DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Yusif Mustafayev: "Heç vaxt maşın satmamışam"

Tanınmış müğənni Yusif Mustafayevin Milli.Az-a müsahibəsi.

- Yusif müəllim, sənətinizdə hansı yeniliklər var?
- Nələrsə etməyə çalışırıq, axtarırıq, arayırıq.
- Hazırda məhərrəm ayıdır, toylar yoxdur. İndi əksər müğənnilər səsyazma studiyalarına üz tuturlar, yeni mahnılar yazdırırlar. Siz bu imkandan necə istifadə edirsiniz?
- Hazırda Bakıda deyiləm, sanatoriyada istirahətdəyəm. İstədim ki, toyların olmamağından istifadə edib bir az dincəlim. Çünki sənət adamı istirahət etməsə, işləyə bilməz. İnşallah, istirahətdən qayıdandan sonra yaradıcılıq işləri ilə məşğul olacağam.
- Sanki sənət aləmindən də, şou-biznes əhlindən də həmişə kənar gəzirsiniz. Belə etməyinizin səbəbi nədir? Bu, məqsədli şəkildədir, yoxsa xasiyyətiniz belədir?
- Yox, elə belə yaxşıdır.
- Niyə?
- Bunu həmişə demişəm ki, istəyirsən, dinc olasan - dinc otur.
- Sizi çox vaxt xalq artisti Teymur Mustafayevlə “qohumlaşdırırlar”. Hansısa qohumluq əlaqəniz varmı?
- Sənət aləmində qohumum var, amma bu, Teymur Mustafayev deyil. Müğənni Elçin Hüseynov mənim qaynımdır, yoldaşımın qardaşıdır. Teymur müəllimlə isə sadəcə, soyadlarımız eynidir. Heç bir qohumluğumuz yoxdur. O, Cəlilabadın Alar kəndindəndir, mən isə Hacıismayıl kəndindənəm. Elçin Hüseynovla isə eyni kənddənik, əvvəldən də qohumuq.
- Konsert vermək planınız varmı?
- Gəlin belə danışaq da. İndi harada, kimə konsert verəcəyəm? Əvvəl konsertə tələbat var idi, amma indi yoxdur. Konsert böyük xərc tələb edir. Əgər normal, səviyyəli, həm tamaşaçının, həm də özünün razı qalacağın konsert vermək istəyirsənsə, heç olmasa, 20-30 min pul xərcləməlisən. Bəlkə, kimlərsə düşünə bilərlər ki, konsert verməməyim yaşla əlaqədardır. Amma qətiyyən bunun yaşla əlaqəsi yoxdur. Əksinə, indi daha püxtələşmişəm və konsert verməyə hazıram.
- Bir müddət öncə Bakıda fəaliyyət göstərən restoranların biriylə bağlı xoşagəlməz xəbərlər yayıldı, sizin və qaynınız Elçin Hüseynovun adı hallandırıldı. Hazırda o məsələ ilə bağlı vəziyyət nə yerdədir?
- Ora qayınlarımın obyektidir, mənim deyil. İnanın səmimiyyətimə, onlara şər atırlar. Yazdılar ki, guya həmin obyektdə əxlaqsızlıq yuvası saxlanılır. Amma o məkanı bütün sənət adamları, musiqiçilər tanıyırlar. Bu, insanlara şər atmaq, qara yaxmaq cəhdidir.
- Elə sənət adamları tanıyıram ki, yetərincə yaxşı imkana malikdirlər, qardaşları, bacıları isə yataqxanada yaşayırlar. Amma eşitdiyimə görə, siz mütəmadi olaraq qohumlarınıza maddi kömək edirsiniz...
- Belə şeylər hökmən lazımdır. Nə varsa, hamımız batırıb yeməliyik. Ata-anamızdan belə görmüşük. Mən gedim çəkim qabağıma, yeyim, bacım-qardaşım ac qalsınlar? Fikrimcə, mən onu uzun müddət yeyə bilmərəm. Ağıllı insan belə etməlidir. Şəxsən elə insanlara nifrət edirəm ki, nəyi var çəkir qabağına, ətrafından, bacı-qardaşından xəbəri olmur.
- Doğrudurmu ki, aldığınız avtomobilləri bir müddət sürəndən sonra bacınız, yaxud qardaşınız uşaqlarına hədiyyə edirsiniz?
- Çox maraqlıdır ki, bu məlumatları haradan almısınız? Sual verməsəydiniz, bu barədə heç vaxt danışmazdım. Amma düz deyirsiniz ki, heç vaxt maşınlarımı satmamışam. Almışam, qardaşıma, qardaşoğluna, yeznəyə, əmiyə, dayıya vermişəm. Bilirəm ki, qardaşımın ehtiyacı var, edirəm.
- Sənət adamları efirlərdə tez-tez malikanələrini, bahalı avtomobillərini nümayiş etdirirlər. Sizcə, bu nə dərəcədə doğrudur?
- Siz dediklərinizi mən də tez-tez efirdə görürəm. Maddi imkanını, bahalı avtomobilini, villanı efirdən sadə vətəndaşlara nümayiş etdirmək qətiyyən doğru deyil. Birincisi, ona baxan və ehtiyac içərisində yaşayan nə qədər insan var. Həmin an o insanların hansı hisslər keçirdiyini düşünün. Şəxsən mənim evimi neçə dəfə çəkmək istəyiblər. Evin birinci pilləkənini çəkəndə demişəm ki, buradaca çəkilişi dayandırın. Hətta oğlumun toyunun çəkilməyinə də icazə vermədim. Bilirsiniz, hər gözdə bir nəfs var. Mən niyə kiməsə yanmışlıq verməliyəm? Varındır, özünə qismət. Bəlkə, biri sənə baxıb həsəd aparır. Deyim ki, həsəd çox pis hissdir. Həm də bu, özünü camaatdan ayırmaq, onlardan üstün tutmaq kimi çıxır. İnanın səmimiyyətimə ki, mən kasıb toyuna gedəndə kasıbyana geyinirəm. Nisbətən imkanlı adamın məclisinə gedəndə çalışıram ki, daha yaxşı geyinim. Sənətçi cəmiyyətə nümunə olmalıdır. Verən də Allahdır, alan da. Elə etməlisən ki, sabah Allah sənə verdiklərini əlindən alanda insanlar sevinməsinlər.
- Yusif müəllim, prodüseriniz var?
- Yoxumdur.
- Sizcə, olmamalıdır?
- Nə bilim. Bəlkə, köhnə quruluşun adamları olduğumuza görə yoxumdur. Bizdə elə şey olmayıb. Heç vaxt elə şeylə maraqlanmamışam. Məsələn, bilirəm ki, dostum Baloğlan Əşrəfovun da prodüseri yoxdur. Nəinki Baloğlanın, köhnənin oxuyanlarının əksəriyyəti prodüsersiz işləyir, işlərimizi özümüz həll edirik.
- İşlərinizi özünüz tək çatdıra bilirsiniz?
- Çatdırırıq. Gərək adam əziyyət çəkə. Təkcə oxumaqla iş bitmir. Əziyyət çəkəndə, işlərinlə şəxsən məşğul olanda nəyi necə etdiyini bilirsən.
- Bəlkə, prodüseriniz olmadığına görə efirlərə az-az çıxırsınız, yeni mahnılar yazdırmırsınız?
- Bəlkə, olsa, daha yaxşı olardı. Amma əvvəldən olmayıb. Prodüseri olanları alqışlayıram. Məncə, sənətə indi başlasaydım, mənim də prodüserim olardı. Çünki gənc ifaçı üçün prodüserin olmağı çox vacibdir. Biz belə vərdiş etmişik də.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина