DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Müttəşəkkil silahlı dəstə zərərsizləşdirilib

Onlardan xeyli çəkidə narkotik vasitələr də aşkar edilib

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən daha bir uğurlu əməliyyat keçirilib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsində, saxlanılması, daşınması və gəzdirməsində, habelə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə , yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin daşınması hüquqazidd əmələrinin törədilməsində şübhəli bilinən bir qrup şəxs tutulub.
Həyata keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Aftandil Ağadadaş oğlu Mehdiyev, Zaur Ağadadaş oğlu Mehdiyev, Rauf Nicat oğlu Mirzəyev və Namiq Məmməd oğlu Həsənov cinayət başında yaxalanıblar. Onların yaşadığı mənzillərə və üzərilərinə keçirilmiş baxış nəticəsində 2 ədəd “Makarov” tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd “Naqan” markalı Revoler tapança və ona aid 5 ədəd patron tapılıb. Eyni zamanda 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş, digər qiymətli metallardan hazırlanmış zinnət əşyaları , küllü miqdarda narkotik vasitələr: heroin , tiryək, qurudulmuş marixuana və psixator maddə olan diazeram aşkar edərək götürülüb.
Rəsmi məlumata görə bütün bu faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsındə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı) 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən küllü miqdarda narkotik vasitələri əldə etmə, daşınma , saxlama və ya satma ) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələri , döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşınma və gəzdirmə ) maddələri ilə cinayət işi başlanılıb. Tutulan şəxslər təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçib. Araşdırmalar davam etdirilir.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина