıxarmaq lazımdır, çünki müsəlman kişilər əvvəlki kimi qadınlara vəhşi kimi baxmırlar, onların şüurları inkişaf edib. Namazı , Məkkə ziyarətini təbliğ etmək əvəzinə rüşvətxorluğa , oğurluğa nifrəti təbliğ etmək lazımdır. Müsəlman ölkələrinin əksəriyyətində kraldan, prezidentdən tutmuş adi məmura qədər hamı oğru və rüşvətxordur, bu hallar da müsəlmanların yoxsul yaşamasına səbəb olur. Məscidlərdə hər gün rüşvətxorlara lənət oxunmalıdır. Müsəlman xalqlarının bir nömrəli bəlası rüşvətxorluq və korrusiyadır.  

Mən yenə İmam Hüseynin bacısı, İmam Əlinin qızı, Məhəmməd peyğəmbərin nəvəsi xanım Zeynəbdən danışmaq istəyirəm. Müsəlman aləmində ilk dəfə Zeynəb qətlə yetirilmiş qardaşlarını lay-lay ilə, bayatı ilə “Segah” muğamı üzərində oxşayıb. Bu gün də qadınlarımız Zeynəb yolunu davam etdirirlər. Yas məclislərində qadınlar vəhydən gələn misralarla deyişirlər. Ürəkdən acı-acı ağlayan qadına bu misraları deyirlər: 

O tayda mal mələdi,

Dili yox, lal mələdi,

Dilin düşmən başına

Dilin nə kür mələdi .

Oxşayıb ağlamaq qabiliyyəti olmayan ana ilə bağlı bunları deyirlər:

Bağçası bardı bunun,

Meyvəsi kaldı bunun.

Hərə bir kəlmə desin

Anası laldı bunun.

Məcilsi soyuq keçən mərhumun məclisində belə deyirlər:

Mən aşıq kimsəsi var,

Kimi var kimsəsi var.

Şaxseyin bərkdən vurun

Desinlər kimsəsi var.

İlk dəfə yasda dil açan qadına belə cavab verildiyini eşitmişəm:

Sənin o haya dliin,

Haya bihəya dilin.

Açılmadı şad gündə

Açıldı vaya dilin.

Yas məclislərində qadınlarımızın yaradıcılığı mühüm bir sahədir, folklorşünaslarımız bununla məşğul olsalar qeri-adi yaradıcılıq nümunələri aşkara çıxararlar. Mən özüm yas məclislərimizdə qadınların ilahi sözlər demək qabiliyyətinə heyran qalıram. Onların bir misrasının qarşısında əksər xalq şairlərimizin yazdıqları cızma-qaralardır.

Yazımın sonunda  beynəlxalq siyasi vəziyyətə toxunmaq istəyirəm. 30 ilə yaxındır Rusiya ilə ABŞ arasında gedən münaqişə Rusiyanın qələbəsi ilə başa çatmaqdadır. Bütün tarixi dövrlərdə şər qüvvələrin qarşısında dayanan Rusiya bu dəfə Suriyada şər qüvvələrin qarşısını kəsdi. Bu mübarizədə ona birbaşa kömək edən yeganə dövlət İran oldu. Qarşıdurmanın əvvəlində şərə xidmət edən Ərdoğan Türkiyəsi artıq özü qazdığı quyuya düşüb. Rusiyanın qarşıdurmadan qalib çıxması ümid verir ki, Qarabağ probleminin həlli yaxındadır. Biz Qarabağı itirməyə bilərdik, bunun üçün ABŞ-Rusiya qarşıdurmasında Rusiyanın tərəfində olmalı idik. Şəxsi maraqlar buna imkan vermədi. Rusiyanın qələbəsindən sonra dünyada, o cümlədən ölkəmizdə çox dəyişiklik olacaq. Şər qüvvələrə xidmət edən Səudiyyə Ərəbistanı, Türkiyə kimi müsəlman ölkələri cəzalarını alandan sonra müsəlman xalqlarının firavan yaşamaq dövrü başlayacaq. 

Yenilənmişdir Cümə axşamı, 23 Noyabr 2017 09:39
каталог фаберлик на сайте faberllena.ru
народная медицина