DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


SƏUDİYYƏ KRALI ƏRƏBLƏRİ DÜNYADA BİABIR ETDİ

metanetMətanət Əliyeva

Fakt Xəbər saytının verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanında hakimiyyət daxilində ciddi qarşıdurma yaranıb. Hazırkı kral Salman bin Əbdüləzizin varisi Məhəmməd bin Salman şahzadə qohumlarını həbs etdirib. Həbs olunanlar əsasən Səudiyyə Ərəbistanının yaradıcısı sabiq kral Əbdüləziz bin Səudun ölən oğlu Sultan bin Əbdüləzizin oğlanları və qızlarıdır. Məlumatlarda vəliəhdin öz qohumlarını guya korrupsiya ilə məşğul olduqları üçün həbs etdirdiyi bildirilir. Guya vəliəhd onların oğurladıqları 800 milyard dolları büdcəyə yönəltmək fikrindədir. Pulları geri almaq üçün ABŞ hərbçiləri şahzadələrə işgəncə veriblər. Şübhəsiz ki, səbəb korrupsiya ola bilməz, çünki vəliəhd özü qohumlarından dəfələrlə çox oğurlayır. Səudiyyə Ərəbistanında da bizdəki kimi sadə xalq siyasi məsələlərdə heç bir rol oynamır. Hakimiyyət dəyişikliyi yalnız siyasi elita daxilində ola bilər. Səudiyyə Ərəbistanının hazırkı rəhbərliyinin siyasi fəaliyyəti iflasa uğradı. Müsəlman ölkələrini dağıdan qərb siyasətçilərinə hərtərəfli dəstək verən Səudiyyə kralı Suriyada məğlub oldu, xərclədiyi milyardlar havaya sovruldu, Kral Salman qaçqına çevrilən ərəblərin nifrətini qazandı. Kral öz siyasəti ilə ərəbləri dünyada biabır etdi. Avropalılar qaçqın ərəblərə vəhşi kimi baxır, onların mənliyini alçaldırlar. Sözsüz ki, Səudiyyə Ərəbistanının daxilində kralın satqın siyasətinə etiraz edən qüvvələr var və yəqin ki, vəliəhd Məhəmməd onları korrupsioner adı ilə məhv etmək istəyir. Vaxtilə Ərəb xilafətində Məhəmməd peyğəmbərdən sonra xəlifə Əli olmalı idi. Məhəmməd peyğəmbər Ərəb Xilafəti kimi nəhəng dövləti Əlinin qılıncı hesabına yaratmışdı. Əli eyni zamanda peyğəmbərin yeganə övladı Fatimənin həyat yoldaşı idi. Kral Salman kimi adamlar o vaxt Əlinin xəlifə olmasına imkan vermədilər, peyğəmbərdən sonra Əbu Bəkr, Ömər və Osman xəlifə oldu. Əli dördüncü xəlifə oldu və onu qətlə yetirdilər. Əlidən sonra onun oğlanları Həsən, Hüseyn və digərlərini qətlə yetirdilər. Məhəmməd peyğəmbərdən sonra hakimiyyətdə olan xəlifələr dövləti parçalaya-parçalaya zəiflətdilər, 30-dan çox hissəyə bölünmüş ərəb dövlətləri bir-birinə düşmən oldu. Peyğəmbərdən sonrakı xəlifələr ərəblərin tərəqqisi üçün heç nə etmədilər. Onların tamahının və satqın mövqeyinin nəticəsidir ki, bu gün müsəlmanları dünyada terrorçu, vəhşi kimi qələmə verirlər. Bu gün Məhəmməd peyğəmbərin siyasətinə sadiq qalan, işğalçı dövlətlərə meydan oxuyan yeganə müsəlman dövləti İrandır. İranın dünya siyasətində rolunun artması müsəlman xalqlarının tərəqqisinə xidmət edəcək. Tarix yenə təkrar olundu. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası 1920-ci ildə Rusiya ilə ittifaqa girərək müstəqil Azərbaycanı bolşevik Rusiyasına təhvil verdi. Hazırkı dövrdə də təcavüzkar qərblə müttəfiq olan Ərdoğan Türkiyəsi qərbin məğlubiyyətindən sonra mövqeyini dəyişərək Rusiya ilə birləşib. Qərbin və Türkiyənin sifarişi ilə Rusiya və İranı söyən bizim pantürkistlər susublar. Pantürkistlərimiz yaxşıca pul qazandılar, ara yerdə biz Türkiyənin xeyir-duası ilıə Qarabağı itirdik. Politoloqlarımız 1988-ci ildən bəri Azərbaycanda baş verən hadisələri vicdanla təhlil etsələr, Türkiyənin xalqımıza bəxş etdiyi faciələr məlum olar. 

Biz Azərbaycan müsəlmanları bu gün səhv siyasətin qurbanıyıq. Müstəqil olandan sonra siyasi elitamız müsəlman ölkələrinə təcavüz edən xarici dövlətlərlə müttəfiqlik edir, daxildə isə bütün ölkənin sərvətləri kiçik bir qrupun ixtiyarına verilib. Ölkədə demokratik siyasi mübarizə getmir, yalnız ölkənin sərvətlərinə yiyələnmiş kiçik qrup öz arasında bu sərvətləri bir-birinin əlindən almaq uğrunda vuruşur. Xalq səfalət içərisində yaşayır. Gələn il seçki ili olsa da, heç kim hakimiyyətin dəyişəcəyinə ümid etmir. Hətta vətəndaşlar hakimiyyətin icazəsi olmadan kənar adamın namizədliyinin qeydə alınacağına da inanmır. Belə görünür ki, bütün müsəlman xalqları kimi, bizim də öz taleyimizi özümüzün həll etməyimiz üçün intellektimiz, səviyyəmiz çatmır, Səudiyyə kralı kimi müsəlman liderlərin satqınlığı nəticəsində hər cəhətdən, o cümlədən siyasi təfəkkür baxımından inkişaf etməmişik. Ona görə də bizim taleyimiz böyük dövlətlərin dünyada apardığı geosiyasi mübarizənin nəticəsindən asılıdır. ABŞ qalib gələrsə, siyasi taleyimizi o, həll edəcək, Rusiya qalib gələrsə, o, həll edəcək, İran qalib gələrsə, o, Çin qalib gələrsə, o, həll edəcək və sair. Çox təəssüf ki, real vəziyyət belədir. Əgər ölkəmizdə hakimiyyəti seçki yolu ilə dəyişməyə imkan vermirlərsə, biz başqa nəyə ümid edə bilərik?

Qışın gözəlliyi ondadır ki, isti evin, isti paltarın, isti yeməyin olsun. Şaxtalı-qarlı havada işdən yorğun gəlib, isti, işıqlı evə girəsən, ailəni süfrə arxasına toplayıb nahar edəsən, sonra hərə öz otağına çəkilib dincələ. Kabel televiziyan, internetin, evin içində hamamın, asfalt yolun olsa, yaşamaq daha da gözəl olar. Bunlar orta səviyyədə yaşayan müasir insanın ən zəruri ehtiyaclarıdır. Bu təlabatlarını ödəyə bilməyən vətəndaş yoxsul sayılır. Maşın, bahalı salonlar, restoranlar, səyahətlər və sair – bunlar artıq varlı insanlar üçündür. Hazırkı Azərbaycanda, mənim fikrimcə, əhalinin 50 faizdən çoxu yoxsul yaşayır, ən zəruri ehtiyaclarını ödəyə bilmir. Gələn il seçki saxtalaşdırılarsa, vəziyyət belə də davam edəcək. Bunlar hələ sosial problemlərdir. Vətəndaşlara çörəkdən başqa siyasi azadlıqlar da lazımdır. Hər bir vətəndaş bilməlidir ki, seçkidə onun verdiyi səsin ölkə üçün əhəmiyyəti var, onda vətəndaş öz dəyərini biləcək.

Yenilənmişdir Cümə, 01 Dekabr 2017 07:57
каталог фаберлик на сайте faberllena.ru
народная медицина