DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ƏSABİL QASIMOBUN TAXIL BİZNESİ

metanetMətanət Əliyeva

Hazırda dünya müsəlmanları Məhəmməd Peyğəmbərin xəlifə Yezidin göstərişi ilə qətlə yetirilmiş nəvəsi İmam Hüseynə yas saxlayır, göz yaşları tökür. Məsəl var, deyir yüz dəfə imam üçün ağlayanda bir dəfə də Yezid üçün ağla. Mən yazılarımda ölkədəki acınacaqlı vəziyyət görə həmişə prezident İlham Əliyevi günahkar bilmişəm, bu dəfə digər məmurlardan yazmaq istəyirəm. Hamı bilir ki, ölkədə taxıl idxalı monopoliyadadır. Taxılın ölkəyə gətirilməsinə “Karat holdinq”ə rəhbərlik edən (deyəsən, həm də deputatdır) Əsabil Qasımov adlı iş adamı rəhbərlik edir. Qeyri-rəsmi olaraq Əsabil Qasımovun prezident adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı olduğu bildirilir. Sadə adamlar danışırlar ki, taxılın Azərbaycana idxalından hər il Əsabil Qasımov qeyri-qanuni yolla bir milyard manatdan artıq pul qazanır. Yəqin bu qədər pul əllərindən çıxmasın deyə Azərbaycanda torpaqların 70 faizi istifadəsiz qaldığı halda taxılçılığın inkişafına imkan vermirlər. Məsələn, Hacıqabul rayonunda min hektarlarla torpaq istifasdəsiz qalıb. Yaşlı nəsil danışır ki, Böyük Vətən Müharibəsi illərində Hacıqabul rayonunun bütün torpaqlarına taxıl əkilmişdi. Hacıqabulun boş torpaqlarının necə bölündüyünü bilmirəm. Onu bilirəm ki, heç olmasa bələdiyyə torpaqlarında taxıl əksələr bələdiyyə büdcədən pul gözləməz, özünün qazandığı puldan rayonun bərbad yollarını düzəldər, gündən-günə sayı artan narkomanlar üçün rayonda müalicə mərkəzi açar və sair. Bunun üçün yaxınlıqda yerləşən Kür çayından rayona su kanalı çəkmək lazımdır. Rayonda danışırlar ki, icra başçısı Əhməd Muxtarovun yeganə işi ayın sonunda bütün idarə və müəssisələrdən topladığı pulları diplomata doldurub Bakıya prezident adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə aparmaqdır. Rayon polisi narkotik satanları və oğurluq edib narkotik alan narkomanları tutmur, çünki onlardan alınan pullar da Ramiz Mehdiyevin diplomatına gedir. Əminliklə deyə bilərəm ki, bütün rayonlarda vəziyyət eynidir. Reytinq.az saytında oxudum ki, bir nəfər iş adamı şikayət edərək yazır ki, Əsabil Qasımovdan 850 min manat borc alıb və borcu qaytarsa da bütün var-dövləti əlindən alınıb. Maraqlıdır, bu qədər pul Əsabil Qasımovda haradandır? Onun sahibi olduğu “Karat holdinq” ildə dövlətə nə qədər vergi ödəyir? “Paşa holdinq” taxılın idxalında olan monopoliyanı Əsabil Qasımovun və onun himayədarının əlindən almaq üçün Hacıqabul da daxil olmaqla Göyçaya qədər bütün münbit torpaqları alaraq taxıl əkib. Bir ilin ərzində “Paşa holdinq”in torpaqlarına dövlət melorasiya idarəsi Kürdən su çəkdi, indi də Mingəçevirdən su çəkirlər. Yerli əhali isə 25 ildir susuzluqdan torpağını əkə bilmir. Mafiyalar bir-birilərini qırsınlar, Allah işlərini avand eləsin, amma yerli camaatı da yaddan çıxarmasınlar. Hacıqabul əhalisinə içməli suyu smartkart vasitəsilə sayğacla verirlər. Əhali nəinki pay torpağını əkə bilmir, həyətlərdəki 5-10 ağac da susuzluqdan quruyur. Bir neçə ildən sonra rayon səhraya çevriləcək. Rayonda iş yeri adında nazir Ramli Usubova məxsus bir kərpic zavodu, nazir Kamaləddin Heydərova məxsus bir Gilan metlax zavodu var. Yeri gəlmişkən, Bakının ən yaxşı yerlərində tikilən göydələnlər də nazirlərə məxsusdur, ən böyük pay sahibi “Paşa holdinq”lə Ramiz Mehdiyevdir. Halal xoşları olsun, bunları da verdik onlara. Heç olmasa Hacıqabulda yerli əhaliyə də sayğacla suvarma suyu versinlər, əhali yoncadan, arpadan əkib heyvandarlıqla məşğul olsun. Hacıqabul əhalisi tarixən heyvandarlıqla məşğul olub. Yem baha olduğundan indi bu iş ziyan gətirir. Rayonun bütün ərazisi əkilsə, əhali firavan yaşayar. Bizim ailənin də rayonda torpağı var. Mən özüm 20 ildir orada ağaclar əkmişəm, bu il ağacları maşınla su alıb suladıq. Mən peşəkar jurnalist olsam da 5 ildir işsizəm, təqaüd yaşım hələ çatmayıb. İşsiz, pulsuz adamın yaşaması artıq işgəncədir, ona görə də əksər əhali kimi mən də yaşamaqdan bezmişəm. Torpaqda işləməkdən ləzzət alıram. Suvarma suyu versələr həyat yoldaşımla rayona gedib təsərrüfatla məşğul olarıq. Yeri gəlmişkən, həyat yoldaşımın rəhbərlik etdiyi “Qaya” firmasından son iki il ərzində gömrük komitəsi 200 min manat qanunsuz pul almaqla firmanı çökdürüb. Həyat yoldaşım məhkəmələrə 10 min manat xərc çəkib Ali Məhkəmənin plenumuna qədər getdi. İşə rüşvətlə götürülən hakimlər ədalətli qərar çıxara bilməzlər. Rayonlardan gələn diplomatlara hakimlər də hər ay pul verməlidir. Hərdən biz vətəndaşlar möcüzəyə ümid edirik. Ümid qalırdı Avropa Məhkəməsinə. Orada da Xanlar Hacıyev rayonlardan gələn diplomatlardakı pullar hesabına hakimləri satın alır. Son illər Avropa Məhkəməsi Azərbaycanla bağlı bir şikayətə belə baxmır. Keçən il aşura günü Hacıqabul məscidində xalqı zəlil qoyan məmurları matəmə tapşırmışdım. İnsanlar hər şeydən ümidlərini itirdkləri üçün Allaha sığınıblar, ildən ilə məscidə gedənlərin sayı artır. Bu il bu çıxışımı matəm günlərində məsciddə etmək istəyirdim, eşitdim ki, Hacıqabul məscidində adamları həyətdə yığışmağa qoymayıblar, deyiblər ki, qadağan edilib. Hələ matəmin çıxmasına bir aydan çox vaxt qalıb, Allah mənim səsimi eşidər.
Bizim muzdlu siyasətçilər deyirlər ki, Rusiya ilə münasibətlərimiz çox yaxşıdır. Necə yaxşıdır ki, Azərbaycan Rusiya ilə heç bir ittifaqa girmir? İttifaqa girmirsə, Qarabağ münaqişəsi də həll olunmayacaq. Ordumuzun gücünü nümayiş etdirirlər ki, guya müharibə ilə torpaqları ala bilərik. Münaqişəni yaradan Rusiyanın qarşısında NATO dayana bilmirsə, bizim ordumuz nə edə bilər? Belə nağıllarla əhalinin başını qatıb Azərbaycan qazını da Avropaya satıb pulunu şəxsi hesablara yatıracaqlar. Xalqı aldadan muzdlu siyasətçilərə də tula payı düşəcək. Tula payı ilə eyş-işrət içərisində yaşayan siyasətçilər artıq çox şişib qudurublar. Bu hakimiyyətə pul lazımdır, Qarabağ yox. Rusiya hökuməti dövlət maraqlarından çıxış edərək Qarabağ münaqişəsini həll olunmağa qoymur. Bizim hökumət cib maraqlarından çıxış edərək nefti və qazı satıb pul qazanmaq üçün Rusiyanın rəqibi ABŞ və Avropaya müttəfiqlik edir, adını da qoyur ki, Rusiya ilə ittifaqa girsə, müstəqilliyimizi itirəcəyik. Guya ki, arvad-uşağını yiyəsiz qoyub Rusiyaya çörək dalınca gedən kişilərimizə, bədənini satmaq üçün Dubaya, Türkiyəyə gedən qadınlarımıza müstəqil dövlət çox lazımdır. Müstəqillik neftimizi, qazımızı satıb pulunu oğurlayan bir qrup adamdan başqa heç kimə xoşbəxtlik gətirmədi.
Yenə qayıdıram məhərrəmlik məsələsinə. Müsəlmanlar 1300 il əvvəl Ərəb xilafətinin banilərindən biri olan imam Hüseynin atası imam Əlini qəbul etmədilər, xəlifə kürsüsünə Məhəmməd peyğəmbərin cavan həyat yoldaşı Ayşənin atası Əbu Bəkri gətirdilər, o gündən müsəlmanların faciəsi başlandı. Əli insanpərvər, ədalətli olduğu üçün varlı təbəqəni yox, kasıbları düşünürdü, ona görə də varlılar Məhəmməd peyğəmbərdən sonra dördüncü xəlifə olan Əlini qətlə yetirdilər. Kasıblar hər zaman siyasətdən xəbərsiz olublar, muzdlu siyasətçilər həmişə sadə xalqı aldatmaqla məşğul olublar. Sadə xalqdan yalnız inqilablarda, qiyamlarda, dövlət çevrilişlərində, saray çəkişmələrində alət kimi istifadə ediblər. Bu dəfə görək kimə alət olacağıq, Ermənistan klanına, yoxsa Paşayevlərə. Mənə elə gəlir ki, qanlı qarşıdurmaya çox qalmayıb!!!

Yenilənmişdir Cümə axşamı, 27 Sentyabr 2018 08:44
каталог фаберлик на сайте faberllena.ru
народная медицина