DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Meyxanaçı Samirə: “Həyat yoldaşım oynadığı yerdə dünyasını dəyişdi”

Meyxanaçı Samirə Yusifqızı “Ay Zaur” verilişini evində qonaq edib. 

O, ailəsindən, həyat yoldaşından bəhs edib: “Özümü naxışlı müğənni saymıram. Üç il Ərəbistanda yaşamışam, müğənni kimi çalışmışam. Ərəbcə, farsca oxuya bilirəm. Bircə dəfə ailə qurdum, həyat yoldaşım rəhmətə getdi, iki övladım var. Oğlumu evləndirib, qızımı köçürmüşəm. Oğlumun ailəsi alınmadı. İnşallah, ikinci olar. Nənəyəm. Həyat yoldaşım toyda oynadığı yerdə qəfildən dünyasını dəyişdi. 11 il ailəli oldum. 30 yaşımdan dulam, heç vaxt ikinci dəfə ailə qurmaq haqda düşünmədim. Uşaqlarıma yad kişinin atalıq etməyini özümə sığışdırmadım”.
Sürətli avtomobil idarə edən S.Yusifqızı “Çox hövsələsizəm, dilim pisdir. Görəndə ki, biri düz sürmür, söyürəm. 20 ildir sükan arxasındayam”, - deyə bildirib.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина