impulsqazeti.az - impulsqazeti.az - Leo Lifestyle http://impulsqazeti.az Sat, 20 Oct 2018 10:16:20 +0000 Joomla! - Open Source Content Management az-az QADIN HƏBSXANASI ŞAMAXIYA KÖÇÜRÜLÜR http://impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/483-zhadin-haebskhanasi-shamakhiya-koedzhurulur http://impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/483-zhadin-haebskhanasi-shamakhiya-koedzhurulur QADIN HƏBSXANASI ŞAMAXIYA KÖÇÜRÜLÜR

 

metanet

Mətanət Əliyeva

Qadın həbsxanası Şamaxının Ovçulu kəndinə köçürülür. Bu əslində yaxşı xəbər olsa da kənd adamları buna mənfi münasibət göstərirlər. Məsələ ondadır ki, kənd qadınları günü 15 manatdan “Paşa” holdinqin taxıl zəmilərində siçan deşiklərinə zəhər qoyurlar. Kənd qadınları narahatdırlar ki, qadın həbsxanası Şamaxıya köçəndən sonra belə işləri məhbus qadınlara pulsuz gördürəcəklər, yerli qadınlar işsiz qalacaqlar. İnternet vasitəsilə Azərbaycanda qadın həbsxanasında neçə nəfər qadının cəza çəkdiyini və həmin qadınların hansı cinayətləri törətdiklərini öyrənməyə çalışdım. Bu barədə heç bir məlumat tapa bilmədim. Ədliyyə Nazirliyinin saytında, hesab edirəm ki, bu məlumat olmalı idi. Yəqin ki, saytın əməkdaşı dövlət büdcəsindən maaş alır, amma heç bir iş görmür. Məlumatların gizli qalmasının səbəbi, mənim fikrimcə, korrupsiyadır. Heç kimə sirr deyil ki, həbsxanalarda işləyənlər büdcədən oğurlanan pullar və məhbusların qohumlarından alınan rüşvətlər hesabına çox varlı yaşayırlar. Ümumiyyətlə, uşaq evləri, xəstəxanalar, həbsxanalar vasitəsilə məmurlar büdcədən milyardlar oğurlayırlar. Bu fakt bizim məmurların nə qədər Allahsız, mənəviyyatsız, qəddar olduqlarını göstərir. Elə bir sahə yoxdur ki, orada oğurluq, rüşvətxorluq olmasın. Hamı bunları görür və sual verir ki, bunun axırı necə olacaq. Deyirlər ki, Şərq adamları müdrik olurlar. Müdrik adam o adamdır ki, keçmişə baxaraq gələcəyi görür və keçmişdə olanlardan müsbət nəticə çıxarır. Məsələn, müdrik adam keçmişə baxıb görür ki, xalqını talayan acgöz hökmdarların idarəçiliyinin sonu necə başa çatıb və müasir hadisələrin nə ilə başa çatacağını dərk edir. Xəlifə Yezidin, rus çarı ikinci Nikolayın, İran şahı Məhəmməd Rza Pəhləvinin hakimiyyəti necə başa çatdısa, bizim indiki hakimiyyətin sonu da elə olacaq.

Qonşumuz Rusiyada da hazırda güclü korrupsiya var. Amma orada vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid var, çünki bu sahədə mübarizə var. Bunu ilk növbədə Rusiya televiziyalarında gedən seriallarda, yazılan bədii əsərlərdə görmək olur. Əvvəl söz gəlir, sonra əməl. Rusiya televiziyalarının göstərdikləri seriallarda yüksək vəzifəli məmurların cinayətləri ifşa olunur, tamaşaçı da görür ki, mütləq mənada bu məmurlar etdikləri cinayətlərin cəzasını alırlar, hamısının həyatı faciə ilə başa çatır. Bizim televiziyaların göstərdikləri seriallarda ancaq ailədaxili dedi-qodular nümayiş olunur, hətta kiçik məmurlar haqqında belə bir kəlmə söz deməyə qorxurlar. Halbuki vətəndaşların problemlərinin kökü çürümüş, üfunət iyi verən hazırkı idarəçilik sistemidir. Hər bir vətəndaş təklikdə çarpışır, problemini həll etməyə çalışır. Dərk etmir ki, cəmiyyət düzəlməsə, dövlətin dəstəyi olmasa, problemlər daha da dərinləşəcək. Dövləti idarə edənlər isə vətəndaşlara kömək etmək əvəzinə onun əl-qolunu hərtərəfli bağlayırlar. Son günlər bir-birinin ardınca avtobus qəzaları baş verir, amma bir adam deyə bilmir ki, bunun səbəbkarı məmurlardır. Avtobuslar kartla deyil, nəqd pula işlədikləri üçün sürücülər daha çox nəqd pul qazanmağa çalışırlar. Bir nəfərin dediyi kimi, böyük avtobusları sürücülər Şumaxer kimi sürürlər. Məmurlar avtobusların kart sisteminə keçməsinə imkan vermirlər, çünki yığılan pullar onların cibinə gedir. Uşaqlar avtoqəzalarda qırılır, heç kimin həqiqəti deməyə cəsarəti çatmır. Müstəqil jurnalistlərin əksəriyyətini KİV-ə dəstək fonduna ayrılan pulla, mənzillə satın alıblar, televiziya kanalları isə ən yüksək vəzifəli məmurlara məxsusdur.

Mənə elə gəlir ki, imkan versələr bizim rejissorlar maraqlı filmlər, seriallar çəkər, tamaşalar hazırlayarlar. Yaxın günlərdə, səhv etmirəmsə, Mədəniyyət kanalında Yuğ Dövlət Teatrının bir tamaşasına baxdım. Rejissoru Ramiz Həsənoğlu olan tamaşa nadan bir jurnalist tərəfindən ələ salınaraq ölən istedadlı bir aktyora həsr olunub. Tamaşa məni ovsunladı. Yuğ teatrının bütün tamaşalarına baxmaq istədim. Qızım internetdə axtarış etdi. Məlum oldu ki, bu teatrın nə binası var, nə də afişası. Ramiz Həsənoğlu isə tamamilə fəaliyyətsizdir. “Yaşıl eynəkli adam”, “Ordan burdan” kimi ən maraqlı televiziya tamaşalarının rejissoru olan Ramiz Həsənoğlu işsiz qaldığı halda deyirlər ki, bizdə istedadlı rejissorlar yoxdur. İstedadlı rejissorlar çoxdur, sadəcə olaraq, hazırda meydan istedadsızlarındır. Şübhə etmirəm ki, istedadlıların dövranı lap yaxındadır. İnternetdən məlum oldu ki, Yuğ teatrının hazırda baş rejissoru Mehriban Ələkbərzadədir. Mehriban Ələkbərzadə indiyə qədər bütün işləri uğursuz olub, o öz istedadsızlığını pafosla gizlətməyə çalışır. Bakıda oğru məmurların tikdirdiyi minlərlə istifadəsiz binalar var. Onlardan birini Yuğ teatrına verib Ramiz Həsənoğlunu baş rejissor qoysalar biz də maraqlı tamaşalara baxıb mənəvi aclığımızı öldürərik. Amma bu hakimiyyətin dövründə bunu etməyəcəklər. Çünki hakimiyyəti idarə edən mənəviyyatsız oğrulara mənəviyyatlı vətəndaşlar lazım deyil. Ədəbiyyat, musiqi, teatrlar oğruların vəsfinə, cinayətlərini ört-basdır etməyə yönəlib. 25 ildir milləti diringi oynadırlar, artıq bu siyasət yerimir, tükənib. Ramiz Həsənoğlundan soruşmaq istəyirəm, ay Ramiz müəllim, 72 yaşınız oldu, oturub ölümünüzümü gözləyirsiniz? Axı siz çox işlər görə bilərsiniz. Cahangir Zeynalov mədəniyyətimizin hazırkı acınacaqlı vəziyyətdən danışanda siz niyə susdunuz? Təklikdə qalan Cahangir müəllimi susdurdular. Bəlkə sizin dediyiniz həqiqətləri yazmağa cəsarəti çatan jurnalist, mətbu orqanı, televiziya kanalı yoxdur? Sosial şəbəkələrdən istifadə edə bilərsiniz. Hesab etməyin ki, həqiqəti deməyin əhəmiyyəti yoxdur. Siz susanda vicdanlı insanlar düşünürlər ki, ziyalısı susan bu millət ölməyə layiqdir. Pis millət olmur, pis rəhbər olur və o rəhbər millətin mənəviyyatını əlindən alıb onu məhv etməyə çalışır. Mən bir ssenari yazmışam və bunu sübut etmişəm. Nə vaxtsa pulum olarsa, şübhə etmirəm ki, gözəl bir film ortaya çıxacaq. Bizim ölkədə hazırkı idarəçilik Markesin “Patriarxın payızı” əsrindəki idarəçiliyin eynidir. Patriarxın ölkəsində bir nəfər də vicdanlı insan yoxdur, hamı mənəviyyatını pula, vəzifəyə satıb. Mən Markeslə razı deyiləm. Hər bir millətin içərisində vicdanlı vətəndaşlar var. Bu işıqlı insanları görmək lazımdır.

Yaxın günlərdə sovet dövründə rusların çəkdiyi “Pişiyin evi” cizgi filminə baxdım. Belə filmlər adamın ürəyinə yağ kimi yayılır. Pişik təzə tikdirdiyi evə imkanlı qonşularını dəvət edib var-dövləti ilə öyünür, ac, yetim pişik balalarını qapıdan qovur. Bir müddət sonra pişiyin evi yanır, imkanlı “dostları”nın hamısı onu qapıdan qovur. Yetim pişiklər komalarında yer düzəldib pişiyi yağışın altıda qalmağa qoymurlar. Bizim xalq hazırda yetim, ac pişiklərin günüdədir. Məmurlarımız özlərini nümayiş etdirmək üçün ölkəmizin sərvətlərini böyük dövlətlərə paylayırlar, biz isə çörək, dərman almağa pul tapmırıq. Müdrik insanlar bunun nə ilə bitəcəyini qabaqcadan bilirlər. Dəyərli sənət əsərlərinin, o cümlədən, “Pişiyin evi” cizgi filminin gücü də məhz onun real həyatdan götürülməsindədir.

]]>
info@demo5.az (Super User) Ölkə Tue, 09 Oct 2018 10:58:36 +0000
ƏSABİL QASIMOBUN TAXIL BİZNESİ http://impulsqazeti.az/index.php/k2-dzomponent/trendinzh/item/482-aesabil-zhasimobun-takhil-biznesi http://impulsqazeti.az/index.php/k2-dzomponent/trendinzh/item/482-aesabil-zhasimobun-takhil-biznesi ƏSABİL QASIMOBUN TAXIL BİZNESİ

metanetMətanət Əliyeva

Hazırda dünya müsəlmanları Məhəmməd Peyğəmbərin xəlifə Yezidin göstərişi ilə qətlə yetirilmiş nəvəsi İmam Hüseynə yas saxlayır, göz yaşları tökür. Məsəl var, deyir yüz dəfə imam üçün ağlayanda bir dəfə də Yezid üçün ağla. Mən yazılarımda ölkədəki acınacaqlı vəziyyət görə həmişə prezident İlham Əliyevi günahkar bilmişəm, bu dəfə digər məmurlardan yazmaq istəyirəm. Hamı bilir ki, ölkədə taxıl idxalı monopoliyadadır. Taxılın ölkəyə gətirilməsinə “Karat holdinq”ə rəhbərlik edən (deyəsən, həm də deputatdır) Əsabil Qasımov adlı iş adamı rəhbərlik edir. Qeyri-rəsmi olaraq Əsabil Qasımovun prezident adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı olduğu bildirilir. Sadə adamlar danışırlar ki, taxılın Azərbaycana idxalından hər il Əsabil Qasımov qeyri-qanuni yolla bir milyard manatdan artıq pul qazanır. Yəqin bu qədər pul əllərindən çıxmasın deyə Azərbaycanda torpaqların 70 faizi istifadəsiz qaldığı halda taxılçılığın inkişafına imkan vermirlər. Məsələn, Hacıqabul rayonunda min hektarlarla torpaq istifasdəsiz qalıb. Yaşlı nəsil danışır ki, Böyük Vətən Müharibəsi illərində Hacıqabul rayonunun bütün torpaqlarına taxıl əkilmişdi. Hacıqabulun boş torpaqlarının necə bölündüyünü bilmirəm. Onu bilirəm ki, heç olmasa bələdiyyə torpaqlarında taxıl əksələr bələdiyyə büdcədən pul gözləməz, özünün qazandığı puldan rayonun bərbad yollarını düzəldər, gündən-günə sayı artan narkomanlar üçün rayonda müalicə mərkəzi açar və sair. Bunun üçün yaxınlıqda yerləşən Kür çayından rayona su kanalı çəkmək lazımdır. Rayonda danışırlar ki, icra başçısı Əhməd Muxtarovun yeganə işi ayın sonunda bütün idarə və müəssisələrdən topladığı pulları diplomata doldurub Bakıya prezident adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə aparmaqdır. Rayon polisi narkotik satanları və oğurluq edib narkotik alan narkomanları tutmur, çünki onlardan alınan pullar da Ramiz Mehdiyevin diplomatına gedir. Əminliklə deyə bilərəm ki, bütün rayonlarda vəziyyət eynidir. Reytinq.az saytında oxudum ki, bir nəfər iş adamı şikayət edərək yazır ki, Əsabil Qasımovdan 850 min manat borc alıb və borcu qaytarsa da bütün var-dövləti əlindən alınıb. Maraqlıdır, bu qədər pul Əsabil Qasımovda haradandır? Onun sahibi olduğu “Karat holdinq” ildə dövlətə nə qədər vergi ödəyir? “Paşa holdinq” taxılın idxalında olan monopoliyanı Əsabil Qasımovun və onun himayədarının əlindən almaq üçün Hacıqabul da daxil olmaqla Göyçaya qədər bütün münbit torpaqları alaraq taxıl əkib. Bir ilin ərzində “Paşa holdinq”in torpaqlarına dövlət melorasiya idarəsi Kürdən su çəkdi, indi də Mingəçevirdən su çəkirlər. Yerli əhali isə 25 ildir susuzluqdan torpağını əkə bilmir. Mafiyalar bir-birilərini qırsınlar, Allah işlərini avand eləsin, amma yerli camaatı da yaddan çıxarmasınlar. Hacıqabul əhalisinə içməli suyu smartkart vasitəsilə sayğacla verirlər. Əhali nəinki pay torpağını əkə bilmir, həyətlərdəki 5-10 ağac da susuzluqdan quruyur. Bir neçə ildən sonra rayon səhraya çevriləcək. Rayonda iş yeri adında nazir Ramli Usubova məxsus bir kərpic zavodu, nazir Kamaləddin Heydərova məxsus bir Gilan metlax zavodu var. Yeri gəlmişkən, Bakının ən yaxşı yerlərində tikilən göydələnlər də nazirlərə məxsusdur, ən böyük pay sahibi “Paşa holdinq”lə Ramiz Mehdiyevdir. Halal xoşları olsun, bunları da verdik onlara. Heç olmasa Hacıqabulda yerli əhaliyə də sayğacla suvarma suyu versinlər, əhali yoncadan, arpadan əkib heyvandarlıqla məşğul olsun. Hacıqabul əhalisi tarixən heyvandarlıqla məşğul olub. Yem baha olduğundan indi bu iş ziyan gətirir. Rayonun bütün ərazisi əkilsə, əhali firavan yaşayar. Bizim ailənin də rayonda torpağı var. Mən özüm 20 ildir orada ağaclar əkmişəm, bu il ağacları maşınla su alıb suladıq. Mən peşəkar jurnalist olsam da 5 ildir işsizəm, təqaüd yaşım hələ çatmayıb. İşsiz, pulsuz adamın yaşaması artıq işgəncədir, ona görə də əksər əhali kimi mən də yaşamaqdan bezmişəm. Torpaqda işləməkdən ləzzət alıram. Suvarma suyu versələr həyat yoldaşımla rayona gedib təsərrüfatla məşğul olarıq. Yeri gəlmişkən, həyat yoldaşımın rəhbərlik etdiyi “Qaya” firmasından son iki il ərzində gömrük komitəsi 200 min manat qanunsuz pul almaqla firmanı çökdürüb. Həyat yoldaşım məhkəmələrə 10 min manat xərc çəkib Ali Məhkəmənin plenumuna qədər getdi. İşə rüşvətlə götürülən hakimlər ədalətli qərar çıxara bilməzlər. Rayonlardan gələn diplomatlara hakimlər də hər ay pul verməlidir. Hərdən biz vətəndaşlar möcüzəyə ümid edirik. Ümid qalırdı Avropa Məhkəməsinə. Orada da Xanlar Hacıyev rayonlardan gələn diplomatlardakı pullar hesabına hakimləri satın alır. Son illər Avropa Məhkəməsi Azərbaycanla bağlı bir şikayətə belə baxmır. Keçən il aşura günü Hacıqabul məscidində xalqı zəlil qoyan məmurları matəmə tapşırmışdım. İnsanlar hər şeydən ümidlərini itirdkləri üçün Allaha sığınıblar, ildən ilə məscidə gedənlərin sayı artır. Bu il bu çıxışımı matəm günlərində məsciddə etmək istəyirdim, eşitdim ki, Hacıqabul məscidində adamları həyətdə yığışmağa qoymayıblar, deyiblər ki, qadağan edilib. Hələ matəmin çıxmasına bir aydan çox vaxt qalıb, Allah mənim səsimi eşidər.
Bizim muzdlu siyasətçilər deyirlər ki, Rusiya ilə münasibətlərimiz çox yaxşıdır. Necə yaxşıdır ki, Azərbaycan Rusiya ilə heç bir ittifaqa girmir? İttifaqa girmirsə, Qarabağ münaqişəsi də həll olunmayacaq. Ordumuzun gücünü nümayiş etdirirlər ki, guya müharibə ilə torpaqları ala bilərik. Münaqişəni yaradan Rusiyanın qarşısında NATO dayana bilmirsə, bizim ordumuz nə edə bilər? Belə nağıllarla əhalinin başını qatıb Azərbaycan qazını da Avropaya satıb pulunu şəxsi hesablara yatıracaqlar. Xalqı aldadan muzdlu siyasətçilərə də tula payı düşəcək. Tula payı ilə eyş-işrət içərisində yaşayan siyasətçilər artıq çox şişib qudurublar. Bu hakimiyyətə pul lazımdır, Qarabağ yox. Rusiya hökuməti dövlət maraqlarından çıxış edərək Qarabağ münaqişəsini həll olunmağa qoymur. Bizim hökumət cib maraqlarından çıxış edərək nefti və qazı satıb pul qazanmaq üçün Rusiyanın rəqibi ABŞ və Avropaya müttəfiqlik edir, adını da qoyur ki, Rusiya ilə ittifaqa girsə, müstəqilliyimizi itirəcəyik. Guya ki, arvad-uşağını yiyəsiz qoyub Rusiyaya çörək dalınca gedən kişilərimizə, bədənini satmaq üçün Dubaya, Türkiyəyə gedən qadınlarımıza müstəqil dövlət çox lazımdır. Müstəqillik neftimizi, qazımızı satıb pulunu oğurlayan bir qrup adamdan başqa heç kimə xoşbəxtlik gətirmədi.
Yenə qayıdıram məhərrəmlik məsələsinə. Müsəlmanlar 1300 il əvvəl Ərəb xilafətinin banilərindən biri olan imam Hüseynin atası imam Əlini qəbul etmədilər, xəlifə kürsüsünə Məhəmməd peyğəmbərin cavan həyat yoldaşı Ayşənin atası Əbu Bəkri gətirdilər, o gündən müsəlmanların faciəsi başlandı. Əli insanpərvər, ədalətli olduğu üçün varlı təbəqəni yox, kasıbları düşünürdü, ona görə də varlılar Məhəmməd peyğəmbərdən sonra dördüncü xəlifə olan Əlini qətlə yetirdilər. Kasıblar hər zaman siyasətdən xəbərsiz olublar, muzdlu siyasətçilər həmişə sadə xalqı aldatmaqla məşğul olublar. Sadə xalqdan yalnız inqilablarda, qiyamlarda, dövlət çevrilişlərində, saray çəkişmələrində alət kimi istifadə ediblər. Bu dəfə görək kimə alət olacağıq, Ermənistan klanına, yoxsa Paşayevlərə. Mənə elə gəlir ki, qanlı qarşıdurmaya çox qalmayıb!!!

]]>
info@demo5.az (Super User) İqtisadiyyat Thu, 27 Sep 2018 08:35:59 +0000
TƏQAÜDLƏR 20 DƏFƏ ARTIRILIB http://impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/481-taezhaudlaer-20-daefae-artirilib http://impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/481-taezhaudlaer-20-daefae-artirilib TƏQAÜDLƏR 20 DƏFƏ ARTIRILIB

metanetMətanət Əliyeva

 

Salam, hörmətli azsaylı oxucularım. Qızmeydan kəndindən əncir mürəbbəsi bişirmək üçün bir həftəlik Bakıya gəlmişəm.Şamaxıda əncir bitmir. Sonuncu yazımda qeyd etmişdim ki, növbəti yazımı hakimiyyət dəyişəndən sonra yazacağam, amma qərara aldım ki, o vaxta qədər daha bir yazı yazım. Kənddə dünyadan xəbərim yoxdur, amma kəndlə bağlı çoxlu xəbərim var. Kənd adamlarının tərbiyəsi, mədəniyyəti, incə yumoru mənə ləzzət edir. Kədçilərdən biri dedi ki, “prezidentimiz tez-tez çıxışlarında deyir ki, Əliyevlərin hakimiyyəti dövründə təqaüdlər 20 dəfə qalxıb və bunu dövlətin uğuru kimi qeyd edir.  Təqaüdlər 20 dəfə qalxandan sonra 200 manat olub. Qalxmasaydı təqaüdçülər 1 manat almalı idilər”. Yaşlı bir qadın dedi ki, “gübrə alıb taxıla verdik, taxıl dönüb oldu ot. Hökumət hər hektara görə 100 manat subsidiya verirdi, onu da vermədi ki, taxıl əvəzinə ot çıxıb”. Bu il elə bil ki, Allah Qızmeydan kəndindən üz döndərib. Ağaclar gül açan vaxt qar yağdı, şaxta gülü vurdu, bu il meyvə olmadı. Qışda kəndin bütün toyuq-cücəsi xəstəlikdən qırılıb. Heç vaxt xəstələnməyən qazlar belə keçən qış qırılıb. Kəndin bütün itlərini canavarlar yeyib. Yay quraqlıq keçdi deyə ot yoxdur, mal-qara süddən kəsilib. Kənddə süd və yumurta tapmaq çətindir.  Keçən il sarımsaq baha olduğu üçün (kənddə bir kiloqramının topdansatış qiyməti 4 manat idi) bu il bütün kənd sarımsaq əkdi. Hətta bəzi adamlar 5-10 min manat kredit götürüb sarımsaq əkdilər və həmin adamlar indi başlarını itiriblər, çünki sarımsağın kiloqramı iki manatdan da ucuz olub. Həmin adamların bəziləri özlərini öldürmək istəyirlər. Sonra da deyirlər ki, niyə ölkədə intiharların sayı artıb. Avropa ölkələrində hökumət kəndlinin belə faciələrlə üzləşməməsi üçün kənd təsərrüfatını tənzimləyir. Fermerin biri donuz saxlayırsa, hökumət qonşu fermerə deyir ki, sən donuz yemi becər. Firavan yaşamaq üçün pullarımızı oğurlayıb Avropaya qaçmaq lazım deyil, kəndçinin problemlərindən xəbərdar olmaq lazımdır. Bizim hökumətimizin başı daha “vacib” işlərə qarışıb. Mafiyaların davası son həddə çatıb. Hamı gözləyir ki, hansı mafiya o birinin sonuna çıxacaq. 1969-cu ildən bəri Ermənistan mafiyasından zülüm çəkənlər gözləyirlər ki, Paşayevlər bu mafiyanın sonuna çıxacaqlar. Şəxsən mənim  də bu mafiyaya sonsuz nifrətim var. Həyatda əldə etdiklərimizə görə Litva xalqına minnətdaram. Atasız-anasız qalan həyat yoldaşım Azərbaycanda heç nəyə nail ola bilməzdi. O, Litvada həm polis məktəbini, həm Vilnüs Universitetinin hüquq fakultəsini bitirdi. Onu Vilnüs şəhərində “OBXSS” işinə götürdülər, rütbələr verdilər. Həmin vaxt Azərbaycanda sıravi polis işçisi düzəlmək üçün indi olduğu kimi külli miqdarda rüşvət vermək lazım idi. Vilnüsün mərkəzində ikimərtəbə ev tikdirdik. Mərkəzdə yaşayan tənha qocaların istifadəsiz qalan torpaqlarının bir hissəsini ev tikmək üçün bir qəpiksiz gənc ailələrə verirdilər. Hazırda Azərbaycanın kəndlərində də gənc ailələrə rüşvətsiz bir sot torpaq vermirlər. Ata yurdundakı torpaq üstündə balta davasına çıxan övladlar qarın-qarına ev tikir, darısqal həyətdə təsərrüfat qura bilmirlər. Vilnüsdə insanlarla münasibətdə birinci şərt odur ki, heç kim heç kimdən sui-istifadə etməməlidir, hər kəs öz problemini özü etməlidir. Mən bu dövləti və onun xalqını sevdim, bütün əldə etdiklərimizə görə bu xalqa təşəkkür edirəm. Mən Paşayevlərin Ermənistan mafiyasını məhv edəcəyinə ümid edənlərə gülürəm. Tayfabazlığı məhv etməyin ən asan və qısa yolu korrupsiyanı aradan qaldırmaq idi. Korrupsiya olmayanda, büdcə talan edilməyəndə, məmurların cinayətlərinə göz yumulmayanda, bütün vətəndaşlara işləmək üçün bərabər şərait yaradılanda, məhkəmə hakimləri işə rüşvətlə götürülməyəndə tayfabazlıq özlüyündə sıradan çıxacaqdı, hər kəs zəhmətinə, bacarığına görə yaşayacaqdı, dövlət isə fiziki, əqli zəhətdən zəif insanlara yardım edəcəkdi, onlar da qısa ömürlərində ağır əzablar çəkməsinlər.

 

Mən Ermənistan mafiyasına nifrət etdiyim kimi Paşayevlər mafiyasına da nifrət edirəm . Hacıqabulda 2 minə yaxın meyvə ağacım var. Onlara “lapatka” əlimdə 20 il qulluq etmişəm. Bu yay o ağacları maşınla su alıb sulamışıq. Paşa holdinqin Hacıqabulda olan torpaqlarına dövlət melorasiya idarəsi Kürdən su çəkdi. Ümid edirdim ki, o sudan Hacıqabul əhalisinə də verəcəklər, vermədilər. İndi deyirlər ki, Mingəçevirdən Paşayevlərin sahələrinə su çəkirlər, bu su gələndən sonra bəlkə yerli əhaliyə də su verdilər. Keçən il Aşura günü Hacıqabul məscidində idim. Dedim ki, o sudan yerli əhaliyə verməsələr Paşayevləri matəmə tapşırıram, Yezid də peyğəmbər nəslini susuz öldürdü. Paşayevlər çox yaşasınlar, hakimiyyətdən getsinlər, əhaliyə etdikəli zülmü bu dünyada çəksinlər.  Mən deməsəm də bu belə olmalıdır. Allahın böyüklüyünə inanıram. Bununla belə, hakimiyyətdən gedənlərin hazırda Ermənistanda olduğu kimi həbsxanalara salınmasının tərəfdarı deyiləm. Təzə gələn rəhbər keçmişi qurdalamaq əvəzinə ölkənin dirçəldilməsi, qanunların işləməsi barədə düşünməlidir. Paşinyan kimi keçmişi qurdalayırsa, deməli, məqsəd başqadır. Ermənistanın pis günə qalmasında Qarabağ klanı ilə bərabər bütün erməni xalqı günahkardır. Bizdə olduğu kimi onlarda da əksər ziyalılar, siyasətçilər, mətbuat işçiləri xalqa xəyanət yolunu tutmuşdular, bunun əvəzində tula payı alırdılar.  Bütün qeyri-demokratik ölkələrdə təzə gələn hökumət köhnəni cəzalandırmaq və onun oğurladıqlarını əllərindən almaqla məşğul olur. Bu ənənəyə son qoyulmalıdır. Köhnə oğruları Allahın ümidinə buraxıb ölkənin inkişafı ilə məşğul olmaq lazımdır. Qoy hakimiyyətini itirmiş adam da Ayaz Mütəllibov kimi ölkədə yaşasın, lap siyasətlə məşğul olsun. Onu da qeyd edim ki, gözümə mirvari suyu gəldiyi üçün bu yazını çətinliklə yazıram. Əməliyyat olunmaq üçün pulum yoxdur. Milyonlarla azərbaycanlı bu gün mənim vəziyyətimdədir. Zərifə Əliyeva adına göz xəstəlikləri institutunda qiymətlər özəl xəstəxanalarla eynidir. Savadsız həkimlər rüşvət alıb xəstələri kor edirlər. Niyə belə olmalıdır?!! Prezident nə vaxta qədər yalan danışacaq?!! 

 

Gəncə hadisələrindən sonra insanlarda xof yaranıb, məmurlardan danışmağa qorxurlar. Bir nəfər hüquqşünas dedi ki, Gəncədə polis zabitlərini qətlə yetirən adamları sağ tutsalar, deməli, bu iş hökumət tərəfindən təşkil olunmayıb, öldürsələr, deməli, hökumət özü təşkil edib. Məlum oldu ki, hökumət xof yaratmaq üçün hadisələri özü təşkil edib. Əhalinin qəzəbindən qorxan məmurlar hadisələri qabaqlamaq istəyiblər. Rusiyada inqilabdan əvvəl çar Nikolay da belə metodlardan istifadə edirdi. Dahi Tolstoy başa düşürdü ki, inqilab labüddür. “Dirilmə” romanında bunu açıq-aydın yazırdı. Tolstoy övladlarının tüfeyli həyata meyl etməsindən narahat idi. O deyirdi ki “mənim övladlarım mənəvi cəhətdən şikəstdirlər”. Tolstoy övladlarını zəhmətə alışdırmaq üçün torpaqlarını təhkimli kəndilərə vermək istəyirdi. Bununla razılaşmayan həyat yoldaşı Tolstoyla daimi konfliktdə idi. Nəticədə Tolstoy qışda evdən qaçdı və yolda sətəlcəmdən vəfat etdi. Tarix sübut etdi ki, Tolstoy haqlı idi. Tolstoyu dərk etməyən Rusiyanın varlı təbəqəsi və Tolstoyun övladları ən ağır faciələri yaşamalı oldular. Bizim hazırkı məmurlar dayanmadan oğurlayıb övladları üçün var-dövlət yığırlar. Tarix göstərib ki, ən varlı valideynlərin övladları da çox vaxt ata-analarına xəyanət ediblər. Həm də axı sizin övladlarınız çox “istedadlıdırlar”. Onlar siyasət, biznes sahələrini tam monopoliyaya alıblar. Hətta şairlik, rəssamlıq, jurnalistlik də edirlər. “Neujeli” siz oğurluq etməsəniz onlar ac qalacaqlar? Şekspirin “Kral Lir”ini unutmayaq. Üzeyir Hacıbəyovun övladı yox idi, o bütün tələbələrini özünə övlad bilirdi. Üzeyir bəy xalq üçün misilsiz sərvətlər qoyub getdi. Tolstoy da yalnız övladlarına yox, bütün bəşəriyyətə ximət etmək istəyirdi, istədiyinə nail oldu. Atalar deyib niyyətin hara, mənzilin də ora. Tayfa mafiyasının da, Paşayevlərin də niyyəti milyardlar oğurlayıb övladları üçün qoymaqdır. Unutmayaq ki, Azərbaycanda Üzeyir bəylər də olub.

 

Yenə qayıdıram Qızmeydan kəndinə. Kəndin küçələrini gəzdikcə kərmə qalaqlarını görürəm. Kəndçilər kərmənin nə olduğunu bilirlər. Qoyun tövlələrində kirəclənib qalmış peyini kürüyüb çıxarırlar və bu il qışda da kəndçilər sobada kərmə yandıracaqlar. Kənddə qaz var, amma qazdan istifadə etməyə insanların maddi imkanı yoxdur. Dövlətimiz Avropaya üçüncü qaz kəmərini çəkir, prezident ölkədə analoqu olmayan inkişafdan danışır. Kəmə yananda pis qoxu gəlir. Günün altında işləməkdən eybəcərləşmiş kənd qadınları his, tər iyi verirlər. Gündə çimmək üçün şəraitləri yoxdur. Əksər ailələr quyudan çəkdikləri suyu yığmaq üçün çən ala bilmirlər. Su təmizlik, rahatlıq, firavanlıq, gözəllik mənbəyidir. Azərbaycanın şirin suları Xəzərə tökülüb şorlaşır, əhali isə suya həsrətdir. Mafiyaların başı bir-birini qırmağa qarışıb. Mafiyalara xidmət edən APA informasiya agentliyi bağlandı. Deyirlər ki, hər ay mafiya ona 250 min manat pul verirmiş. Mən 250 min manata 10 il öz qəzetimi çıxara bilərdim. APA-nın prezidenti Vüsalə Mahirqızının bir dənə maraqlı yazısını oxumamışam. Prezident hər il KİV-ə dəstək fonduna 5 milyon manat pul ayırır.  16 il qəzet nəşr etdim. Fond mənə bir manat vermədi. Mən ümidsiz deyiləm. Ölkəmin xoşbəxt gələcəyinə əminəm. 

]]>
info@demo5.az (Super User) Yazarlar Tue, 14 Aug 2018 16:31:07 +0000
CƏNNƏTDƏN CƏHƏNNƏMƏ http://impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/479-dzaennaetdaen-dzaehaennaemae http://impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/479-dzaennaetdaen-dzaehaennaemae CƏNNƏTDƏN CƏHƏNNƏMƏ

metanetMətanət Əliyeva

 

DÜNYANIN HƏR YERİNDƏN CİNAYƏTKARLAR AVROPAYA YIĞIŞIBLAR 

Şamaxının dağ kəndindən çıxıb Bakıya gələndə yolda hər dəfə deyirəm ki, cənnətdən cəhənnəmə gedirik.  İyunun 27-də Bakıya daxil olmaq üçün cəhənnəmin qır qazanından keçməli olduq. Bakının girişində 5 dəqiqəlik yolu 1 saat 5 dəqiqəyə keçdik. Dedilər ki, təmir getdiyi üçün yolu bağlayıblar. Belə vəziyyətlə dəfələrlə üzləşmişəm.  Bakıda daimi yaşasaydım yəqin çoxdan ölmüşdüm, necə ki, Ermənistanın, Qarabağın dağ rayonlarından Bakıya gələn adamların əksəriyyəti tez öldülər. Adamlar palçıqlı yollardan canlarını qurtarmaq, rahat, firavan yaşamaq üçün Bakıya qaçırlar, əvəzində ölüm, xəstəlik tapırlar. Gündə 15-16 saat işləyən, torpaq əllərini qabar edən, günəşin, yağışın altında mal otaran kənd adamları ağır ehtiyac içərisində yaşayırlar. Rayonlarda köhnə sovet maşını olan azsaylı adamların 99 faizi benzini 4-5 litrdən çox ala bilmir. Neft ölkəsinin vətəndaşları belə yaşayırlar. Benzin çəni heç vaxt dolmadığı üçün yuxarı hissəsi pas atır. 2-3 min manat pul əldə edən kəndçi Bakının Müşfiq, yaxud başqa qəsəbəsində 1-2 sot torpaq alıb daxma tikir, Bakıda məmurların tikinti şirkətlərində fəhlə, restoran-kafelərində ofisiant, mağazalarında satıcı, bağ evlərində gözətci və sair işləyirlər. Səfalı dağ rayonlarında münbit torpaqlar boş qalır. Çoxdandır ki, mən heç nə yazmıram, ona görə ki, bu qədər yaltaq söz adamlarının içərisində mənim sözümün qüvvəsi, ictimai fikrə təsiri yoxdur, KİV-ə dəstək fondundan pul, mənzil alan jurnalistlər ancaq xaricdən yazırlar, daxildən yazmırlar. Cinayətkar məmurlardan, xarici kəşfiyyatdan pul alan jurnalistlər 30 ildir xalqı aldatmaqla məşğuldurlar. Belə mətbuata dəstək verən (bu siyasəti həyata keçirən prezidentin müşaviri Əli Həsənov çox böyük uğurlar qazanıb) iqtidar nümayəndələrinin islah olunması mümkün deyil. Onlar xalqı da, özlərini də məhv ediblər və bu siyasəti davam etdirirlər. Hamı insanların vəhşiləşməsindən şikayət edir.  Mən bunu təbii qəbul edirəm. Ölkəmiz cəngəlliyə bənzəyir, qanunlar işləmir, polisə, prokurorluğa, məhkəməyə əməkdaşları rüşvətlə götürürlər. Cəngəllik qanunları ilə idarə olunan bir ölkədə vəhşi olmasan məhv olarsan. İnsanlar özlərini vəhşi məmurlardan qorumaq üçün vəhşiləşməyə məcburdurlar. Ordumuza hərbçiləri də rüşvətlə götürürlər, orada babat maaş olduğu üçün rayon gəncləri çıxış yolunu hərbçi olmaqda görürlər. Bakıda minlərlə boş göydələnlər tikilməkdə davam edir, amma evsiz hərbçilər ailələrindən ayrı yaşamaq məcburiyyətindədirlər.  Torpağının 25 faizi işğalda olan ölkədə hərbi parad keçirib ordunun qüdrəti ilə öyünmək ikrah hissi doğurur. Birdən çaşıb Stalin olarsınız. Stalinin həyat tərzi sadə adamların həyat tərzindən fərqlənmirdi, xalqın bir manatını da oğurlamamışdı. Paradda türk hərbçilərinin iştirakı ikrah hissini daha da artırır, torpaqlarımız türkpərəstlərin apardığı siyasətin qurbanı oldu . Parad şousuna çəkilən xərcə kombaynlar alınsaydı kəndçilərin zəhməti hədər getməzdi. Məmurlar yalnız öz məhsullarının xaricə getməsinə imkan verir, öz məhsullarınının qiymətlərini monopoliya vasitəsilə yüksəkdə saxlayırlar, günün altında qul kimi işləyən kəndli çəkdiyi xərci çıxara bilmir. Ölkədə insan haqlarının vəziyyəti ilk növbədə onun həbsxanalarından bilinir. Bizim həbsxanalara nəzarətçi düzəlmək üçün külli miqdarda rüşvət vermək lazımdır, çünki məhbus ailələrini qaz kimi yolan həbsxana əməkdaşları yağın-balın içərisində yaşayırlar, sahibkarın bir ildə qazandığını bir ayda qazanırlar.  Bunu həbsxanada yatan jurnalistlər və siyasətçilər yaxşı bilirlər, amma susurlar, çünki danışsalar, mafiyanın verdiyi paydan məhrum olarlar.  

İnsan üçün ən qiymətli şey can sağlığıdır. Səhiyyəmiz son həddə qədər korrupsiyalaşıb, insanların əksəriyyəti imkansızlıqdan sağlamlığını Allahın ümidinə buraxıb, minlərlə insan müalicəsizlikdən şikəst olur, vaxtsız vəfat edir, onların çoxu uşaqlardır. Xalqın nifrətini qazanan hakimiyyət nümayəndələri  çox güman ki, bu il Allahın bəlasına gələcəklər, xalqa etdikləri pisliklərin cəzasını çəkəcəklər. Cənnət də, cəhənnəm də bu dünyadadır, heç kim etdiyi əməllərin cavabını almamış bu dünyadan köçə bilməz. Ola bilər ki, Ermənistanda olduğu kimi, bizdə də qərbin dəstəklədiyi yırtıcı, satqın, ağıldan dayaz adamlar hakimiyyətə gəlsinlər və vəziyyətimiz daha da pisləşsin. Bu da Əliyevlər hakimiyyətinin son 25 ilədə apardıqları siyasətin nəticəsidir. Onlar ölkədə demokratik siyasət aparmaq, seçki yolu ilə hakimiyyəti dəyişmək imkanlarını heçə endirdilər. Qarşıda bizi ancaq dövlət çevrilişləri gözləyə bilər. 

Kənddə yaşadığım dövrdə yalanları, yaltaqlıqları görməmək üçün televiziya kanallarına baxmıram. Yaltaq adam eyni zamanda lovğa olur, işi keçməyən adamın yanında özünü çəkir, işi keçən adama yaltaqlanır ki, ondan nəsə qopartsın. Televiziya kanallarımız yaltaqlarla doludur. Kəndin genişliyində, sakitliyində bütün pis şeylər unudulur, insan təbiətin gözəlliyindən ilham alır, qəlbi xoş hisslərlə dolur. Kənddə ölümdən, xəstəlikdən, şər qüvvələrdən - heç nədən qorxmursan.  Jurnalistlər eşidirlər ki, uzaq dağ kəndində 120 yaşında gümrah bir qoca yaşayır. Qocanın yanına gedib onun uzun ömür sürməsinin səbəbini bilmək istəyirlər. Söhbət əsnasında qoca soruşur: “ O Nikolay padşah vardı ha, o hələ durur?”  Jurnalistlər başa düşürlər ki, qocanın çox yaşamasının bir səbəbi də onun dünyadan xəbərinin olmamasıdır. Kənddə mənim də dünyadan xəbərim olmur. Neçə illər idi ki, qaranquşlar, sərçələr Azərbaycana gəlmirdilər. Bu il qaranquşlar və sərçələr həyətimizdəki qoz ağacında yuva qurublar. Dağ kəndinin gözəlliyini təsvir etməyə ehtiyac yoxdur. Aran rayonlarında yaşayanların 80 faizi imkansızlıqdan öz rayonlarından başqa heç yeri görməyiblər. Onlar televiziya kanallarında bu gözəllikləri görə bilirlər. “Azərbaycandan əsintilər” verilişində Gədəbəy rayonunu göstərirdilər. Verilişə ləzzətlə baxdım. 

Bu yazını yazanda 6 yaşlı nəvəm məni çoxlu güldürdü. Kompyuterdən oxuyub görəndə ki, mən Bakıya cəhənnəm deyirəm, hirsləndi, yazını pozmağa çalışdı, Bakının üstünlüyünə dair arqumentlər sadalamağa başladı və dedi ki, belə yazsan, hamı çıxıb gedəcək, Bakı boş qalacaq. Hələ ki proses tərsinə gedir, rayonlar, kəndlər boşalır.  Yəqin ki mən növbəti yazımı bu hakimiyyət dəyişəndən sonra yazacam. Son 15 ildə müsəlman ölkələrində böyük faciələr baş verdi. Daxildəki satqınların əli ilə qərb dövlətləri müsəlman ölkələrini dağıdıb insanları kütləvi şəkildə qətlə yetirdilər, qaçqına çevirdilər, sərvətlərini talan etdilər. Xalqın sərvətlərini talan edən oğru məmurlar onu qərb ölkələrinə daşıyıb ailələrini də ora köçürdülər. Allahın lənətlədiyi ləyaqətsiz adamlar dünyanın hər yerindən Avropaya yığışıblar, oğurladıqları sərvətlərlə orada firavan, xoşbəxt ömür sürmək fikrindədirlər. Mənsə fikirləşirəm ki, bu həşaratlarla birlikdə Avropa ölkələrini böyük faciələr gözləyir. Allah cinayətkarların hamısını bir yerə toplayıb ki, onları birdən məhv etsin. 

 

]]>
info@demo5.az (Super User) Ölkə Sun, 01 Jul 2018 12:48:37 +0000
ALLAHŞÜKÜR PAŞAZADƏ VƏ SKARLET OXARA http://impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/478-allahshukur-pashazadae-vae-skarlet-okhara http://impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/478-allahshukur-pashazadae-vae-skarlet-okhara ALLAHŞÜKÜR PAŞAZADƏ VƏ SKARLET OXARA


ƏHALİ YOXSULLAŞMAQDA VƏ KRİMİNALA MEYL ETMƏKDƏ DAVAM EDİR

 

metanetMətanət Əliyeva

 

Bəzi tanınmış adamlar haqqında fikirləşəndə “Küləklə sovrulanlar” filminin qəhrəmanı Skarlet Oxara yadıma düşür. Bu, dünyada çəkilən ən uğurlu filmlərdən biridir. Filmdə güclü obrazlar yaradılıb, dərin mənalı fikirlər qabardılıb. Filmin qəhrəmanı Skarlet vətəndaş müharibəsindən sonra yoxsullaşan, aclıq çəkən gənc qadındır. Skarlet and içib deyir ki, bütün vasitələrdən istifadə edəcək, amma bir daha aclıq çəkməyəcək. Skarlet varlanmaq üçün adam öldürür (onun öldürdüyü quldur yanki müharibədə qalib gəlmiş tərəfin əsgəri idi), bacısının nişanlısını hiylə ilə onun əlindən alır və sair. Skarlet əldə etdiyi pullardan ailəsinə, dostlarına yardım edir, müharibədən məğlub qayıdan ac əsgərləri yedirdir. Qafqazın şeyxi Allahşükür Paşazadəni və haqsızlığa etiraz edə biləcəyi halda susub mafiyadan cüzi pay alan və bu paydan ətrafındakılara əl tutan tanınmış adamları mən Skarletə bənzədirəm. Yeri gəlmişkən deyim ki, indi dünyada “Küləklə sovrulanlar”kimi səviyyəli filmlər çəkilmir.Çəkilən filmlərin heç bir mənası olmur, dərinliyə gedəndə isə həmin filmlərin gizli mənası insanların insanlığını əlindən almağa xidmət edir. Əslində əsil sənət əsəri insanların kamilləşməsinə, mənən zənginləşməsinə, xeyirxah, humanist olmasına xidmət etməlidir. Son illər Əsgər Fərhadi adlı İran pejissoru dalbadal Oskar mükafatı alır. Onun Oskar almış “Ellinin əhvalatı” filminə baxanda hər şey mənə aydın oldu. Elli adlı məktəb müəlliməsinin sinfində bir qız oxuyur. Qızın anasının Almaniyada yaşayan bir dostu İrana qonaq gəlir. Bu şəxs İranda evlənmək istəyir. Qızın anası Elli müəllimənin subay olduğunu bilir və dəniz sahilində dincəlməyə gedən vaxt Almaniyadan gələn dostunu və Elli müəlliməni də birgə istirahət etməyə dəvət edir ki, onları tanış etsin. İstirahət vaxtı qadınlar uşaqları Elliyə tapşırıb mağazaya gedirlər, diqqətsizlik üzündən uşaqların biri suda boğulur, uşağı xilas edirlər, uşaq sağ qalır, lakin həyəcanlanan Elli özünü öldürür. Adi bir hadisədir. Lakin buradan belə bir nəticə çıxarmaq olar ki, xeyirxahlıq etmək təhlükəlidir, birdən bunun zibili çıxar. Əslində isə təmiz ürəklə edilmiş xeyirxahlıq insana həmişə xoşbəxtlik gətirir. Filmdə aktyor oyunu da, operator işi də bərbad gündədir. Filmin Oskar almasının səbəbi isə mənim fikrimcə, son vaxtlar bütün beynəlxalq mükafatların insanlığın ziddinə işləyənlərə verilməsi ilə bağlıdır. Dünyanın bütün pulları Şeytan xislətli bir qrup adamın əlində cəmləşib, onlar dünyada əxlaqsızlıq, zorakılığı, şəhvəti təbliğ edirlər.

 

Şeyx hər zaman mafiozların yanında olub, əslində o, din adamı kimi haqqın yanında olmalıdır. Şeyx haqq sözü heç vaxt deməyib, haqsızlığa heç vaxt etiraz etməyib. Yəqin bilib ki, bunu deməklə heç nə dəyişməyəcək, çünki yuxarıdakılar qarşılarına birmənalı olaraq məqsəd qoyublar – bütün vasitələrdən istifadə etməklə sərvət toplamaq, necə ki, əxlaqsız qadın qarşısına məqsəd qoyur ki, ərini, uşaqlarını atıb yad bir kişiyə qoşulub getməlidir. Yüzlərlə belə qadının başını kəsirlər, amma elə qadınlar yollarından dönmürlər. Atalar deyib ki, sözü qanana de. Allahşükür Paşazadə qanmayan adamlara desəydi ki, qəbir yerini insanlara pulla satmaq olmaz, mərmərdən qəbir daşı düzəltdirmək günahdır, dinə ziddir, yetimxana uşaqlarının, məhbusların, şikəstlərin haqqını yeməyin, balalarınızın qabağından çıxar və sair, belə sözlər oğru məmurların xoşuna gəlməyəcəkdi. Şeyx susur və əldə etdiyi gəlirlərdən Skarlet sayağı yan-yörəsindəki minlərlə adama yardım edir. Yeri gələndə, onun yardımından istifadə edən adamlar Şeyxi susduğu üçün qınayırlar, amma Şeyxin susmaq əvəzinə əldə etdiyi pullardan pay almaqdan imtina etməyi ağıllarına gətirmirlər. Şeyx hələ tam yıxılmayıb, yıxılandan sonra Skarletin yolunu getməklə nə qədər böyük səhv etdiyini dərk edəcək. Şeyx nə qədər susssa da, tamahkar tayfa onun gəlirlərinə laqeyd qala bilmədi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yavaş-yavaş pul gələn sahələri Şeyxin əlindən alır. Prezident Mənəvi Dəyərlərin Qorunması Fonduna 6 milyon manat pul ayırdı. Həmin pullardan məscidlərin mollalarına maaş kəsiləcək və bu yolla din xadimlərini satın almağa çalışır.Bu işin gələcəyi yoxdur. Vicdanını pula satmış adamlardan arxa olmaz. Birinci xəyanəti onlardan gözləmək lazımdır.

 

Ölkədəki dəhşətli vəziyyəti təsvir etmək üçün nümunə kimi Hacıqabul rayonunu göstərmək kifayətdir. Bütün ölkədə vəziyyət eynidir. Hacıqabul rayonunda gənclərin bir qismi ailə-uşağını ataraq Rusiyaya baş götürüb gedib. Gənclərin bir qismi 2-3 min manat rüşvət verərək hərbiyə işə düzəlir. Ailəsini qoyub cəbhə bölgəsinə gedən bu gənclərə mənzilverib ailə-uşağı ilə bir yerdə yaşamasını təmin etmək əvəzinə onlardan rüşvət alırlar. Bizim əzəmətli ordumuz belə formalaşır. Gənc ailələrin başsız qalması ailələrin dağılmasına, kriminal hadisələrə səbəb olur. Rayon gənclərinin böyük bir hissəsi narkomandır, onlar oğurluq edirlər, polis oğurluq mal alan adamların heç birini tutmur və indiyə qədər bir nəfər sakinin oğurlanmış malı qaytarılmayıb. Rayonda azyaşlı qızlar polislərlə əlbir olaraq gənc oğlanları şərləyir və polis bu yolla gəlir əldə edir. Polislər narkotik alverçilərindən, falçılardan haqq alırlar. Əhali yoxsullaşmaqda və kriminala meyl etməkdə davam edir.

]]>
info@demo5.az (Super User) Ölkə Thu, 03 May 2018 19:47:48 +0000
OQTAY ŞİRƏLİYEVİN SERTİFİKAT BİZNESİ http://impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/477-ozhtay-shiraeliyevin-sertifikat-biznesi http://impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/477-ozhtay-shiraeliyevin-sertifikat-biznesi OQTAY ŞİRƏLİYEVİN SERTİFİKAT BİZNESİ

metanetMətanət Əliyeva

 

Hər bir işin arxasında məqsəd dayanır. Səhiyyə və təhsil sahəsində daim yeniliklər edilir ki, bunların da arxasında konkret məqsədlər dayanır. Məsələn, tibb işçilərindən və müəllimlərdən imtahan götürülür. Əslində bu işin məqsədi tibbi xidmətin və təhsilin səviyyəsini yüksəltmək olmalıdır. Reallıqda isə bu işin məqsədi mafiya (mütəşəkkil cinayətkar dəstə) üzvlərinin külli miqdarda pul qazanmasıdır. Həkimlərdən 5-10 min manat alıb onlara sertifikat verirlər. Mafiyanın üzvü olan bir nəfər özü üçün biznes qurub, tibb işçilərinə sertifikat satmaqla pul qazanır. Sertifikat oyunu əhalinin vəziyyətini daha da ağırlaşdırır, çünki həkimlər sertifikat almaq üçün verdikləri pulu xəstələrdən çıxartmağa məcbur olurlar. Təqaüd yaşına az qalmış təcrübəli tibb bacıları imtahandan keçə bilmirlər, bunun da arxasında təhsil mafiyasının şəxsi maraqları dayanır. Təhsil siyasətində də görülən bütün işlərin arxasında savad vermək yox, pul qazanmaq məqsədi durur. Birinci siniflərə elə dərslər keçirilir ki, universiteti əla qiymətlərlə bitirən valideynlər onu həll edə bilmirlər, ona görə də məcbur olub repetitor tuturlar. Kurikulum adı ilə uşaqların əsəblərini məhv edən təhsil mafiyası hər il milyardlarla manat pul qazanır. Ölkədə al-ver siyasəti gedir. Bir nəfər tanışa bizim yanımızda dostu zəng etdi. Dost Müdafiə nazirliyinə təzə vəzifəyə düzəlmişdi. Onun rəisi bizim tanışla dost idi. Zəng edən soruşdu ki, rəis necə işləməyi məsləhət görür, düzgün işləsin, yoxsa rüşvət alıb ona da versin. Cavab aydın idi. Bizi gülmək tutdu. Məmurları dəyişməyin heç bir fərqi yoxdur. Təzə gələn hər bir məmur aşağıları talayıb yuxarılara verməlidir. Bu, dövlət siyasətidir. Prezident bir neçə naziri dəyişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri haqqında yazdılar ki, Səlim Müslümov tarixdə ən mürtəce qanunların müəllifi kimi qalacaq. Onun vaxtında təqaüd yaşı 65-ə qaldırıldı və 2006-cı ilə qədər olan iş stajlarının hər ilinə görə təqaüdçülərə təxminən 2 manat pul hesablandığı üçün onlar cüzi təqaüd almalı oldular. Mən isə deyirəm ki, işdən çıxarılan bütün məmurlar cinayətkar mafiyanın nökəri olublar, xalqı talayıb mafiozların cibini doldurublar, yaltaq, oğru, yalançı nökər rolunu oynayıblar. Vəzifədən çıxarılandan sonra miskin varlığa çevriliblər. Bir insanın həqiqi dəyərini bilmək üçün onu vəzifədən çıxmış şəkildə təsəvvür etmək kifayətdir. Bunu bir dəfə yazmışam, bir daha da yazıram. Orduya işə düzələn gənclərdən 2-3 min manat rüşvət alırlar. Özü də bu qədər rüşvəti cəbhə bölgəsində xidmət edən gənclərdən alırlar. Rüşvətlə qurulan orduda qələbə əzmi olmaz. Düşmənlə üz-üzə durmaq üçün rüşvətlə işə götürülən gənc vətənini sevə bilməz. Belə gənclər yalnız nifrət və qəzəb hissi ilə yaşaya bilərlər. Mən hesab edirəm ki, Ermənistanda vəziyyət bizdəkindən daha yaxşıdır. Ermənilər müstəqilliyə çıxandan sonra düzgün müttəfiq seçdiklərindən torpaq itirmədilər, əksinə, torpaq qazandılar. Heç bir təbii sərvəti olmayan ermənilər maddi cəhətdən bizdən yaxşı yaşayırlar. Ermənilər ölkədə siyasi islahatlar apararaq parlament respublikasına keçdilər, heç bir qan tökmədən “Qarabağ klanını” hakimiyyətdən uzaqlaşdırdılar. Azərbaycanı “Qarabağ klanı”ndan daha yırtıcı olan “Ermənistan klanı” idarə edir. Qarabağ kartı üzərində hakimiyyətə gəlmiş bu klan Sarkisyan hökumətindən fərqli olaraq qan tökməmiş hakimiyyəti verməz. Ümumiyyətlə isə, bizim xalq zülmə baş əyib, hesab edir ki, bu zülm əbədidir, heç bir çıxış yolu yoxdur. 

Bütün bunları bildiyim halda bəzən reallıq hissini itirirəm. Ümid edirəm ki, məmurlar haqqın yoluna gələcəklər, sadə vətəndaşları da fikirləşəcəklər. Hacıqabul əhalisinin verdiyi məlumata əsasən, yaxın günlərdə prezident İlham Əliyev rayona səfər edəcək. Rayonda sənaye zonası yaradılacaq, kiçik yük maşınları istehsal olunacaq. Eyni zamanda Paşa holdinq və Gilan holdinq rayonda min hektarlarla torpaq sahəsi götürüb, taxıl əkilib, gələcəkdə pambıq əkiləcək. Prezident yəqin ki, onlara da baş çəkəcək. Faciə ondadır ki, melorasiya idarəsi Paşa holdinqin də, Gilan holdinqin də torpaqlarına Kürdən su çəkib. Yerli əhaliyə bu sudan verilmədiyi üçün əhali torpaqlarını əkə bilmir. İçməli su sayğacla verildiyi üçün sakinlər həyətyanı sahələrindəki ağacları da sulaya bilmirlər. Bəzi sakinlər sayğacdan kənar oğurluq sudan istifadə edirlər və buna görə rüşvət verməli olurlar. Əhali suyu havayı istəmir, sayğac qoyub pulla suyun verilməsini istəyirlər. 10 hektar torpağı olan bir yerli sakinə dedim ki, prezidentin və icra başçısının adına məktub yazım verim , bütün torpaq sahibləri imzalasın, məktubu ünvanına göndərin. Torpaq sahibi dedi ki, birini də vitse-prezidentin adına yaz. Faciəmizin pik nöqtəsi də budur. Əhali prezidentin acizliyini qəbul edir, onun başının üstündən vitse-prezidentə müraciət edir. Qohumlarım mənim bu təşəbbüsümə qəzəblənib məni o ki var danladılar ki, nə vaxta qədər xəyallarla yaşayacağam. Amma mən yenə də fikrimdən dönmədim.

Məktubu yazıb sakinlərə göndərəcəyəm. Məktubun surətini oxuculara da təqdim edirəm .

 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

 

Surəti: Vitse-prezident Mehriban xanım Əliyevaya

 

Surəti: Hacıqabul rayon icra hakimiyyətinin başçısı cənab Əhməd Muxtarova

 

Hörmətli prezident! Biz Hacıqabul rayon sakinləri su olmadığı üçün torpaqlarımızı əkib-becərə bilmirik. Keçən il Melorasiya idarəsi “Paşa” holdinqin və “Gilan” holdinqin Hacıqabuldakı torpaqlarına su çəkiblər. Xahiş edirik həmin sudan sayğac vasitəsilə yerli sakinlərə də verilsin. Pulunu ödəməyə hazırıq. Nəzərinizə çatdırırq ki, nəinki iri torpaq sahibləri, kiçik həyətyanı sahəsi olah sakinlər də bağçalarındakı bir-iki ağacı sulaya bilmirlər, çünki içməli su sayğacla verilir, qiyməti bahadır. Vətəndaşlar oğurluq yolla ağaclarını sulamağa məcburdurlar, bu da rüşvətxorluğa səbəb olur.

 

Cənab prezident! Sizin humanistliyinizə inanaraq müsbət nəticə gözləyirik.

 

Hörmətlə, Hacıqabul rayon sakinləri.

 

]]>
info@demo5.az (Super User) Ölkə Tue, 24 Apr 2018 20:51:53 +0000
ƏLİ HƏSƏNOVUN OYUNU, YAXUD İKİNCİ HİTLER PEYDA OLACAQ http://impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/476-aeli-haesaenovun-oyunu-yakhud-ikindzi-hitler-peyda-oladzazh http://impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/476-aeli-haesaenovun-oyunu-yakhud-ikindzi-hitler-peyda-oladzazh ƏLİ HƏSƏNOVUN OYUNU, YAXUD İKİNCİ HİTLER PEYDA OLACAQ

Mətanət Əliyeva

Aprelin 11-də YAP-çılar səhərə qədər çalıb oxudular, prezident seçkisində qələbələrini bayram etdilər. Həmin gecə səhərə qədər mənim ürəyimdən qara qanlar axdı, yata bilmədim. Xalqımız neçə illərdir ki, faciəli günlərini yaşayır. İnsanın xoşbəxtliyi üçün ilk növbədə onun canının sağlamlığı lazımdır. Ölkəmizdə sadə vətəndaşların sağlamlıqlarını qoruması mümkün deyil. Ətrafdakı haqsızlıq, yalan, həyasızlıq hamını stress içərisində saxlayır. Nə qədər adam tanıyıram ki, təcili cərrahi əməliyyata ehtiyacı var, amma pulu olmadığına görə əlacsız qalıb. Aylıq maaşı, təqaüdü 200-300 manat olan insanlar 1000-5000 manatlıq əməliyyatların haqqını ödəyə bilməzlər. Məlumat üçün deyim ki, guya pulsuz olan dövlət xəstəxanalarında ən ucuz əməliyat (məsələn, yırtıq əməliyyatı) 1000 manatdır. Banklara qaytarılmayan kreditlərin çoxunu vətəndaşlar cərrahi əməliyyatlar üçün götürmüşdülər. Hazırda insanların bu imkanları da yoxdur. Müalicə olunmaq üçün evini satışa çıxaranlar var, amma heç nə satmaq mümkün deyil. Pul 5-10 adamın əlində cəmləşib, onlar da əmlaklarının sayını-hesabını bilmirlər. Prezidentliyə namizəd Razi Nurullayev çıxışında dedi ki, prezident seçilərsə, icbari tibbi sığortanı bütün ölkədə tətbiq edəcək. O qeyd etdi ki, qonşu Gürcüstanda 30 min dollara qədər cərrahi əməliyyatların pulunu dövlət ödəyir. Keçmiş sovet Respublikalarının çoxunda, o cümlədən heç bir təbbi sərvəti olmayan Pribaltika respublikalarında da icbari tibbi sığorta həyata keçirilir. Bizim zəngin ölkəmizdə nə üçün xalqın sağlamlığına pul verməyə xəsislik edirlər? Bu, Allahsızlıq deyilmi? Sözün düzü, mən də qorxu içərisində yaşayıram. Qəfil həkimə müraciət etməli olsam, pul tapmayacam. Neçə illər ərzində qohularımızın cərrahi əməliyyatları üçün pulu biz ödəyirdik. Hakimiyyətdəkilər varlandıqca tamahları daha da artır, müstəqil iş adamlarının son qəpiklərini də əllərindən almağa çalışırlar. Bizim firmanın Bakıdakı qəzet satışını sıxışdırmaqla yanaşı, rayonlardakı qəzet köşklərimizi də bir-bir yığışdırdılar. Məmurlarla bağlı olmayan iş adamlarını sıradan çıxarmaq üçün son 25 ildə bütün qeyri-qanuni vasitələrdən istifadə ediblər. Ölkədəki milyardların bir qrup adam tərəfindən həyasızcasına havaya sovrulduğunu görən yoxsul vətəndaşlar əsəb sarsıntısı keçirir, ölkədə demək olar ki, sağlam adam qalmayıb. Heydər Əliyev fondu, Hacı Nuran kimi tanınmış adamların müalicəsinə maddi yardım edir. Bəs tanınmamışlar nə etməlidir? Onlar ölməlidirlərmi? Bu, reklam xatirinə edilən xeyirxahlığın arxasında cinayətkarlıq və mənəviyyatsızlıq dayanmırmı? Belə yerdə yazıçı Əkrəm Əylislini təqiblərə məruz qoyan “Daş yuxular” romanı yada düşür. Əkrəm bəy orada yazır ki, Heydər Əliyev dövlətin tikdiyi mənzilləri öz adından sənət adamlarına verib, onların boynuna minnət qoyurdu. İndi də həmin siyasət davam edir. Olmazmı ki, ölkədə icbari tibbi sığorta tətbiq olunsun, hamı dövlət hesabına müalicə alsın?

ATƏT-in 11 sentyabr seçkilərinə mənfi rəy verməsi ilə bağlı, əvvəla, onu deyə bilərəm ki, Azərbaycan məmurları təkcə öz xalqına qarşı haqsızlıq edirlər, ATƏT-in himayə etdiyi qərb dövlətləri isə bütün dünyanı qana çalxayırlar. ATƏT-in xeyir-duası ilə hər gün dünyada yüzlərlə uşaq qətlə yetirilir, minlərlə insan qaçqına çevrilir. ATƏT nüfuzdan düşmüş bir qurumdur. Orada fəaliyyət göstərən məmurların əksəriyyəti vicdanını itirmiş, pula satılmış adamlardır. O ki qaldı bizim məmurların ikili siyasət yeritməsinə, bu siyasəti həyata keçirmək üçün müxtəlif tamaşalar qurmasına (bunların icraçısı rolunda prezidentin köməkçisi Əli Həsənovun durduğunu zənn edirəm) bu, məmurlarımızın şəxsi maraqlarına hesablanıb. Korrupsiya bataqlığında boğulan məmurlarımız xalqın maraqlarına xidmət edən xarici siyasət apara bilmirlər. İkili siyasət aparan dövlət başçılarının sonu faciəvi olur. Səddam Hüseyn də, Qəddafi də qərb banklarında saxladıqları oğurluq milyardlara görə düzgün xarici siyasət apara bilmədilər, özlərini də, xalqlarını da məhv etdilər.

11 aprel seçkisində şüurlu vətəndaşlar İlham Əliyevi dəstəkləməyə məcbur oldular. Çünki vətəndaşlar qərbin ölkəmizdəki casuslarından ehtiyat edirlər. Qərbin casusları hakimiyyətə gəlsələr, NATO bazalarını ölkəmizə gətirə bilərlər və nəticədə Rusiya Azərbaycanı “şumlaya” bilər. Rusiya təcavüz etmir, Rusiya qərbin təzcavüzündən qorunur. Ona görə də təcavüzkara xidmət edən qonşusunu məhv etməyə məcburdur. İsrail kəşfiyyatının (MOSSAD) keşmiş başçısı deyib ki: “Rusiya ilə müharibədən qalib ayrılmalıyıq”. Yəhudilər bu qələbəni Suriyada qazanmağa çalışırlar və aprelin 14-də yəhudilərin girovluğunda olan ABŞ prezidenti Trampın əmri ilə Suriyanın paytaxtı Dəməşqə raket atıblar. Suriyadan sonra İran, Rusiya gəlir. Bu ölkələr dağılsa, onların arasında yerləşən Azərbaycan yerlə yeksan olacaq. İran deyib ki, onun ərazisinə raket atsalar, cavab atəşi İsrailə atılacaq. Dünyada baş verən bu qırğınların arxasında yəhudilərin dayandığı zənn edilir. 2-ci dünya müharibəsində milyonlarla yəhudini Hitlerin qırğınından xilas edən Rusiya indi öz payını alır. Şübhə etmirəm ki, tezliklə dünyada ikinci Hitler peyda olacaq. Yəhudi siyasətçilərin tökdükləri nahaq qanlara görə günahsız yəhudi uşaqları da cavab verməli olacaqlar. Zaman-zaman yəhudilər Allahın varlığını unudanda Allah onlara öz varlığını göstərməli olub.  

Atom bombalarını yaradanlar bir gün bu bombaları işə sala bilərlər. Rusiya mətbuatı vətəndaşlara su və qida ehtiyatı toplamağı məsləhət görür. Bildirilir ki, düyü və qənd daha uzun müddətə keyfiyyətini saxlaya bilir. Dini dərindən bilən insanlar qiyamətin bütün əlamətlərinin hazırda mövcud olduğunu bildirirlər. Şəxsən mən yerin altında yaşamaqdansa ölməyi üstün tuturam. Hələlik isə həyat davam edir. Rayonların birində icra başçısı məntəqəyə gəlib seçkinin necə keçməsi ilə maraqlanır. Məntəqə sədri deyir ki, əhali 150 faiz səs verdi. Başçı bunun necə olmasını soruşanda məntəqə sədri deyir: “Əhali sevincək olub, bir səs verən qayıdıb bir də səs verib.”

]]>
info@demo5.az (Super User) Yazarlar Sat, 14 Apr 2018 07:37:37 +0000
HƏZRƏTİ ZEYNƏB SEGAHI http://impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/475-haezraeti-zeynaeb-sezhahi http://impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/475-haezraeti-zeynaeb-sezhahi HƏZRƏTİ ZEYNƏB SEGAHI

metanetMətanət Əliyeva

Son günlər yazmağa həvəsim yoxdur. Nəsə məndə bir boşluq, laqeydlik var. Yazıb yaratmaq üçün insanın hissləri aşıb daşmalıdır. Məni yazmağa ən çox qəzəb hissi vadar edir. Haqsızlıqla barışa bilmirəm. Yəqin aprelin 11-də keçiriləcək prezident seçkilərindən dəyişiklik gözlədiyim üçün hisslərim sönüb. Prezidentliyə namizədlərin çıxışları da bizim üçün bir yenilik idi. Televiziya kanalında canlı yayımda tənqidi fikirləri dinləmək, müxtəlif fikirli adamların debatına baxmaq maraqlı idi. Namizədlərin son çıxışı Qarabağ probleminin həlli ilə bağlı idi. Peşəkar siyasətçilər kimi sadə adamların da Qarabağ probleminin həlli ilə bağlı öz fikirləri var. Məsələn, mənim əmim qızı elə bir təklif verir ki, hər dəfə yadıma düşəndə ürəkdən gülürəm. Əmim qızı deyir ki: “Qarabağda qoy ermənilər yaşasın da, erməniləri də Allah yaradıb. Bu qədər torpaqlarımız boş qalıb. O torpaqları alıb neyləyəcəyik ki, ondan ötəri oğlanları ölümə verək?” Əmim qızının sözündə həqiqət var. Torpaqlarımızın 70 faizi istifadəsiz qalıb. Hamı yığılıb Bakıya. Rayonlular 2-5 min manat verib Bakıda bir sot torpaq alırlar. Qarın-qarına tikilən evləri zinə basıb. Bunun özü göstərir ki, ölkənin idarəçiliyi bərbad gündədir. Öz rayonumuzda acından sümükləri çıxmış mal-qaranı görəndə qanım qaralır. Su olsa, Hacıqabuldan Kürdəmirə kimi boş qalan min hektarlarla torpaqlar əkilər, yonca, arpa , ət, süd ucuz olar, əhali mal-qara saxlamaqdan xeyir götürər. Hacıqabulda iki məmura məxsus olan holdinq üçün dövlət hesabına Kürdən suvarma suyu çəkilir. Əhali hesab edir ki, bu sudan yerli camaata verməyəcəklər. Versələr, biz də rayona köçüb 50 hektar torpağımızı əkərik. Bu yerdə lap dərdim təzələnir. İlin bu vaxtında Hacıqabulun cənnət vaxtı olur. Bakıda yaz fəsli olmur. Soyuqların arxasınca dəhşətli istilər düşür. Yazın gözəlliyinə həsrət qaldığım üçün Bakıda özümə yer tapmıram. Həyat yoldaşım deyir ki, su olmasa rayona köçməyin mənası yoxdur. Əvvəlki yazımda da yazmışdım. Millətə ayrı-seçkilik qoyan məmurları matəmə tapşırmışam. Əgər onlar dövlətin hesabına çəkilən sudan yerli camaata verməsələr, matəmə kimi kresloları boş qalsın, vəzifələrini itirəndən sonra əhaliyə qarşı etdikləri haqsızlıqlar öz başlarına gəlsin, görsünlər ki, sadə vətəndaşlar onların idarəçiliyindən nə qədər əzab çəkiblər.
Matəmdən danışmışkən, İran, Türkiyə və Rusiya prezidentlərinin görüşündə müşahidə etdiyim bir faktı qeyd etmək istəyirəm. Rusiya və Türkiyə prezidentləri yorğun, kədərli göründükləri halda İran prezidenti Həsən Rühani həmişə çox gümrah görünür, həmişə əhvalı yüksək olur. İranlıların əksəriyyəti belədir. Milyarder qərblilərin sifətindən cəhənnəm əzabının əlamətləri göründüyü halda sadə iranlılarda ruh yüksəkliyinin olmasını onların dinə sıx bağlı olmaları ilə izah edirlər, dinə dərin inam onlara daxili rahatlıq verir. Mən hesab edirəm ki, bütün ilahi sənət əsərləri kimi Segah muğamı da islam dini ilə bağlı vəhydən gəlib. Hər bir musiqini yaradan bir konkret şəxs var. Muğamlarımızın yaranma tarixi deyiləndə əsasən dahi Üzeyir Hacıbəyov yada düşür. Üzeyir bəyin rəhbərliyi ilə muğamlarımız nota köçürülüb. Üzeyir bəy Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski kimi muğam ifaçılarını Bakıya gətirərək onlara muğamı tələbələrə tədris etmək üçün şərait yaradıb. Segah muğamının ilk yaradıcısı isə Məhəmməd peyğəmbərin nəvəsi, İmam Əlinin qızı, İmam Hüseynin bacısı həzrəti Zeynəb olub. Qardaşları xəlifə Yezid tərəfindən qətlə yetiriləndən sonra Zeynəb onları Segah muğamı üstündə oxşayaraq ağlayıb. Muğamın sehrinə, insan hisslərinin dərinliyinə bax ki, 1300 il keçəndən sonra belə bu gün də qadınlarımız vəfat etmiş əzizlərini Zeynəbin yolu ilə gedərək Segah üstündə ağlayırlar. Amma əzizlərindən əvvəl Zeynəbin dili ilə onun qardaşlarını oxşayıb ağlayırlar, sonra öz əzizlərini ağlayırlar. Bizim qadınların yas məclislərində xırdalıqlar etməsinin şahidi olmuşam ki, Rübabə Muradova onların yanında yalandır. Ana laylası da, mənim çox sevdiyim “Şirvan şikəstəsi” də, digər şikəstələrimiz də Segah üstündədir. Üzeyir bəy “Leyli və Məcnun” operasını da “Segah” üstündə yazıb. “Leyli və Məcnun” qulaq asan avropalı tamaşaçının hönkür-hönkür ağlamasını görmüşəm. Muğam ifaçılarından kim Segahı həzrəti Zeynəb üslubunda oxuyursa, onlar tamaşaçı tərəfindən ilahi bir sevgi ilə sevilir. Mənim fikrimcə, Rübabə xanımdan və Nəzakət Məmmədovadan sonra Zeynəb yolunu gedən Könül Xasıyevadır. Bahar Lətifqızı da bu yolu gedə bilər, amma o bayağılığa meyl edir. Bəlkə kimlərsə milyonlar oğurlayan məmur xanımlarına həsəd aparır, onların xoşbəxt olduğunu zənn edir. Məndə qəti əminlik var ki, onlar ən bədbəxt insanlardır. Xoşbəxtlik mənəvi zənginlikdədir. Oğru, acgöz adamın daxili boş olar. Xoşbəxtlik üçün Həzrəti Zeynəb kimi zəngin mənəviyyat sahibi olmaq lazımdır. Segah muğamını bəşəriyyətə bəxş etdiyi üçün, İlahi Segah kimi bir mözüzəni onun vasitəsilə insanlara göndərdiyi üçün min ildən artıqdır Zeynəb yaşayır, ildən-ilə ona olan ilahi sevgi güclənir.

 
]]>
info@demo5.az (Super User) Yazarlar Thu, 05 Apr 2018 19:17:57 +0000
ƏLİNİN BAYRAMI http://impulsqazeti.az/index.php/k2-dzomponent/k2-media-manager/k2-extra-field-groups/my-life/item/474-aelinin-bayrami http://impulsqazeti.az/index.php/k2-dzomponent/k2-media-manager/k2-extra-field-groups/my-life/item/474-aelinin-bayrami ƏLİNİN BAYRAMI

Mətanət Əliyeva

Bayramınız mübarək əziz oxucularım. Sizi təbrik etməmiş kəndə gedə bilməzdim. Bu yazını yol üstündə bir neçə dəqiqəyə yazdım. Yazın gəlişi mənim üçün torpaqda işləməkdir. Martın 20-də Şamaxının Qızmeydan kəndində kartof əkəcəm, çiyələklərimi seyrəldəcəyəm. Torpaqda işləmək mənə sonsuz xoşbəxtlik verir. Hava qaralır, amma mən torpaqdan ayrılıb bağdan, bostandan çıxa bilmirəm. Həyat yoldaşım bu xasiyyətimi bildiyi üçün bayramda məni səyahətə, restorana aparmır, kəndə aparır.

Novruz bayramı mənim yadımda nənəmlə qalıb. Nənəm bayramdan qabaq bir kasa xına isladıb xınalanırdı, təzə paltar tikdirirdi, böyük xonça tutub qırmızı güllü yaylığa bükürdü, qohumlarına qonaq gedirdi. Nənəm ona görə bayram etmirdi ki bahar gəlir. Nənəm deyirdi ki, martın 21-də Həzrəti Əli taxta çıxıb. Nənəm Əli aşiqi idi. Əlinin taxta çıxdığı gün nənəm üçün ən əziz bayram idi. Mən bu haqda heç vaxt yazmamışam, fikirləşmişəm ki, bu sünni-şiə qarşıdurması yaradar. İslam dinindən az xəbəri olanlar hesab edirlər ki, imam Hüseyn hakimiyyət üstündə qətlə yetirilib. Bu məsələnin tarixi dərindir. İslam dinini yaradan, onu dinsiz tayfalara qəbul etdirib böyük xilafət yaradan Məhəmməd peyğəmbər olub. Xəlifəlik bütün dövrlərdə nəsildən nəsilə ötürülüb. Bu baxımdan Məhəmməd peyğəmbərin varisi Əli olmalı idi. Çünki onun oğlu yox idi, Əli həm onun yeganə qızı Fatimənin həyat yoldaşı idi, həm peyğəmbərin əmisi oğlu idi (atasız qalan Məhəmmədi əmisi böyütmüşdü), həm də xilafətin yaranmasında böyük sərkərdə Əlinin Zülfiqari qılıncının əvəzsiz rolu olmuşdu. Lakin peyğəmbər rəhmətə gedəndən sonra Əlini xəlifə olmağa qoymadılar. Əbubəkr, Ömər və Osmandan sonra Əli dördüncü xəlifə oldu və onu qətlə yetirdilər. O vaxtdan Əlinin tərəfdarları olan şiələrlə sünnilər arasında düşmənçilik başladı. Şiələr hər il Əlinin qətlə yetirilmiş oğlu Hüseynə 40 gün yas saxlayırlar. Artıq sünnilər də Hüseynə yas saxlayırlar. Haqq gec-tez öz yerini tutur. Novruz bayramı şiələrin ən əziz bayramıdır. Şiələr Novruzda yumurtanı qırmızı (xoşbəxtliyin rəmzi) boyayır, sünnilər əvvəllər qara (kədərin rəmzi) boyayırdılar, indi qırmızı boyayırlar. Kəlmeyi-şəhadətdə şiələr deyirlər ki, Allahdan başqa Allah yoxdur, Məhhəmməd onun rəsuludur, Əli Məhəmmədin varisidir. Sünnilər isə Əlinin varis olmasını demirlər. Yas məclislərimizdə qadınlarımızın bəhərbaşılarında (bayatılar) Əlinin varis olmasını Segah üstündə oxumalarına tez-tez rast gəlirəm:

Aşiq Əli eşqinə

Əli vəli (varis ) eşqinə

Ürəkdən şaxsey vurun

Cənab Əli eşqinə.

Ölünü bayatı ilə, ritmlə (şiə qadınlar dizlərinə döyərək ritm tuturlar) oxşamaq Əlinin qızı, Hüseynin bacısı Zeynəbdən qalıb. Əliyə, Hüseynə sonsuz sevgi mənə də genlə gəlib. Türkiyədə Top qapı sarayında Əlinin Zülfüqari qılıncını görəndə gözlərimin yaşını saxlaya bilmədim. Demək istəyirəm ki, sünni ilə şiələrin fikir ayrılığı yalnız Əlinin xəlifəliyini qəbul edib-etməməklə bağlıdır. Mən hesab edirəm ki, Əli xəlifə olsaydı və xəlifəlik onun qoyduğu varisin xətti ilə təyin olunsaydı, müsəlman dövlətlərində indiki kimi acgöz, qəddar dövlət başçıları olmazdı.  Nənəmin dediyi kimi, Əlinin bayramı olan Novruzda dünyada misli-bərabəri olmayan bir adət var. Bayram axşamı insanlar gedib istədikələri qapıya qurşaq ata bilərlər və həmin evin sakinləri varlı-kasıb olmasından asılı olmayaraq onu paysız qaytarmayacaqlar. İndi papaq atdı deyirlər, mən uşaqlıqdan bunu qurşaq atdı bilirəm. Qədimdə kişilər bellərinə Məşədi İbadın bağladığı qurşaq kimi parça dolayırdılar. Novruz axşamı bir otaqdan ibarət olan çiy kərpicdən tikilmiş balaca daxmaların damına çıxıb qurşaqlarını baçadan içəri sallayırdılar. “Dəli Kür” filmində bu düzgün formada çəkilib. Evdəkilər bayram payını qurşağa bağlayırdılar. Bunu kim fikirləşibsə, o, dahidir. Təsəvvür edin ki, hazırkı günümüzdə bir ailənin başçısı qul bazarına gedir ki, 5-10 manat qazanıb bayram azuqəsi alsın. Bütün günü dayanır, onu işləməyə aparan olmur. Evə əliboş qayıdır. Süfrə açmağa heç nə yoxdur. Bu ailənin uşaqları qurşaqatdıya gedib əlidolu qayıdırlar və zəngin süfrə açırlar. Son vaxtlar papağa pul qoyanlar da var. Bu pula düyü, yağ alıb plov bişirmək olar. Əlinin bayramında heç kimin süfrəsi boş qalmır.

Oxucularım deyə bilər ki, Mətanət bayrama həsr etdiyi yazısında yas məsələsinə çox yer verdi. İnsan müdrik olanda o, ölümü də nikbinliklə qarşılayır. Mən o qədər nikbinəm ki, kədərdə də nikbinlik axtarıram. Martın 17-də Könül Xasıyevanın konsertində oldum. Könül xanımın musiqisindəki kədər məhz nikbin kədərdir. O məni həm ağladır, həm də mənə həyat eşqi verir. Rübabə Muradova, Nəzakət Məmmədovadan sonra mənim ən çox sevdiyim xanəndə Könül Xasıyevadır. Könül xanım dərin hissiyata malik olan müdrik insandır. Elə xanəndələr var ki, güclü səsləri olsa da, dayazdırlar, insan hisslərini dərindən yaşaya bilmirlər. Onlar öz dayazlıqlarını bahalı paltarlar, makiyaj, saç düzümü, dekor, əcayib hərəkətlərlə gizlətməyə çalışırlar. Allah Könül xanıma 50 il də ömür versin, səsini əlindən almasın.

Əziz oxucularım,  sizə Əli əzəməti, Əli müdrikliyi,Əli ədaləti arzulayıram.  Bayramınız mübarək!
 

]]>
info@demo5.az (Super User) Mədəniyyət, Mənəviyyat Tue, 20 Mar 2018 09:32:27 +0000
BİR GÜNLÜK SEVGİ http://impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/473-bir-zhunluk-sevzhi http://impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/473-bir-zhunluk-sevzhi BİR GÜNLÜK SEVGİ

metanetMətanət Əliyeva

Çoxdandır yazmıram deyə fikirləşdim ki, azsaylı oxucularım narahat olarlar, birdən fikirləşərlər ki, yəqin Mətanət ölüb. Ona görə də yazmaq qərarına gəldim. Əvvəlcə bir məsələyə münasibətimi bildirim, sonra yazmamağımın səbəbi məlum olacaq. Ötən həftə Sumqayıtda zirzəmidə kirayədə qalan 6 nəfərlik ailə dəm qazından boğularaq öldü. Onların üçü azyaşlı uşaqlar idi. Mətbuatın yazdığına görə, ailə Füzuli qaçqını olub. Zirzəminin pəncərəsi olmayıb. Adətən belə məsələləri araşdıran jurnalistlər dərinliyə getmədilər, çünki bu hadisə ölkədəki fəlakət həddinin göstəricisidir. Müxtəlif yollarla satın alınmış jurnalistlər yuxarıların göstərişi ilə yazırlar. 25 narkomanın yanaraq ölməsinə görə hətta xarici ölkələrin başçıları başsağılğı verdilər, prezident İlham Əliyev özü məsələ ilə maraqlandı. Zirzəmidə qazdan boğulan üç körpə narkomanlar qədər dəyərli deyilmi? Doğrudanmı, indi tez-tez eşitdiyimiz kimi, bu millət ölməli millətdir?

Bakıda o qədər bina tikilib ki, 10 milyon əhalinin hamısına çatar. Binaların tikintisi yenə də davam edir. Yeni mənzillərin 50-60 faizi boş olduğu halda niyə insanlar zirzəmilərdə yaşayırlar? Niyə insanlar artıq pullarını banklara qoymurlar, artıq mənzil alıb saxlayırlar? Bütün bu faktlar ölkənin bərbad vəziyyətdə idarə olunduğunu göstərir.

Mən ona görə köşə yazmıram ki, ssenari kursuna gedirəm. Ssenari yazmaq istəyirəm. Mənim yalnız bir ssenari yazmaq fikrim var. Bu yazımda sübut etmək istəyirəm ki, pis millət yoxdur, onu pis idarə edən rəhbər var. Tutaq ki, ssenari yaxşı alınacaq. Onun əsasında film çəkmək üçün pul lazımdır. Bu pulu mənə kim verəcək? Mən ancaq həyat yoldaşımdan bu pulu gözləyə bilərəm. İmkan versələr, həyat yoldaşım böyük pullar qazana bilər, Allah işgüzarlıq qabiliyyətini ona verib, amma indiki vəziyyətdə bizim ölkədə bu, mümkün deyil. Əsl iş adamları bu ölkədə 500 min manatı qazanmaq üçün illərlə əziyyət çəkirlər. Hansısa bir məmur isə bir sənədə imza atmaqla 500 min manatı qatlayıb cibinə qoyur. Məsələn, dövlət sifarişi ilə film çəkmək üçün dövlət büdcəsindən bir milyon manat pul ayrılır. Ona imza atan məmur pulun yarısını özünə götürür. Bütün sahələrdə belədir. Lap o filmi çəkməyə pul tapsam belə, indiki məmurların eybəcərliyini, iyrəncliyini, qəddarlığını göstərən həmin filmi nümayiş etdirməyə mənə şərait yaratmazlar. Bununla belə mən bədbin deyiləm. Bu günün sabahı da var. Mən istədiyimə nail olacam. Nail olmayacamsa, bu da Allahın qismətidir. Mən qismətimlə barışan insanam. Ssenarimin adı “Bir günlük sevgi” olacaq.

Ssenari kursu keçdiyim ofisdə rejissorluq kursu da var. Mən öz rejissorumu orada axtarıram. Rejissor Cavid Təvəkkülün “Dərs” filminə baxdım. Mövzu xoşuma gəldi. Hadisə təxminən 5-ci sinifdə oxuyan şagirdlər arasında baş verir. Saf, xeyirxah, bilikli Xalidi sinifdə incidirlər. Riyakar, qəddar şagirdlərdən özünü qorumaqda Xalid acizdir. Xalid qəddar, ambisiyalı uşaqların xoşuna gəlmək üçün onların arxasınca qaçır, onlara şeir yazır. Təbbi ki təbiətində ziyankarlıq olan, düzgün tərbiyə almayan uşaqları bu yolla dəyişmək mümkün deyil. Mən hesab edirəm ki, ssenarist başqa yol tapmalı idi. Şəxsən mən Xalidi başa salardım ki, o, həmin uşaqlardan hər cəhətdən üstündür. Həmin uğaqlar onun səviyyəsinə çatmaq üçün səy göstərməlidirlər. Hər bir insan lap uşaqlıqdan öz dəyərini bilməlidir. Babası Xalidə bunu başa salmalı idi. Filmdə həyati səhnələr əvəzinə pafoslu səhnələr var. “Bizim Cəbiş müəllim” filmində də oxşar mövzu var. Orada Makedon obrazının həyatiliyi filmi yadda qalan edib. “Dərs” filmində aktyorlar rolları yaratmırlar, oynayırlar. Yaxşı aktyor, yaxşı ssenari olsa, Cavid Təvvəkkül gözəl film yarada bilər. Mən indidən fikirləşirəm ki, ssenarim alınsa, film çəkilməli olsa, baş rolda kimi çəkmək olar? Mənim qəhrəmanımın xarakterində vətənpərvərlik, mübarizlik olmalıdır. Aktyorun xarakterində bunlar yoxdursa, o, rolu yarada bilməz. Hazırkı aktyorların içərisində beləsini görmürəm. Mən yenə də o fikrimə qayıdıram ki, pis xalq yoxdur, onu pis idarə edən rəhbərlər var. Xalq da öz dəyərini bilməlidir.

]]>
info@demo5.az (Super User) Yazarlar Mon, 12 Mar 2018 16:41:34 +0000