DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Əməkdar artist: "Hər fürsətdə ürəyimi qanatdı..."

Əməkdar artist Gülüstan Əliyevanın Milli.Az-a müsahibəsi.

- Gülüstan xanım, adınıza uyğun olaraq, özünüzü bu dünyada gülüstanda hiss edirsiniz?
- Bu hal həmişə olmur. Çünki düşünürəm ki, həyatımızda başqa rənglər də var. İnsan hərdən özü də nələrəsə rəng qatmalıdır.
- Bu vaxta qədər nədən tam doymadınız?
- İstirahətdən. Bütün həyatım xroniki yorğunluq və “bu gün də keçsin, dincəlim” kimi bir şüarla keçir.
- Mübarizə aparmaq əzminiz tez-tez qırılır?
- Həyat başdan-ayağa mübarizədir, deyirlər. Bu fikirlə razılaşmaq olar. Mən də mübarizə aparmışam, indi də aparıram. Ancaq şükürlər olsun ki, mübarizə əzmim heç bir vaxt qırılmayıb.
- Müqavimətiniz güclüdür, yoxsa müvazinətiniz?
- Zənnimcə, müqavimətim daha güclüdür.
- Hansı insanlara haqq qazandırırsınız?
- Dürüst, səmimi və zəhmətkeş insanlara haqq qazandırıram və onları təqdir edirəm.
- Aylarla təsirində qaldığınız rol olub?
- “Leyli və Məcnun”, bir də fransız filmi var - “Köhnə tüfəng".
- Hər səhər yuxudan qalxanda ağlınıza gələn ilk fikir hansı olur?
- Hər səhər oyananda düşündüyüm bu olur ki, görəsən, oğlum necədir?
- Fələyin tərs üzünü görmüsünüz?
- Siz düşünə biləcəyinizdən də çox görmüşəm...
- Sizi nə çaşdıra bilər?
- Həddindən artıq işim olanda, yaxud da “yüklənəndə” çaş-baş düşürəm. Bəzən, həqiqətən də, inanılmaz dərəcədə yorğun oluram.
- Sizin üçün nə nəyin yerini vermir?
- Mən həmişə bir şeyi düşünmüşəm və qərara gəlmişəm ki, gedənlərin yerini heç kim və heç nə verə bilməz. Çünki var-dövlət əldən çıxsa, onu yenidən qazanmaq olar. Amma dünyadan köçən insanları heç cür geri qaytarmaq mümkün olmur.
- Gülüstan Əliyeva üçün ən qorxunc olanı nədir?
- Doğru olduğum halda yalançı, ya da anlaşılmaz vəziyyətə düşmək mənim üçün dəhşətli bir hal ola bilər.
- Yaxın zamanlarda tamaşaçılarınızı hansı yeniliklərlə sevindirəcəksiniz?
- Keçən mövsümdə “Əsli və Kərəm”i oynadım. Bu mövsüm də yenidən daha parlaq obrazlarla tamaşaçıları sevindirəcəm, inşallah.
- Sonda ürəyinizdən nə demək keçir?
- Həyat, mənə nə qalmadı sanatdın?
Qırx ildir ki, sualınam, sorğunam.
Hər fürsətdə ürəyimi qanatdın,
Bir ömürdür fikirliyəm, yorğunam...

каталог фаберлик на сайте faberllena.ru
народная медицина