DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Nazir 5 mindən çox vətəndaşa mənzil verəcək

2015-ci ildə bu şəxslərin avtomobillə təminatı davam etdiriləcək

Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində hazır yaşayış binaları alınıb və həmin mənzillərin sənədləşmə işləri artıq yekunlaşıb və yaxın günlərdə əlillərə və şəhid ailələrinə verilməsi prosesinə start veriləcək.
2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslər qarşıdakı 4 il ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin olunacaqlar.
Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 18-də Yevlax rayonunda vətəndaşların qəbulu zamanı məlumat verib.
Onun sözlərinə görə, İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən hazırda 52 rayonda 353 ədəd fərdi evin inşa edilib.
S.Müslümov qeyd edib ki, “cari ilin əvvəlinədək növbədə dayanan müharibə əlillərinin (ümumilikdə 1453 nəfər) qısa müddətdə bir nəfər kimi avtomobillə təmin olunması, nəqliyyat vasitəsi ilə bağlı müraciətlərin artmasına səbəb olub. Lakin burada qanunvericiliyin tələblərinə ciddi riayət olunur və il ərzində müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib”.
“2015-ci ildə bu şəxslərin avtomobillə təminatı davam etdiriləcək”- deyə, nazir bildirib.

Yenilənmişdir Cümə axşamı, 18 Dekabr 2014 18:18
каталог фаберлик на сайте faberllena.ru
народная медицина