DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


"Efirdə oxumağıma, oynamağıma görə məni qısqanır…" - teleaparıcı ərindən danışdı

Tanınmış teleaparıcı Lamiyə Ələkbərovanın milli.az-a verdiyi müsahibəsini təqdim edirik

- Lamiyə xanım, 10 il Dövlət Televiziyasında, 9 il də Lider TV-də. Bu, az müddət deyil. Maraqlıdır, başqa televiziya kanallarından dəvət almamısınız, yaxud da özünüzün işləmək istəyiniz olmayıb.
- Mən, əslində, dəyişkənliyi xoşlayan bir insanam. Amma mənim üçün əsas məkan yox, işin keyfiyyətidir. Hələ ki, öz yerimdəyəm. İşimdən də məmnunam. Gələcəkdə nə ola biləcəyini deyə bilmərəm. Həyatdır, hər şey ola bilər (gülür).
- Məsələ burasındadır ki, aparıcısı olduğunuz layihələr bir səpkidə - dəblə, həyat tərzi və s. ilə əlaqəli olur. Başqa formatda veriliş aparmaq ürəyinizdən keçmir?
- Sözügedən layihələrdə çalışmaq təkcə mənim istəyim deyil. Burada rəhbərliyin də rəyi önəmlidir. Onların məsləhətlərindən çox şey asılıdır. Onu da deyim ki, mən öz sahəm üzrə hər biş işi bacarmağa qadir bir insanam. Mənə həvalə olunan işin öhdəsində maksimum dərəcədə gəlmişəm, inşallah, bundan sonra da belə olar.
- Peşəkar bir aparıcı kimi nəzər saldıqda indiki aparıcılarda hansı çatışmayan cəhətləri görə bilirsiniz?
- Çox təəssüflər olsun ki, hal-hazırda düzgün danışa bilməyən, səhnə mədəniyyəti olmayan, geyim tərzini bilməyən aprıcılar var. Mən kənardan baxanda bu çatışmazlıqlar gözümə asanlıqla çarpır.
- Onda deyin görək peşəkar aparıcı üçün tələb olunan kriteriyalar hansılardır?
- Hər bir aparıcının Dövlət Mədəniyyət və İncəsənət Univeristetini bitirməyi əsas şərtdir. Çünki orada səhnə danışığı və davranışı təlim edilir. Bu, aparıcılığa gedən yol üçün başlıca amildir. Bundan başqa, burada geyim, qrim, nitq və s. nüanslar da əsas rol oynayır.
- Siz elə də açıq-saçıq geyimlərdən istifadə edən aparıcılardan deyilsiniz. Bu təbiətinizə ziddir, yoxsa efirdə vulqar görünməkdən ehtiyat edirsiniz?
- Düşünürəm ki, qısa və ya açıq geyinmək üçün hər bir xanımın bədən quruluşu buna imkan verməlidir. Mən də qısa geyinirəm bəzən. Mənə elə gəlir ki, bu, məndə vulqar görünmür. Çünki cüssəcə elə də kök deyiləm. Amma nisbətən dolu olan xanımlara qısa ətəklərdən istifadə etmək yaraşmır. Bu, mənim subyektiv fikrimdir.
- Həyat yoldaşınız sakit təbiətli bir insan kimi görünür. Doğurdanmı, zahirdə göründüyü kimidir, yoxsa?.. Məsələn, onun qısqanclıqları ilə tez-tez rastlaşırsınız?
- Hamı kənardan göründüyü kimi olmur bəzən. Qısqanclıqları olur. Zaman-zaman geyimimə, efirdə oxumağıma, oynamağıma görə məni qısqanır.
- Övladlarınızın da damarından “incəsənət qanı” axır?
- Böyüyəndə incəsənətə meyl hiss etməmişəm. Ancaq kiçik övladımda musiqi duyumunu sezmişəm. Lakin istəmərəm ki, incəsənət adamı olsun. İstərdim ki, yaxşı bir peşənin sahibi olsunlar. Olsa-olsa, tarda ifa etməyi bacarmaqlarını istəyərəm. Çünki babaları da tarzən olub.
- Ümumiyyətlə, xasiyyət baxımından kimə oxşayıblar? Daha çox atalarına, yoxsa sizə?
- Daha çox babalarına çəkiblər. Amma ümumilikdə götürsək, xarakterlərində həm mənə, həm də atalarına oxşarlıqları var.
- Bir qadın olaraq bu suala necə cavab verərsiniz? Qadın həyatda nə istəyir?
- Qadın həyatda xoş söz, qayğı, tumar və s. istəyir. Mən belə düşünürəm.
- Siz özünüz bu sadaladıqlarınızı lazımınca görmüsünüz?
- Xeyr. Özümü tam xoşbəxt görmürəm. Mənim da tam olaraq ala bilmədiklərim var.
- Hal-hazırda toylara ən çox gedən aparıcılardan sayılırsınız. Maraqlıdır, bu “bazar”ı necə ələ ala bilirsiniz?
- Biz kütlə ilə işləyən insanlar olduğumuz üçün özümüzü həmişə yaxşı tərəfdən göstərməyə çalışırıq. Məni bəyənməyənlər, yəqin ki, öz məclislərində məni görmək istəməzlər. Bunun üçün xüsusi heç nə etmirəm. Sadəcə olaraq, necə deyərlər, “toydan toy tuturam” (gülür).
- Sizi “biznes-ledi” adlandırmaq olar?
- İnanın mənə, heç bir biznesim yoxdur. Ümumiyyətlə, buna nə zamanım, nə də həvəsim yoxdur.
- Öz nöqsanlarınızı su kimi şəffaf görürsünüz, yoxsa “dumanlı”?
- Tam aydın görməyi bacarıram. Hər dəfə çəkilişdən sonra özümə baxanda, bəzən nələrinsə yaxşı alınmadığının şahidi oluram.
- Hal-hazırda hansı yeniliklər üzərində çalışırsınız?
- Bilirsiniz ki, mən bir çox layihələrin rəhbəriyəm. Eyni zamanda, bəzi müğənnilərin konsert proqramlarını təşkil edirəm. Təşkilatçılıq işlərində fəalam. Bu yaxınlarda bir-iki müğənninin konsert proqramını təşkil etməyi planlaşdırıram. Çox az qalıb. Bir müddətdən sonra ictimaiyyətə açıqlama verəcəyəm.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина