DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Əlil rəfiqəsini boğub öldürən qadına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini qətlə yetirməkdə ittiham olunan Sevinc Hüseynovanın işi üzrə proses yekunlaşıb. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekunu olaraq, Sevinc Hüseynova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il martın 29-da Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yaşayan Yasəmən Salıyeva mənzilində ölü tapılıb. Qadın kapron corabla boğularaq qətlə yetirilib. Hadisədən bir gün sonra Yasəmən Salıyevanı öldürən Sevinc Hüseynova könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gedərək təslim olub.
Məhkəmə prosesi zamanı hadisə şahidləri Yasəmən Salıyevanın Qarabağ müharibəsi iştirakçısı olduğundan məhəllədə bir qədər ağır qadın kimi tanındığını deyiblər. III qrup əlil olan mərhum müharibədən sonra taksi sürməklə məşğul olub.
Onu da qeyd edək ki, "vesti.az" saytı qətllə bağlı təfərrüfatlardan bəhs edərkən Yasəmən Salıyeva ilə Sevinc Hüseynovanın rəfiqə olmaqla yanaşı, həm də cinsi azlıq nümayəndəsi olduqlarını yazıb. Elə hadisənin də bu səbəbdən baş verdiyi bildirilib.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина