DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


“Super” talançı – oğru

Həm də “təçrübəli”  cibgir tutuldu

Bakıda sil-silə oğurluq və talançılıq etmiş şəxs tutulub. Bakı şəhəri Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri A.İsmayılov küçəsində Gülnar Əzizovaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini 1985-ci il təvəllüdlü Şahlar Şahbazov tutulub. 29 yaşlı şübhəli şəxsin ətrafında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, o eyni zamanda Bakı şəhər sakini Solmaz Abdullayevanın əl çantasından 2000 manat, A.İsmayılov küçəsində Aytəkin Sultanovaya məxsus əl çantasından 650 manat şəxsi sənədləri, Ü.Mürsəlov küçəsində yaşayan Rəşad Ələsgərova məxsus mənzildən küllü miqdarda qızıl –zinnət əşyalarını, bir müddətdən sonra Xanlar küçəsində yaşayan Səbinə Babayeyevanın evindən 500 manat pul, qızıl-zinnət əşyaları və foto-aparat, yenə də Y. Mürsəlov küçəsində Bəsirə İlyasovanın mənzilindən pəncərədən keçməklə 480 manat, mobil telefon bundan başqa E. Əzizov küçəsinin sakini Ramil Aslanovun evindən qapısının kilidini qıraraq 

500 mahat pul, 1 ədəd qızıl üzük və elektrik cihazlar, həmçinin Bibiheybət döngəsində yaşayan Rəsul Rəsulovun evindən açıq qapıdan keçməklə elektrik cihazları oğurlamaqla talançılıq əmələrini törədib. O, da müəyyən olunub ki , Şaahlar Şahbazov təkcə mənzilləri talamaqla kifayətlənməyib. Belə ki, o 207 saylı xətt avtobusunda, Bakı şəhəri sakini Adil İmanovun cibindən 900 manat və Lerik rayon sakini İmran Şahıyevin cibindən isə 850 manat pulu cibgirlik yolu ilə mənimsəyib. Məlum olan faktlarla bağlı cinayət işi açılıb və talançının digər əməlləri araşdırılır.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина