DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Kollec tələbələri bir-birini bıçaqladı

Qız üstündə qan axıtdılar

Bakıda ağır cinayət hadisəsi baş verib. Xətaii Rayon Polis İdarəsindən verilən məlumata görə bu qanlı olay rayonun Nadir Əhmədov küçəsi, 26 ünvanında yerləşən 64 saylı tam orta məktəbin həyətində qeydə alınıb. Hadisə zamanı Bakı şəhər sakini 1996-cı təvəllüdlü Şahin Əliyəddin oğlu Əliyev aralarında yaranan münaqişə zəmnində, həmyaşıdı və paytaxt sakini Elmar İmran oğlu Novruzova bıçaqla çox saylı xəsarətlər yetirib. Elmar Novruzov ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər cərahiyyə əməliyyatı apardıqdan sonra zərərçəkən gənci reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətin ağır olduğu bildirilir. Xətai Rayonun hüquq –mühafizə orqanları hadisəni törədən Şahin Əliyevi həbs ediblər. Məlumata görə, yaralı gənc- Elmar Novruzov Bakı Malliyə İqtisad Kollecinin tələbəsidir. Həmyaşıdlar arasında baş verən qanlı münaqişənin qız üstündə baş verdiyi bildirilir. Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin 126 –cı (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi balanıb. Xatırladaq ki, buna bənzər daha bir hadisə Bakı şəhəri, Nəsimi rayonunda metronun “Memar Əcəmi” stansiyasında baş vermişdi. İki gənc arasında baş verən mübahisənin sonu qanla bitmişdi. Belə ki, Bakı Texniki-Rabitə Kollecinin soy – adı bildirilməyən tələbəsi , tələbə yoldaşı olan qızla tanımadğı öğlanı görüb və qızdan uzaqlaşmağı tələb edib. Ancaq həmin gənc qızdan aralanmayıb və qızın “sevgılısı” olduğunu bildirib. Bu, zaman tələbə gəncə yaxınlaşıb, üstündə gəzdirdiyi bıçaqlayıb və oradan uzaqlaşıb. Yaralı gənci isə, ağır vəziyyətd Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun üzərində cərahiyyə əməliyyatı apardıqdan sonra, vəziyyəti ağır lduğu üçün reanımasiya şöbəsində yatdırıblar. Qeyd olunur ki, bıçaqlanan gəncin atası hüquq – mühafizə orqanlarında çalır və Bakı şəhərindəki Rolis Bölmələrdən biri ndə rəis işləyir. Ancaq, bu barədə rəsmilər tərəfindən məlumat vermyib. Nəsimi polisinin keçirdiyi müvafiq tədbirlər nəticəsində gənci bıçaqlayan tələbə tutulub və barəsində cinayət işi acılıb. Araşdırmalar aparılır. Əldə etdiyimiz daha bir bilgiyə görə, həmin tələbə üstündə baş verən ikinci bıçaqlamadır. Faktla bağlı Nəsimi RPİ-də, Cinayət Məcəlləsinin müvafiq maddəsi cinayət içi açılıb və istintaq apaqılır.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина