DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


“ANA MÜXALİFƏT”İN SİRRİ AÇILDI

Mətanət Əliyeva

İRANI, TURANI, AVROPANI SÖYMƏYİN, ÖZ MURDAR NƏFSİNİZİ SÖYÜN

Axırıncı dəfə nə vaxt yazdığım yadımda deyil. Uzun müddət sevdiyim peşədən ayrı düşmək mənim üçün çox ağrılıdır. Yazmamağımın səbəbi var. Axırıncı yazımda qeyd etmişdim ki, klanların davası gedir, Rusiya hansı klanın arxasında dayansa o klan qalib gələcək. Çox təəssüf ki, klanların davası uzanır və bu dava uzandıqca, xalqın əzabları artır. Hazırda ölkədə demokratik siyasi mübaizə üçün zəmin yoxdur. Klanlar ən qəddar üsullarla bir-birini məhv etməyə salışırlar. Bu sadəcə olaraq hakimiyyət, var-dövlət, ölkənin sərvətlərini talamaq uğrunda gedən davadır. Bu klanların heç biri Azərbaycanda demokratik dövlət qurub torpaqları işğaldan azad edən deyil. Mənim fikrimcə, klanlardan biri o birini məhv edəndən sonra vətənpərvər, savadlı, peşəkar vətəndaşlardan ibarət üçüncü qüvvə yaranacaq və o zaman ölkədə demokratik mübarizə başlayacaq. Mənim dediyim insanlar hazırda kölgədə qalıblar, onları təşkilatlanmağa qoymurlar. Hazırda insanları düşündürən sual budur ki, hansı klan qalib gəlsə millət üçün yaxşı olar. Ermənistan klanı 50 ildən artıqdır Azərbaycanda hakimiyyətdədir və bu klanın hakimiyyədə olduğu dövrdə rüşvət və yalan adlı əjdaha xalqın mənəviyyatını məhv edib. 50 illik bu dövrdə qanunları qorumalı olan məhkəmə hakimlərini, polisləri, prokurorları rüşvətlə işə götürüblərsə, deməli, bu ölkədə qanun işləməyib. Hazırda bu formada idarəçilik davam edir. Müstəqil olandan sonra Ermənistan klanı rüşvətxorluğu və oğurluğu mərkəzləşdirdi. O vaxtdan bu yana hər ay uşaq bağçaları, məktəblər, xəstəxanalar, ali məktəblər, polis, prokurorluq və sair - bütün dövlət idarələrindən yığılan pulların dəqiq hesabatı aparılır, aşağı məmurlar yığılan pullardan öz faizini götürür və qalan pulu icra başçıları prezident aparatına çatdırır. Bu puldan hər ay ziyalıları, siyasətçiləri, hüququ müdafiəçilərini, jurnalistləri susdurmaq üçün onlara paketlər paylanır. Hazırda Ermənistan klanına başçılıq etmək istəyən Əli İnsanova ona görə hörmət edirəm ki, o, vaxtilə məhkəmədə dedi ki, “biz məmurlar 30 faizə işləmişik, oğurladığımızın 30 faizini götürmüşük, qalan faizini prezident aparatına vermişik”. Əli İnsanovun cəsarətinə bərəkallah. Amma nazir olanda vərəmli xəstələrə ümümdünya səhiyyə təşkilatı tərəfindən havayı verilən dərmanları satdırıb, qızdırma içərisində qan qusaraq ölən kasıb xəstələrə rəhm etməyən bir həkimin yenidən hakimiyyətə qayıtması təssəvvür edin nə deməkdir. Əli İnsanov nazir olanda mən jurnalist kimi dəfələrlə onun kabinetində olmuşam, müsahibə almışam. Bildiyim çox faktlar var. Yenidən müsahibə versə, faktları onun üçün xırdalayaram. Bir faktı deyim ki, Əli İnsanov nazir olanda mən baxıdım ki, tibb işçilərinini əksəriyyəti Müsavat Partiyasının üzvləridir. YAP rəhbərlərindən olan Əli İnsanovun buna necə yol verdiyini başa düşmürdüm. O vaxt guya Müsavat ən qatı müxalifətçi (“ana müxalifət “) idi, halbuki məsələn, İslam Partiyasının üzvü, yaxud mütəllibovçu olan bir tibb işçisini dərhal cəhiyyə sistemindən qovardılar. Bu gün məlum olur ki, hələ o vaxtdan Ermənistan klanı Müsavatı gələcək hakimiyyəti üçün təşkilatlandırırdı. Bu gün Əli İnsanov tələb qoyur ki, onun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası, AXCP, Müsavat və Milli Şura birləşərək Müvəqqəti Hökumət yaratsın və İlham Əliyev hakimiyyəti onlara versin. Milli Şurada 5-10 nəfər AXCP və Müsavat üzvlərindən başqa heç kim yoxdur. Vaxtilə zəkasına və vətənpərvərliyinə çox inandığım bir siyasətçi demişdi ki, Ermənistan klanının növbəti lideri Əli Kərimli olacaq. 25 il bundan əvvəl deyilən söz bu gün özünü doğruldur. Əli Kərimovda liderlik keyfiyyətləri çoxdur. Dərin savadı olsa da, mən onun çox yalanlarını dərk edirəm, bəzi pafoslu çıxışlarındakı qeyri-səmimiliyi hiss edirəm. 50 il hakimiyyətdə möhkəmlənmiş, varlanmış, hazırda dövlət vəzifələrinin 90 faizini tutan ermənistanlılar qərbə arxalandıqları üçün Rusiyaya qalib gələ bilməzlər. Onlar düz deyirlər, Rusiya Azərbaycanı özünün bir quberniyası hesab edir. Rusiya qərbə üz tutan Gürcüstanı, Ukraynanı, Moldovanı və başqalarını torpaqla, etnik münaqişələri qızışdırmaqla necə məhv edirsə, bizi də elə cəzalandırır. Qazaxıstan, Türkmənistan, Rusiya ilə əvvəlki münasibətləri saxladı, torpaq itirmədi, bu gün çörək dalınca ölkəsini tərk edən bir qazaxa, bir türkmənə rast gələ bilməzsiniz. Müstəqilliyə gələndə, onlar daha çox müstəqildirlər. Bizdə qərbə üz tutanların məqsədi xalqın güzəranını yaxşılaşdırmaq deyil, sadəcə olaraq, onlar hakimiyyətə gəlmək üçün dayaq axtarırlar. Rusiya onlara bu dəstəyi versə, dərhal soyadlarını da dəyişərlər. Üzdə olan qaraqışqırıqçılara baxmayın, bu gün 90 faiz sadə xalq ümid yeri kimi Rusiyaya baxır. İndiki milyonçu məmurlarımızın savadsız ata-babaları Rusiyanın həyata keçirdiyi sosialist inqilabı nəticəsində savadlandılar, yüksək vəzifə əldə etdilər, əvəzində onlar da, övladları da, həm inqilaba, həm Rusiyaya qarşı nankorluq etdilər. Vəzifəyə gəlmək üçün rüşvətlə Kommunist Partiyasına üzv olanlar kommunist biletlərini yandırıb şou düzəltdilər. Nankorun axırı yaxşı olmur. Rusu, ermənini, İranı söyən deputatlardan, ziyalılardan, jurnalistlərdən soruşuram, erməni bizə deyir ki, hərbçini orduya rüşvətlə götür? Hərbiyə işə düzələnlərdən 2-3 min manat arası rüşvət alırlar. Bu pulu sələmlə götürən hərbçilər borcdan çıxa bilmirlər. Özümüz ordunu talan edəcəyik, Türkiyə gəlib torpaqlarımızı azad edəcək?Rus bizə deyir ki, melorasiyaya ayrılan pulu oğurla, kənd əhalisi əkin-biçinlə, heyvandarlıqla məşğul ola bilməsin? İran bizə deyir ki, şikəstlərə müavinət vermək üçün onlardan rüşvət al. ABŞ bizə deyir ki, hər ay mafiyadan konvert alıb milləti sat? Ay təyinatlı deputatlarımız, Çingiz Qənizadə kimi işverənlik edib mandat alan (Gültəkin Hacıbəyli və Natiq Ədilov dedi) deputatlarımız, təqaüd yaşı qaldırılanda hansınız etraz etdiniz?Avropanı, İranı, Turanı söyməyin, öz murdar nəfsinizi söyün.
Prezident İlham Əliyev xalqa müraciət edərək dedi ki, məmurlar öz əkinlərini sulayırlar, qara camaata su vermirlər. Belə faktlar olarsa, vətəndaşlar prezidentə siqnal versinlər. Mən prezidentə siqnal verirəm. 25 ildir Hacıqabulda 3 hektarlıq bağ salmışam. Ağaclarım susuzluqdan quruyur. İki-üç il bundan əvvəl Paşa holdinq bizim sahənin yaxınlığında min hektarlarla torpaq sahəsi götürdü, hər il ora taxıl, qarğıdalı əkir. Paşa holdinq o torpaqları götürən kimi dövlət hesabına 0 torpaqlara müasir arxlarla su çəkildi. O sudan yerli əhaliyə, o cümlədən mənə pulla da verilmir. Susuzluqdan əhali bir dəstə göyərti əkə bilmir. Yem baha olduğundan heyvandarlıqla məşğul olmaq mümkün deyil. İmkanı olan rayonu tərk edir. Paşa holdinqin yaxınlığında rayonun Muğan qəsəbəsi yerləşir. Bu qəsəbənin sakinləri su ilə bağlı etiraz aksiyası keçirdilər, əhəmiyyət verən olmadı. Yay fəslini Şamaxının Qızmeydan kəndində keçirirəm. Bu dağ kəndində bir neçə ildir quyular quruyub. Əkindən söhbət gedə bilməz. Mal-qara acından, susundan əziyyət çəkir. Kənd adamları deyirlər ki, acından-susuzluqdan əziyyət çəkən mal-qaranın çoxu bu il qısır qaldı, bala vermədi. Kənddə su probleminin həlli ilə bağlı müsbət heç nə gözlənilmir. Yeri gəlmişkən, kənddə min hektarlarla torpaqları ermənistanlı məmurlar (şaiyələrə görə Heydər Əliyevin qardaşı oğlu) icarəyə götürüblər, illik icarə haqqını vermirlər, torpaqlarda iş görmək adı ilə dövlətdən milyon manatlarla subsidiya alırlar, həmin torpaqları yerli mal-qara sahiblərinə icarəyə verib pulunu mənimsəyirlər. Bütün ölkə boyu bu proses gedir. Dənizi hasara alanlara qarşı da prezident ölçü götürmür. Amma rayonlarda və kəndlərdə təzə ailələrə rüşvətsiz bir sot torpaq sahəsi verilmir ki, onlar özlərinə bir otaqlı daxma tikib təsərrüfat qursunlar. Buna görə də ata yurdunda bir-birinə bitişik daxma tikən övladlar bəzən bir sot torpaq üstündə bir-birini öldürürlər. Milyon hektralarla torpaqlarımızın istifadəsiz qaldığı bir vaxtda bir sot torpaq şəhid ailəsinə belə rüşvətsiz verilmirsə, bir təpəyə görə xalqın övladlarını niyə ölümə verirsiniz? Bu cür idarəçiliklə dünyanın bütün torpaqlarını bizə versələr də, yenə ac qalacağıq, çünki 5-10 adam o torpaqları da qamarlayıb deyəcək ki, onundur.
Hazırda yoxsul təbəqənin ən çox arzusunda olduğu uşaq pulu haqqında onu deyə bilərəm ki, məmurlar buna heç vaxt razı olmayacaqlar. Çünki onlar uşaq pulundan oğurlaya bilməyəcəklər. Məmurlar kasıb təbəqəyə verilən sosial yardımın 50 faizini mənimsəyirlər, verdikləri mal-qaradan, mənzildən, maşından çoxlu gəlir əldə edirlər. Ona görə də kasıblara bu formada yardım edirlər. Uşaq pulu berməyə o vaxt razı olarlar ki, məmurlar özləri o puldan daha çox qazanc götürə bilsinlər.
Hazırda siyasətçilər, jurnalistlər, hüquq müdafiəçiləri, ziyalılar bölünüblər. Bir hissəsi Ermənistan klanını, bir hissəsi Paşayevlər klanını müdafiə edir. Kimin xeyri hardan çıxırsa, o tərəfi müdafiə edir. Hansısa klanı, şəxsi müdafiə edib aldanmaq, məyus olmaq mümkündür. Hər iki klanı tənqid edib, xalqın marağından çıxış edən şəxs heç vaxt yanılmaz, məyus olmaz.
Mən bir neçə aydır ki, İmpuls YOUTUBE kanalı açmışam. Problemlər barədə kanalda verilişlər yayımlamağı palnlaşdırıram. Oxucularımdan xahiş edirəm reklam işində mənə kömək etsinlər.

Yenilənmişdir Şənbə, 08 Avqust 2020 10:05
каталог фаберлик на сайте faberllena.ru
народная медицина